Bizə yazın

Baku

-°C

USD

-

Ülviyyə Həmzəyeva: WUF13 Azərbaycanın qlobal nüfuzunu artıracaq

Siyasət 13 May 2026, 08:13

255

WUF13 - Azərbaycanın qlobal tədbirlərə uğurla ev sahibliyi etməsi artıq təsadüfi hadisə deyil, düşünülmüş dövlət strategiyasının nəticəsidir.

Müasir dövrdə beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi etmək dövlətlərin həm siyasi nüfuzunu, həm iqtisadi imkanlarını, həm də idarəçilik potensialını nümayiş etdirən əsas göstəricilərdən birinə çevrilib. Azərbaycan isə son illərdə bu istiqamətdə əldə etdiyi uğurlarla regionun deyil, dünyanın diqqət mərkəzində yer alan ölkələrdən biri kimi çıxış edir. BMT-nin ən nüfuzlu platformalarından hesab olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının — WUF13-ün məhz Bakıda keçirilməsi də bunun parlaq nümunəsidir.

Mayın 12-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Bakı Olimpiya Stadionu ərazisində forumla bağlı hazırlıq işlərinə baxış keçirilməsi Azərbaycanın bu mühüm tədbirə xüsusi önəm verdiyini və təşkilati proseslərin ən yüksək standartlar əsasında aparıldığını göstərir. Bu forum təkcə şəhərsalma mövzularının müzakirəsi üçün platforma deyil, eyni zamanda Azərbaycanın beynəlxalq mövqeyinin, strateji baxışının və gələcək inkişaf modelinin təqdimatı baxımından mühüm hadisədir.

WUF13-ün Bakıda təşkil olunması ilk növbədə Azərbaycanın son illərdə həyata keçirdiyi uğurlu şəhərsalma siyasətinin beynəlxalq səviyyədə qəbul edildiyini göstərir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri artıq dünyada müasir urbanizasiya nümunəsi kimi qiymətləndirilir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıl enerji həlləri, rəqəmsal idarəetmə sistemləri və ekoloji yanaşmalar Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelini ortaya qoyur.

Xüsusilə Qarabağda həyata keçirilən layihələr təkcə bərpa prosesi deyil, yeni həyat modelinin qurulması kimi diqqət çəkir. Müasir texnologiyalarla formalaşdırılan yaşayış məntəqələri, dayanıqlı enerji infrastrukturu və innovativ idarəetmə sistemləri forum iştirakçılarına Azərbaycanın necə sürətlə dəyişdiyini və inkişaf etdiyini nümayiş etdirəcək.

Forumun təşkilati miqyası da diqqətəlayiqdir. Bakı Olimpiya Stadionu ətrafında yaradılan geniş tədbir zonası, yüzlərlə paralel sessiyanın keçirilməsi üçün qurulan müasir infrastruktur, minlərlə iştirakçının rahat şəkildə qəbul olunması üçün hazırlanan logistika sistemi Azərbaycanın böyük beynəlxalq tədbirləri yüksək peşəkarlıqla idarə etdiyini sübut edir. Bu gün Bakı artıq beynəlxalq forumlar, sammitlər və qlobal tədbirlər üçün etibarlı platformaya çevrilib.

WUF13 həm də Azərbaycanın diplomatik imkanlarının göstəricisidir. Dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələrinin, ekspertlərin, investorların və beynəlxalq təşkilatların bir araya gəlməsi ölkəmizin beynəlxalq dialoq mərkəzi rolunu daha da gücləndirəcək. Xüsusilə WUF tarixində ilk dəfə Liderlər Sammitinin proqram çərçivəsinə daxil edilməsi Bakıya göstərilən yüksək etimadın açıq ifadəsidir.

Forumun digər mühüm tərəfi isə iqtisadi və turizm baxımından yaradacağı imkanlardır. On minlərlə xarici qonağın Azərbaycana səfəri hotellər, restoranlar, nəqliyyat, xidmət və ticarət sahələrində ciddi canlanma yaradacaq. Bu tədbir ölkəmizin MICE turizmi istiqamətində mövqelərini daha da gücləndirəcək və Bakının beynəlxalq konqres şəhəri kimi nüfuzunu artıracaq.

Bundan əlavə, forum çərçivəsində təşkil olunacaq sərgilər, “Urban Expo” məkanları və milli memarlıq elementlərini əks etdirən xüsusi dizayn konsepsiyası xarici qonaqlara Azərbaycanın mədəni irsini və müasir inkişafını bir arada görmək imkanı yaradacaq. Bu isə ölkəmizin beynəlxalq turizm brendinin daha da güclənməsinə xidmət edəcək.

Azərbaycanın qlobal tədbirlərə uğurla ev sahibliyi etməsi artıq təsadüfi hadisə deyil, düşünülmüş dövlət strategiyasının nəticəsidir. WUF13 də həmin strategiyanın mühüm hissəsi olmaqla Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıracaq, ölkəmizin müasir şəhərsalma, innovasiya və dayanıqlı inkişaf sahəsində qabaqcıl dövlətlər sırasında yer aldığını bir daha nümayiş etdirəcək.

Ülviyyə Həmzəyeva

Millət vəkili

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zaur Şükürov: Zəngilan səfəri Böyük Qayıdışın praktik nəticələrinin təqdimatıdır

Prezident İlham Əliyevin 10 may tarixində Zəngilan rayonuna səfəri və burada yaşayış kompleksinin açılışını etməsi, Azərbaycanın işğaldan azad edilmiş bölgələrimizdə post-münaqişə dövründəki bərpa-quruculuq prosesinin və Böyük Qayıdış proqramının praktiki icrasının mühüm mərhələlərindən biridir. Bu səfər, xüsusilə də Prezidenin çıxışı zamanı səsləndirdiyi fikirlər həm daxili auditoriya, həm də beynəlxalq birlik üçün bir neçə mühüm mesajı ehtiva edir.Əgər əvvəlki mərhələlər infrastrukturun qurulması, minalardan təmizləmə və "Ağıllı kənd" (Ağalı) layihəsi ilə xarakterizə olunurdusa, artıq mərkəzi şəhərlərin məskunlaşdırılması dövrü başlayır. Bu isə, işğaldan azad edilmiş ərazilərimizin artıq tam şəkildə mülki həyata inteqrasiya olunduğunu göstərir.Dövlət başçısının “hər qarış torpaq Azərbaycan xalqına məxsusdur” mesajı regionda yeni...

13 May 2026, 09:05

Ədalət Verdiyev: Fransanın Ermənistana hərbi uçuşları sülhə təhdiddir

Fransaya məxsus hərbi yük təyyarələrinin Ermənistana uçuş etməsi ilə bağlı iddialar gündəmə gəlib. Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, mayın 4-də 4, mayın 11-də isə 1 Fransaya aid hərbi yük təyyarəsi Ermənistana eniş edib.Citypost.az xəbər verir ki, ekspert bu barədə “Facebook” hesabında paylaşım edib. O, Fransanın Ermənistanı silahlandırmaq siyasətinin regionda sülh prosesinə mənfi təsir göstərə biləcəyini qeyd edib.Ədalət Verdiyev vurğulayıb ki, Paris rəhbərliyi Azərbaycan-Ermənistan münasibətlərində yaranmış həssas mərhələni nəzərə almalıdır. Onun fikrincə, Fransanın İrəvana hərbi dəstəyi Ermənistan üçün ağır nəticələr yarada bilər.“Fransa rəhbərliyi Azərbaycan ilə Ermənistan arasında əldə olunan kövrək sülh prosesinə ziyan vurmaq niyyətindən çəkinməlidir”, – deyə ekspert paylaşımında...

13 May 2026, 08:55

Madyarın qurduğu yeni hökumət təsdiqləndi 

Macarıstanda 12 aprel parlament seçkilərində qalib gələn “Tisa” partiyasının sədri, yeni Baş nazir Peter Madyarın rəhbərliyi ilə yeni hökumət qurulub.Teleqraf xəbər verir ki, Prezident Tamaş Şuyok namizədlikləri Baş nazir tərəfindən təqdim edilən və parlament üzvləri tərəfindən təsdiqlənən 16 nazirin təyin edilməsi barədə fərman imzalayıb.Yeni hökumət üzvlərinin etimadnamələrinin təqdim edilməsi üçün rəsmi mərasim dövlət başçısının rəsmi iqamətgahı olan Şandor Sarayında baş tutub. Yeni hökumətin üzvləri parlament qarşısında and içəcəklər və bundan sonra vəzifələrinin icrasına başlaya biləcəklər. İlk iş iclası mayın 13-nə planlaşdırılıb.Macarıstanın yeni hökumətində 15 nazirlik (əvvəlkindən 5 nazirlik çox) və Baş nazir Administrasiyası olacaq.Keçmiş baş nazir Viktor Orbanın rəhbərlik etdiyi...

12 May 2026, 17:28

Vüqar Rəhimzadə: Azərbaycanın bugünkü uğurları ədalətin təntənəsidir

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad olunmuş ərazilərə səfər etmələri, cənab Prezidentin bu məkanlardan verdiyi mesajlar  hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı idi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasından sonra azad edilmiş bütün torpaqlarımızda üçrəngli Bayrağımızın dalğalanması ilə Ulu Öndərin arzusu reallığa çevrildi. Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşündə qeyd etdiyi kimi, biz -...

12 May 2026, 16:28

Nigar Sabirqızı: Müharibədən sonra İran daha çox tələb irəli sürür

Tanınmış televiziya aparıcısı Nigar Sabirqızı ABŞ və İran arasında mövcud geosiyasi gərginlik və danışıqlar prosesi ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, aparıcı bildirib ki, müharibədən əvvəl Vaşinqton və Tehran arasında masadakı əsas şərtlər aydın idi. ABŞ İranın nüvə proqramından imtinasını tələb edir, İran isə sanksiyaların ləğvini ön şərt kimi irəli sürürdü.Nigar Sabirqızının sözlərinə görə, müharibədən sonrakı mərhələdə ABŞ-nin mövqeyi dəyişməz qalsa da, İranın irəli sürdüyü tələblərin sayı artıb. Onun qeyd etdiyinə görə, Tehran hazırda yalnız sanksiyaların ləğvini deyil, həm də Hörmüz boğazı üzərində suverenlik və müharibə nəticəsində kompensasiya ödənilməsini tələb edir.Aparıcı vurğulayıb ki, yaranmış vəziyyət müəyyən mənada ironik xarakter...

12 May 2026, 10:32

Sahib Alıyev: Ermənistanla bağlı İlham Əliyevin mesajı mühüm xəbərdarlıqdır

Millət vəkili, əməkdar jurnalist Sahib Alıyev Prezident İlham Əliyevin Zəngilan şəhərində ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə səsləndirdiyi fikirləri şərh edib.Citypost.az xəbər verir ki, deputat bildirib ki, dövlət başçısının “Nə qədər ki Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, bir o qədər də biz ayıq olmalıyıq” fikri mühüm siyasi mesajdır və diqqətdə saxlanılmalıdır.Sahib Alıyevin sözlərinə görə, Ermənistanda mövcud olan siyasi qüvvələrin Azərbaycana münasibəti və gələcək planları arasında ciddi prinsipial fərq yoxdur, fərq yalnız onların ritorikasındadır.Millət vəkili qeyd edib ki, Baş nazir Nikol Paşinyanın komandasında yer alan Alen Simonyan, Armen Qriqoryan və Ararat Mirzoyan kimi şəxslərin mövqeyi...

12 May 2026, 10:11