Aydın Quliyev: Naxçıvanda işsizlik artımı etimada xəyanət sualı doğurur
Siyasət 13 May 2026, 09:11
137
Jurnalist, politoloq və siyasətçi, “Bakı-Xəbər” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Aydın Quliyev Naxçıvanda işsizlik göstəriciləri ilə bağlı açıqlama verib.
Citypost.az xəbər verir ki, baş redaktor bildirib ki, Prezident İlham Əliyevin son illərdə Naxçıvana yüksək etimadla göndərdiyi kadrların fəaliyyəti bölgədə sosial-iqtisadi vəziyyətə təsir göstərib.
Aydın Quliyev qeyd edib ki, rəsmi statistikaya əsasən, Naxçıvan Muxtar Respublikasında işsiz kimi qeydə alınan şəxslərin sayı 2022-ci ildə 190 nəfər olduğu halda, 2025-ci ildə bu rəqəm 14 504 nəfərə yüksəlib.
Həmçinin oxuyun
O, bu artımı ciddi narahatlıq doğuran göstərici kimi qiymətləndirərək, mövcud vəziyyətin səbəblərinin araşdırılmasının vacibliyini vurğulayıb.
Jurnalist həmçinin bildirib ki, 2022-ci ildən sonra Naxçıvana təyin olunan kadrların bu prosesdə məsuliyyət payı olduğu iddia edilir və bu suallara cavab verilməlidir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Zaur Şükürov: Zəngilan səfəri Böyük Qayıdışın praktik nəticələrinin təqdimatıdır
Prezident İlham Əliyevin 10 may tarixində Zəngilan rayonuna səfəri və burada yaşayış kompleksinin açılışını etməsi, Azərbaycanın işğaldan azad edilmiş bölgələrimizdə post-münaqişə dövründəki bərpa-quruculuq prosesinin və Böyük Qayıdış proqramının praktiki icrasının mühüm mərhələlərindən biridir. Bu səfər, xüsusilə də Prezidenin çıxışı zamanı səsləndirdiyi fikirlər həm daxili auditoriya, həm də beynəlxalq birlik üçün bir neçə mühüm mesajı ehtiva edir.Əgər əvvəlki mərhələlər infrastrukturun qurulması, minalardan təmizləmə və "Ağıllı kənd" (Ağalı) layihəsi ilə xarakterizə olunurdusa, artıq mərkəzi şəhərlərin məskunlaşdırılması dövrü başlayır. Bu isə, işğaldan azad edilmiş ərazilərimizin artıq tam şəkildə mülki həyata inteqrasiya olunduğunu göstərir.Dövlət başçısının “hər qarış torpaq Azərbaycan xalqına məxsusdur” mesajı regionda yeni...
13 May 2026, 09:05
Ədalət Verdiyev: Fransanın Ermənistana hərbi uçuşları sülhə təhdiddir
Fransaya məxsus hərbi yük təyyarələrinin Ermənistana uçuş etməsi ilə bağlı iddialar gündəmə gəlib. Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, mayın 4-də 4, mayın 11-də isə 1 Fransaya aid hərbi yük təyyarəsi Ermənistana eniş edib.Citypost.az xəbər verir ki, ekspert bu barədə “Facebook” hesabında paylaşım edib. O, Fransanın Ermənistanı silahlandırmaq siyasətinin regionda sülh prosesinə mənfi təsir göstərə biləcəyini qeyd edib.Ədalət Verdiyev vurğulayıb ki, Paris rəhbərliyi Azərbaycan-Ermənistan münasibətlərində yaranmış həssas mərhələni nəzərə almalıdır. Onun fikrincə, Fransanın İrəvana hərbi dəstəyi Ermənistan üçün ağır nəticələr yarada bilər.“Fransa rəhbərliyi Azərbaycan ilə Ermənistan arasında əldə olunan kövrək sülh prosesinə ziyan vurmaq niyyətindən çəkinməlidir”, – deyə ekspert paylaşımında...
13 May 2026, 08:55
Ülviyyə Həmzəyeva: WUF13 Azərbaycanın qlobal nüfuzunu artıracaq
WUF13 - Azərbaycanın qlobal tədbirlərə uğurla ev sahibliyi etməsi artıq təsadüfi hadisə deyil, düşünülmüş dövlət strategiyasının nəticəsidir.Müasir dövrdə beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi etmək dövlətlərin həm siyasi nüfuzunu, həm iqtisadi imkanlarını, həm də idarəçilik potensialını nümayiş etdirən əsas göstəricilərdən birinə çevrilib. Azərbaycan isə son illərdə bu istiqamətdə əldə etdiyi uğurlarla regionun deyil, dünyanın diqqət mərkəzində yer alan ölkələrdən biri kimi çıxış edir. BMT-nin ən nüfuzlu platformalarından hesab olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının — WUF13-ün məhz Bakıda keçirilməsi də bunun parlaq nümunəsidir.Mayın 12-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Bakı Olimpiya Stadionu ərazisində forumla bağlı hazırlıq işlərinə baxış keçirilməsi Azərbaycanın bu...
13 May 2026, 08:13
Madyarın qurduğu yeni hökumət təsdiqləndi
Macarıstanda 12 aprel parlament seçkilərində qalib gələn “Tisa” partiyasının sədri, yeni Baş nazir Peter Madyarın rəhbərliyi ilə yeni hökumət qurulub.Teleqraf xəbər verir ki, Prezident Tamaş Şuyok namizədlikləri Baş nazir tərəfindən təqdim edilən və parlament üzvləri tərəfindən təsdiqlənən 16 nazirin təyin edilməsi barədə fərman imzalayıb.Yeni hökumət üzvlərinin etimadnamələrinin təqdim edilməsi üçün rəsmi mərasim dövlət başçısının rəsmi iqamətgahı olan Şandor Sarayında baş tutub. Yeni hökumətin üzvləri parlament qarşısında and içəcəklər və bundan sonra vəzifələrinin icrasına başlaya biləcəklər. İlk iş iclası mayın 13-nə planlaşdırılıb.Macarıstanın yeni hökumətində 15 nazirlik (əvvəlkindən 5 nazirlik çox) və Baş nazir Administrasiyası olacaq.Keçmiş baş nazir Viktor Orbanın rəhbərlik etdiyi...
12 May 2026, 17:28
Vüqar Rəhimzadə: Azərbaycanın bugünkü uğurları ədalətin təntənəsidir
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad olunmuş ərazilərə səfər etmələri, cənab Prezidentin bu məkanlardan verdiyi mesajlar hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı idi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasından sonra azad edilmiş bütün torpaqlarımızda üçrəngli Bayrağımızın dalğalanması ilə Ulu Öndərin arzusu reallığa çevrildi. Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşündə qeyd etdiyi kimi, biz -...
12 May 2026, 16:28
Nigar Sabirqızı: Müharibədən sonra İran daha çox tələb irəli sürür
Tanınmış televiziya aparıcısı Nigar Sabirqızı ABŞ və İran arasında mövcud geosiyasi gərginlik və danışıqlar prosesi ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, aparıcı bildirib ki, müharibədən əvvəl Vaşinqton və Tehran arasında masadakı əsas şərtlər aydın idi. ABŞ İranın nüvə proqramından imtinasını tələb edir, İran isə sanksiyaların ləğvini ön şərt kimi irəli sürürdü.Nigar Sabirqızının sözlərinə görə, müharibədən sonrakı mərhələdə ABŞ-nin mövqeyi dəyişməz qalsa da, İranın irəli sürdüyü tələblərin sayı artıb. Onun qeyd etdiyinə görə, Tehran hazırda yalnız sanksiyaların ləğvini deyil, həm də Hörmüz boğazı üzərində suverenlik və müharibə nəticəsində kompensasiya ödənilməsini tələb edir.Aparıcı vurğulayıb ki, yaranmış vəziyyət müəyyən mənada ironik xarakter...
12 May 2026, 10:32