Bizə yazın

Baku

-°C

USD

-

Zaur Şükürov: Azərbaycan qlobal ölçü sistemində daha fəal iştirak edəcək

Siyasət 30 İyun 2026, 15:15

485

Azərbaycan Respublikasının Prezidenti tərəfindən layihəsi Milli Məclisdə müzakirəyə təqdim olunan qanunla ölkəmizin qoşulması nəzərdə tutulan  “Metrik Konvensiya” 1875-ci il mayın 20-də Paris şəhərində imzalanmış və 1 yanvar 1876-cı ildən qüvvəyə minmişdir. 1875-ci ildə bu Konvensiyanı ilkin olaraq 17 dövlət imzalamışdır. Əhalisinin sayına görə dünyada ilk onluğa daxil olan ölkələr, Banqladeş və Nigeriya istisna olmaqla, 67 ölkə hazırda Konvensiyaya tərəf dövlətlərdir və ümumilikdə  tərəf dövlətlərdə yaşayan əhali dünya əhalisinin təxminən 95 faizini təşkil edir. MDB məkanı üzrə Qazaxıstan, Ukrayna, Rusiya, Belarus tərəf dövlətlərdir. 36 ölkə assosiativ ölkələrdir və Azərbaycan, Gürcüstan, Ermənistan da bu dövlətlər sırasındadır. 

Citypost.az xəbər verir ki, bu sözləri millət vəkili Zaur Şükürov Milli Məclisin bu gün keçirilmiş plenar iclasında çıxış edərkən bildirib.

Deputat bildirib ki, 1921-ci ildə əlavələr edilmiş Konvensiya 14 maddədən, bu Konvensiyanın tərkib hissəsi olan və Konvensiya ilə eyni qüvvəyə və təsirə malik olan Əlavə Qaydalar isə 22 maddədən ibarətdir. Konvensiya ölçmə elmində qlobal əməkdaşlıq üçün çərçivə yaratmış, müasir elm, ticarət və mühəndislikdə istifadə edilən çəki və ölçülərlə bağlı beynəlxalq miqyasda vahidliyi təmin etmişdir. Həmçinin, Konvensiya əsasında fiziki ölçmələri uzlaşdırmaq və tənzimləmək üçün üç əsas təşkilati strukturlar - Dünya ölçmə standartlarını və beynəlxalq prototipləri qoruyub saxlayan, beynəlxalq hökumətlərarası təşkilat olan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro, bu Büronun fəaliyyətinə nəzarət edən və ölçmə standartlarının hazırlanmasına rəhbərliyi həyata keçirən Çəki və Ölçü üzrə Beynəlxalq Komitə və Ölçmə sistemində əsas dəyişikliklər barədə qərar qəbul etmək üçün müntəzəm olaraq görüşən üzv ölkələrin Çəki və Ölçülər üzrə Baş Konfransı təsis edilmişdir.

Zaur Şükürovun sözlərinə görə, konvensiyanın müddəalarına uyğun olaraq Tərəflər, qərargahı Paris şəhərində yerləşən, Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun birgə maliyyələşdirməklə yaradılmasını və saxlanılmasını öz öhdələrinə götürürlər. Konvensiyanın müddəalarına əsasən Beynəlxalq Büro Beynəlxalq Komitənin müstəsna rəhbərliyi və nəzarəti altında fəaliyyət göstərir. Konvensiyanın müvafiq maddələri ilə Beynəlxalq Büronun əsas vəzifələri, beynəlxalq prototiplər, onların nəzarət nüsxələri, saxlanma yerlərinə giriş, Büronun təsisi, qurulması ilə bağlı illik xərcləri və Tərəflərin üzərinə düşən məbləğ, elmi avadanlığın təkmilləşməsi, habelə Konvensiyaya qoşulmaq qaydaları müəyyən edilir. Konvensiyanın tərkib hissəsi olan Əlavə Qaydalar Konvensiya ilə eyni qüvvəyə və təsirə malikdir. Qaydalarda Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun yerləşdiyi bina, laboratoriya, tərəzilər, müqayisəli cihazlar, geodeziya xətkeşləri, illik maliyyələşdirmə hissələri, Baş Konfransın toplanma şərtləri, Konfrans çərçivəsində səsvermə,  Beynəlxalq Komitəyə üzvlük, Büro direktorunun vəzifələri, hesabata dair tələblər və s. məsələlər tənzimlənir.

Deputat xatırladıb ki, ölkəmiz konvensiyaya qoşulduqdan sonra qeyd olunan sahədə beynəlxalq əməkdaşlığı genişləndirə biləcək və Büronun bütün fəaliyyətlərində, o cümlədən Ölçmələrin qlobal müqayisəliliyi ilə bağlı məsələlər üzrə qərar qəbul etmə prosesində iştirak, hər dörd ildən bir keçirilən Baş Konfransın iclaslarında bütün qərarlar üzrə səsvermə hüququ ilə iştirak etmək üçün milli nümayəndə heyəti göndərmək, təşkilatın on səkkiz üzvdən ibarət idarəetmə Şurası - Beynəlxalq Çəkilər və Ölçülər Komitəsinə seçilmək üçün milli namizəd irəli sürmək, idarəetmə Şurasının on məsələ üzrə Məşvərət Komitəsinin hər birində texniki müzakirə və qərar qəbuletmədə iştirak etmək üçün Milli Metrologiya İnstitutundan texniki mütəxəssisləri irəli sürmək, büronun laboratoriyaları və Məşvərət Komitələri tərəfindən əlaqələndirilən milli ölçmə standartlarının əsas müqayisələrində iştirak etmək üçün namizəd irəli sürməklə texniki və elmi fəaliyyətlərə çıxış, büronun laboratoriyaları tərəfindən təmin edilən kalibrləmə xidmətlərindən pulsuz istifadə etmək, koordinasiya olunmuş Universal Vaxtın (UTC) qlobal hesablanmasına məlumatları təqdim etmək və nəhayət, təcrübə mübadiləsi məqsədilə mütəxəssislərini Büronun laboratoriyalarına ezamiyyətə göndərmək imkanları əldə edəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin telefon danışığı olub 

İyunun 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayev arasında telefon danışığı baş tutub.XİN-dən Citypost.az-a verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin gündəliyində duran məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.Nazirlər beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq və qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayaraq, çoxtərəfli platformalarda əlaqələndirilmiş fəaliyyətin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd ediblər.Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyi çərçivəsində həyata keçirilən tədbirlər və qarşıdakı təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.Nazir Ceyhun Bayramov Azərbaycanda keçirilən Birinci Türkoloji...

30 İyun 2026, 13:44

Zahid Oruc: Vətən müharibəsi itkinlərin də zəfəri oldu

1988-1994-cü illərdə nizami ordusuz, vahid komandanlıqsız aparılan birinci Qarabağ müharibəsində xalqımız ümumilli lider Heydər Əliyevə torpaqlarımızın işğalından və dövlətçiliyin süqutundan xilas üçün müraciət edərkən, 4000 minə qədər itkin düşən şəxslərintaleyi ilə də bağlı son ümid yeri kimi baxırdılar. O zaman respbublikada mərkəzi siyasi hakimiyyəti iflasa uğramışdı.Bu sözləri Citypost.az-a açıqlamasında millət vəkili Zahid Oruc bildirib.Deputat əlavə edib ki, Heydər Əliyev ucqar muxtar respublika rəhbərindən daha böyük mənəvi və beynəlxalq siyasi nüfuzu nəticəsində xarici təşkilatları humanitar proseslərə cəlb edir, birbaşa Ermənistanın o dövrkü prezidenti Levon Ter-Petrosyanla danışıqlar aparırdı - əsirlərin, girovların, şəhidlərin cəsədlərinin geri qaytarılması üçün şəxsi iradəsi və humanitar diplomatiyası ilə...

30 İyun 2026, 11:30

Kənan Rövşənoğlu: Netanyahu Ankaraya təzyiq göstərmək istəyir

Türkiyə-İsrail münasibətləri son 16 ildə soyuq, hətta indikindən də gərgin dövrləri olub. Hətta ötən il iki ölkə hərbi qüvvələri arasında eskalasiya riski olub. Amma nədən indiyə qədər deyil, məhz indi "erməni soyqırımı" məsələsi yada düşüb? Bu sualın cavabı ABŞ-Türkiyə münasibətlərində yatır. Hazırda Türkiyə ABŞ-ın Yaxın Şərq siyasətində mərkəzdə yer alır, Ərdoğan-Tramp münasibətləri ən yüksək səviyyədədir. Hətta keçən həftə Tramp dedi ki, Türkiyəyə təyyarə satışı layihəsi bərpa olunmalıdır. Və paralel olaraq ABŞ-İsrail münasibətləri soyuyur. Zənnimcə, Nətanyhu bu addımı atmaqla;1. Erməni lobbisi ilə birləşərək ABŞ-da Türkiyə əleyhinə qərarlara nail olmaq, ən azı təyyarə və motor satışına qadağa qoymaq.2. Diaspor vasitəsilə Türkiyə-Ermənistan normallaşma prosesinə mane olmaq,...

30 İyun 2026, 11:00

 Nigar Sabirqızı: “İsrailin bu qərarı qəbuledilməzdir”

Nigar Sabirqızı İsrailin qondarma “erməni soyqırımı”nı tanımasını qəbuledilməz addım kimi qiymətləndirib.Citypost.az O, sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə bildirib ki, bu qərarın Ankaranı qıcıqlandırmaq məqsədi daşıdığı açıq görünür və onun siyasi nəticələri olacaq.“İsrailin qondarma ‘erməni soyqırımı’nı tanıması qəbuledilməz addımdır. Bu qərarın Ankaranı qıcıqlandırmaq məqsədi daşıdığı aydındır. Amma belə qərarların siyasi nəticələri də olur və Netanyahu buna dözməli olacaq”, – deyə aparıcı qeyd edib.Nigar Sabirqızı eyni zamanda, İsraili tənqid edən, lakin İranın Ermənistanla bağlı siyasətinə münasibət bildirməyən şəxslərə də müraciət edib. O vurğulayıb ki, İran illər boyu Ermənistanı dəstəkləyib və bu faktlar unudulmamalıdır.Aparıcı paylaşımında Azərbaycanın işğal altında olan ərazilərində məscidlərə qarşı törədilən...

30 İyun 2026, 10:55

Heydər Mirzə: “Bu addım Türkiyə cəmiyyətini daha da konsolidasiya edə bilər”

Politoloq Heydər Mirzə hesab edir ki, İsrail tərəfi bu məsələdə ciddi strateji yanlışlığa yol verib.Citypost.az xəbər verir ki, onun sözlərinə görə, “soyqırımını tanıma təhlükəsi” və ya belə bir addımın gündəmdə saxlanılması, tanımanın özündən daha təsirli siyasi alət hesab oluna bilər.“İndiyədək formalaşmış təcrübə göstərir ki, bu cür tanınma presedentlərinin Türkiyəyə real təsiri demək olar ki, sıfıra bərabərdir. ‘1915’ məsələsi Türkiyədə sağçı, solçu, islamçı, ateist, yörük və kürd olmaqla müxtəlif təbəqələri ortaq mövqedə birləşdirən nadir mövzulardan biridir”, – deyə o bildirib.Heydər Mirzənin fikrincə, əgər İsraildə bu addımı planlaşdıranlar Türkiyə cəmiyyətində daxili həmrəyliyi gücləndirmək məqsədi güdürdülərsə, o zaman atılan addım məhz həmin nəticəyə...

30 İyun 2026, 10:45

İlon Maskın texnologiya hökmranlığı - Xəqani Cəfərli yazır...

Dünyanın kosmos və avtomobil sənayesini diz çökdürərək özünün kosmos və elektromobil sənayesini qurmuş, Starlink layihəsi naqilsiz internetin inhisarını qurmuş İlon Maskın (Elon Musk) qurucusu olduğu Tesla şirkətinin Optimus humanoid (insanabənzər) robotlarını istehsal edəcək nəhəng zavodların Texasdakı tikinti meydançasında qızğın iş gedir. Havadan çəkilən görüntülər tikintinin artıq dörd mərtəbəyə qədər yüksəldiyini göstərir. İlon Mask il ərzində burada 10 milyon ədəd Tesla Optimus humanoid robotunun istehsal olunmasını planlaşdırır. Uzunmüddətli perspektivdə istehsalın 20 milyard ədədi keçməsi planlaşdırılır. İlon Maskın başqa bir nəhəng layihəsi Tesla Terafab fabrikidir. Tesla Terafab fabrikində artıq bu ilin sonuna kimi AI5 və AI6 çiplərinin ilk partiyalarının istehsalının başlayacağı, genişmiqyaslı istehsalın...

30 İyun 2026, 10:03