Aydın Quliyev: “Azərbaycanın BMT-yə qarşı təzminat tələb etmək hüququ var”
Siyasət 18 Sentyabr 2026, 09:00
282
“Bakı-Xəbər” qəzetinin baş redaktoru, jurnalist, politoloq və siyasətçi Aydın Quliyev Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat tələbi irəli sürmək hüququnun olduğunu bildirib.
Citypost.az xəbər verir ki, A.Quliyev Prezident İlham Əliyevin BMT-nin fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlərin əsaslı olduğunu qeyd edib. Onun sözlərinə görə, əgər BMT-nin hüquqi mexanizmləri və güc tətbiqetmə sistemi qeyd-şərtsiz və effektiv şəkildə işləsəydi, Azərbaycanın işğal olunmuş əraziləri daha əvvəl azad edilə bilərdi.
Politoloq hesab edir ki, işğalın uzun müddət davam etməsi Azərbaycanın maddi itkilərinin artmasına, minlərlə insanın həyatını itirməsinə və çox sayda vətəndaşın şəhidlik və qazilik taleyi yaşamasına səbəb olub.
Həmçinin oxuyun
“Bu məntiqlə Azərbaycanın BMT-yə qarşı beynəlxalq hüquq müstəvisində maddi və mənəvi təzminat mübarizəsi açmaq haqqı var. Buna çalışmalıyıq”, – deyə A.Quliyev bildirib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Tahir Kərimli: “Azərbaycanlıların türk kimliyi şübhə doğurmamalıdır”
Sabiq deputat, siyasətçi Tahir Kərimli azərbaycanlıların türk kimliyi ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, T.Kərimli qeyd edib ki, digər türk xalqlarından fərqli olaraq, azərbaycanlıların türk olub-olmaması məsələsi tez-tez mübahisə mövzusuna çevrilir.“Suallar yaranır ki, nə üçün azərbaycanlıların əhəmiyyətli hissəsi digər türk xalqlarına nisbətən daha çox türk olduqlarını qabardırlar? Çünki heç kim qazax, özbək, qırğız, türkmən və tatarların türk olduqlarını şübhə altına almır. Hamı onların türk olduqlarını qəbul edir. Lakin azərbaycanlıların türk olması ciddi mübahisələr predmetidir”, – deyə o bildirib.Siyasətçinin sözlərinə görə, xalqın böyük hissəsi, ziyalılar və digər xalqların nümayəndələri müxtəlif etnoqrafik, tarixi və coğrafi əsaslar gətirsələr də, bu məsələdə yekdil...
18 Sentyabr 2026, 09:04
Mətanət Ağamirli: “Ermənilər nə istəyir? Yenə müharibə, yenə ölüm?”
Tanınmış jurnalist Mətanət Ağamirli xarici diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri ilə bağlı ermənilərin sərt tənqidi barədə paylaşım edib.Citypost.az xəbər verir ki, M.Ağamirli erməni cəmiyyətinin səfərlə bağlı reaksiyasını tənqid edərək yazıb: “Ermənilər nə istəyir? Yenə müharibə, yenə ölüm? Yetmədimi 30 illik işğal, vəhşilik, soyqırım?”Jurnalistin sözlərinə görə, xarici diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura kütləvi səfəri Azərbaycanın uzun illər ərzində müdafiə etdiyi mövqeyinə beynəlxalq diqqətin göstəricisidir. O qeyd edib ki, erməni siyasi dairələrində və mediada bu səfərə münasibətdə xəyal qırıqlığı və qıcıqlanmanın müşahidə olunması gözlənilən idi.M.Ağamirli bildirib ki, illərdir alışılmadığı münasibətlə üzləşmək və Azərbaycanın mövqeyinin qəbul edilməsi Ermənistan...
18 Sentyabr 2026, 08:56
Ceyhun Məmmədov: İslam dəyərlərini qorumaq hər birimizin məsuliyyətidir
İslam dini Azərbaycan xalqının tarixində, milli-mənəvi dəyərlərinin formalaşmasında və ictimai düşüncəsində xüsusi yer tutur. Əsrlər boyu İslam yalnız dini etiqad kimi deyil, həm də mərhəmət, ədalət, xeyirxahlıq, dürüstlük, insan ləyaqətinə hörmət və həmrəylik kimi dəyərlərin yaşadılmasında mühüm mənəvi dayaq olub.Azərbaycanın İslamla bağlılığı yalnız məscidlərin və dini abidələrin mövcudluğu ilə ölçülmür. İslamın təsiri xalqımızın mədəniyyətində, ədəbiyyatında, memarlığında, elmində, fəlsəfəsində, adət-ənənələrində və gündəlik həyatında özünü göstərir. Nizami Gəncəvi, Xaqani, Nəsimi, Füzuli kimi böyük söz ustadlarının yaradıcılığında da İslam dünyagörüşünün və Şərq mədəniyyətinin izlərini görmək mümkündür.Bu gün də İslam Azərbaycan cəmiyyətinin mənəvi həyatının ayrılmaz hissəsidir. Azərbaycanın İslam dünyasındakı mövqeyi də bu tarixi və...
18 Sentyabr 2026, 08:52
Elçin Rüstəmli: Türkiyənin mövqeyi İrəvana mesajdır
Jurnalist, siyasi şərhçi Elçin Rüstəmli Türkiyənin Azərbaycan və Ermənistan arasında sülh prosesinə münasibəti ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, E.Rüstəmli bildirib ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin Ankarada Qafqaz İslam Ordusunun və Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirdiyi fikirlər diqqət çəkir. Yaşar Gülər Azərbaycan və Ermənistan arasında ən qısa müddətdə hərtərəfli və davamlı sülhün bərqərar olmasını arzuladıqlarını və prosesin başa çatdırılması istiqamətində səyləri dəstəklədiklərini bildirib.Siyasi şərhçinin sözlərinə görə, Gülər həmçinin Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunmuş razılaşmaları və sülhün təmin edilməsi istiqamətində atılan son addımları məmnuniyyətlə qarşıladıqlarını vurğulayıb. O, Cənubi Qafqazın hazırda etimad,...
18 Sentyabr 2026, 08:48
Prezident: BMT mexanizmləri işləsəydi, bu qədər itki olmazdı
Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb.Citypost.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: “Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımızı döyüş meydanında bərpa etməli olduq. Lakin beynəlxalq mexanizmlər işləsəydi və BMT sistemi normal fəaliyyət göstərsəydi, - yeri gəlmişkən, ŞƏT çərçivəsindəki qısa çıxışım zamanı bu barədə də danışmışdım, çünki mövzu BMT və beynəlxalq təşkilatlarla bağlı idi, - ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq, bu qədər itki olmazdı”....
17 Sentyabr 2026, 16:22
İlham Əliyev: Türkiyə ilə birgə fəaliyyətimiz sabitliyi gücləndirir
Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir.Citypost.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib.“Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir, xüsusilə indiki çətin bir geosiyasi vəziyyətdə”, - deyə dövlətimizin başçısı vurğulayıb.
17 Sentyabr 2026, 16:16