Bizə yazın

Baku

-°C

USD

-

Elçin Rüstəmli: “Mürəkkəb vəziyyət yaranıb”

Siyasət 09 Oktyabr 2026, 09:12

251

Jurnalist Elçin Rüstəmli məktəblərdə vahid geyim qaydaları və hicabla bağlı müzakirələrə münasibət bildirib.

Citypost.az xəbər verir ki, Elçin Rüstəmli qeyd edib ki, internetdə apardığı araşdırma zamanı bir sıra postsovet ölkələrində məktəbli geyimi ilə bağlı dövlət tərəfindən müəyyənləşdirilmiş qaydaların mövcud olduğunu öyrənib. Onun sözlərinə görə, Türkiyə və Rusiyada da bu məsələ ilə bağlı fərqli yanaşmalar tətbiq olunur.

Jurnalist Azərbaycanda Nazirlər Kabinetinin vahid məktəbli geyimi ilə bağlı qərarından sonra sosial şəbəkələrdə hicablı müəllimələrə xəbərdarlıq edildiyini göstərən videoların yayıldığını bildirib.

“Etiraf edək ki, mürəkkəb vəziyyət yaranıb. Onun həll edilməsində dövlət qurumları ilə yanaşı, ictimai təşkilatların və medianın da öz rolunu oynaması vacibdir”, – deyə Rüstəmli vurğulayıb.

Onun fikrincə, qanunvericiliyin tətbiqi ilə yanaşı, vətəndaşların Konstitusiyada təsbit edilmiş dini etiqad və vicdan azadlığı hüquqlarının təmin olunması da zəruridir.

Jurnalist ilk növbədə geniş maarifləndirmə və təbliğat işlərinin aparılmasını vacib sayıb. O, cəmiyyətdə gərginlik və parçalanma yarada biləcək məlumatların qarşısının alınmasının əhəmiyyətini qeyd edib.

“Azərbaycanda ümumiyyətlə hicabın qadağan edilməsi barədə əsası olmayan məlumatların yayılması bu qəbildəndir və təəssüf doğurur”, – deyə o bildirib.

Elçin Rüstəmli məktəbli geyimi ilə bağlı qaydalarda bəzi istisnaların mərhələli şəkildə tətbiq olunması imkanına da baxılmasını təklif edib.

Müəllimlərin geyim normalarına gəldikdə isə jurnalist belə qaydalar qəbul edilməzdən əvvəl ortaq mövqeyə yaxınlaşmağın vacibliyini vurğulayıb.

Onun fikrincə, məsələnin həlli zamanı həm qanunvericiliyin tələbləri, həm də vətəndaşların hüquqları nəzərə alınmalı, cəmiyyətdə qarşıdurmaya yol verilməməlidir.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyevlə Paşinyanın qeyri-rəsmi söhbəti oldu

Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistanda keçirilən konsertdə bir araya gəliblər.Citypost.az xəbər verir ki, onlar konsert proqramını izləyərkən qeyri-rəsmi söhbət aparıblar. Qeyd edək ki, Azərcaycan və Ermənistan liderləri sabah keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Türkmənistandadırlar. Bu gün hər iki ölkənin dövlət başçıları mədəni tədbirdə iştirak edirlər.

08 Oktyabr 2026, 21:21

Cəlil Xəlilov: “İtkinlərlə bağlı konfrans yeni zəmin formalaşdıracaq”

“Oktyabrın 7-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV beynəlxalq konfrans qlobal əhəmiyyətə malikdir”.Citypost.az xəbər verir ki, bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Pokovnik qeyd edib ki, konfransda itkin probleminin həlli istiqamətində Azərbaycan dövlətinin atdığı addımlara diqqət çəkilib, habelə, bu istiqamətdə görülməsi gərəkən işlər vurğulanıb:“İtkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans sözügedən problemin həlli istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin...

08 Oktyabr 2026, 13:44

İlham Əliyev: “Yaşıl enerji dəhlizinin yaradılması istiqamətində iş aparırıq”

Energetika sahəsi Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıqda xüsusi yer tutur.Citypost.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Orta Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib.Dövlət başçısı bildirib ki, Azərbaycan Mərkəzi Asiyadan enerji resurslarının beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır.Onun sözlərinə görə, Türkmənistan və Qazaxıstandan hasil olunan neft Azərbaycanın ərazisi ilə nəql edilir və bu daşımaların həcmi artır.Prezident İlham Əliyev qeyd edib ki, bərpaolunan enerji sahəsində də əməkdaşlıq ardıcıl şəkildə genişləndirilir.“Biz Qazaxıstan və Özbəkistanla “yaşıl enerji” dəhlizinin yaradılması istiqamətində birgə iş aparırıq”, – Prezident bildirib.Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında...

08 Oktyabr 2026, 11:12

İlham Əliyev: “Qardaş dəstəyi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır”

Azad edilmiş ərazilərin bərpasına göstərilən qardaş dəstəyi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.Citypost.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Orta Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib.Dövlət başçısı qeyd edib ki, Füzuli şəhərində Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edilib.O bildirib ki, Qırğızıstan tərəfindən də azad edilmiş ərazilərdə məktəb tikilib.“Biz bu yardımı yüksək qiymətləndiririk”, – Prezident İlham Əliyev vurğulayıb.Dövlət başçısı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətinin son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini bildirib...

08 Oktyabr 2026, 11:08

Tokayev: “Orta Dəhlizin potensialını genişləndirə bilərik”

Orta Dəhlizin “Üç dəniz” nəqliyyat təşəbbüsü ilə inteqrasiyası ekspertlər səviyyəsində müzakirə oluna bilər.Citypost.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə çıxışı zamanı bildirib.Tokayev Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına xüsusi əhəmiyyət verildiyini qeyd edib.Onun sözlərinə görə, son illərin dinamikası Orta Dəhliz kimi tanınan bu marşruta tələbatın artdığını göstərir.“Hesab edirəm ki, ilkin mərhələdə ekspertlər səviyyəsində Orta Dəhlizin “Üç dəniz” nəqliyyat təşəbbüsü ilə inteqrasiyası müzakirə oluna bilər. Bu, mövcud potensialı genişləndirər və dövlətlərimizin uzunmüddətli maraqlarına cavab verər”, – Qazaxıstan Prezidenti bildirib.Tokayev qeyd edib ki, Qazaxıstan nəqliyyat infrastrukturunu ardıcıl şəkildə...

08 Oktyabr 2026, 11:06

Sadır Japarovdan Azərbaycana DƏSTƏK: “Lazımi köməyi göstərməyə hazırıq”

Azərbaycanın 2027-ci ildə Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət Görüşünə ilk dəfə sədrlik etməsi birgə fəaliyyətimizə yeni təkan verəcək.Citypost.az xəbər verir ki , bunu Qırğızıstan Prezidenti Sadır Japarov Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün açılışında bildirib.O, Azərbaycan Prezidenti İlham Əliyevi ölkənin 2027-ci ildə Məşvərət Görüşünə sədrliyi qəbul etməsi münasibətilə təbrik edib.“Əminəm ki, Azərbaycanın sədrliyi birgə fəaliyyətimizə və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yeni təkan verəcək. Qırğız Respublikası Azərbaycanın sədrliyinin prioritetlərinin uğurla həyata keçirilməsinə lazımi dəstəyi göstərməyə hazırdır”, – Sadır Japarov vurğulayıb....

08 Oktyabr 2026, 11:05