Aydın Quliyev AKP tərəfdarlarını hədəfə aldı:“Dövlətimizdən üstün heç nə ola bilməz”
Siyasət 14 Oktyabr 2026, 08:10
442
Hardasınız ,ay AKP - pərəstlər!
Aylar öncə mən yazanda ki,AKP Azərbaycana qarşı kampaniya hazırlayır,mən yazanda ki, AKP başqadır, qardaşımız can Türkiyə dövləti başqadır,deyəndə ki, Azərbaycanda bəziləri hansısa xətlə AKP iqtidarının "süfrəsindən" asılı vəziyyətə düşüb,yarı türkcə, yarı Azərbaycanca əcaib bir lelsikonda üstümə gəlirdiniz...
Uzatdığınız dillər indi hanı?
Başqa dövlətin 1- ci xanımının yazdığı fb statusuna " Can annəm" deyib şərh yazan sifətsizlər, bir təriqətçi elitanın Azərbaycan prezidentinə daş atmasına, içimizi qarışdırmasına qarşı niyə bir kəlmə yazmırsınız?
Qorxursunuz ki, AKP iqtidarından müxtəlif formalarda aldığınız mənfəətlərdən olarsınız?!
Həmçinin oxuyun
Qorxmayın ,bir- bir adlarınızı çəkməyəcəyəm .Nə o əxlaqın sahibiyəm , nə də namərdəm .Onsuz da maraqlananlar mənim səhifəmə daxil olub hər kəsi görə bilərlər.Mən heç nəyi, hətta şəxsimə qarşı yazılan qərəz və böhtanları da silmirəm ...Siz də mənim hesabımda yazdığınız rəyləri silməyin .Onsuz da hamısını " skrin" etmişəm.
Fəqət bilin,vətəbdaş üçün ən ağır xəyanət öz DÖVLƏTİNƏ xəyanətdir. Dövlətimizin qanuni təmsiıçisi olan Prezidentin siyasəti barədə hər kəsin öz fikri ola bilər.Ancaq fikir müxtəlifliyi heç bir dövləti, onun iqtıdarını öz dövlətimizdən , dövlətimizin başçısından üstün tutmağa əsas ola bilməz!
İndi özünüz deyin ,dövlətimizə qarşı çıxanlara susmağınız xəyanət deyil?!...
Bilmirsiniz ki, dövlətimizin ziddinə gedənlər can qardaşımız Türkiyə dövləti yox, onu ələ keçirmiş bir " sektaçı elitadır"?!...
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Aydın Quliyevdən AKP müşavirinə SƏRT MESAJ: “Əvvəl öz ölkənizə baxın”
“Bakı-Xəbər” qəzetinin baş redaktoru, jurnalist və politoloq Aydın Quliyev Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin baş müşaviri Oktay Saralın Azərbaycanda hicabla bağlı müzakirələrə münasibətini tənqid edib.Citypost.az xəbər verir ki , Aydın Quliyev bu barədə fikirlərini bölüşüb.“AKP sədrinin baş müşaviri Oktay Saral hicabı üzünə tutaraq Azərbaycanda qadın haqlarını təftiş etməkdənsə, siyasi ittihamlarla həbsə atdıqları müxalif qadın bələdiyyə sədrlərini azad etdirsin”, – deyə jurnalist və politoloq bildirib....
14 Oktyabr 2026, 08:20
Türkiyə rəsmiləri Azərbaycanın daxili məsələlərinə qarışmamalıdır” – Jurnalistdən AÇIQLAMA
İTV-nin aparıcısı, jurnalist və siyasi şərhçi Nigar Sabirqızı Türkiyə rəsmilərinin Azərbaycanda hicabla bağlı müzakirələrə münasibət bildirməsini tənqid edib.Citypost.az xəbər verir ki, Nigar Sabirqızı bildirib ki, Türkiyə Azərbaycan üçün əziz ölkə olsa da, nə bu ölkənin hakimiyyəti, nə də müxalifəti Azərbaycanın daxili işlərinə qarışa bilər.“Türkiyə bizim canımızdır, amma Türkiyədə nə iqtidar, nə müxalifət Azərbaycanın daxili işlərinə qarışa bilər. Hicab qərarı düz və ya səhv olsa belə, bu, yalnız Azərbaycanın işidir. Nə vaxtsa görmüsünüz ki, Azərbaycan rəsmilərindən kimsə Türkiyənin daxili işləri ilə bağlı açıqlama versin?” – deyə jurnalist qeyd edib.O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saralın açıqlamasının hakim Ədalət...
14 Oktyabr 2026, 08:18
Bahəddin Həzi Oktay Saralı tənqid edib: “Siz Türkiyə Cümhuriyyətinin danışmanısınız, SEPAH-ın deyil”
“Bizimyol” MMC-nin baş direktoru, jurnalist Bahəddin Həzi Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın açıqlamalarına münasibət bildirib.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında yazıb. Bahəddin Həzi Oktay Saralın açıqlamalarını tənqid edərək onun “böyük qardaş” ədası ilə danışdığını qeyd edib.O, paylaşımında Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə dünyəvi dövlət kimi qurulduğunu xatırladaraq, həmin dövrdə İstanbulda xəlifənin hakimiyyətdə olduğunu vurğulayıb.“Oktay Sarala demək istədiyim: biz 1918-ci ildə dünyəvi dövlət quranda İstanbuldakı taxtda xəlifə oturmuşdu. ‘Danışman’ olmaq – nə gəldi, danışmaq deyil”, – deyə jurnalist bildirib.Bahəddin Həzi Türkiyə rəsmisinə müraciətində onun Türkiyə Cümhuriyyətinin müşaviri olduğunu, SEPAH-ı təmsil etmədiyini vurğulayıb.Jurnalist, həmçinin Azərbaycan və Türkiyə...
14 Oktyabr 2026, 08:05
Azərbaycanla Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib
Azərbaycan və Laos parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb və qanunvericilik orqanları arasında əməkdaşlığın ölkələr arasında əlaqələrin inkişafında özünəməxsus rolu qeyd edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Milli Məclis sədri Sahibə Qafarova və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin görüşündə müzakirə olunub.Söhbət zamanı ali səviyyəli təmasların ikitərəfli münasibətlərin inkişafında mühüm rolu diqqətə çatdırılıb. Bu baxımdan qonağın Prezident İlham Əliyevlə görüşlərinin, aparılmış danışıqların və imzalanmış sənədlərin əhəmiyyəti vurğulanıb.Bildirilib ki, Azərbaycan və Laos arasında müxtəlif sahələrdə əlaqələr uğurla inkişaf edir. Qeyd olunub ki, ölkələrimiz beynəlxalq təşkilatlarda, xüsusən də BMT və Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlıq edirlər və bir-birilərini dəstəkləyirlər.Görüşdə Həmçinin,...
13 Oktyabr 2026, 20:25
İran özünü islam ölkəsi sayır...Əslində REALLIQ NƏDİR?
Citypost.az AYB sədrinin müşaviri Sayman Aruzun İraqn haqqında məqaləsini təqdim edir:Məcburi hicabdan azad düşüncəyə doğruDini mənəviyyatın siyasi alətə çevrilməsi cəmiyyətə nə verir və biz qonşumuzun yaşadığı tarixi səhvlərdən hansı nəticələri çıxarmalıyıq?Hər bir cəmiyyətin qarşısında bu seçim var: gələcəyini azad düşüncə, elmi tərəqqi, hüquq və insan ləyaqəti üzərində qurmaq, yoxsa insanın şəxsi həyatını, geyimini, davranışını və hətta düşüncəsini müəyyən ideoloji qəliblərə salmağa çalışan bir idarəçilik modelini qəbul etmək. Bu seçim zahirən geyim, dini ayinlər və mənəvi dəyərlər ətrafında müzakirə olunsa da əslində söhbət insanın öz həyatı üzərində nə qədər söz sahibi olmasından, dövlətin səlahiyyətlərinin harada bitməsindən və cəmiyyətin hansı gələcəyə doğru...
13 Oktyabr 2026, 14:54
Zahid Oruc:"Azərbaycanda yüz illərdir xaricdən nicat gözləyənlər olub”..
Prezident İlham Əliyevin hakim partiyanın səkkizinci qurultayında ideoloji məkanımızı yad ünsürlərdən və təsirlərdən qorumaq çağırışı məfkurə suverenliyini və gələcək milli hədəflərini müəyyənləşdirməyə xidmət edən mühüm proqramdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uzaqməqsədli dövlətçilik idealları 2020-ci ildə ərazi bütövlüyümüzü təmin etdi.Vətən müharibəsində əldə edilən Qələbə xalqımızın birliyini və siyasi həmrəyliyini daha da gücləndirdi. Lakin hərbi meydanda məğlub olanlar, ölkə başçısının dediyi kimi sərhəd tanımayan ideoloji və informasiya məkanında savaşı davam etdirirlər. Tarixi Qələbəmizi yalnız qonşu və uzaq paytaxtların razılığı, aldığımız bahalı silahları satanların xidməti ilə əlaqələndirib dövlətimizin misilsiz iradəsi, ordumuzun gücü, xalqımızın qətiyyəti və yenilməzliyini inkar edənlərə ən yüksək tribunadan...
13 Oktyabr 2026, 14:51