Bizə yazın

Baku

-°C

USD

-

Zaur Şükürov: “Azərbaycanın beynəlxalq nüfuzu davamlı olaraq artır”

Siyasət 16 Oktyabr 2026, 18:41

662

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin liderliyi ilə ölkəmizin orta güc olaraq beynəlxalq miqyasda nüfuzu davamlı olaraq artmaqdadır. Məhz bunun nəticəsidir ki, son illər dünyanın aparıcı dövlətləri və regiondakı dost ölkələrlə strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluğa dair sənədlər imzalanmış və daha geniş coğrafiyada diplomatik münasibətlərimizin inkişafı üçün zəruri addımlar atılmaqdadır. 

Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov Citypost.az-a açıqlamasında bildirib.

Deputat bildirib ki, təkcə son 3-4 ayda Azərbaycanın beynəlxalq fəaliyyətinə diqqət yetirsək, Avrasiya məkanında beynəlxalq təşkilatlar və dövlətlərlə ali səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsi, habelə ölkəmizin mötəbər və vacib tədbirlərə ev sahibliyi etməsi bunu bir daha təsdiq edir.  15 oktyabr tarixdə Bakıda keçirilən və dünya əhalisinin təxminən yarısını, Asiyanın geniş coğrafiyasını təmsil və əhatə edən AQEM-in 7-ci Zirvə görüşündə bir sıra dövlət başçılarının səsləndirdiyi fikirlər və sədrliyimizin yekdilliklə 2028-ci ilədək uzadılması ilə bağlı qərar qəbul edilməsi liderimiz cənab İlham Əliyevə və dövlətimizə yüksək inam və etimadı nümayiş etdirir.Sammitdə xüsusilə iki məqam diqqət çəkdi: Laos Xalq Demokratik Respublikasının üzvlüyü ilə AQEM-in tərkibi genişləndi, Azərbaycanın sədrliyi daha iki il - 2028-ci ilədək uzadıldı.

Zaur Şükürovun sözlərinə görə, qeyd edilməlidir ki, AQEM-in yaradılması ilə bağlı təşəbbüs 1992-ci il oktyabrın 5-də BMT Baş Assambleyasının 47-ci sessiyasında Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülüb. Belə ki, soyuq müharibənin bitməsindən sonra Asiyada ATƏT-ə bənzər, lakin qitənin reallıqlarına uyğunlaşdırılmış ümumi təhlükəsizlik və etimad platformasına ehtiyac yaranmışdı. Qitədə çoxsaylı ikitərəfli ziddiyyətlərin, fərqli siyasi sistemlərin mövcudluğu, eyni zamanda regional təhlükəsizlik arxitekturasının olmaması belə bir platformanın təsis edilməsini gündəmə gətirmişdir.AQEM Asiyanın təxminən 90 faizini ərazi və 55-60 faizini əhali baxımından əhatə edən 28 üzv dövləti birləşdirirdi. Laosun qoşulması ilə üzvlərin sayı 29-a çatır. Platformada Azərbaycanla yanaşı, Çin, Hindistan, Rusiya, Pakistan, İran, Türkiyə, Cənubi Koreya, Vyetnam, Körfəz ölkələri, Mərkəzi Asiya dövlətləri təmsil olunur.AQEM ölkələrinin birgə ÜDM-i təxmini hesablamalara görə dünya iqtisadiyyatının üçdə birindən çoxunu təşkil edir. Burada dünyanın ikinci və dördüncü böyük iqtisadiyyatları (Çin, Hindistan) ilə yanaşı, enerji ixrac edən Körfəz ölkələri, Rusiya və Qazaxıstan, texnoloji güc olan Cənubi Koreya və sürətlə böyüyən Cənub-Şərqi Asiya iqtisadiyyatları yer alır. Qlobal enerji ehtiyatlarının və nəqliyyat-logistika marşrutlarının böyük hissəsi də məhz bu məkandadır.

Millət vəkili vurğulayıb ki, üzvlər arasında BMT Təhlükəsizlik Şurasının iki daimi üzvü (Çin və Rusiya) var. AQEM-də G20 üzvləri, İƏT və Qoşulmama Hərəkatının əsas ölkələri təmsil olunub. Bu isə, AQEM-ə Şərq–Qərb və Şimal–Cənub oxunda vacib əməkdaşlıq platforması olduğunu deməyə əsas verir.AQEM-in əhəmiyyətli xüsusiyyətlərindən biri qitədəki ayrı-ayrı blokların, məsələn ŞƏT-in, ASEAN-ın, Körfəz Əməkdaşlıq Şurasında iştirak edən dövlətlərin bir “masa” ətrafında toplanmasıdır. Prezident cənab İlham Əliyev AQEM Zirvə görüşündə çıxışı zamanı bir sıra vacib məqamlara diqqət çəkdi. Münaqişələrin davam etdiyi və ciddi təhlükəsizlik çağırışlarının mövcud olduğu hazırkı dönəmdə, Prezidentimizin fikirləri xüsusilə əhəmiyyət kəsb edir. Azərbaycanın xarici siyasətinin bərabərhüquqluluğa, daxili işlərə qarışmamağa, suverenliyə və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslandığını vurğulayan ölkə başçısı, dövlətlərarası münaqişələrin həllində ikili standartlara və seçici yanaşmaların yolverilməz olduğunu qeyd etmiş və torpaqlarımız işğal altında olduğu zamanda beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə diqqət çəkmişdir. Prezident İlham Əliyev bu məsələnin qlobal əhəmiyyət daşıdığını bildirərək, BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələrin davam edəcəyini və yenilərinin meydana çıxacağını bildirmişdir.Azərbaycanın AQEM-də fəaliyyətinə toxunan Prezident İlham Əliyev vurğulayıb ki: “İki il ərzində sədrliyi müddətində ölkəmizin bu platformanın gücləndirilməsinə prioritet diqqət ayırdığını, nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq edib. Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür, üzvlərinin sayı genişlənmişdir və öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təşviqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün imkanları əhəmiyyətli dərəcədə möhkəmlənmişdir”.

Z. Şükürov qeyd edib ki, Hazırda təsisatda transformasiya prosesi gedir və AQEM-in beynəlxalq təşkilata çevrilməsi, eyni zamanda müvafiq hüquqi bazanın formalaşdırılması istiqamətində səylər davam etdirilir. Azərbaycanın sədrliyinin 2028-ə qədər uzadılması bu prosesin səmərəliliyi və davamlılığı baxımından önəm kəsb edir. Həmçinin, beynəlxalq təşkilatlarda uğurlu fəaliyyəti, regional və qlobal əhəmiyyətli təşəbbüslərlə çıxış etməsi, nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi nəticəsində ölkəmizə inam və etimadın davamlı olaraq yüksəlməsi də, sədrliyimizin yekdilliklə dəstəklənməsinə səbəb olmuşdur. Bu xüsusda, 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyimizi, 2024-cü ildə COP29-a ev sahibliyimizi, 2025-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının və Türk Dövlətləri Təşkilatının zirvə görüşlərini, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını qeyd edə bilərik.İnanırıq ki,  ölkəmizin davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət kursu çərçivəsində, digər beynəlxalq və regional təşkilat və platformalarda uğurlu fəaliyyəti AQEM-ə sədrliyimiz dönəmində də davam etdiriləcək və qarşıya qoyulan hədəflərə nail olacağıq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Pərvanə Vəliyeva: “Füzulinin azadlığı tarixi Zəfərimizin rəmzidir”

Xalqımızın tarixi yaddaşında xüsusi əhəmiyyət daşıyan, milli iradənin, qəhrəmanlığın, vətənpərvərliyin və ərazi bütövlüyümüzün bərpasının rəmzi olan 17 oktyabr tarixi 2020-ci ildə Füzuli şəhərinin Ermənistanın işğalından azad edilməsini, Azərbaycan Ordusunun misilsiz şücaətini və Azərbaycan xalqının tarixi torpaqlarına qovuşmaq əzmini təcəssüm etdirən bir gündür. Bu gün həm də, onilliklər ərzində doğma torpaq həsrəti ilə yaşayan insanların sevincini, şəhidlərimizin müqəddəs xatirəsini, qazilərimizin fədakarlığını və Azərbaycanın gələcəyə inamla irəliləməsini ehtiva edən mühüm bir tarixdir.Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Citypost.az-a açıqlamasında bildirib.Deputatın sözlərinə görə, Füzuli rayonu Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi, əlverişli coğrafi mövqeyi və strateji əhəmiyyəti ilə seçilən bölgələrindən biridir. Rayon Cəbrayıl,...

16 Oktyabr 2026, 18:37

Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb 

16 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammiti çərçivəsində Banqladeş Xalq Respublikasının xarici işlər üzrə dövlət naziri Humayun Kabir ilə görüşüb.XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə AQEM-in VII Sammitinin uğurlu nəticələri məmnunluqla qeyd olunub, Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.Tərəflər Azərbaycan və Banqladeş arasında siyasi dialoqun və qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayaraq, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər. Diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi barədə razılaşmanın əhəmiyyəti vurğulanıb.Enerji, təhsil,...

16 Oktyabr 2026, 18:10

Vüqar Rəhimzadə: “Füzuli Azərbaycanın dirçəlişinin nümunəsidir”

Bu gün İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən keçən altı illik dövrə nəzər salanda yeni reallıqların fonunda həm Azərbaycanın regionda və dünya siyasətində möhkəmlənən mövqeyini, həm şanlı Qələbəmizin gerçəkliklərinin  dünya gücləri tərəfindən qəbul edilməsini, həm də azad Qarabağımızın və Şərqi Zəngəzurumuzun dirçəlməsini, Böyük Qayıdış Proqramının uğurlu icrasını görməkdən böyük qürur hissi keçiririk.  Şanlı tarixi Zəfərimizdən ötən dövrün mühüm və qürurverici reallıqlarından biri də Prezident İlham Əliyevin  azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq 44 günlük İkinci Qarabağ müharibəsində  qəhrəmanliq salnaməmizə zəfər günləri kimi yazılan tarixlərin qeyd edilməsidir.Dövlət başçısı İlham Əliyevin həmin Sərəncamına əsasən, 17 oktyabr...

16 Oktyabr 2026, 17:33

Avropa Parlamentinin qərəzli qətnaməsi: Azərbaycana qarşı siyasi təzyiq cəhdi 

Avropa Parlamentinin 8 oktyabr 2026-cı ildə Azərbaycanla bağlı qəbul etdiyi qətnamə Avropa İttifaqının Cənubi Qafqaz siyasətində ikili standartlar və siyasi yanaşmalar barədə müzakirələri yenidən gündəmə gətirib. İnsan hüquqları və azadlıqlarının müdafiəsi adı altında qəbul olunan sənəd Azərbaycan hakimiyyətinə bir sıra tələblər irəli sürür, ayrı-ayrı şəxslərin azadlığa buraxılmasını tələb edir və Avropa İttifaqı ilə gələcək tərəfdaşlıq sazişinin insan hüquqları sahəsində irəliləyişlə şərtləndirilməsini istəyir.Bunu Oxu24.com-a açıqlamasında ekspert Şəmsi Qoca deyib.Şəmsi Qoca bildirib ki,Milli Məclis qətnaməni qərəzli siyasi addım kimi qiymətləndirərək sənəddəki ittihamları rədd edib. Bu mövqenin əsasını Azərbaycanın suveren dövlət kimi öz hüquq-mühafizə və məhkəmə sisteminə malik olması, hüquqi məsələlərə siyasi təzyiq...

16 Oktyabr 2026, 17:30

Sahibə Qafarova: “İlham Əliyevin prezident seçilməsi dövlətçiliyimizin inkişafında yeni dövr açıb”

Əlamətdar hadisələrdən biri 2003-cü il oktyabrın 15-də İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi idi.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.Sahibə Qafarova deyib ki, ölkəmizin müstəqilliyinin ciddi sınaqlarla üzləşdiyi bir dövrdə, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması dövlətçiliyimizin tarixində dönüş nöqtəsi idi: “Onun həyata keçirdiyi qətiyyətli tədbirlər sayəsində ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, ictimai-siyasi sabitlik təmin olundu, dövlət institutları möhkəmləndirildi. Ümummilli lider milli dövlətçilik konsepsiyasını irəli sürdü və onun həyata keçirilməsi istiqamətində mühüm addımlar atdı. Dövlət institutları ilə yanaşı, siyasi, iqtisadi və hüquqi sistemi də möhkəmləndirdi. O, dövlət...

16 Oktyabr 2026, 11:53

Milli Məclisin sədri: “1993-cü ilin iyunu dövlətçilik tarixində dönüş nöqtəsi oldu”

1991-ci il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu tarixi-əlamətdar hadisə idi.Citypost.az  xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.Onun sözlərinə görə, ölkənin müstəqilliyinin ciddi sınaqlara məruz qaldığı dövrdə 1993-cü ilin iyununda Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması dövlətçilik tarixində dönüş nöqtəsi oldu:"Onun həyata keçirdiyi qətiyyətli tədbirlər sayəsində ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, ictimai-siyasi sabitlik bərpa olundu, dövlət institutları möhkəmləndirildi. Milli-dövlətçilik konsepsiyasını irəli sürdü və uğurla həyata keçirdi. Dövlət müstəqilliyinə real siyasi, iqtisadi və hüquqi məzmun verdi, onun dönməzliyini təmin etdi, daxili və xarici siyasətin strateji hədəflərini müəyyənləşdirdi".S.Qafarova həmçinin vurğulayıb ki, İlham Əliyevin...

16 Oktyabr 2026, 11:17