Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan dövlət başçısı Davosda Latviya Prezidenti ilə görüşüb

Siyasət 21 Yanvar 2025, 12:00

26755

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə görüşüb.

Edqars Rinkeviçs dövlət başçısı ilə bundan əvvəlki görüşlərini məmnunluqla xatırlayıb.

Latviya Prezidenti bugünkü görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

Edqars Rinkeviçs təyyarə qəzasında həlak olanlarla bağlı Azərbaycan Prezidentinə başsağlığı verib.

Dövlət başçısı başsağlığına görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev də öz növbəsində bugünkü görüşün əməkdaşlığımızın perspektivlərinin müzakirəsi baxımından önəmini vurğulayıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Pərvanə Vəliyeva: Heydər Əliyevin siyasi qayıdışı mühüm dəyişikliklərə yol açdı

3 oktyabr 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olmaqla, həm də mühüm və yaddaqalan hadisələrdən biri kimi xüsusi əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyevin prezident seçilməsi Azərbaycanın müstəqilliyini yenicə bərpa etdiyi, ölkənin ciddi siyasi, sosial və iqtisadi çətinliklərlə üzləşdiyi bir dövrə təsadüf edirdi. 1993-cü ilin may-iyun aylarında siyasi böhran daha da dərinləşmiş, ölkədə sabitliyin qorunması və dövlət müstəqilliyinin gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaranmışdı. Həmin dövr vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsinin mövcud olduğu mürəkkəb bir mərhələ idi.Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Citypost.az  saytına açıqlamasında bildirib.Deputatın sözlərinə görə, 1991-1993-cü illərdə...

03 Oktyabr 2026, 11:19

Rövşən Muradov: “3 oktyabr Heydər Əliyevin dövlətçilik yolunun başlanğıcıdır”

3 oktyabr 1993-cü ili yalnız Azərbaycan Respublikasında keçirilmiş prezident seçkilərinin tarixi kimi oxumaq həmin günün siyasi məzmununu daraltmış olardı. Çünki tarixdə bəzi seçkilərin əhəmiyyəti onların nəticəsindən daha çox sonrakı dövlət idarəçiliyində yaratdığı dəyişikliklə ölçülür. Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra başlanmış mərhələ də dövlət hakimiyyətinin konsolidasiyası, siyasi sabitliyin təmin olunması və uzunmüddətli inkişaf mexanizmlərinin qurulması baxımından bu xüsusiyyəti daşıyır. Rəsmi mənbə 3 oktyabr 1993-cü ildə onun ümumxalq səsverməsi nəticəsində Prezident seçildiyini təsdiqləyir.Bu sözləri Milli Məclisin deputatı Rövşən Muradov Citypost.az-a açıqlamasında bildirib.Rövşən Muradovun sözlərinə görə, 1993-cü ilin əsas siyasi problemi Azərbaycanın hansı sürətlə inkişaf edəcəyi məsələsindən əvvəl, dövlətin öz idarəetmə...

03 Oktyabr 2026, 10:07

İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi 

Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib."Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi. Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi", - dövlət başçısı deyib.

02 Oktyabr 2026, 10:53

Prezident: “Zəfərdən sonra bir gün belə istirahət etmədik”

Bizim şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi.Citypost.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı söyləyib.Dövlətimizin başçısı qeyd edib ki, bir gün belə ara vermədik, bu şərəfli missiyamızın həyata keçirilməsində bir gün də istirahət etmədik. Nəticə etibarilə İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan dövr ərzində biz bir neçə cəbhədə fəaliyyət göstərmişik....

02 Oktyabr 2026, 10:42

İlham Əliyev: “Ermənistanın Azərbaycana qarşı iddiaları unudulmayacaq”

Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz. Halbuki əvvəlki Ermənistan rəhbərləri, onların hamısı hərbi cinayətkarlardır və öz cəzalarını çəkməlidirlər.Citypost.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı söyləyib."Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi, Azərbaycan xalqını təhqir etməyə çalışırdı, yersiz və mədəniyyətsiz açıqlamalarla Azərbaycan xalqının heysiyyətinə toxunurdu", - deyən dövlət başçısı bildirib ki, bütün bunlar heç vaxt unudulmayacaq....

02 Oktyabr 2026, 10:40

İlham Əliyev: “Bu, ərazi bütövlüyümüz bərpa olunandan sonrakı ilk qurultaydır”

Qurultay ilk dəfədir Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir.Citypost.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Sədri, Prezident İlham Əliyev YAP-ın VIII Qurultayında çıxışı zamanı deyib.Dövlət başçısı VII qurultayın da o vaxt üçün yeni mühitdə keçirildiyini xatırladıb:"Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir"....

02 Oktyabr 2026, 10:38