SALAM -Xatirə Rəhimbəylinin şeiri
Söz adamı 03 Sentyabr 2026, 18:06
275
Üzü o tərəfə, könlü bu yana
Ay iki arada qalan ey, salam.
Yığval tərsə düşüb yol düz gəlməyib
Ürəyi həsrətdə solan ey,salam
Gəzir aralıqda qatı duman çən,
Eh, nə bu mən mənəm, nə də o sən sən
Ürəyim eşitdi ürəyin verən
Allah salamını...Salam ey,Salam!
Hər açılan sabah sabah olmur ki,
Quruca bir salam günah olmur ki...
Hər qəlbin salamı , Segah olmur ki,
Ürəyim inlədi:" Balam ey..." Salam.
Eh gəlirsiz gəldi bu gidi gərdiş,
Ürək dərd çəkməyi eylədi vərdiş,
Salamın qurusun, salamsız dərviş,
Eylədin ruhumu talan ey... Salam
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
REKVİYEM - Yusif Nəğməkar
Acı kədərin əl-amanındaBir rekviyem çaldımKönlümün sinə kamanında.Titrək dörd siminGör əhvalı nə hallıqda!..İçimi çəkmiş ağri səsləndiD - moll tonallıqda...Kədərin əl-qoluni bağlayıb,Ağrımın kandarına atdım.Xatirələrin yumruğuylaQəlbimin qapısı döyüldü,Döyündü, döyündü;Ürəyi oyatdım.Ahımın nəfəsi təngiməyində,Sevincin qədəmi ləngiməyində...Ancaq nisgilli barmaqlarımdanDamla-damla süzülənlər,Səs ağacımın budağındanQətran qəm barıtək üzülənlərVolfqanq Amadey MotsartınSonuncu əsəri deyildi.Yenə də yaşıl pöhrələrMəqam-məqam solacaq,Payızı yetməyən ağaclar daBudaq-budaq qırılıbYarpaq-yarpaq xəzəl olacaq...Zamanın yönü dəRekviyemə ki meyillidi...Xeyirilə, şəriləDünya ikidillidi...Mənimsə duyub yaşadığım Başqa bir rekviyemdi...Kamanımın kama daAğladığı koma daHeç Avstriya deyildi...Boynuma qoşulan qoşqu-vəl yükü dərdlərBaşıma fırlatdı Yer kürrəsini.Hansı pərdəsiz pərdəyə bağlayımO dərdin bir zərrəsini?!.Bu avaz başaqlıqdaSarı həsrət dənləritəkNisgil yellər yelpiyiləSağa-sola sovrulan,İçin-için qovrulanCan məhsuludu;Bugünkü bir uludu...Rekviyem --Bu yoxluq "müjdə"çisiVarlığın herik şumundabitməz ki bitməz,Həyat...
02 Sentyabr 2026, 15:01
Dünyanı zəbt eləyən yumşaq güc – Fəxri Uğurlu
Fransua Moriakın “İlan yumağı” romanı haqqında Fəxri Uğurlunun “Dünyanı zəbt eləyən yumşaq güc” essesini təqdim edir. On doqquzuncu yüzilliyin Hüqo, Dikkens, Dostoyevski, Tolstoy kimi mistik-idealist (həm də ideoloji) yazıçılarının qoyduğu ənənənin iyirminci əsrin böyük qələm adamları arasında elə də çox ardıcılı meydana çıxmadı. Görünür, bunun bir səbəbi də ötən əsrdə nəhəng miqyaslı dağıdıcı müharibələrin, fəlakətli inqilabların, ictimai-siyasi kataklizmlərin humanizmə, optimizmə yer qoymaması, dekadans, tənəzzül ovqatına rəvac verməsi olub. Bununla belə, əsrin qaranlıq dumanı arasından insanlığın üstünə mistik-ruhani ədəbiyyat ulduzlarının da işığı sızıb: Rabindranat Taqor, Moris Meterlink, Migel de Unamuno, Rayner Mariya Rilke, Tomas Mann, Mixail Bulqakov, Andrey Platonov, Boris Pasternak, Antuan...
02 Sentyabr 2026, 12:37
Mən könlü yaralıyam - ADİL ŞİRİN
Mən könlü yaralıyam, Dağlardan aralıyam. Bir baxtı qaralıyam, Ayrılıqlar nəsibim. Soldu çöl çiçəkləri, Qurudu ləçəkləri. Unutdum gerçəkləri, Ayrılıqlar nəsibim. Buludlara qoşuldum, Qürbətlərə tuş oldum. Qafası sərxoş oldum, Ayrılıqlar nəsibim. Adil Şirin
31 Avqust 2026, 16:35
Oturmuşam -ZÖHRAB MEHDİNİN ŞEİRİ
Ömür Tanrının cəbrimi, Kimdir o, qazır qəbrimi?Hələ dözürəm, səbrimi -Basıb oturmuşam!Çəkib çarmıxa huşumu, Bir əl "oxşayır " başımı. Eləcə çatıb qaşımı -Susub oturmuşam!Nə ölçüdə, nə həcimdə Ölür neçə Ah içimdə!Quyruğumu bir biçimdə -Qısıb oturmuşam!Dərdlə yuyuram üzümü, Döyüb baxıram gözümü.Özüm özümdən özümü -Asıb oturmuşam! Ağrılarım da, qat-qat bax! Gördüyün hər şey boyat, bax! Nə vermişdisə həyat bax - Qusub oturmuşam! (Z.M)
31 Avqust 2026, 11:40
Əminəm, yazsam, 100 min tiraj təmin olunacaq...
2 aydan bir az artıqdır ki, atamın arxivi, kitabxanası ilə məşğulam. Son iki gündə isə köhnə evdə Həmidə xanımla iməcilik elədik. Bir az fiziki, bir az da mənəvi ağrıları, çevrədəki riyakar çoxluğu unutmaq üçün yaxşı məşğuliyyətdir; düşünürəm əsas məsələlərdə, insanlara etibar məsələsində atam kimi davranmışam, yəni səhv eləmişəm və aqibətim də atamın aqibətindən fərqlənmir. Bir dəfə, xeyli əvvəl idi, 16-17 il keçib yəqin, bir beynəlxalq tədbirdə 20 nəfərlik dəyimi ziyafət masasında Əkrəm Əylisli ilə oturmalı oldum. Əslində yerim başqaydı, amma riyakar çoxluqdan biri o yeri tutmuşdu (onda hələ "Daş yuxular" yazılmamışdı, yaxud biz ondan xəbərsizdik, Əkrəm Əylisi isə millət vəkili idi;...
31 Avqust 2026, 10:58
Sənli xatirələr - Vahid Əziz
Payızın eyvana dəyir qədəmi.Nəmli məhəccərdən əlim sürüşür.Dibçəkdə soluxan qızıl gül kimi,Səni gözlədiyim yadıma düşür.İndi xatirələr qalxır eyvanaSoyuq varlığımı bürüyə bilmir.Çiskindən, dumandan, qəmdən o yanaSənli xatirələr yeriyə bilmirYerdən çox hündürdə keçdi illərim.Qəlbinə gah uzaq, gah yaxın oldum.Hələ də məhbusdur, xatirələrim.Mən sənin bir eyvan dustağın oldum.O, qədər giley var bu qapılarda.Hər elçi bir təzə yar gətirərdi.Bir çinar mən qədər dursaydı, burda.Bəlkə də həsrətdən bar gətirərdi.Payızın eyvana dəyir qədəmi.Nəmli məhəccərdən əlim sürüşürDibçəkdən boylanan qızıl gül kimi.Səni gözlədiyim yadıma düşür....
30 Avqust 2026, 12:43