Tənhalığa yolçuluq - Süleyman Abdullanın şeiri
Söz adamı 04 Sentyabr 2026, 18:18
203
TƏNHALIĞA YOLÇULUĞUN ŞEİRİ
Dəlilərə yol verməklə,
axmaqları yola verməklə
keçdi ömrümüz.
Əl tutduğumuz əlimizi qopardı,
əl verdiyimiz barmağımızı...
Ələ saldılar mərhəmətimizdən yararlanıb,
Oysa ki, avamlıq sayırlarmış
biz səxavət bildiyimizi...
Xainlərin işidir adam ələ vermək - dedik, -
amma,
ələ verdilər bizi bəhrələnib mərdliyimizdən.
...Dəli ol el dərdini çəksin...
məsəli bizə aid deyil, dostum,
biz ağlımız itənəcən
ağıllı olmaq məcburiyyətindəyik...
Ətraf hər cür adamla dolu,
bunun gici var,
bici var,
kələkbazı var,
fələkbazı var...
Canisi,
fanisi...
Cəfakeşi,
səfakeşi var...
Şir kimi kükrəyən tülküsü,
it kimi hürən çaqqalı var.
Birinin aşağı tüpürməyə bığı,
digərinin yuxarı tüpürməyə saqqalı var.
Adam danlayan ahılı,
nadanlığını çətin anlayan cahılı var...
Üzünə salıb üzə duranı bir başqa dərd,
düzü düzdə qoymaq üçün
cürbəcür hiylə quranı bir başqa...
Sözü ayda,
gözü çayda olanlara bax,
dillərindən əməllərinə sonsuzluqdur məsafələr.
Dünyanın ən gözəl yeridir tənhalıq,
qapılmaq öz içinə,
çəkilmək öz qınına,
dalmaq öz aləminə...
Dostum,
könül rahatlığı tapmaq istəyirsənsə,
bu gözəlliyi sən də sına!
Əks halda,
dəlilərə yol,
axmaqları yola verməklə keçir ömrümüz...
Həmçinin oxuyun
03. 09. 2026.
SÜLEYMAN ABDULLA.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bəlkə də, keçmiş həyatımda elə məhz Sizif olmuşam - İlahə Səfərzadənin köşəsi
Yenidən dünyaya gəlsəm, özümü hansı xüsusiyyətlərimdən tanıyardım? Bəlkə, keçmiş zamanlarda heç kimin fərqində olmadığı insanıydım? Bəlkə, sahildə tək gəzən hansısa qəmli adamın ahəstə hərəkətlə yerdən götürüb sonra əsəblə dənizə atdığı daşıydım? Ya da ola bilsin, uşaqların budaqlarına yelləncək qurub əyləndiyi ağac idim. Nə qəribədir, bir “mən”imiz olduğunu sanaraq özümüzü başqalarının bizi aldatdığından daha ustaca inandırırıq. Halbuki, təkcə film və roman xarakterlərinin gerçək bir kimliyi var. Çünki onlar yüz illər keçsə də eyni ruh və bədəndə qalacaqlar. Nə həyatdan getmirlər, nə də əziyyət çəkib yenidən gəlmirlər. Əbədi yaşam yerləri insanların şüurlarıdır. Təkcə onlar heç yerə tələsmir və sakitcə öz həyatlarını yaşayır. İnsanlarsa…“Mən...
04 Sentyabr 2026, 18:20
Əbdürrəhim bəy Haqverdiyevin bilinməyən diplomatik fəaliyyəti
Bir çox adam Əbdürrəhim bəy Haqverdiyevi yazıçı , dramaturq kimi tanıyır.Amma Əbdürrəhim bəy , Azərbaycan Cümhuriyyəti dövründə , Cümhuriyyətin Ararat Respublikasında diplomatik səfirimiz olub.Haqverdiyevin İrəvan quberniyası və Qars vilayətində türk müsəlman əhaliyə qarşı ermənilər tərəfindən törədilən soyqırım faktlarının Birləşmiş Dövlətlərin Ali Komissarlığına , xarici ölkələrin Qafqazdakı nümayəndəliklərinə çatdırılmasında , qaçqınların vəziyyətinin yüngülləşdirilməsində xeyli işlər görmüşdür.O dövrün mənzərəsini əks etdirən yüzlərlə sənəd Əbdürrəhim bəy Haqverdiyecin imzası ilə arxivlərdə saxlanılır.Tarixçi alim, Nazim Mustafa....
04 Sentyabr 2026, 18:16
Əliabbas Bağırov Azər Turanın kitabından yazdı
Görkəmli ədəbiyyatşünas Azər Turan mənim və düşünürəm ki, elə çoxlarının nəzərində olduqca fərqli qələmə məxsus imzadır. O yazanda ki, “Az i Ya” Sovet İttifaqında yaşayan türklərin yaddaşını bərpa etdi. Həm də rus alimlərinə izah etdi ki, böyük rus mədəniyyəti müstəqil şəkildə yaranmayıb. Onun təməlində güclü bir türk qatı var” (“Ermənilərin məşhur “Ocaq” kitabı kimə cavab olaraq yazılmışdı?”) ədəbiyyatşünasdan daha çox, ədəbiyyat tarixçisi kimi çıxış edir. Yaxud götürək (“Mən bir diriyəm, etdi məni dəfn təsadüf...”) araşdırmasını... “Sovet dövrü ədəbiyyatşünaslığı Hadinin bütün “qüsurlarını” Əli bəy Hüseynzadənin adına yazıb” Lap olsun (“Məmməd Arazın...
04 Sentyabr 2026, 17:42
Sükutda Gizlənən Həqiqət
Sükutda Gizlənən HəqiqətBəzən insanın söyləmədiyi sözlər söylədiklərindən daha güclü olur. Bəzən bir baxış illərlə yığılıb qalan sözlərin yerinə danışır. Bəzən isə insan susur ki, qarşısındakının öz həqiqəti ilə üz-üzə qalmasına imkan versin. Mən bunu həyatımda dəfələrlə görmüşdüm. Amma bir gün yaşadığım hadisə mənə sükutun nə qədər böyük bir gücə sahib olduğunu bir daha göstərdi. Hər şey illər əvvəl başlamışdı. O vaxt mən həyatın ağır sınaqlarından keçirdim. Əlimdə böyük imkanlar yox idi. Arzularım çox, imkanlarım isə az idi. Bir tikə çörəyimi alnımın təri ilə qazanır, gələcəyim üçün gecə-gündüz çalışırdım. Ətrafımda məni həvəsləndirən insanlar da vardı, mənə istehza ilə baxanlar da. Onlardan...
04 Sentyabr 2026, 16:00
Eşq və cadu - Sayad Siracoğlundan ŞEİR
Eşq və cadu. Məni ofsunlayıb sehrinə salan, Olan ağlımı da başımdan alan, Göydən enmiş kimi, yoxdan var olan Eşq adlı bu cadu, yar, səninkidir. Mən nə gizlədirəm, nə də danıram, Balaca bir mehdən alovlanıram. Yumub gözlərimi elə sanıram, Öpüb-oxşadığım nar səninkidir. Üzülmə, baş qoyub yatdığım qucaq Pambıqdan yumşaqdır, günəşdən sıcaq. Sənin olmasa da bu baxça, bu bağ, Yolub yığşırdığım bar səninkidir. Unudub dözümü, unudub tabı, Əlimdən qoymadım acı şərabı. Desəm də şirindir eşqin əzabı, Saçlarıma yağan qar səninkidir. Gəzmə, nə gümüşdə, nə misdə yoxdur, Bir yaxşıda olan yüz pisdə yoxdur. Özgənin adına bir hiss də yoxdur, Ürəyimdə hər nə var səninkidir. Eşq ilə süslənib könlüm gülşəni, Sənə bəsləmişəm mən bu guşəni. Əgər şübhən varsa al bu tişəni Sayadın köksünü yar, səninkidir. Sentyabr 2026...
04 Sentyabr 2026, 15:08
SALAM -Xatirə Rəhimbəylinin şeiri
Üzü o tərəfə, könlü bu yanaAy iki arada qalan ey, salam.Yığval tərsə düşüb yol düz gəlməyibÜrəyi həsrətdə solan ey,salamGəzir aralıqda qatı duman çən,Eh, nə bu mən mənəm, nə də o sən sənÜrəyim eşitdi ürəyin verən Allah salamını...Salam ey,Salam!Hər açılan sabah sabah olmur ki,Quruca bir salam günah olmur ki...Hər qəlbin salamı , Segah olmur ki,Ürəyim inlədi:" Balam ey..." Salam.Eh gəlirsiz gəldi bu gidi gərdiş,Ürək dərd çəkməyi eylədi vərdiş,Salamın qurusun, salamsız dərviş,Eylədin ruhumu talan ey... Salam...
03 Sentyabr 2026, 18:06