İyunda 13 gün iş olmayacaq
Cəmiyyət 03 Aprel 2025, 13:23
26561
İyun ayında 13 gün iş olmayacaq.
Citypost.az Oxu.az-a istinadla xəbər verir ki, təqvimə əsasən, 6-7 iyun Qurban bayramı, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.
Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, iyunun 7-si şənbə gününə təsadüf etdiyindən beşgünlük iş həftəsində iyunun 9-u da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Qurban bayramı ilə əlaqədar 6,7,8 və 9 iyunda iş olmayacaq.
Eyni zamanda 15 iyun bazar gününə təsadüf etdiyinə görə 16 iyun da qeyri-iş günü olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
DSX-nın Sürücülük Mərkəzi xidməti istifadəyə verilib
Dövlət Sərhəd Xidmətinin Sürücülük Mərkəzinin açılış mərasimi keçirilib.Bu barədə Citypost.az-a Xidmətdən məlumat verilib.Bildirilib ki, Sürücülük Mərkəzində inzibati və tədris binaları müasir standartlara uyğun yenidən qurulub. sürücülərin nəzəri və praktiki hazırlığının təşkili üçün zəruri tədris bazası yaradılmış, müasir avadanlıqlarla təchiz edilmiş sinif otaqları, təlim meydançaları, texniki xidmət sahələri və nəqliyyat vasitələrinin saxlanılması üçün qarajlar istifadəyə verilib.Mərkəzdə yaradılan müasir infrastruktur təlim prosesinin səmərəliliyinin artırılmasına, sürücülərin peşə hazırlığının daha yüksək səviyyədə təşkilinə və Dövlət Sərhəd Xidmətinin nəqliyyat təminatı imkanlarının gücləndirilməsinə xidmət edəcək.Tədbirin rəsmi hissəsindən sonra Dövlət Sərhəd Xidmətinin rəhbərliyi mərkəzdə yaradılmış şəraitlə tanış olmuş, müasir qərargah binası, sürücülərin nəzəri-praktiki hazırlığının təşkilində zəruri infrastruktur,...
30 İyun 2026, 14:25
Naxçıvan Hərbi Kollecinin ilk məzun buraxılış mərasimi keçirilib
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin 1-ci məzun buraxılış mərasimi keçirilib.Citypost.az xəbər verir ki, tədbirdə Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kənan Seyidov və digər vəzifəli şəxslər iştirak ediblər.Naxçıvan Hərbi Kollecinin rəisi polkovnik Yaşar Hüseynov məzun buraxılış mərasiminə hazırlıq barədə Əlahiddə Ümumqoşun Ordunun komandanı Kənan Seyidova məruzə edib.Mərasimdə çıxış edən general-leytenant Kənan Seyidov məzunları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb, Vətənə sədaqətlə xidmət etməyin, hərbi andı daim uca tutmağın və Azərbaycan hərbi qulluqçusu şərəfli adını layiqincə qorumağın vacibliyini vurğulayıb.Sonra Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini, general-mayor Arif Həsənov çıxış edərək məzunları əlamətdar gün münasibətilə...
30 İyun 2026, 14:00
Bəzi yerlərə dolu düşəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 65-70 %, gündüz 40-45 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə yağıntıların bəzi yerlərdə güclənəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi bəzi yerlərdə...
30 İyun 2026, 13:31
AAYDA: Bakıda iki yolda asfalt örtüyü yenilənəcək
Bakının iki yol sahəsində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar frezlənmə və asfaltlanma işləri aparılacaq.Bu barədə Citypost.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.Bildirilib ki, Hüseyn Cavid prospekti (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək) bu gün saat 10:00-dan iyulun 3-ü, saat 07:00-dək yolun frezlənməsi və yeni asfalt örtüyünün döşənməsi işləri həyata keçiriləcək.Həmçinin, Ayna Sultanova küçəsi (Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək) iyulun 1-i, saat 08:00-dan iyulun 6-sı, saat 08:00-dək asfalt örtüyünün yenilənməsi işləri aparılacaq.Agentlik sürücülərdən xahiş edir ki, qeyd olunan tarixlərdə həmin ərazilərdə hərəkətin qismən məhdudlaşdırılacağını nəzərə alsınlar, mümkün olduqda alternativ marşrutlardan istifadə etsinlər və müvəqqəti yol nişanlarının və hərəkətin tənzimlənməsini...
30 İyun 2026, 12:44
Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb.Citypost.az xəbər verir ki, iclasın gündəliyinə 14 məsələ daxil edilib. Məsələlər aşağıdakılardır:1. "Metrik Konvensiya"ya qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi.2. "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan...
30 İyun 2026, 11:00
Türkün ruhu niyə sazda danışır? - "Hicran Kərəmi"dəki sirlər və həqiqətlər
Saz insan ruhunun gəldiyi yerdən, gedəcəyi yerə qədər bütün sirlərini aça bilən nadir alətlərdəndir. Hər xalqın ruhu bir musiqi alətinə bağlıdır. Hər musiqi aləti bir xalqın dilini bilər, hər xalq da bir musiqi alətinin. Türkün ruhu saza bağlıdır. Elə bu səbəbdəndir ki, Koroğlu Çənlibelə dəli seçəndə Aşıq Cünun saz çalar, özü də həmin igidin nəbzini tutardı. Sazın çalğısı ürək ritmini yüksəltməyəni Çənlibelə almazdı Koroğlu. Sazımız sirlərimizi qoruyan, onu naməhrəmə açmayan can yoldaşımızdır. "Mənsuri" havası Adəmin Ələstdən keçib, torpaqdan yaradılışı, ilahi ruhun ona üfürülməsinə qədər hər şeyi anladır. Bu sirləri anlayan simlərin, pərdələrin, təzanənin hansı simvollarla gizləndiyi, yaxud ifadə olunduğunu bilir. Hər kəsin...
30 İyun 2026, 10:48