Bizə yazın

Baku

-°C

USD

-

Bəzi yerlərdə külək güclənəcək

Cəmiyyət 28 Sentyabr 2026, 16:15

452

Sentyabrın 29-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bu barədə Citypost.az-a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Goranboy, Naftalan, Daşkəsən, Quba, Qusar, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Hacıqabul, Neftçala, Salyanda sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kollec) boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub.Citypost.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.Bildirilib ki, müsabiqədə iştirak etmək üçün 2393 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1818 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.Xatırladaq ki, abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından, eləcə də "iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki "7 rəqəmli kod"u bütün mobil operator nömrələrindən 7727-yə göndərməklə öyrənə bilərlər....

28 Sentyabr 2026, 17:29

Məhəmməd Əmin bəy onun adını Azər olaraq dəyişdirir və tarixə düşür

Azər Rəsulzadə 15 iyun 1920-ci ildə, atası Məhəmməd Əmin Rəsulzadə bolşeviklər tərəfindən həbsdə saxlanıldığı günlərdə dünyaya gəlib. Rəsulzadə Stalinin onu Moskvaya apardığı vaxt ailəsi ilə cəmi bir neçə dəqiqəlik görüşə bilmişdi. Bu, ata ilə ailəsinin son görüşü olmuşdu.Körpənin adı əvvəlcə Əliheydər qoyulsa da, Məhəmməd Əmin bəy onun adını Azər olaraq dəyişdirir. Bununla da o, bu adla tanınan ilk azərbaycanlı kimi tarixə düşür.1937-ci ildə repressiyalara məruz qalan Azər Rəsulzadə sürgünə göndərilir. Ömrünün böyük hissəsini vətəndən uzaqda keçirən Azər bəy 8 iyul 1993-cü ildə Qazaxıstanın Karaqanda şəhərində vəfat edir. Ertəsi gün cənazəsi Bakıya gətirilərək Novxanı qəbiristanlığında babası Axund Hacı Molla Ələkbərin yanında...

28 Sentyabr 2026, 17:27

Bakının bu ərazisində su kəsiləcək

Suraxanı rayonunun Hövsan kəndinin bəzi ərazilərində içməli su təminatında bu gün fasilə yaranacaq.Bu barədə Citypost.az-a  İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.Bildirilib ki, içməli su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar 28 sentyabr gün ərzində su təminatında müvəqqəti fasilə yaranacaq. Pepperoni pizzaQeyd edilib ki, yaranmış narahatlığa görə abonentlərdən üzr istənilir.

28 Sentyabr 2026, 17:20

İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı Fərman imzaladı

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısına dəyişiklik edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.Fərmana əsasən, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti və “Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyəti ləğv olunmları ilə əlaqədar siyahıdan çıxarılıb.

28 Sentyabr 2026, 17:00

Naxçıvana uçuşlar təxirə salındı

Azərbaycan Hava Yollarının (AZAL) 28 sentyabr 2026-cı il tarixinə planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.AZAL-dan Citypost.az-a verilən məlumata görə, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı operativ şəkildə məlumatlandırılacaqlar.Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı bütün qərarları sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edir və uçuşlar beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir....

28 Sentyabr 2026, 16:55

Vüsal Şilderin qətlinin sifarişçisinin məhkəməsində ittiham aktı elan olunub

Bakıda 13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən Xəyal Əlizadənin məhkəməsi davam etdirilib.APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.İttihamda bildirilib ki, 2013-cü ilin mayında Bakı şəhəri, Ə.Rəcəbli küçəsi 3 B saylı evin qarşısında Vüsal Şilderə yaxınlaşan qatil Elman İsgəndərov ona boyun və ürək nahiyəsindən zərbələr endirib. Aldığı xəsarətlər nəticəsində Vüsal Şilder dünyasını dəyişib. İki gün sonra Elman İsgəndərov şübhəli şəxs qismində tutulub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu qətlin digər iştirakçısı Seymur Talıbov hadisədən 2 ay sonra tutularaq istintaqa təhvil verilib.Məlum olub...

28 Sentyabr 2026, 15:41