Məhkəmə döymə əməlində “mütəmadilik” anlayışına aydınlıq gətirib
Cəmiyyət 28 Sentyabr 2026, 19:20
351
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Citypost.az-a bildirilib ki, məhkəmə iclasında İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) sorğusu əsasında Cinayət Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinə, 26-cı maddəsinə, 28-ci maddəsinin I hissəsinə, 32-ci maddəsinin I hissəsinə, 60-cı maddəsinə, 71-ci maddəsinin I və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Quliyevin məruzəsini, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspert rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Cinayət Məcəlləsində təsbit olunmuş qanunçuluq prinsipinin tələbləri, habelə Konstitusiya Məhkəməsi Plenumunun həmin prinsiplə bağlı formalaşdırdığı hüquqi mövqelər baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsi, 26-cı maddəsi, 28-ci maddəsinin I hissəsi, 32-ci maddəsinin I hissəsi, 60-cı maddəsi, 71-ci maddəsinin I və II hissələri ilə ziddiyyət təşkil etmir.
Həmçinin oxuyun
Cinayət Məcəlləsinin 133.1-ci maddəsinin dispozisiyasında əks edilmiş döymə əməlinin obyektiv cəhətinin zəruri əlaməti olan “mütəmadilik” anlayışı Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə müvafiq olaraq təqsirkarın vahid niyyəti ilə əhatə olunan, müəyyən zaman kəsiyində üç dəfə və ya daha çox həyata keçirilən, güclü fiziki ağrı ilə nəticələnən hərəkətlər arasında daxili qarşılıqlı əlaqənin mövcudluğunu nəzərdə tutur.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Gədəbəy rayonuna yeni icra başçısı təyin edilib
Hacıbaba Adil oğlu Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
28 Sentyabr 2026, 18:31
Naftalan Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin olunub
Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
28 Sentyabr 2026, 18:30
Qaradağ rayonuna icra başçısı təyin edilib
Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
28 Sentyabr 2026, 18:28
Bakıda qızının nişanlısını öldürən şəxsin məhkəməsində HÖKM OXUNDU
Bakıda qızının nişanlısını qətlə yetirməkdə təqsirləndirilən Firdovsi Hüseynovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nemət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Firdovsi Hüseynov 8 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib.Dövlət ittihamçısı təqsirləndirilən Firdovsi Hüseynovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.Qeyd edək ki, hadisə bu il fevralın 18-də paytaxt ərazisində baş verib. Məlumata görə, Firdovsi Hüseynov qızının nişanlısı Rəşad Hüseynovun qızına nalayiq sözlər dediyini əsas gətirərək, evdən bıçaq götürüb və onunla yaşadığı evin həyətində mübahisə edib. Yaranan münaqişə zəminində Firdovsi Hüseynov...
28 Sentyabr 2026, 17:47
KÖHNƏQALALI NATİQİN DİPLOMATİYASI
Yadınızdadırmı, bilə-bilə ki, Qarabağı erməniyə ruslar verib, yenə dərdimizi gedib Kremlə danışmaq istəyirdik. Sonra şikayətimizi bala-bala Avropa ölkələrinə elədik. Onlar da deyirdi ki, əşi, bir balaca torpaq üstündə bir-birinizi qırmayın, erməni əzabkeş millətdir, verin getsin. Neft daşımağa gələnlər dedi ki, ucuz versəniz, Qarabağı qaytarmaqda sizə yardım edərik. Dərhal razılaşdıq. Başladılar bizi ora-bura dəvət eləməyə. O sammit sənin, bu yığıncaq mənim... Dünyada nə qədər mənasız təşkilat var, hamısının yığıncağında ciddi çıxışlar elədik. Onlar da bizə guya çox ciddi qulaq asırdı. Nə qədər məruzəçilər, nə qədər monitorinq qrupları...Hələ ATƏT-in Minsk Qrupu! Bizim torpaq problemimizi gör kimlər həll eləyir? Amerika - bir xristian...
28 Sentyabr 2026, 17:45
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kollec) boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub.Citypost.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.Bildirilib ki, müsabiqədə iştirak etmək üçün 2393 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1818 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.Xatırladaq ki, abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından, eləcə də "iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki "7 rəqəmli kod"u bütün mobil operator nömrələrindən 7727-yə göndərməklə öyrənə bilərlər....
28 Sentyabr 2026, 17:29