KÖHNƏQALALI NATİQİN DİPLOMATİYASI
Cəmiyyət 28 Sentyabr 2026, 17:45
453
Yadınızdadırmı, bilə-bilə ki, Qarabağı erməniyə ruslar verib, yenə dərdimizi gedib Kremlə danışmaq istəyirdik. Sonra şikayətimizi bala-bala Avropa ölkələrinə elədik. Onlar da deyirdi ki, əşi, bir balaca torpaq üstündə bir-birinizi qırmayın, erməni əzabkeş millətdir, verin getsin. Neft daşımağa gələnlər dedi ki, ucuz versəniz, Qarabağı qaytarmaqda sizə yardım edərik. Dərhal razılaşdıq. Başladılar bizi ora-bura dəvət eləməyə. O sammit sənin, bu yığıncaq mənim... Dünyada nə qədər mənasız təşkilat var, hamısının yığıncağında ciddi çıxışlar elədik. Onlar da bizə guya çox ciddi qulaq asırdı. Nə qədər məruzəçilər, nə qədər monitorinq qrupları...
Hələ ATƏT-in Minsk Qrupu! Bizim torpaq problemimizi gör kimlər həll eləyir? Amerika - bir xristian ölkəsidir, erməniləri qürbətdə qalan qardaşı kimi sevir. Fransa - erməniyə qan qardaşım deyir. Rusiya - millətimizi qıraraq əlimizdən torpağı alıb erməniyə verib. Nə vaxtdır bu üçlük başımıza corab hörür. Bu illərdə bir dəfə də olsun yığılıb bir xalq şəklində “Qarabağ!” sözünü qışqırmamışıq. Ancaq lap təzə bir ümid yeri tapmışıq. Qazax Kanat Saudabayev ATƏT-in növbətçi sədridir. Hə, nolsun? Tutaq ki, Kanat əkə də növbəti dəfə təşkilatın üzv ölkələrinə məktub göndərdi ki, ermənilər Qarabağdan çıxmalıdır. Nə dəyişəcək?
Artıq Qarabağ yanğısını yaşayanların bir qismi dünyasını dəyişib, bir qismi qocalıb əldən düşüb, axırıncı qismi isə qocalır, özü də çox pis qocalır. Gələnlər isə dediyim o yeniyetmələrdir, onlar da Qarabağı tanımır. Əslən qarabağlı tələbə oğlan bir məclisdə bizə dedi ki, Qarabağ mənim nəyimə gərəkdir. Mən onu qınamıram. Bizdə İrəvanın, Zəngəzurun, Göyçənin itməsinə immunitet yaranıbsa, onlarda da Qarabağın itməyinə yaranacaq.
Qarabağ uğrunda aparılan mənasız diplomatik danışıqlar arasında yeganə bir söhbəti bəyənmişəm. O söhbəti də mənim köhnəqalalı dostum Natiq aparıb. Natiq deyir ki, Rusiyanın İrkutsk şəhərində bazarda alver eləyirdim. Yaxın bir binada Seryoja adlı rusun ikiotaqlı mənzilinin bir otağını kirayələmişdim. Axşamlar evə ərzağı həmişə mən alıb aparırdım. Sözsüz ki, araq almağı da unutmurdum. 90-cı illərin söhbətidir. İkimiz evdə yeyib-içirdik. Söhbət hərlənib-fırlanıb Qafqazdakı vəziyyətdən və Qarabağdan düşdü. Natiq deyir, Seryoja üzümə dirəndi ki, yox ey, oralar erməni torpağıdır, gərək siz Qarabağı çoxdan onlara verəydiniz. Mən də, deyir, bunu başa salıram ki, a kopayoğlu, erməni ora müharibədən sonra, sərhədlər bağlananda İrandan, Türkiyədən qaçqın kimi gəlib. Bizim də yazığımız gəlib, siz rusların köməyi ilə onları öz evlərimizdə, torpaqlarımızda yerləşdirmişik. Zaman keçəndən sonra deyirlər ki, bura bizim babalarımızın olub, başımıza bu oyunu açıblar.
Nə isə, rusu uzun-uzadı başa salıram. Bu da dirənib ki, elə şey ola bilməz, necə sənin evinə girib, torpağını alıb. Natiq deyir, bildim ki, ermənilər nə vaxtsa bunun başını yeyib ayrı cür başa salıblar. Gördüm, ortada araq da qurtarıb. Pul verdim, dedim, get, bir araq al gətir, səni başa salacam. Seryoja sevincək çıxdı. Gecələr də, deyir, arağı yalnız alverçidən alırdıq. Qış vaxtıdır, çöldə şaxta adamı kəsir. Yarım saat keçməmiş, bir də gördüm Seryoja qapının zəngini basır. Mən qapını açmıram. Yalançılar sözü, Seryoja 5 dəqiqə zəngi çaldı, açmadım. Elə bilirdi ki, içəridə yatmışam. Başladı qapını təpiklə döyməyə: “Tolik, aç, Tolik!” Mənə də Tolik deyirdi. Yaxınlaşdım qapıya, “kimdi?” - dedim. Seryoja sevincək dedi ki, Tolik, a belə şələ, mənəm, Seryojadı, aç, dondum bayırda! Dedim, Seryoja kimdi. Bağırdı ki, Tolik, zarafat vaxtı deyil, qapını aç. Dedim, mən Seryoja adlı adam tanımıram. Qışqırdı ki, Tolik, mənəm, evin sahibi! Dedim, nə evin sahibi, bu evin sahibi mənəm! “Bəs milisə şikayət edəcəm” - dedi. Dedim, get, kimə istəyirsən şikayət elə.
Nə isə, onu yarım saat qapı ağzında ləlitdim. Axırda qapını açdım. Titrəyə-titrəyə özünü içəri saldı. Mənə cumdu ki, sən dəlimi olmusan. Dedim, otur, səbəbini deyəcəm. Yüz-yüz süzəndən sonra dedim ki, bax, ermənilər Qarabağa belə girib. İndi də deyirlər, bura bizimdir.
Natiq and içir ki, Seryoja hər badəni qaldırdıqca başını bulaya-bulaya erməniləri söyürdü...
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Gədəbəy rayonuna yeni icra başçısı təyin edilib
Hacıbaba Adil oğlu Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
28 Sentyabr 2026, 18:31
Naftalan Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin olunub
Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
28 Sentyabr 2026, 18:30
Qaradağ rayonuna icra başçısı təyin edilib
Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
28 Sentyabr 2026, 18:28
Bakıda qızının nişanlısını öldürən şəxsin məhkəməsində HÖKM OXUNDU
Bakıda qızının nişanlısını qətlə yetirməkdə təqsirləndirilən Firdovsi Hüseynovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nemət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Firdovsi Hüseynov 8 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib.Dövlət ittihamçısı təqsirləndirilən Firdovsi Hüseynovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.Qeyd edək ki, hadisə bu il fevralın 18-də paytaxt ərazisində baş verib. Məlumata görə, Firdovsi Hüseynov qızının nişanlısı Rəşad Hüseynovun qızına nalayiq sözlər dediyini əsas gətirərək, evdən bıçaq götürüb və onunla yaşadığı evin həyətində mübahisə edib. Yaranan münaqişə zəminində Firdovsi Hüseynov...
28 Sentyabr 2026, 17:47
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kollec) boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub.Citypost.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.Bildirilib ki, müsabiqədə iştirak etmək üçün 2393 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1818 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.Xatırladaq ki, abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından, eləcə də "iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki "7 rəqəmli kod"u bütün mobil operator nömrələrindən 7727-yə göndərməklə öyrənə bilərlər....
28 Sentyabr 2026, 17:29
Məhəmməd Əmin bəy onun adını Azər olaraq dəyişdirir və tarixə düşür
Azər Rəsulzadə 15 iyun 1920-ci ildə, atası Məhəmməd Əmin Rəsulzadə bolşeviklər tərəfindən həbsdə saxlanıldığı günlərdə dünyaya gəlib. Rəsulzadə Stalinin onu Moskvaya apardığı vaxt ailəsi ilə cəmi bir neçə dəqiqəlik görüşə bilmişdi. Bu, ata ilə ailəsinin son görüşü olmuşdu.Körpənin adı əvvəlcə Əliheydər qoyulsa da, Məhəmməd Əmin bəy onun adını Azər olaraq dəyişdirir. Bununla da o, bu adla tanınan ilk azərbaycanlı kimi tarixə düşür.1937-ci ildə repressiyalara məruz qalan Azər Rəsulzadə sürgünə göndərilir. Ömrünün böyük hissəsini vətəndən uzaqda keçirən Azər bəy 8 iyul 1993-cü ildə Qazaxıstanın Karaqanda şəhərində vəfat edir. Ertəsi gün cənazəsi Bakıya gətirilərək Novxanı qəbiristanlığında babası Axund Hacı Molla Ələkbərin yanında...
28 Sentyabr 2026, 17:27