Bizə yazın

Baku

-°C

USD

-

Milli Məclisin sədri Hulusi Akar ilə görüşüb  

Cəmiyyət 15 Aprel 2025, 16:16

20189

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komitəsinin sədri Hulusi Akar ilə görüşüb.

Bu barədə CityPost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Görüşdə bildirilib ki, dövlət başçılarımızın davamlı təmasları strateji müttəfiqliyimizin hər gün yeni amillərlə zənginləşdiyini göstərir. 2021-ci ilin iyununda imzalanmış Şuşa Bəyannaməsi ardıcıl şəkildə həyata keçirilir. Qeyd olunub ki, qardaş ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin ruhuna uyğun olaraq, parlamentlərimiz arasında da əlaqələr uğurla inkişaf edir. Qanunverici orqanların rəhbərləri səviyyəsində qarşılıqlı səfərlər, beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşləri, deputatların davamlı təmasları və qarşılıqlı dəstəyi bunu bir daha sübut edir.

Hulusi Akar Şuşa və Xankəndiyə səfəri haqqında təəssüratlarını bölüşərək, həmin ərazilərdə böyük inkişaf və quruculuq işlərinin şahidi olduqlarını bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasının regionda yeni reallıqlar yaratdığını söyləyərək, Ermənistanın sülh sazişini imzalamaq üçün lazımi iradə göstərməsini və Azərbaycanın və Türkiyənin uzatdığı sülh əlini tutmasını arzuladığını bildirib.

Hulusi Akar Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı mövqeyini çox yüksək qiymətləndirdiklərini vurğulayaraq, bu məsələdə də Azərbaycanın dövlət başçısının qəti iradəsinin şahidi olduqlarını deyib.

Spiker Sahibə bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi bütün Türk dünyasının qələbəsidir və qardaş ölkələrimizin birliyinin daha da gücləndirilməsində mühüm amildir.

TBMM-in komitə sədri müdafiə, təhlükəsizlik, müdafiə sənayesinin inkişafında Azərbaycan və Türkiyənin böyük yol qət etdiklərini və ölkələrimizin bu istiqamətdə atdığı addımların heç bir üçüncü ölkəyə qarşı yönəlmədiyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bu üç BÜRC avqustda varlanacaq

2026-cı ilin avqust ayında üç bürc özünüdərkə diqqət yetirə biləcək ki, bu da tezliklə maliyyə uğuru gətirəcək.Citypost.az-ın məlumatına görə, tutulmalar Şir və Dolça bürclərinə daxil olacağı üçün astroloqlar uğur üçün ənənəvi meyarlardan uzaqlaşmağı və sizin üçün orijinal olana diqqət yetirməyi tövsiyə edirlər.Qız bürcüTərəzi bürcündə Venera ilə maliyyə uğurunuz tərəfdaşlıqlar vasitəsilə əldə ediləcək. Yeni əməkdaşlıq formaları kəşf edəcək və vaxt və resurslara investisiya qoymaqda komanda işini inkişaf etdirəcəksiniz. Bu dəyişikliklər həm şəxsi, həm də peşəkar həyatınıza təsir göstərə bilər. Veneranın sizi hara apardığına açıq olun.Tərəzi bürcündə Veneranın birinci mərhələsi hər şeyə başlamaq və sizə lazım olan imkanları yaratmaq üçündür. Veneranın geriləmə...

06 Avqust 2026, 08:50

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR

Bakı metrosunda həyata keçirilən layihələr tamamlandıqdan sonra qatarlararası interval 3 dəqiqə 30 saniyədən 2 dəqiqəyə enəcək, bu isə sərnişin sıxlığının və tıxacların azalmasına imkan yaradacaq.Citypost.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.Onun sözlərinə görə, xətlərin ayrılması nəticəsində hər bir xətt müstəqil fəaliyyət göstərəcək və birində yaranan nasazlıq digər xətlərin işinə təsir göstərməyəcək.Bəxtiyar Məmmədov bildirib ki, dövlət proqramı çərçivəsində inşa ediləcək 10 yeni metro stansiyası sərnişindaşıma imkanlarını genişləndirəcək, şəhər mərkəzinə yönələn nəqliyyat yükünü azaldacaq, mobilliyi artıracaq və tıxacların azalmasına töhfə verəcək.O qeyd edib ki, layihə həmçinin "28 May" - "Həzi Aslanov" istiqamətində sərnişin axınlarının qarışmasının...

05 Avqust 2026, 20:16

Məşhur aparıcı Nigar Fərhadın əri həbs edildi

Məşhur aparıcı Nigar Fərhadın əri Samir Yəhyazadə həbs edilib.Citypost.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, iş onun rəhbərlik etdiyi "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlıdır.Bir müddətdir "AİD Group"la bağlı şikayətlər səngimirdi. Elə saytımızda da bu barədə bir neçə yazı dərc edilib. Sonuncu dəfə Nigar Fərhadın "yoxa çıxması" ilə bağlı xəbər vermişdik.Hüquq-mühafizə orqanlarının ilkin araşdırması nəticəsində Samir Yəhyazadə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib."AİD Group"un təsisçisi Nigar Fərhad və anası Arzu Əliyeva da dindirilib, onlarla...

05 Avqust 2026, 16:35

Azərbaycanda kart limitləri ilə bağlı yenilik: Bir il ərzində...

Azərbaycanda maliyyə institutlarının Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim etməli olduqları elektron pul köçürmələrinin minimum məbləği yeni qaydada hesablanacaq.Citypost.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə müvafiq qərar imzalayıb."Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanuna əsasən, maliyyə institutları tərəfindən minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarına dair məlumat və sənədlər maliyyə monitorinqi orqanına təqdim edilir.Yeni qərara görə, yuxarıdakı abzasa uyğun olaraq maliyyə institutlarının Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə məlumat və sənədlər təqdim...

05 Avqust 2026, 15:49

General rəisi vəzifəsindən azad etdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) kadr dəyişikliyi baş verib.Citypost.az Manset.az-a istinadən xəbər verir ki, Tərtər rayon şöbəsinin rəisi polkovnik-leytenant Pərviz Hüseynov vəzifəsindən azad edilib.Bununla bağlı SHXÇDX-nin rəisi general-mayor Mürsəl İbrahimov əmr imzalayıb. Bu barədə məlumatı saytımıza qurumdan təsdiqləyiblər. Sorğumuza cavab olaraq bildirilib ki, P.Hüseynov xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar vəzifədən azad edilib. Digər əmrə əsasən, polkovnik-leytenant Ruslan Əhmədov Tərtər rayon şöbəsinə rəis əvəzi vəzifəsinə müvəqqəti təyinat alıb.Qeyd edək ki, Pərviz Hüseynov 2023-cü ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Tərtər rayon şöbəsinin rəisi vəzifəsində çalışırdı....

05 Avqust 2026, 15:25

"Nizami"-"28 May" ekspres avtobuslarında kimlər pulsuz gedəcək? - RƏSMİ CAVAB

Avqustun 15-dən "Nizami" və "28 May" stansiyaları arasında fəaliyyət göstərəcək ekspres avtobuslarda həssas əhali qrupları üçün güzəştlərin tətbiq edilib-edilməyəcəyi maraq doğurur.Citypost.az xəbər verir ki,  Sfera.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, bu məsələ qurumun səlahiyyətlərinə aid deyil.Qeyd olunub ki, şəhərdaxili marşrutlarda sərnişindaşıma ilə bağlı güzəştlər Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir.Xatırladaq ki, "Bakı Metropoliteni" QSC-nin məlumatına görə, Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsi ilə əlaqədar avqustun 15-dən "Dərnəgül" istiqamətindən gələn qatarlar yalnız "Nizami" stansiyasına qədər hərəkət edəcək.Sərnişinlərin daşınmasının fasiləsiz təmin olunması məqsədilə "Nizami" və "28 May" stansiyaları arasında 6 ekspres avtobus xəttə buraxılacaq....

05 Avqust 2026, 14:16