Görkəmli alim, professor Aida xanım İmanquliyevanın anım günüdür
Cəmiyyət 19 Sentyabr 2026, 23:10
307
Sentyabrın 19-u ürəklərdə əbədi yaşayan görkəmli alim, professor və nəcib insan Aida xanım İmanquliyevanın anım günüdür.
Hər bir dövlətin qüdrəti onun ziyalı potensialı ilə ölçülür. Hər bir xalqı isə müasir dünyaya inteqrasiya yolunda irəli aparan onun elmi, zəkası və ziyalılarıdır. Azərbaycanda bu missiyanı layiqincə yerinə yetirən güclü ziyalı qüvvəsi mövcuddur. Müxtəlif sahələrdə fəaliyyət göstərən qadınlarımız səmərəli fəaliyyəti və dəyərli elmi axtarışları ilə ölkəmizin elm və mədəniyyətini dünyada tanıdırlar. Bu gün gənc tədqiqatçılar onların zəngin elmi irsini və həyat təcrübəsini maraqla öyrənir, yaradıcılıqlarından bəhrələnirlər. Əgər insan xatırlanırsa, deməli, yaşayır. Qoyub getdiyi xeyirxah əməlləri, sevənlərinin qəlbində buraxdığı dərin iz onun əbədiyyətini təmin edir. Bu əbədiyyəti isə Aida xanım İmanquliyeva hələ sağlığında qazanmışdı.
Görkəmli alim, tanınmış şərqşünas, istedadlı tərcüməçi və pedaqoq Aida xanım İmanquliyeva məhz belə əvəzolunmaz şəxsiyyətlərdən idi. Onun həyatı və zəngin yaradıcılıq yolu ilə tanış olduqda, haqqında yazılan xatirələri oxuduqda qarşımızda sadə, humanist, yüksək mənəvi dəyərlərə sahib, mədəni və iradəli bir ziyalı obrazı canlanır. Mənalı və dolğun ömrü Aida xanımı xalqımızın yaddaşına xüsusi yeri olan bir şəxsiyyət kimi həkk etmişdir. Milli köklərə sadiq olan bu nəcib qadın xalqının maariflənməsi, elmin və mədəniyyətin inkişafı naminə yorulmadan çalışmış, həyatını sevdiyi işə həsr etmişdir. Elmi fəaliyyətə kiçik elmi işçi kimi başlayan Aida xanım sonrakı illərdə şöbə müdiri, elmi işlər üzrə direktor müavini və Şərqşünaslıq İnstitutunun direktoru vəzifələrinə qədər yüksəlmişdir. Bu yol onun dərin biliyinin, zəhmətinin, təşkilatçılıq bacarığının və elmi nüfuzunun göstəricisi idi. 1989-cu ildə filologiya elmləri doktoru elmi dərəcəsini alan Aida xanım 1991-ci ildə professor elmi adını qazanmışdır. Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın elmlər doktoru və professor kimi onun adı elm tariximizdə xüsusi yer tutur. Aida xanımın elmi fəaliyyəti ilə yanaşı, gənc alimlərin yetişməsinə verdiyi töhfə də xüsusi qeyd olunmalıdır. Onun rəhbərlik etdiyi dövrdə bir sıra gənc ərəbşünas alimlər dissertasiya müdafiə edərək elmi dərəcələrə yiyələnmişlər.
Aida xanım İmanquliyeva yalnız Azərbaycan elminin parlaq nümayəndəsi deyildi, həm də övladlarına aşıladığı yüksək əxlaq və mənəvi dəyərlərlə xalqımıza örnək oldu. Onun tərbiyə etdiyi övladlar, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, dövlətimizin inkişafı naminə çalışan Mehriban xanım Əliyeva və elm, təhsil və ictimai fəaliyyət sahəsində mühüm xidmətləri ilə tanınan professor Nərgiz xanım Paşayeva bu gün Aida xanımın yaşatdığı dəyərləri öz fəaliyyətlərində davam etdirirlər.
Mehriban xanım öz fəaliyyətində milli-mənəvi dəyərlərə sədaqət, humanizm və insanlara qayğı nümunəsi göstərərək müasir Azərbaycanın inkişafına mühüm töhfələr verir. Azərbaycan mədəniyyətinin, musiqisinin, incəsənətinin, ədəbiyyatının və tarixinin dünyada tanıdılmasında onun xidmətləri xüsusi əhəmiyyət daşıyır. Nərgiz xanım isə filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü olaraq uzun illərdir elm və təhsil sahəsindəki fəaliyyəti ilə Azərbaycan ziyalılığının layiqli nümayəndəsi kimi tanınır. Aida xanımın ailəsinə münasibəti isə onun şəxsiyyətinin daha bir gözəl tərəfini göstərirdi. Gərgin elmi və rəhbərlik fəaliyyəti ilə yanaşı, o, ailəsinə və övladlarına böyük diqqət ayırırdı. Sevimli qızları Nərgizin və Mehribanın təlim-tərbiyəsi ilə yaxından maraqlanır, onların həyatında baş verən hər hadisəyə həssaslıqla yanaşırdı. Elmi işlərə və inzibati vəzifələrə olan böyük məsuliyyəti onu ailəsinə qayğı göstərən ana olmaqdan uzaqlaşdırmamışdı. Əksinə, Aida xanım həm ciddi alim və rəhbər, həm də ailəsinə bağlı, qayğıkeş və nəvazişkar bir ana kimi yadda qalmışdır. Onu yaxından tanıyanların xatirələrində də Aida xanım ilk növbədə insanlara münasibəti, diqqəti və həssaslığı ilə xatırlanır. O, qarşısındakı insanı dinləməyi, onun qayğısını anlamağı bacaran, yaxınlarından tez-tez xəbər tutan, çətinlikləri ilə maraqlanan bir insan idi. Məncə, Aida xanımın şəxsiyyətini daha yaxından tanımaq üçün məhz bu xatirələr çox qiymətlidir. Çünki insanı yalnız tutduğu vəzifələr və yazdığı əsərlər deyil, ətrafındakı insanlara münasibəti də tanıdır.
Elmi fəaliyyətində Aida xanım ərəb ədəbiyyatı və Şərq-Qərb ədəbi-mədəni əlaqələri istiqamətində apardığı sanballı tədqiqatları ilə Azərbaycan şərqşünaslıq elminin inkişafına mühüm töhfələr vermişdir. Onun dərin analitik düşüncəsi və elmi araşdırmaları yalnız Azərbaycan elmi üçün deyil, ərəb ədəbiyyatının və Şərq-Qərb ədəbi əlaqələrinin öyrənilməsi baxımından da əhəmiyyətli olmuşdur.
Aida xanımın üç monoqrafiyası, 70-dən artıq elmi məqaləsi və çoxsaylı araşdırmaları onun elmi maraq dairəsinin nə qədər geniş olduğunu göstərir. “Mixail Nüaymə və “Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatının korifeyləri” kimi əsərlərində o, ərəb ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığını araşdırmış, Şərq və Qərb mədəni ənənələrinin qarşılıqlı əlaqələrinə xüsusi diqqət yetirmişdir. Əsərləri dəfələrlə nəşr olunmuş, tərcümə edilərək dünyaya yayılmış, ideya və amalları isə gənc nəsil üçün həmişəlik bir örnək olmuşdur. Bu gün onun xatirəsinə həsr olunan müsabiqələr, araşdırmalar və əsərlər alimin elmi irsinin yaşadığını göstərir.
Həmçinin oxuyun
Müstəqil Azərbaycanın bu gün İslam dünyası ilə qurduğu geniş siyasi, iqtisadi, elmi, mədəni və humanitar əlaqələrə nəzər saldıqda Aida xanımın vaxtilə araşdırdığı mövzuların nə qədər böyük əhəmiyyət daşıdığını daha yaxşı anlayırıq. Azərbaycan bu gün Şərq və Qərb arasında dialoqun inkişafına, müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə mühüm əhəmiyyət verir. Bu proseslər fonunda Aida xanımın elmi irsi və vaxtilə diqqət yetirdiyi məsələlər bu gün də öz aktuallığını qoruyur.
Aida xanımın həyatı bir daha göstərdi ki, qadın öz ailəsinə bağlılığını qoruyaraq elmə, mədəniyyətə və ictimai həyata da böyük töhfələr verə bilər. O, Azərbaycan qadınının sadəcə ailə və cəmiyyət daxilində deyil, elm və ictimai fikir sahəsində də necə böyük iz qoya biləcəyini öz ömrü ilə göstərdi. Onun həyatında qadının ailə, elm və cəmiyyət qarşısındakı məsuliyyəti bir-birinə zidd deyil, əksinə, bir-birini tamamlayan dəyərlər kimi görünür.
Qısa, amma son dərəcə mənalı və şərəfli ömür yaşayan Aida xanım İmanquliyeva həyatın bütün sınaqlarından alnıaçıq çıxmış, elm və mənəviyyat sahəsində dərin iz qoymuşdur. Onun nurlu xatirəsi Azərbaycan xalqının qəlbində hər zaman yaşayacaqdır.
Aida xanım İmanquliyevanın zəngin elmi irsini, ailə dəyərlərini və yüksək şəxsiyyətini dərin ehtiramla xatırlayır, onun əziz xatirəsini böyük məhəbbətlə yad edirik.
Fəxrlə deyə bilərik ki, bu gün Aida xanımın ruhu şaddır. Çünki onun qoyub getdiyi nəcib əməlləri yaşadan, yolunu davam etdirən övladları və nəvələri var.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Həmin qız Şəfiqə Axundova imiş - Üzeyir bəylə şirin xatirə
Görkəmli bəstəkarımız Üzeyir Hacıbəyov musiqi məktəbinə yeni tələbələr qəbul edirdi. İmtahan zamanı bir qızın istedadı onu xüsusilə heyran etdi. Üzeyir bəy qızı ürəkdən təbrik edib dedi: - Təbrik edirəm, qızım. Sənə təhsilində uğurlar arzulayıram. Bu vaxt qız ağlamağa başladı. Üzeyir bəy onun sevincdən ağladığını düşündü. Lakin qız hıçqıra - hıçqıra: - Hörmətli müəllim, məni məktəbə qəbul etdiniz, çox sağ olun. Amma mən oxuya bilməyəcəyəm.Üzeyir bəy təəccüblə soruşdu: - Niyə, qızım? - Çünki evdə pianom yoxdur. - Eybi yoxdur, qızım. Ümidini itirmə.Bunu deyib Üzeyir bəy köməkçi müəllimin qulağına nə isə pıçıldadı. Qız imtahan otağından ayrılanda Üzeyir bəyin assistenti də onun arxasınca çıxdı. Dəhlizdə qızı səsləyib dedi: -...
19 Sentyabr 2026, 23:15
Xankəndi Rumıniyanın şəhəri ilə qardaşlaşır
Rumıniyanın Baia Mare şəhəri ilə Xankəndi şəhəri arasında qardaşlaşma şəhərlər sazişinin imzalanması ilə bağlı bu ölkədə rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Rumıniya Prezidentinin administrasiya, idarəetmə siyasəti və vətəndaş cəmiyyəti üzrə müşaviri Boqdan-Florin Kristea ilə görüşüb.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin Citypost.az-a verdiyi məlumata görə, görüş zamanı Rumıniya-Azərbaycan münasibətləri, Azərbaycanın, xüsusilə Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulması müzakirə olunub.Elçin Yusubov işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən bərpa- quruculuq işləri, “Böyük Qayıdış” prosesi, həmçinin xarici investorlar üçün yaradılan əlverişli şərait barədə...
19 Sentyabr 2026, 17:15
Türk Dünyası Bəstəkarlar Birliyi yaradılıb
I Türk Dünyası Bəstəkarları Qurultayı çərçivəsində Türk Dünyası Bəstəkarlar Birliyi yaradılıb.Citypost.az xəbər verir ki, Türk Dünyası Bəstəkarlar Birliyi (Turkic Union of Composers (TUC) Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın aparıcı musiqi qurumlarının nümayəndələri tərəfindən təsis edilib.Qeyd edək ki, Türk Dünyası Bəstəkarlar Birliyinin təsis edilməsi Bakı Bəyənnaməsinin imzalanması ilə rəsmiləşdirilib. Bununla da bəstəkarlar, musiqişünaslar, ifaçılar, konservatoriyalar, musiqi akademiyaları və türk ölkələrinin yaradıcılıq birlikləri arasında daimi peşəkar əməkdaşlığın əsası qoyulub.Xatırladaq ki, I Türk Dünyası Bəstəkarları Qurultayı 18–20 sentyabr 2026-cı il tarixlərində XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilir. Layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Türk Mədəniyyəti və İrsi Fondu...
19 Sentyabr 2026, 16:45
Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib."Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur.Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsal həyata keçirilməyib.Bu il sentyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı olmayıb.Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 114,6 ton mis məftil istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 78,6 % azdır....
19 Sentyabr 2026, 15:52
Prezident İsgəndər Cavadovu təltif etdi
İsgəndər Cavad oğlu Cavadov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.Sərəncama görə, o, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
19 Sentyabr 2026, 14:14
İlham Əliyev neft sənayesi işçilərini təltif edib
Azərbaycan Prezidenti İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.Citypost.az xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər.3-cü dərəcəli "Əmək" ordeni iləBağırova Ülviyə Adil qızıBayatlı Tamam Fərman qızıCəfərov Teymur Vaqif oğluƏhmədov Zakir Xuduş oğluQuliyev Cahid Allahverdi oğluQuliyev Mübariz Maşallah oğluQuliyev Rəfael Həsənxan oğluRüstəmov Nağı Bəxtiyar oğluRüstəmov Rauf İsmət oğluVəliyev Rasim Vəli oğlu"Tərəqqi" medalı iləAbbasov Zavur Ağaxan oğluAbdullayev Murad Çingiz oğluAslanov Raiq Fəhrad oğluCəfərov Xəyal Vilayət oğluEyvazov Teymur Əlisultan oğluHaxıyev Güləhməd Camal oğluHəşimov Zakir Əlikram oğluMahmudlu Rauf Malik oğluMəhərrəmli Turxan Mətləb oğluMəmməd-Həsənov Elşad Aslan oğluMərdanov Nuru Odlar oğluMirzəyev Kənan Eldar oğluMqebrişvili ZazaMustafayev Elton Kərəm...
19 Sentyabr 2026, 14:07