Bizə yazın

Baku

-°C

USD

-

Həmin qız Şəfiqə Axundova imiş - Üzeyir bəylə şirin xatirə

Cəmiyyət 19 Sentyabr 2026, 23:15

348

Görkəmli bəstəkarımız Üzeyir Hacıbəyov musiqi məktəbinə yeni tələbələr qəbul edirdi. İmtahan zamanı bir qızın istedadı onu xüsusilə heyran etdi. Üzeyir bəy qızı ürəkdən təbrik edib dedi:

 - Təbrik edirəm, qızım. Sənə təhsilində uğurlar arzulayıram.

  Bu vaxt qız ağlamağa başladı. Üzeyir bəy onun sevincdən ağladığını düşündü. Lakin qız hıçqıra - hıçqıra:

 - Hörmətli müəllim, məni məktəbə qəbul etdiniz, çox sağ olun. Amma mən oxuya bilməyəcəyəm.

Üzeyir bəy təəccüblə soruşdu:

 - Niyə, qızım?

 - Çünki evdə pianom yoxdur.

 - Eybi yoxdur, qızım. Ümidini itirmə.

Bunu deyib Üzeyir bəy köməkçi müəllimin qulağına nə isə pıçıldadı. Qız imtahan otağından ayrılanda Üzeyir bəyin assistenti də onun arxasınca çıxdı. Dəhlizdə qızı səsləyib dedi:

 - Sən tərcümeyi-halını yazmalısan. Orada ünvanını da göstərməyi unutma.

  Axşam evə qayıdarkən qızın anası onu sevinclə qarşıladı:

 - Qızım, evimizə piano gətirdilər, sənin adını soruşdular, sonra pianonu qoyub getdilər. Nə qədər xəbər aldım, "nə məsələdir", - soruşdum, heç nə söyləmədilər.

  Bu qız sonralar Azərbaycanın görkəmli bəstəkarı olacaq, Şərqdə ilk operanı yazacaq xanım bəstəkar Şəfiqə Axundova idi.

  Allah hər iki şəxsiyyətə rəhmət eləsin!

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Görkəmli alim, professor Aida xanım İmanquliyevanın anım günüdür

Sentyabrın 19-u ürəklərdə əbədi yaşayan görkəmli alim, professor və nəcib insan Aida xanım İmanquliyevanın anım günüdür.Hər bir dövlətin qüdrəti onun ziyalı potensialı ilə ölçülür. Hər bir xalqı isə müasir dünyaya inteqrasiya yolunda irəli aparan onun elmi, zəkası və ziyalılarıdır. Azərbaycanda bu missiyanı layiqincə yerinə yetirən güclü ziyalı qüvvəsi mövcuddur. Müxtəlif sahələrdə fəaliyyət göstərən qadınlarımız səmərəli fəaliyyəti və dəyərli elmi axtarışları ilə ölkəmizin elm və mədəniyyətini dünyada tanıdırlar. Bu gün gənc tədqiqatçılar onların zəngin elmi irsini və həyat təcrübəsini maraqla öyrənir, yaradıcılıqlarından bəhrələnirlər. Əgər insan xatırlanırsa, deməli, yaşayır. Qoyub getdiyi xeyirxah əməlləri, sevənlərinin qəlbində buraxdığı dərin iz onun əbədiyyətini təmin edir....

19 Sentyabr 2026, 23:10

Xankəndi Rumıniyanın şəhəri ilə qardaşlaşır

Rumıniyanın Baia Mare şəhəri ilə Xankəndi şəhəri arasında qardaşlaşma şəhərlər sazişinin imzalanması ilə bağlı bu ölkədə rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Rumıniya Prezidentinin administrasiya, idarəetmə siyasəti və vətəndaş cəmiyyəti üzrə müşaviri Boqdan-Florin Kristea ilə görüşüb.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin Citypost.az-a verdiyi məlumata görə, görüş zamanı Rumıniya-Azərbaycan münasibətləri, Azərbaycanın, xüsusilə Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulması müzakirə olunub.Elçin Yusubov işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən bərpa- quruculuq işləri, “Böyük Qayıdış” prosesi, həmçinin xarici investorlar üçün yaradılan əlverişli şərait barədə...

19 Sentyabr 2026, 17:15

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılıb

I Türk Dünyası Bəstəkarları Qurultayı çərçivəsində Türk Dünyası Bəstəkarlar Birliyi yaradılıb.Citypost.az  xəbər verir ki, Türk Dünyası Bəstəkarlar Birliyi (Turkic Union of Composers (TUC) Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın aparıcı musiqi qurumlarının nümayəndələri tərəfindən təsis edilib.Qeyd edək ki, Türk Dünyası Bəstəkarlar Birliyinin təsis edilməsi Bakı Bəyənnaməsinin imzalanması ilə rəsmiləşdirilib. Bununla da bəstəkarlar, musiqişünaslar, ifaçılar, konservatoriyalar, musiqi akademiyaları və türk ölkələrinin yaradıcılıq birlikləri arasında daimi peşəkar əməkdaşlığın əsası qoyulub.Xatırladaq ki, I Türk Dünyası Bəstəkarları Qurultayı 18–20 sentyabr 2026-cı il tarixlərində XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilir. Layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Türk Mədəniyyəti və İrsi Fondu...

19 Sentyabr 2026, 16:45

Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib."Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur.Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsal həyata keçirilməyib.Bu il sentyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı olmayıb.Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 114,6 ton mis məftil istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 78,6 % azdır....

19 Sentyabr 2026, 15:52

Prezident İsgəndər Cavadovu təltif etdi

İsgəndər Cavad oğlu Cavadov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.Citypost.az  xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.Sərəncama görə, o, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

19 Sentyabr 2026, 14:14

İlham Əliyev neft sənayesi işçilərini təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.Citypost.az xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər.3-cü dərəcəli "Əmək" ordeni iləBağırova Ülviyə Adil qızıBayatlı Tamam Fərman qızıCəfərov Teymur Vaqif oğluƏhmədov Zakir Xuduş oğluQuliyev Cahid Allahverdi oğluQuliyev Mübariz Maşallah oğluQuliyev Rəfael Həsənxan oğluRüstəmov Nağı Bəxtiyar oğluRüstəmov Rauf İsmət oğluVəliyev Rasim Vəli oğlu"Tərəqqi" medalı iləAbbasov Zavur Ağaxan oğluAbdullayev Murad Çingiz oğluAslanov Raiq Fəhrad oğluCəfərov Xəyal Vilayət oğluEyvazov Teymur Əlisultan oğluHaxıyev Güləhməd Camal oğluHəşimov Zakir Əlikram oğluMahmudlu Rauf Malik oğluMəhərrəmli Turxan Mətləb oğluMəmməd-Həsənov Elşad Aslan oğluMərdanov Nuru Odlar oğluMirzəyev Kənan Eldar oğluMqebrişvili ZazaMustafayev Elton Kərəm...

19 Sentyabr 2026, 14:07