25 aprel Azərbaycanda Sahibkarlar Günüdür
Cəmiyyət 25 Aprel 2025, 10:30
5332
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında” 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına dövlətimizin başçısı tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.
CityPost.az xəbər verir ki, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların uğurla həyata keçirilməsinə etibarlı zəmin yaradıb. “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”, - deyən Ulu Öndər digər sahələrdə olduğu kimi, sahibkarlığın da formalaşması və inkişafı ilə bağlı taleyüklü qərarlar qəbul edib, dahi şəxsiyyətin rəhbərliyi ilə bu sahəni tənzimləyən qanunvericilik bazasının yaradılması istiqamətində mühüm işlər görülüb.
Ümummilli Liderin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən müdriklik və böyük uzaqgörənliklə davam etdirilməsi nəticəsində bu gün ölkəmiz regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Aparılan islahatlar çərçivəsində Azərbaycan Prezidentinin “ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq son illərdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən sistemli tədbirlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, şəffaf inzibati tənzimləmə və dövlət dəstəyi mexanizmlərinin yaradılması və genişləndirilməsi, sahibkarların hüquqlarının və qanuni mənafelərinin etibarlı müdafiəsi və digər tədbirlər nəticəsində bu gün sahibkarlar iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib.
Prezident İlham Əliyev sahibkarlarla keçirdiyi görüşlərində sahibkarlığın inkişafının ölkə üçün prioritet məsələlərdən biri olduğunu vurğulayır. Dövlətimizin başçısı bəyan edir ki, sahibkarlığın inkişafı üçün həm siyasi dəstək verilir, eyni zamanda, dövlət qurumları tərəfindən çox böyük metodiki dəstək göstərilir.
Son illərdə sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması, ixrac əməliyyatlarının maliyyələşdirilməsi, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi sahəsində mühüm addımlar atılıb. Dövlətimizin başçısı Azərbaycan sahibkarlarına xarici ölkələrə ixrac missiyalarını genişləndirmək sahəsində də ciddi dəstək verib. Azərbaycan Ticarət evlərinin fəaliyyət göstərdiyi ölkələrin sayı sürətlə artır. Belarus, Çin, Ukrayna, Latviya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri (Dubay) və bir sıra ölkələrdə Azərbaycan ticarət evləri fəaliyyət göstərir.
Ötən illərdə sənaye potensialının inkişafı ilə bağlı əhəmiyyətli addımlar atılıb. Nəticədə, həmin sahədə göstəricilərin yüksək dinamikasına nail olunub. Bu sahədə investisiya təşviqi proqramının həyata keçirilməsi maraq kəsb edir. Etiraf etmək lazımdır ki, bu, kifayət qədər yüksək rəqəm olmaqla, hətta bir sıra ölkələrin dövlət büdcəsindən belə çoxdur. İxracı təşviq etmək məqsədilə xarici ölkələrə ixrac missiyaları təşkil olunur, “Azexport” portalı yaradılıb, “Made in Azerbaijan” brendi artıq dünyada özünü göstərir və dövlət xətti ilə bu brendin təbliği istiqamətində işlər gedir. Dövlətin hər zaman sahibkarların yanında olacağını bəyan edən Prezident İlham Əliyev Azərbaycan məhsullarının xarici bazarlara çıxarılmasına xüsusi diqqət ayırır, bunun üçün müvafiq qurumlara sahibkarlara əlavə dəstək verməsini tapşırıb. Prezident sahibkarlara müraciət edərək onları xammaldan səmərəli şəkildə istifadə etməyə, yeni fabriklər, zavodlar qurmağa, hazır məhsulu Azərbaycanda istehsal edərək, idxaldan asılılığı azaltmağa və hazır məhsul ixrac etməyə çağırıb.
Azərbaycanda sahibkarlıq fəaliyyəti qədim tarixə malik olmaqla böyük inkişaf yolu keçib. XIX əsrin sonu, XX əsrin əvvəllərində bu qədim fəaliyyət növü sürətli və böyük inkişaf dövrü yaşayıb. Ölkəmizin malik olduğu müxtəlif təbii sərvətlər həm xarici iş adamlarının ölkəyə gəlməsinə, həm də yerli sahibkarlığın inkişafına əvəzsiz şərait yaradıb. Azərbaycan ən qiymətli sərvətlərdən olan neft ölkəsidir. Hələ XIX əsrdə Azərbaycanda neft hasilatı üzrə dünyada böyük nüfuza malik sahibkarlar (milyonçular) yetişib. Həmin milyonçuların ölkəmizin iqtisadi inkişafında, xüsusilə neft hasilatı və emalı sənayesinin inkişafında əhəmiyyətli rolu olub. Dövrünün böyük nüfuz sahibləri olan bu insanlar ölkədə binalar, məktəblər, teatrlar, xəstəxanalar tikdirmiş, əhalinin böyük hissəsini işlə təmin ediblər. Bu baxımdan Hacı Zeynalabdin Tağıyevin, Musa Nağıyevin, Murtuza Muxtarovun, Şəmsi Əsədullayevin, Seyid Mirbabayevin, Səlimovun, Mirzəyevin və onlarla başqalarının adları sahibkarlıqla məşğul olanlara əsl nümunə və həyat məktəbi olmalıdır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəis müavini təyin edilib.“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.Əmrə əsasən, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Füzuli İmrəliyev Agentlik rəisi general-mayor Sərdar Səfərovun müavini vəzifəsinə təsdiqlənib.Modern.az-ın məlumatına görə, Füzuli Şiraslan oğlu İmrəliyev Beyləqan rayonunun Bahar qəsəbəsində dünyaya gəlib. O, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayarkən Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının “Kobra” Xüsusi Təyinatlı Dəstəsinin komandiri olub. Füzuli İmrəliyev İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli, Xocavənd, Murovdağ istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanlıq nümayiş etdirib. O, Hadrut əməliyyatının rəhbərlərindən biri olub. Şuşanın azad edilməsi üçün xüsusi qəhrəmanlıq göstərib, döyüşlər zamanı düşmənin canlı qüvvəsi və...
25 May 2026, 17:48
Seneqal Prezidenti İlham Əliyev başçısına təbrik ünvanlayıb
Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Faye Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, təbrik məktubunda deyilir.“Cənab Prezident.Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.Sizə və dost Azərbaycan xalqına davamlı rifah və tərəqqi arzulayıram.Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi üçün Sizinlə birlikdə işləməyə hazır olduğumu bir daha vurğulayıram”....
25 May 2026, 17:34
Gürcüstanın Azərbaycan ilə sərhəd zonasında yeni milli park yaradılacaq
Gürcüstan parlamentinin Regional siyasət və özünüidarəetmə komitəsi Azərbaycan ilə həmsərhəd zonada “Tsiv-Qombori Milli Parkının yaradılması haqqında” qanun layihəsini dəstəkləyib.AZƏRTAC xəbər verir ki, komitənin iclasında ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Zurab Ezuqbaia "Tsiv-Qombori Qorunan Təbiət Ərazilərinin Yaradılması və İdarəedilməsi haqqında" qanun layihəsini, eləcə də ona əlavə olunmuş "Gürcüstan İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsini ilk dinləmədə təqdim edib.Qanun layihəsinə əsasən, Saqareco, Qurcaani və Telavi bələdiyyələrinin inzibati sərhədləri daxilində 21,761 hektar ərazidə Tsiv-Qombori Milli Parkı yaradılacaq.Bildirilib ki, layihədə, həmçinin Siqnaxi Təbiət Qoruğunun və Tsiv-Qombori Qoruq Landşaftının yaradılmasını da nəzərdə tutulur.Qeyd olunub ki, Tsiv-Qombori Milli Parkının yaradılması regionda...
25 May 2026, 17:33
Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı təsdiq edilib
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilibCitypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
25 May 2026, 17:15
Ramis Hümmətova hökm oxundu
Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən Eyvaz Niftalıyev və Ramis Hümmətovun cinayət işi məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, təqsirləndirilən Eyvaz Niftalıyev 10 il, Ramis Hümmətov 9 il müddətə azadlıqdan məhrum edilib.Ramis Hümmətovun himayəsində azyaşlı övladı olduğu üçün övladının 14 yaşındək cəzanın icrası təxirə salınıb.Həmçinin zərərçəkmişlərə vurulan 132000, 2300, 7 000 manat olan maddi ziyan təmin edilib.Qeyd edək ki, Ramis Hümmətov Müdafiə Sənayesi Nazirliyinin təbii ehtiyatlarla iş üzrə idarəsinin böyük elmi işçisi olub. Eyvaz Niftəliyev isə Şamaxı rayonunda müəllim işləyib, əvvəllər dələduzluğa görə məhkum olunub.Təqsirləndirilən...
25 May 2026, 17:11
Çin lideri Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, təbrik məktubunda deyilir:“Hörmətli cənab Prezident.Sizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı ifadə etməkdən şərəf duyuram.Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır. Bizim birgə planlaşdırmamız və rəhbərliyimiz ilə Çin-Azərbaycan münasibətləri yeni səviyyəyə yüksəlib, müxtəlif sahələrdə əməkdaşlıq böyük nəticələr verib. Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm, iki ölkənin xalqlarının rifahı naminə yüksək səviyyədə ikitərəfli əlaqələrin dinamikasının gücləndirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.Dost Azərbaycana tərəqqi və qüdrət, onun xalqına isə xoşbəxtlik və əmin-amanlıq arzulayıram”....
25 May 2026, 17:08