Prezident İranın ölkəmizdəki səfirliyində oldu - Başsağlığı verdi
Cəmiyyət 04 Mart 2026, 13:11
177
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib.
Citypost.az xəbər verir ki, İran İslam Respublikasının ölkəmizdəki səfiri Müctəba Dəmirçilu dövlətimizin başçısını qarşıladı.
Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazdı.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Prezident İlham Əliyev İrana səfərləri zamanı Ayətullah Seyid Əli Xamenei ilə görüşlərini həmişə ən xoş təəssüratlarla xatırlayacağanı dedi.
Həmçinin oxuyun
Müctəba Dəmirçilu səfirliyə gələrək başsağlığı verdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Milli Ordu modeli və humanizm: müasir müharibə kontekstində Azərbaycan təcrübəsi
Sayman Arzu yazırXXI əsrdə müharibə anlayışı köklü transformasiya keçirmişdir. Klassik cəbhə xətləri, nizami qoşunların qarşı-qarşıya dayandığı konvensional savaş modeli artıq dominant deyil. Hibrid müharibə, informasiya manipulyasiyası, pilotsuz sistemlərin tətbiqi və şəhər döyüşləri yeni reallıq yaradıb. Bu reallıqda ən çox zərər görən isə mülki əhalidir.Belə bir mürəkkəb kontekstdə 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi təkcə regional güc balansını dəyişmədi; həm də “milli ordu modeli”nin humanizm və hüquqla necə uzlaşdırıla biləcəyinə dair bir nümunə kimi təqdim olundu. Bu məqalədə həmin modelin ideoloji, hüquqi və mədəni əsasları analitik çərçivədə təhlil edilir.Müasir müharibələr üç əsas xüsusiyyət üzərində qurulub: Urbanizasiya – Döyüş əməliyyatlarının şəhərlərə...
04 Mart 2026, 14:27
Gənc istedadlara xüsusi təqaüdlərin verilməsi üçün 61847 manat ayrıldı - SƏRƏNCAM
Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 61847 (altmış bir min səkkiz yüz qırx yeddi) manat vəsait ayrılıb.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir....
04 Mart 2026, 13:13
Jurnalist: Buraxılış imtahanları gəncləri ağır psixoloji təzyiq altında qoyur
Jurnalist Fazil Əhməd martın 9-da keçiriləcək buraxılış imtahanlarını tənqid edib. Citypost.az xəbər verir ki, onun sözlərinə görə, imtahanı keçə bilməyən şagirdlər həm də attestatsız qalacaq və bu, onların gələcək imkanlarını məhdudlaşdırır.Fazil Əhməd vurğulayıb ki, normal ölkələrdə gənclər bu yaşda erkən və gərəksiz imtahan oyunları ilə belə ağır psixoloji təzyiq altında qalmır. O, həmçinin dövlət qulluğuna qəbul və ixtisas seçimi prosesindəki mürəkkəb və uyğunsuz prosedurları tənqid edib.Jurnalist qeyd edib ki, ölkədə bu cür sistem gənclərin inkişafına mane olur və onları həm psixoloji, həm də praktiki baxımdan əlavə yük altına qoyur....
04 Mart 2026, 12:32
DYP vətəndaşlara müraciət etdi
Baş Dövlət Yol Polisi İdarəsinin vətəndaşlara xəbərdarlıq edib.Citypost.az-ın məlumatına görə, xəbərdarlıqda deyilir:"Son zamanlar sosial şəbəkələrdə vətəndaşlara nəqliyyat vasitələri üzrə inzibati cərimə borcu olduğu barədə SMS bildirişlər göndərilməklə saxta internet səhifələrinə yönləndirən reklam və məlumatlar yayılmaqdadır. Həmin səhifələrdən biri də asanpayex.cc/az ünvanıdır.Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara bildirir ki, qeyd olunan internet səhifəsinin dövlət qurumları və rəsmi ödəniş sistemləri ilə heç bir əlaqəsi yoxdur.Vətəndaşlardan xahiş olunur ki, bu kimi saxta səhifələrə etibar etməsin, şəxsi məlumatlarını və bank kartı məlumatlarını belə platformalarda paylaşmasınlar.Bir daha xatırladırıq ki, inzibati cərimələrlə bağlı məlumatların yoxlanılması və ödənişlərin həyata keçirilməsi yalnız rəsmi dövlət platformaları vasitəsilə aparılmalıdır"....
04 Mart 2026, 12:27
Tərcüməçi Sevil Gültən MİMTA-nın etirazlarına cavab verdi
Tanınmış tərcüməçi Sevil Gültən Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu (MİMTA) tərəfindən onun tərcümə fəaliyyətinə dair verilən etiraz məktublarına münasibət bildirib. Sosial şəbəkədə paylaşdığı statusda Gültən bildirib ki, bəzi tənqidçilər onun ixtisası və tərcümə bacarıqları barədə yanlış məlumatlar yayırlar.Citypost.az xəbər verir ki, Sevil Gültən vurğulayıb ki, onun təhsili İngilis dili müəllimliyi üzrə olub və o zaman Azərbaycanda tərcüməçilik fakültəsi mövcud deyildi. “Tərcüməçi mütləq tərcümə fakültəsini bitirməli deyil. Mənimlə eyni fakültədə təhsil alanlar hazırda Xarici Dillərdə tərcümədən dərs keçir,” – deyə Gültən qeyd edib.O, həmçinin MİMTA tərəfindən qeyd olunan İELTS sertifikatı məsələsinə də aydınlıq gətirib və vurğulayıb ki, tərcümə prosesində məlumatları araşdırmaq...
04 Mart 2026, 12:20
250 tələbəyə "Həmkarlar ittifaqı təqaüdü" təqdim olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) 250 tələbəyə "Həmkarlar ittifaqı təqaüdü" təqdim edib.Citypost.az-a Konfederasiyadan verilən məlumata görə,tədbirdə Konfederasiyanın, üzv və tabe təşkilatların rəhbərliyi, ölkənin bir sıra ali təhsil müəssisələrinin rektorları, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri və tələbələr iştirak ediblər.Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Konfederasiya sədrinin müavini Musa Mirzəyev çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətimizin gənclər siyasəti gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına, keyfiyyətli təhsil almasına və cəmiyyətin fəal üzvünə...
04 Mart 2026, 12:15