Bizə yazın

Baku

-°C

USD

-

250 tələbəyə "Həmkarlar ittifaqı təqaüdü" təqdim olunub 

Cəmiyyət 04 Mart 2026, 12:15

264

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) 250 tələbəyə "Həmkarlar ittifaqı təqaüdü" təqdim edib.

Citypost.az-a Konfederasiyadan verilən məlumata görə,tədbirdə Konfederasiyanın, üzv və tabe təşkilatların rəhbərliyi, ölkənin bir sıra ali təhsil müəssisələrinin rektorları, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri və tələbələr iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfederasiya sədrinin müavini Musa Mirzəyev çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətimizin gənclər siyasəti gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına, keyfiyyətli təhsil almasına və cəmiyyətin fəal üzvünə çevrilməsinə geniş imkanlar yaradıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin potensialının reallaşdırılması, onların yüksək ixtisaslı kadr kimi formalaşması və ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın gənc nəslin inkişafına verdiyi töhfələr, Heydər Əliyev Fondu tərəfindən icra olunan layihələrin təhsil, mədəniyyət, idman və digər sahələrdə gənclərin imkanlarını genişləndirdiyi də vurğulanıb.

Çıxışda gənclərin sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və potensialının inkişaf etdirilməsi istiqamətində AHİK-in həyata keçirdiyi sistemli tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, akademik göstəriciləri yüksək olan və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən gənclər üçün nəzərdə tutulan "Həmkarlar ittifaqı təqaüdü" proqramı bu istiqamətdə uğurlu təşəbbüslərdən biridir. Proqram tələbələr arasında sağlam rəqabət mühiti formalaşdırır və onları daha yüksək nəticələr əldə etməyə təşviq edir.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə təhsil sahəsində həyata keçirilən islahatlardan danışaraq müasir təhsil sisteminin gənclərin bilik və bacarıqlarının, eləcə də yaradıcılıq qabiliyyətinin inkişafına xidmət etdiyini bildirib. O, "Həmkarlar ittifaqı təqaüdü" proqramının tələbələrin motivasiyasının artırılmasında mühüm rol oynayacağını diqqətə çatdırıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə həmkarlar ittifaqı komitəsinin sədri Şahmar Rəfili isə tələbələrin həmkarlar ittifaqları sıralarında fəallığından, onların istirahət və asudə vaxtının səmərəli təşkili istiqamətində görülən işlərdən danışıb.

Tədbir çərçivəsində AHİK-in həmkarlar ittifaqları sistemində apardığı islahatları, həyata keçirdiyi layihələri və tətbiq etdiyi yenilikləri əks etdirən videoçarx nümayiş olunub.

Sonda 2024-2025-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə əsasən yüksək akademik göstəricilər göstərən və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 250 tələbəyə "Həmkarlar ittifaqı təqaüdü" təqdim olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Gənc istedadlara xüsusi təqaüdlərin verilməsi üçün 61847 manat ayrıldı - SƏRƏNCAM

Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 61847 (altmış bir min səkkiz yüz qırx yeddi) manat vəsait ayrılıb.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir....

04 Mart 2026, 13:13

Prezident İranın ölkəmizdəki səfirliyində oldu - Başsağlığı verdi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib.Citypost.az xəbər verir ki, İran İslam Respublikasının ölkəmizdəki səfiri Müctəba Dəmirçilu dövlətimizin başçısını qarşıladı.Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazdı.Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.Prezident İlham Əliyev İrana səfərləri zamanı Ayətullah Seyid Əli Xamenei ilə görüşlərini həmişə ən xoş təəssüratlarla xatırlayacağanı dedi.Müctəba Dəmirçilu səfirliyə gələrək başsağlığı verdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi. ...

04 Mart 2026, 13:11

Jurnalist: Buraxılış imtahanları gəncləri ağır psixoloji təzyiq altında qoyur 

Jurnalist Fazil Əhməd martın 9-da keçiriləcək buraxılış imtahanlarını tənqid edib. Citypost.az xəbər verir ki, onun sözlərinə görə, imtahanı keçə bilməyən şagirdlər həm də attestatsız qalacaq və bu, onların gələcək imkanlarını məhdudlaşdırır.Fazil Əhməd vurğulayıb ki, normal ölkələrdə gənclər bu yaşda erkən və gərəksiz imtahan oyunları ilə belə ağır psixoloji təzyiq altında qalmır. O, həmçinin dövlət qulluğuna qəbul və ixtisas seçimi prosesindəki mürəkkəb və uyğunsuz prosedurları tənqid edib.Jurnalist qeyd edib ki, ölkədə bu cür sistem gənclərin inkişafına mane olur və onları həm psixoloji, həm də praktiki baxımdan əlavə yük altına qoyur....

04 Mart 2026, 12:32

DYP vətəndaşlara müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsinin vətəndaşlara xəbərdarlıq edib.Citypost.az-ın  məlumatına görə, xəbərdarlıqda deyilir:"Son zamanlar sosial şəbəkələrdə vətəndaşlara nəqliyyat vasitələri üzrə inzibati cərimə borcu olduğu barədə SMS bildirişlər göndərilməklə saxta internet səhifələrinə yönləndirən reklam və məlumatlar yayılmaqdadır. Həmin səhifələrdən biri də asanpayex.cc/az ünvanıdır.Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara bildirir ki, qeyd olunan internet səhifəsinin dövlət qurumları və rəsmi ödəniş sistemləri ilə heç bir əlaqəsi yoxdur.Vətəndaşlardan xahiş olunur ki, bu kimi saxta səhifələrə etibar etməsin, şəxsi məlumatlarını və bank kartı məlumatlarını belə platformalarda paylaşmasınlar.Bir daha xatırladırıq ki, inzibati cərimələrlə bağlı məlumatların yoxlanılması və ödənişlərin həyata keçirilməsi yalnız rəsmi dövlət platformaları vasitəsilə aparılmalıdır"....

04 Mart 2026, 12:27

Tərcüməçi Sevil Gültən MİMTA-nın etirazlarına cavab verdi  

Tanınmış tərcüməçi Sevil Gültən  Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu (MİMTA) tərəfindən onun tərcümə fəaliyyətinə dair verilən etiraz məktublarına münasibət bildirib. Sosial şəbəkədə paylaşdığı statusda Gültən bildirib ki, bəzi tənqidçilər onun ixtisası və tərcümə bacarıqları barədə yanlış məlumatlar yayırlar.Citypost.az xəbər verir ki, Sevil Gültən vurğulayıb ki, onun təhsili İngilis dili müəllimliyi üzrə olub və o zaman Azərbaycanda tərcüməçilik fakültəsi mövcud deyildi. “Tərcüməçi mütləq tərcümə fakültəsini bitirməli deyil. Mənimlə eyni fakültədə təhsil alanlar hazırda Xarici Dillərdə tərcümədən dərs keçir,” – deyə Gültən qeyd edib.O, həmçinin MİMTA tərəfindən qeyd olunan İELTS sertifikatı məsələsinə də aydınlıq gətirib və vurğulayıb ki, tərcümə prosesində məlumatları araşdırmaq...

04 Mart 2026, 12:20

MEDİA jurnalistləri manipulyativ paylaşımlardan çəkinməyə çağırdı

Medianın İnkişafı Agentliyi (MEDİA) regiondakı gərginliklə bağlı jurnalistləri manipulyativ məzmundan çəkinməyə çağırıb.Qurumdan Citypost.az-a daxil olan məlumatda bildirilib ki, Yaxın Şərqdə davam edən hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatlara istinad edən paylaşımlar müşahidə olunmaqdadır.Qeyd olunub ki, informasiya mühitində dezinformasiya riskini artıran bu kimi cəhdlər ictimai rəydə çaşqınlıq yaratmağa yönəlib:"Media subyektləri sosial şəbəkələrdəki informasiya axınına münasibətdə yüksək peşəkarlıq göstərməli, mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır. Bütün media subyektlərini, jurnalistləri, ictimai fəalları fəaliyyətlərində yalnız rəsmi mənbələrə istinad etməyə, cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə, informasiya manipulyasiyası hallarına yol verməməyə çağırırıq"....

04 Mart 2026, 11:58