Cəfər Fətullayev: “Xalqın mənəviyyatı və qəhrəman övladlarımız unudulmamalıdır”
Söz adamı 04 Mart 2026, 11:59
2251
Niyə bu xalqın tanınmış ziyalıları, adlı-sanlı hər cür fəxri adlara layiq olan sənətkarları, mənəviyyatımız, mədəniyyətimiz, milli- mənəvi dəyərlərimiz, dini, əxlaqi ənənələr haqqında heç nə danışmır, bütün münasibətlər, ənənələr itir, batır, amma onlar susur. Sonra gec olar...Çox gec...
Ulu Öndər Heydər Əliyev dövlətçiliyimizi qoruyaraq, dövləti və xalqı parçalmaqdan qorudu. Ulu Öndər Heydər Əliyevin siyasətini siyasətini layiqincə yerinə yetirən Ali Baş Komandan İlham Əliyev illərlə həsrətlə gözlədiyimiz hicrana son qoydu.
Bizi butün dünyada Müzəffər Xalq, Qalib Xalq! kimi tanıtdırdı.Fikirləşirdim ki, müharibədən sonra ölkə rəhbərinə dəstək olaraq , hər vətəndaş öz vətəndaşlıq borcunu yerinə yetirəcək. Bu xalq üçün, bu millət üçün canından keçən övladların xatirəsini uca tutacaq, daim tele-məkanlarda qəhrəman övladlarımızın qəhrəmanlıqından bəhs edən müxtəlif verilişlər hazırlayaraq, vətənpərvərlik tərbiyəsinə xüsusi önəm verəcək . Yeni bir nəsil yetişəcək, ağıllı, savadlı, yaradıcı, ixtiraçı, amma belə olmadı...
Çünki, məktəbdə müəllimlər, ailədə valideynlər gecə-gündüz çalışsalarda ,amma şagirdləri, övladları onların arzuladığı nə şagird, nədəki övlad olmadı. Bəs niyə olmadı? Həm müəllimlər, həm valideynlər çalışırlar ki, cəmiyyətə, Vətənə layiqli Vətəndaşlar versinlər. Son illər valideynlər məktəbə, müəllimlərə aqressiv münasibət bəslədilər. Təcrübəli, hörmətli, nüfuzlu müəllimlər bəzən şagirdlər tərəfindən məsqərəyə qoyuldu, müəllim əsəbləşib şagirdə söz deyəndə,valideyn uşaqının müdafiəsinə qalxıb, aidiyyəti qurumlara müraciət etdi. qurumlar işə qarışandan sonra, illərin müəllimi işdən qovuldu.
Bəli, müəllimin nüfuzun qorumaq indi ən böyük prblemlərdən biridir. Görənsən harda səhv etmişik, harda boşluq var,axı müharibənin agrısısını,acısını, şəhid dəfnlərin görən uşaqlar belə olmalı deyildi. Müharibə bitəndən sonra şəhid ailələrinə mənə dəstək olmaq üçün Lənkəran şəhid övladlarını Heydər Əliyev Mərkəzinə toplayaraq, şəhid övladlarından ibarət “Cəfər müəllimin nəvələri” qrupu yaratdım. Ataları Vətənə qurban gedən şəhid övladlarının həyata, insanlara baxışı tamam başğadır. Vaxtından qabaq müdriklik yaşına çatıblar, saatlarla onlarla həmsöhbət oluram, hamı dərs əlaçısıdırlar. Həmdə Şəhid atalarına layiq övlad olmaq üçün gecə-gündüz var gücü ilə çalışırlar. Sağ olsun, “ADA” Universitetinin prorektoru, millət vəkili Fariz İsmayılzadə mənim xahişim nəzərə alaraq, daim şəhid övladları ilə əlaqə saxlayır, onların evlərində qonaq olur, dərsləri ilə maraqlanır. Keçən il şəhid övladlarının ibarət “Cəfər müəllin nəvələri “ qrupunun iştirakı ilə Lənkəran Heydər Əliyevin direktoru Reyhanə Sadıxovanın,Cəfər Cabbarlı adına 1nömrəli uşaq musiqi məktəbin dəstəyi ilə “ADA” –Universitetində “Xocalı harayı” bədii –kompozisiyanı təqdim etdik.
15 noyabr 2025-ci il tarixində Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin və Lənkəran şəhər R. Məmmədov adına 5 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə cənab Prezident İlham Əliyev tərəfindən şəhid Pəncəli Teymurova "Milli Qəhrəman" adı verilməsi ilə əlaqədar şəhidin ev muzeyində “Adın mübarək, Şəhidim!” adlı tədbir keçirdik.
Tədbirdə millət vəkilləri, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları, Lənkəran Dövlət Universitetinin müəllimləri, Lənkəran şəhər R. Məmmədov adına 5 nömrəli tam orta məktəbin direktoru və müəllim kollektivi, təhsil işçiləri, Astara rayonunun Əzərüd kənd sakinləri, şəhid ailələri, qazilər, Şəhid övladlarından ibarət rəhbərlik etdiyim “Cəfər müəllimin nəvələri” qrupunun və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Milli Qəhrəman, şəhid Pəncəli Teymurovun qəbri ziyarət edildikdən sonra, əvvəlcə ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova çıxış edərək şəhid Pəncəli Teymurovun qəhrəmanlığını, Vətən uğrunda göstərdiyi fədakarlığı vurğuladı. Tədbirdə millət vəkilləri Fariz İsmayılzadə,Anar İskəndərli, Rəşad Mahmudov, Vasıf Qafarov və Məşhur Məmmədov. Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə nümayəndəsi Hacı Sədi Axundzadə çıxış edib, qəhrəman Pəncəli Teymurovun qəhrəmanlığından danışdılar.
Bəli, millət vəkili Fariz İsmayılzadə daim bizim cağırışımıza səs verir, şəhid uşaqlarına xüsusi diqqət yetirir. Keçən iln yayında Fariz müəllim, şəhid uşaqlarından ibarət “Cəfər müəllimin nəvələri” üçün Lənkəranda istirahət mərkəzlərinin birində bir həftəlik peşəyönümü ilə bağlı təlimlər təşkil etdi. Bu il inşallah yayda millət vəkili Fariz İsmayılzadənin təşəbbüsü ilə “Cəfər müəllimim nəvələri”iştirakı ilə Şuşa şəhərində “Şuşa sən azadsan!”adlı bədii –kompozisiya ilə çıxış edəcək.
Artıq zaman yetişdi, uşaqlarımızın, övladlarımızın, onların tərbiyəsini pozan tele –məkanlara,zövqsüz şou –verilislərinə, bayağı mahnılara , özünü çox ağıllı sayan dırnaq arası aparıcılara, Tik –Tok platformasında gecə-gündüz dilənnən, həm varlanan, həm gündəm olub, gənc nəslin tərbiyəsini pozan insanların ümidinə buraxdıq övladlarımızı...
Axı, kimsə deməlidir? Kim deyəcək? Hanı xalq şairləri Bəxtiyar Vahabzadə, Xılil Rza Ulutürk,Zəlimxan Yaqub,hanı böyük zəka sahibləri, akademiklər Ziya Bünyadov, İqrar Əliyev, Bəkir Nəbiyev, Xudu Məmmədov, hanı xalq artistləri Habil Əliyev, Hacıbaba Hüseynov,Əlibaba Məmmədov? hanı ustadım olmuş xalq artist Həsən Məmmədov, Mikayıl Mirzə? Yoxdur...Olmayacaq... Onları yaratdığı mənəvi xəzinə naşı adamlar tərəfindən məhv edilir. Onlardan dərs almış,tələbələri abrına sığınıb, heç bir tele-məkanda yoxdurlar? Bu dırnaqarası aparıcılar, bu xalqın böyüklüyünü, nəyə qadir oduğunu bilmədilər,və ya bilmək istəmirlər.
Mən böyük sənətkar, vətənpərvər ziyalı, xalq artisti, poeziyanı biz tələbələrə sevdirən, canı və qanı ilə bizim ruhumuza köçürən Mikayıl Mirzənun ruhu şad olun!deyirən.
Çox güçlü yaddaşı olan, poeziya ilə nəfəs alan Mikayıl Mirzə, xalq şairi Məmməd Arazdan yanıqlı-yanıqlı şeirlərini ürək ağrısı ilə ifa edərdi. Bu həyəcanı, hissi indi də yaşayıram.
Ustadımız Mikayıl Mirzə deyərdi:
Bu millətə nə verdik ki?
Kimsə qapdı ziyasını,
Kimsə pozdu sırasını,
Duzla yuduq yarasını,
Xörəyinə duz vermədik.
Bu millətə nə verdik ki?
İnamını noxtaladıq,
İnadını axtaladıq,
Var-yoxunu qarmaladıq,
Bir çeynəm saqqız vermədik.
Bu millətə nə verdik ki?
Halal tikə qənddi, - dedik,
Yoxsuluna dərdli, - dedik,
Kasıbına mərddi, - dedik,
Mərd kasıba qız vermədik.
Bu millətə nə verdik ki?
Çiyninə mindik, - öyrəşdi,
Bir dillə min dil öyrətdik,
Neçə fəndi-fel öyrətdik,
Milyon aldıq, yüz vermədik.
Bu millətə nə verdik ki?
Biz səhv etdik, batdı qana
Millət ata, millət ana,
İllacı qalsın bir yana,
Dərdi də ucuz vermədik.
Bu millətə nə verdik ki?
Bu millətin səbri böyük,
Dözür: dözüm həddinəcən,
Dözür: dözüm səddinəcən,
Dözür: dözüm xəttinəcən...
Və günlərlə ürəyimdə keçənləri,qubar edənləri kimə deyəydim ki, kim eşidər ki? Bu günlərdə dəyərli sənətkar, klarnet ifaçısı Hüseyn qardaşımızın sənət adamlarına müraciəti qarşımıa çıxdı. Şükür Allaha, xalq hər şeyi görürmüş, amma, kimsə deməli idi. Bütün məsuliyyəti öz üzərinə götürərək, açıq –saqçıq hər kəsə öz adım ilə müraciət etdi.
Əziz və dəyərli Hüseyn qardaşım!
iİlər keçəndə sonra , indi sosial şou verilişlərin bərpa olunması üçün çalışanlar, xalqın mənəviyyatından, mədəniyyətindən xəbəri olmayan aparıcıların müdafiəsinə qalxanları çox böyük nifrətlə yada salacaqlar.
Amma, Siz xalqımızın yaddaşımına övladlarımızı böyük bəlalardan xilas edən bir Şəxsiyyət! Bir İnsan olaraq, qalacaqsınız. Hər şeyə görə öz adımdan və dəstəkləyib rəy yazan insanlar adından təşəkkürümü bildirirəm!
Həmişə öz-özümlüyümdə fikirləşirdim ki, xalqımızın nənəvi xəzinəsi olan bəstəkarlardan Üzeyir Hacıbəyovun, Müslüm Maqomayeavun, Fikrət Əmirovun, Tofiq Quliyevin ruhunun “müqqənciklər” incitmirmi? Böyük bir sərvəti, böyük bir xəzinəni qoyub getdilər bəstəkar babalarız.Çox primitiv bəstələrinizlə yaman-günə qoydunuz, mədəni –mənəvi sərvətimizi Bu xəzinəni gələcək nəsillərə siz qorumalı idiniz, amma Siz nə etdiz? Heç düşünürsüz ki, bu xalqa necə zərbə vurdunuz İstər TV -məkanında, tədbirlərdə, toylarda, şou-məkanlarda, restoranlarda, sadəcə ayıbdır, çox ayıb..Niyə biz bu günlərərə qaldıq? Niyə?
Axı, bu xalqı uçruma aparırsınız, bu mədəniyyət və mənəviyyatla. Dövlətin bütün imtiyazlarından istifadə edib, ən ali mükafat alanlar niyə bir həyəcan siqnalı çalmadınız? Niyə?
Axı, nə vaxta qədər sənət adamları bir –birini qıracaqlar?
Allah,Ulu Öndər Heydər Əliyevi qəni-qəni rəhmət eləsin, o xalqımızın müsbət və mənfi tərəflərini çox gözəl bilirdi.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlıların milli birlik şüarının simvolik günü olaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər il dekabrın 31-də vətənpərvərlik və milli-mənəvi dəyərlərə hörmət rəmzi kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xilaskarlıq missiyasının mühüm nəticələrindən biri də onun Azərbaycan xalqının ağır böhrandan qurtarması oldu.
Onun rəhbərliyi ilə Azərbaycanın hərbi təhlükəsizliyinin, müstəqilliyinin və suverenliyinin zəmanətçisi olacaq ordunun formalaşdırılmasının dövlət səviyyəsində, mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsi üçün qəti və təxirəsalınmaz tədbirlər müəyyənləşdirildi. Xalqın və ölkənin bütün imkanları bu mühüm prosesə səfərbər edildi, ordu quruculuğu zərərli sapınmalardan təmizləndi. Bu proses dövlətçilik təcrübəsi və milli maraqlar üzərinə gətirildi və bununla da Silahlı Qüvvələrimizin quruculuğunun keyfiyyətcə yeni dövrü başlandı. Həmin dövrün başlanğıcının əsasını isə Heydər Əliyevin Azərbaycan xalqına radio və televiziya ilə 1993-cü il 2 noyabr tarixli müraciəti qoydu. Heydər Əliyev yaranmış vəziyyətin tezliklə aradan qaldırılması üçün, ilk növbədə, üzünü xalqa tutaraq onu səfərbər olmağa çağırırdı. Ulu Öndər qeyd edirdi ki, Azərbaycanın gələcək taleyi, mövcud olub-olmayacağı xalqımızın öz əlindədir və düşmənin işğal etdiyi torpaqlarımızı da azərbaycanlılardan başqa kimsə azad etməyəcək. O, yeni ordu qurulmasının və bunun Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüşlərə səfərbərliyinin mühüm şərtlərindən birini xalqın mübariz iradəsində görürdü.”Prezident, Ali Baş Komandan İlham Əliyevin respublikaya rəhbərliyi dövründə isə bu uğurlar daha böyük sürətlə artdı. Azərbaycan Silahlı Qüvvələri bölgənin lider ordusuna çevrilməklə, həm də dünyanın ən güclüləri sırasında yer aldı. Məhz Heydər Əliyevin 1993-cü il 2 noyabr tarixli müraciətindən sonra yenilənməyə başlanan bugünkü Azərbaycan Ordusu respublikanın ərazi bütövlüyünü və bütün ərazilərdə ölkəmizin suverenliyini təmin edən Silahlı Qüvvələrə çevrildi.
Bəli, Qalib Ölkənin qalib Vətəndaşlarıyıq!
Vətəndaş! Nə gözəl səslənir bu söz,
Yəni – bir Vətənin övladıyıq biz.
Anamız eynidir, qardaşıq demək,
Mən sənə arxayam, sən mənə kömək.
Vətəndaş! Nə gözəl səslənir bu söz,
Yəni – iki canda bir ürəyik biz.
Gücsüzük, bir heçik sən də, mən də tək,
Vətənə güvənib olduq Vətəndaş.
Mənim ürəyimi qanatsın gərək,
Sənin dırnağına dəyən çırtma daş.
Vətəndaş! Nə gözəl səslənir bu söz,
Yəni – bir iqlimdə böyümüşük biz.
Səni də, məni də böyüdən Vətən,
Sənə də anadır, mənə də ana.
Sən də cavabdehsən, mən də hər zaman
Vahid anamızın xoşbaxtlığına.
Vətəndaş! Nə gözəl səslənir bu söz,
Yəni – bir qaynaqdan su içmişik biz.
O su qəlbimizdə coşdu, qaynadı,
Eyni bir ad ilə tanıtdı bizi.
Vətənin ünvanı, Vətənin adı
Bizə xatırlatdı vəzifəmizi!
Vətəndaş! Nə gözəl səslənir bu söz,
Vətən əbədidir, gedəriyik biz.
İnsan qüvvətlidir öz vətənində.
Bilirik, dünyaya biz niyə gəldik.
O, bizi yaradan, biz ona bəndə,
Yaradan uğrunda ölməyə gəldik.
İllərlə (düz 40 il) Lənkəranda və ölkəmizin ayrı –ayrı şəhərlərində mənim ssenarim, rejissorluğum və təşkliatçılığımla müxtəlif mədəni –kütləvi, yubiley tədbirlər keçirdim.
Bir vətəndaş olaraq məsuliyyətlə, vicdanla, təmənnasız, yuxusuz gecələrim hesabına,yorgun fasiləsiz işlədim,bəzən dostlar dedilər ki, sən hər cür təltifə, ada layiqsən, niyə əlqədar təşkilatara müracət etmirsən.Dostlara dedim ki, vətəndaş olaraq əlimdə bu gəlir, onu edirəm.Bu mənim vətəndaşlıq borcumdur!
Haşiyyə: Lənkəranda İcra Hakimiyyətinin başçıs işləmiiş bütün dövlət məmurlarında daim Fəxri Fərmanlar, qiymətli hədiyyələr verilib. Sağ olsunlar!
Ustadım Mikayıl Mirzə hər gün bir şeir bizdən soruşardı, Allah qəni-qəni rəhmət eləsin Mikayıl Mirzəni. Yaddaşımızda poeziya toplusu yarada bilmişdi.Çox sevdiyim, Xalq şairimiz Məmməd Araz yazır:
Heç bir mükafatın yetmədi mənə,
Bircə "sağ olun" da bəsimdi, vətən!
Bəsimdir, hər səhər təltif yerinə
Qapımda küləyin əsibdi, vətən!
Qol verdin boynunu qucaqlamağa,
Göyünə baxmağa göz verdin, bəsim...
Kürək söykəyənin ana torpağa
Haqqı yox ayrı bir təltif istəsin.
Nə çiçək, nə sancaq oldum yaxanda,
Bir ömür yaşadım - əkinçi ömrü.
Qalır sel ağzında, çay qırağında
İkinci həyatım, ikinci ömrüm.
Nəsə qayalara yapışıb qalar,
Nəsə mamırlara dönüb göyərər,
Mən elə beləcə, göz qabağında
Gəzəri tabuta dönməsəm əgər...
Mən də Vətənimi ölməz Məmməd Araz kimi sevdim.Heç kimdən soruşmadım, Vətən mənim üçün nə edib? Özümə sual verdim ki, mən Vətən üçün nə etmişəm?
Əgər mənim işimə qiymət vermirlərsə, demək hələ bu Vətənə layiqli övlad olmamışam. 2020-ci il Vətən müharibəsi dövündə hərbi komissarlğa müracət etdim, məni cəbhəyə aparsınlar,yaşla əlaqədar aparmadılar.Müharibədə sonra canını Vətənə qurban etmiş oğullarımızın xatirəsini uca tutaraq, saysız –hesabsız anım tədbirləri keçirdim, feyz və yutubdə paylaşımlar etdim. Amma, bəyənnənlər çox az oldu, hətta rəhmət diləyənlərdə az oldu. Mən Vətən Müharibəsindən sonra tamam yeni nəsil görmək istəyirdim, Qəhrəman Xalqın, Qəhrəman Övladları! kimi. Axı, onlar bizim üçün,əziz canından keçdilər, nə ev, nə ailə, nə var dövlət fikirləmədilər. Öncə Vətən dedilər:
Dövlət Himnimizdə deyildiyi kimi:
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət,
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Bəli,onlar “Namusumuzu hif etməyə, Bayrağımızı yüksətməyə!” getdilər.
Biz isə Ali Baş Komananda İlham Əliyevin böyük sərdərdəlik qabiliyyəti ilə “Dəmir yumruq” əməliyyatı ilə Qələbə qazandıq. Qələbədən sonra Azərbaycan tele-məkanında görünməyən məkirli –siyasət həyata keçirildi. Dedi –qodular, bayağı mahnılar üstündə məhkəmə çəkişmələri, əndərbani geyimlər, mədəniyyətsiz hərəkətlər, efir mədəniyyətindən uzaq müştəbeh sensurasız çıxşları,kobud danışıq tərzi, ancaq ailəsi haqqında uzun –uzadı yorucu söhbətlər, biz taşaşaşıların icazəsi olmadan, efir vasitəsilə evimizin, ocağımızın başına gələn, özünü ağıllı sayan, daim dəvət etdiyi qonaqları,eyi zamanda evində oturub onları seyr etməyə məcbur edən tamaşaçını təhqir edən dırnaqarası aparıcılar və bayağı verilişlər. Allah, Xalq artist Azərbaycan tele –məkanın ustad aparıcı Rafiq Hüseynovu efirlərdə görən tamaşaçılar, bunları görəndə televiziyalardan küsdülər...
Axı, bi hara gedirik? Necə olacaq bizim axırımız? Daim bu suallar məni düşündürür... Dərdimi kimə deyim, dünya dolu adamdır.
Xalq şairi Bəxtiyar Vahabzadə demişkən “Hara gedir sabahimiz?”
Uzun illər düşünmüşəm:
Millətlərin cərgəsində biz də varıq.
Yurdumuza qəsd edənin
Gözlərini oyanlarıq.
Biz o qədər nəcibik ki,
Bir balaca işarədən söz anlarıq.
Haqla zoru ayırd edib
öz yerinə qoyanlarıq...
***
Millətimin taleyini
Mən düşündüm zaman-zaman.
Keçdi zaman, keçəmmədik
Gördüm, əsrin sınağından
zaman yaman harın imiş.
Demə, əsrin şadarası
narından da narın imiş.
Keçəmmədik o taya biz.
Şadarada qaldı bütün kəsirimiz.
***
Əsrin böyük sınağına
Demə, hazır deyilmişik.
Yoxuşu düz yol bilmişik.
Indi ulu Yaradandan soruşuram:
- De, kimik biz?
Məzlumuq, ya zalımıq biz?
Vaxtla tələb arasındaBəlkə bir gün dolaşmışıq,
Vaxtın hansı döngəsində biz
qalmışıq?
Daş üstündə göyərməyən bir tumuq biz.
Özümüzə zalım ikən,
Başqasına məzlumuq biz.
Əldən gedən torpaq üçün
ürəyimiz çilik-çilik.
Zalım bizdən torpaq alıb,
Biz zalımdan sülh istərik.
Özümüzə dal çevirib
Özgəsinə qardaş dedik.
Biz yalanı körükləyib
Həqiqətə çıxdaş dedik.
***
Özgəsini yamsılayıb elə bildik:
Biz də dönüb ərən olduq.
Sərdiyimiz toxumların meyvəsini
Qarabağda dərən olduq.
***
Biz köhnənin xəstəsiydik,
Mərəzimiz bəlli idi
Sabirlərə, Cəlillərə.
Yaramızdan qan açıldı
Qarabağda birdən-birə.
***
Mədəmizi ağlımıza
Dəyişməyi şərə sandıq.
Özgəsinin qabağında toyuq olub
Evimizdə xoruzlandıq.
Qonşumuzun aclığını
Bilib rahat yatırıqsa,
Ləyaqəti, dəyanəti
Vəzifəyə satırıqsa,
Dostumuzdan donos yazıb
Arzumuza çatırıqsa,
Demək, bizdən üz döndərib
Allahımız,
Bəli, hamını düşünsürən sualdır “Hara gedir sabahımız?”
Azərbaycan TV- məkanlarında, Tik-Tok platformasında məşhurlaşanlar, varlananlar xalqımızın mənəvi, əxlaqı, dini dəyərlərə rişxənd etdilər. Vətən müharibəsi sonrlarinda hamımız Azərbaycan televizyalarından cəbhələrdən son xəbərlərə, həmin dövründə vətənpərvərlik ruhunda olan sosial verlişlərə baxırdıq. Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin diplomatik koprusunun nümayəndələri ilə görüşləri , müxtəlif ölkə media qrumların nümayənələrini qəbul edib, onların məkirli suallarına peşəkar və təcrübəli dövlət başçısı kimi cavab verməyi, bir vətəndaş kimi bizi sevindirdi. Böyük sərkərdə həm Qarabağda döyüşə nəzarət edir, qələbələr əldə edilir, həmdə diplomat və jurnalistlərlə Azərbaycanın haqlı olduğunu faktlarla sübut edirdi.Televiziyada müxtəlif kanallarda yeni informasiya axtararkən, sosial verilişlərin birində tele –məkanda özünü “hegomon” sayan tele-aparıcı informasiya verib deyirdi: “...Hətta Vətən müharibəsində talışlar vuruşurdu...” Bu informasiyanı eşidəndə heyrətdən dondum, evdə tək idim, heç bilmədim, hirsimi necə soyudum. Gücüm televizora çatdı, həmin anda televizoru həyətə tulladım, o gündən Azərbaycan tele –məkanına heç bir verilişə baxmadım. Axı, mənim valideynlərim talış olaraq, bu Vətəni sevməyi öyrədiblər! Gərək, o qədər kar və kor olasan, Vətənin qəhrəman övladlarını tanımayasan.
Hörmətli aparıcı, əsilli –nəsilli talış olan, 2dəfə Sovet İttifaqı Qəhrəmanı, general –mayor Həzi Aslanov, Mill Qəhrəmanlar Mübariz İbrahimov,Pəncəli Teymurov, general-mayor Fikrət Məmmədov, xalqın igid oğlu kimi hamının hörmətini qazanmış general –polkovnik Hikmət Mirzəyev (2016-cı ilin aprelində və 2020-ci ildə Dağlıq Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindən olmuşdur. O, bundan öncə Cəbrayıl rayonunun 27 il davam edən işğaldan azad edilməsi əməliyyatına başçılıq edib. Bu münasibətlə dövlət başçısı Hikmət Mirzəyevə zəng edərək onu təbrik etmişdir.2016-cı ilin Aprel döyüşlərində işğal edilmiş torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibətilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında keçiblər.)Həmişə pafosla danışan, tele –məkanda peşəkar rejissor kimi şou yaradan, bu aparıcı sonrakı aylarda bir tamaşaçı olaraq, məndən saysız –sesabsız Vətənini sevən və həmişə xalqının yolunda canından keməyə hazır olan tamaçılardan üzür istəmədi...Hələdə həmin üzrü səbirsizliklə gözləyirəm. Amma, sonrakı aylarda bir Lənkəranlı onu həyat yoldaşı ilə evinə qonaq çağırdı və onu talışlara məxsus qonaqpərvərliyi ilə yola saldı.
Haşiyyə: Mən ömrümün 20 ilini Bakı şəhərində yaşadım, bu illər ərzində Bakı Mədəni Maarif Texnikomunun “Kütləvi tədbirlər rejissorluğunu” fərqlənmə diplomu ilə, daha Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Mədəni-Maarif işinin təşkilatçı metodisti” fakültəsini, Azərbaycan Müəllimlər İnstitutunu bitirdim. Tələbəlik illərində müxtəlif məzmunlu və formalı tədbirlətin təşkilatçısı və ssenari müəllifi və rejissoru oldum.
İndi vəziyyətdə nə mədəniyyətimizi və mənəviyyatımızın tənəzüllə ugradığı görmədik. Axı bizim bu Vətən uğrunda canından keçən şəhid övladlarına nənəvi və vicdani borcumuz var. Bu arada qeyd edim ki, Lənkəranda aprel döyüşlərində, Vətən müharibəsində, anriterror əməliyyalarında həlak olan 80 –dən şox şəhidin xatirəsi Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfində həmişə yad edilir, müxtəlif silsilə anım tədbirləri keçirilir. Daim ölkə Prezidenti İlham Əliyevin siyasətini layiqincə həyata keçirən, həmişə xalqla ünsiyyətdə olan, vətəndaşların rifah halını yaxşı olması üçün çalışan, təcrübəli və yerində olan Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun natiqlik qabiliyyətinə, Vətənsevərliyinə,Ziyalılığına heyran olmuşam. Vətən müharibəsindən sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin baçısı cənab Taleh Qaraşovun rəhbərliyi ilə şəhidlərin anım günlərində iştirak etdik, Hörmətli Taleh müəllimin istəyi ilə şəhidlərə həsr olunmuş saysız- hesabsız anım tədbirlərin, xatirə bulağların, şəhid muzeylərin, xatirə komplekslərin açılışıların ssenari müəllifi, rejissoru oldum.Hörmətli Taleh müəllim, daim şəhid ailələrin yanında olur, ağır günlərdə dərdlərinə şərik olub kədərlənir, şəhidlərin qardaş,bacıların toyunda sevinir, xeyir-dualar verir. Şair Azad Rəhmanov Lənkəran ŞİH-başçısı Taleh Qaraşova həsr etsiyi şeirdə yazır:
Səsim dalğalansın yudumda mənim,
Qələm qəlb isitsin, sevinsin ürək.
Adına bağladım mən bu şeirimi
Bu məğrur insani vəsf edim gərək .
Sümşad bir palıdam, dəmir ağacam,
Böyük vətənimdə adım-sanım var .
Qanad istəyirəm quş kimi uçam,
Bu yurdda Həzitək qəhrəmanım var .
Bir yanı cənnətdir,bir yanı gülüstan,
Düşübdür bir halal ocağa Taleh!.
Çiçəkli yurduma təzə verir can,
Verib sinəsini qabağa Taleh! .
Sən baş əyməmisən düşmənə,yada,
Şəninə nə desəm, azdı Lənkəran!
Babəklər,Həzilər gəzən bu yurdda
Taleh da adını yazdı Lənkəran!
İllərlə bütün varlığımla şəhidlərimin xatirəsini əziz tutdum,
nəticəsi o oldu ki, 15 il mədəniyyət sahəsində çalışan həyat yoldaşımı işdən çıxardılar. Taleh müəllim eşidən kimi reaksiya verdi, zəng elədi Lənkəran Regional Mədəniyyət İdarəsinin əvvəlki müdirinə, söz verdilər işə bərpa edəcəklər. Amma, bərpa olunmadı????
Vallahi- billahi, əksər cənub bölgəsinin millət vəkilləri ilə xoş münasibətim var, Lənkəranda işləmiş İcra başçılarının daim qapısı üzümə açıq olub, amma heç kimdən, heç nə xahiş etmədim. 40 ildir müəllim əmək haqqınmla tikdirdiyim evi tamamlayıb, qutara bilmədim...Bəzən, öz-özümə deyirəm,”Elmədiklərim, yandırır məni” Dövlət tədbirlərin hazırlayanda müxtəlif tədbirlıərə xalq artistləri, əməkdar artistlər dəvət olunurdu. 2 və ya 3 mahnı fanoqrqmma ilə oxuyurdular, 2 və 3min manat alıb gedirdilər. Mənə isə deyirdilər, “Xan Lənkəranının” dəyərli ziyalısınız çox sağ olun. Bütün əziyyəti və məsuliyyəti mən çəkirdim, amma, mənə quruca çox sağ olun deyirdilər. Mən özəl xəstəxanada yatanda nə mənə verilən fəxri fərmanlar, nə də “çox sağ ollar “ köməyə çatdı. Bir daha hamıya bəyan edirəm, mənim vəzifə borcum deyil tədbirlər keçirmək, artıq pensiyadam dəyərli Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun daim işgüzar və Lənkəranın inkişafı naminə çalışdığını görüb məndə bu cür dəstək olmaq istədim. Bəlkədə iki infaktdan sonra birinci və axırıncı yazım olacaq. Sağ olsunlar, şəhid valideynləri, şəhid övladları Sizi dualarınızla yenidən qayıtdım.İndi də “Cəfər müəllimin nəvələri”nin sözləri qulağımda səslənir.Mən xəstə yatanda zəng edib, bizə gəlmək istədiyini bildirdilər. Mən onlara dedim, həkimlər icazə vermir. Bilirsiz, şəhid yadigarları mənim “Cəfər müəllimin nəvələri” telefonda kövrələrək dedilər”Cəfər müəllim, biz atamızı Vətənə qurban verdik, ən çətin məqamda bizi toplayaraq, mənəvi dəstək oldun. Biz atamızı itirdik,Səni itirmək istəmir ki...” Mən isə onlara dedim ki, çoxluca dualar edin ki, sağalım. Əgər dularınızı Allah eşitsə , yenədə Sizin yanınızda olaram.” Şükürlər olsun Allaha, sağalıram. Yenidə şəhidlərimizin xatirəsini uca tutduq, Heydər Əliyev Mərkəzi və Lənkəran Təhsil Sektorunun dəstəyi ilə “Məktəbimizin şəhidi “adlı layihəyəyə start verdik. Bu Vətəni mən təmənnasız, Fəxri adlar üçün,pul, mükafat üçün deyil, adi Vətəndaş kimi sevirəm!
Yadıma düşmüşkən deyim, bir arada televiziyaların birində
bat formasında Mirzə Cəlil dahidirmi?, Sabir dahidirmi? Rəşid Behbudov dahidirmi? Cingiz Abdullayev dahidirmi? hələ bunlar azmiş kimi Tik-tok platformasında Milli Qəhəman Mübariz İbrhahimov və digər şəhidlərimiz haqqında qarayxaxma kompaniyası başladı. Axı biz niyə bu gün qaldıq, Allahim!
Ürəyi yanıqlı Mirzə Ələkbər Sabir yazır:
Daş qəlbli insanları neylərdin, ilahi?!
Bizdə bu soyuq qanları neylərdin, ilahi?!
Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, ilahi?!
Həyasızlıq,abırsızlıq gün-gündən artdı... Toylarımız və dini məcislər israfçılıq, “Qonşudan qalma dala” əndərbani qaydalarla idarə olundu.Hətta, toylarda son vaxtlar bəy-gəlin “Vağzalı№ havası ilə məclisə daxil olmurdular.
Dini məclislərdə şəhidin anım günündə şəhid haqqında heç bir məlumat verilmirdi.
Bütün bunları nəzərə alaraq, milli –mənəvi dəyərlərimizi qorumaq,toy-adətimizi gələcək nəsillərə layiqincə çatdırmaq, şəhidlərimizin xatirəsini daiım uca tutmaq, şair və yazıçıların xatirə gecələrini, yubiley tədbirlərini, kitab təqdimatlarlarını keçirmək, istedadlı gəncləri tanıtmaq və digər layiqli layihələri həyata keçirmək istəyi ilə “LƏNKƏRAN XƏZİNƏSİ” adlı yutub kanalımızla fəaliyyətə başladıq. Çox işgüzar və yaradıcı komandamız var, tədbirlərin və çəkilişlərin ssenari müəllifi və rejissoru, Azərbaycan Teatr Xadimləri İttifaqının və Jurnalistlər Birliyinin üzvi, ssenarist və rejissor Cəfər Fətullayev, operator və montaj Tural Əliyev, aparıcı Lənkəran Dövlət Universisitetin tələbəsi Xamımgül Bəşirova
Döstlar bizimlə əməkfaşlıq edin!
CƏFƏR FƏTULLAYEV.
Azərbaycan Teatr Xadimləri İttifaqının, Jurnalistlər birliyinin üzvü.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
59- qarşıdan gələn uğurlardan xəbər verir... Elman Eldaroğlu yazır...
2013-cü ildən üzübəri dünyaya gələn “Alfa nəsli” onu çətin ki tanısın. Yəqin ki, 1997-ci ildən 2012-ci ilədək anadan olan “Z nəsli”nin də arasında onu tanıyanlar az olar. Amma 1981-ci ildən 1996-cı ilədək doğulan “Y nəsli”ndən(Milleniallar) əvvəlki- 1965-1980-ci illəri əhatə edən “X nəsli”, 1946-1964-cü illərdə doğulan "Beybibumerlər nəsli" və eləcə də 1925-1945-ci illərdə dünyaya gələn "Sakit nəsil"in nümayəndələri onu yaxşı xatırlayırlar. Tərcüməçi, dramaturq, publisist, məşhur telejurnalist, "Bakıfilm" kinostudiyasının baş redaktoru, bir vaxtlar fəaliyyətdə olan ANS-in "Zərif çərşənbə" verlişinin aparıcısı, respublikanın əməkdar jurnalisti Mailə Muradxanlını nəzərdə tuturam. 2010-cu ilin iyun ayının 12-də vəfat edib... Yox, yox, bu dəfə sizə Mailə xanımdan deyil, onun...
29 Aprel 2026, 10:37
Xeyirxahlıq missiyasını şərəflə daşıyan insan – Niyaz Eyvazov 55 yaşında
Həyatda elə insanlar var ki, onların fəaliyyəti yalnız gördükləri işlərlə deyil, toxunduqları insan taleləri ilə ölçülür. Niyaz Eyvazov da məhz belə insanlardandır. Bu gün onun ömür yolunda əlamətdar bir tarix – 55 illik yubileyi qeyd olunur. Bu illər təkcə zamanın keçidi deyil, həm də xeyirxahlıq, xidmət və fədakarlıqla zəngin bir həyat salnaməsidir.Niyaz Eyvazov uzun illərdir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qaradağ rayon bölməsinin sədridir. O, həm də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının üzvü kimi humanitar sahədə yorulmadan çalışır. Onun fəaliyyəti sadəcə vəzifə icrası deyil – bu, insanlara yardım etməyi həyat amalına çevirən bir ürəyin səsidir. O, çətin vəziyyətdə olan...
29 Aprel 2026, 08:54
Onun böyük ürəyi - Xəlil Mirzə yazır...
Tapdıq Əlibəyli - 65 O, dağlar oğludur, təbiət oğludur, bəşər oğludur. Gözlərini dünyaya açanda dağ görüb, gözəllik görüb, saflıq görüb. Göz yaşı kimi dumduru, buz kimi soyuq, büllur bulaqlardan su içib. Təbiətə, saflığa, şəffaflığa vurulub. İllər bir-birini əvəz etdikcə onun ilk sevgi payına - ana sevgisinə yurd sevgisi, təbiət sevgisi, Vətən sevgisi, insanlıq sevgisi də əlavə olunub, bəşər sevgisinə çevrilib. Elə həyatın sirlərini dərk etməyə başladığı yeniyetmə çağlarından onun balaca ürəyi bütün bəşəri sevgilərin yurdu, obası, ocağı, daimi məskəni olub. O, gözəllik vurğunudur, insanlıq vurğunudur, bəşər vurğunudur. O, həmişə yaxşıların yaxşısını axtarır, yaxşıların yaxşısına dəyər verir, hər şeyin, hər...
28 Aprel 2026, 14:34
Onun yazdıqları özü kimidi - Şövkət Horovlu-85
Xalq şairi Nəriman Həsənzadənin könül həmdəmi Sarasının dilindən qələmə aldıqlarıdı; yazır ki, bir qadın ömrünü girov qoymuşam / Bir şair ömrünü yaşatmaq üçün.Bu unudulmaz misraların başqa, bir özgə deyim, ifadə tərzi də var: "Bir insan ömrünü girov qoymuşam / Bir şair ömrünü yaşatmaq üçün".Nəriman müəllimin əlinə sağlıq, hər iki halda sənət, sənətkar yanğısının, fədakarlığının gerçək obrazını şəkilləndirib.Və ən maraqlısı odur ki, hər dəfə bu səmimi misraları xatırlayanda gözlərim önünə bir xanım, bir ana və qadın ömrünü bir şair, nasir ömrünü yaşatmaq üçün girova çevirən Şövkət Zərin Horovlunun əziz siması gəlir. Çünki Şövkət xanım ana kimi anadı, dəyərli bir xanım əfəndidi...
28 Aprel 2026, 10:01
Hal adamı... Elman Eldaroğlu yazır...
Seymur Baycan- 50 Ölkədə elə bir qələm adamı tapılmaz ki, onun haqqında məlumatı olmasın. Eləcə də, diqqətli oxucuların arasında onun ərsəyə gətirdiyi əsərlərdən xəbərdar olanlar da az deyil. İddia edir ki, dünya ədəbiyyatına skelet-roman anlayışını o gətirib…Bəli, bu dəfə sizə yazıçı, publisist Seymur Baycandan söhbət açmaq istəyirəm. Bu gün onun 50 yaşı tamam olur...Deyir ki:- “Qəzavü-qədər elə gətirib ki, rus ədəbiyyatını daha çox oxumuşam. Şübhəsiz, oxuduqlarım yazdıqlarıma öz təsirini göstərib. Moskvalı bir rəssam qız vardı. O, “Həyatımın ən xoşbəxt günü” kitabımdakı hekayələri oxuyub demişdi ki, elə bil bu hekayələri Qafqazda yaşayan bir rus yazıçı yazıb. Ümumiyyətlə, bu sözü kitablarımı rus...
22 Aprel 2026, 10:42
Adına bənzəyən ADAM... Elman Eldaroğlu yazır...
Eldəniz adı Azərbaycan türk mənşəli kişi adıdır. Bu ad, XII əsrdə Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin adı ilə məşhurlaşıb. Mənası "xalqın dənizi", "ölkənin dənizi", "dəniz hökmdarı" və ya "dəniz kimi nəhəng, qüdrətli hökmdar" deməkdir. Bəli, Eldəniz adı, xalqın və ya ölkənin dəniz kimi sonsuz və qüdrətli dayağı mənasında nəcib bir ad hesab olunur...Uzun müddətdir ki, onu "Facebook" sosial platformasından izləyirəm. Cəsarətli paylaşmaları ilə yaddaşıma həkk olub. Cəmiyyətin problemlərinə biganə qala bilmir, tənqid edir, düz yol göstərmək üçün səsini ucaldır. Əsl ziyalıdır. Siz elə bilirsiniz ki, belə ziyalılarımız çoxdur? Əsla! Kimisi gödəninə, kimisi vəzifəsinə, kimisi balalarına, kimisi abırına, kimisi də,...
21 Aprel 2026, 11:20