Manaf Cəlilzadəyə hökm oxunub
Cəmiyyət 04 Mart 2026, 16:27
282
Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Manaf Cəlilzadənin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub.
Hökmə əsasən, Manaf Cəlilzadə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Manaf Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin ötən il 15 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Həmçinin oxuyun
Sentyabrın 19-da ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Manaf Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
O, fevralın 17-si 2019-cu il tarixində Süleyman Süleymanlı, Tofiq Mehmanov və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Cenevrə bürosu yaxınlığında ictimai yerdə Mehman Məmmədov və digərlərinin Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlarını əvvəlcədən razılaşdırılmış formada video lentə alıb, “Youtube” platformasında “Diktator TV” adlı kanalında canlı yerləşdirərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar edib. Daha sonra 19 yanvar 2023-cü ildən 17 iyun 2025-ci il tarixinədək hazırladığı 19 müxtəlif video-müraciətlə ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan, hakimiyyət orqanlarını iflic vəziyyətə salmağa, insanların iradəsinə təsir etməyə çalışan açıq çağırışlar yayıb.
Təqsirləndirilən şəxsə qiyabi icraatın açıla biləcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İrandan Türkiyəyə atılan raket havada vuruldu
İrandan Türkiyənin hava məkanına doğru irəliləyən ballistik raket aşkarlanıb. Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, aşkarlanan ballistik raketlər, Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
04 Mart 2026, 17:43
Bitkoin 68.000 dollar səviyyəsində sabitləşib
Bitkoin çərşənbə günü sabit impuls nümayiş etdirib və ABŞ Prezidenti Donald Trampın kriptovalyuta tənzimləməsinin təkmilləşdirilməsi çağırışından sonra orta səviyyədə dəstək alıb.AZƏRTAC “Coindesk”ə istinadla xəbər verir ki, martın 4-də saat 9:30-a (6:30 GMT) olan məlumata görə, dünyanın ən böyük kriptovalyutası demək olar ki, dəyişməz olaraq 68.147,8 dollar səviyyəsində alınıb-satılır. Bu həftənin əvvəlində bitkoin 69.000 dollara yüksəlib, lakin sonradan bu rəqəm düzəldilib.Tramp kriptovalyuta gündəmini müdafiə edirÇərşənbə axşamı Donald Tramp sosial mediada ABŞ-nin əsas banklarını tənqid atəşinə tutub və onları kriptovalyuta qanunvericiliyinin inkişafını ləngitməyə çalışmaqda ittiham edib. Söhbət stabilkoinləri tənzimləyən GENIUS Qanunu və kripto bazarının ümumi strukturunu formalaşdırmağı hədəfləyən CLARITY Qanunundan gedir.“Banklar rekord...
04 Mart 2026, 17:38
100-dək kişiyə ödənişli atalıq məzuniyyəti verilib
Əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, artıq 81 işəgötürən tərəfindən 100-dək işçiyə uşağının doğulması ilə əlaqədar olaraq 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib.Həmin məzuniyyət uşağın doğulmasından əvvəl və sonrakı dövrləri əhatə edir.İşçiyə ödənişli atalıq məzuniyyətinin verilməsi barədə əmr işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) e-qaydada formalaşdırılır. Bu məqsədlə cari ilin yanvar ayında ƏMAS-da yeni funksionallıq tətbiq edilib....
04 Mart 2026, 17:29
İran ölənlərin sayını açıqladı - 1045 nəfər dəfn olunub
ABŞ və İsrailin hücumu zamanı İranda ölənlərin sayı açıqlanıb. Modern.az xəbər verir ki, bu barədə İranın Şəhidlər və Veteranlarla İş Fondu məlumat yayıb. Qeyd olunub ki, hücumlar nəticəsində ölənlərdən indiyə qədər dəfn edilənlərin sayı 1045 nəfərdir.
04 Mart 2026, 17:04
Sürət qatarının hərəkət qrafiki dəyişdirilir
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Beynəlxalq Qadınlar Gününü ilə bağlı sərnişinlərə müraciət edib.ADY-dən Citypost.az-a verilən məlumata görə, 8 Mart - Beynəlxalq Qadınlar Gününün bazar gününə düşməsi ilə əlaqədar 9 mart bazar ertəsi qeyri-iş günü kimi təsdiqlənib."Bu səbəbdən 7, 8 və 9 mart tarixlərində Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı marşrutları üzrə qatarlar şənbə-bazar günlərinin qrafiki üzrə hərəkət edəcəklər", - məlumatda qeyd olunur.
04 Mart 2026, 16:40
İlham Əliyev bu şəxsləri TƏLTİF etdi
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bir qrup əməkdaşı təltif edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycanda şəhərsalma və memarlıq sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aşağıdakı əməkdaşları təltif ediliblər:“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” iləHümmətov Namiq Məhəmməd oğluİsbatov İlqar Aydın oğlu3-cü dərəcəli “Əmək” ordeni iləQarayev Abdı Nazim oğluNuriyev Eldar Srac oğlu“Tərəqqi” medalı iləAslanov Nadir Bahadır oğluBabayev Zahid Sabir oğluKazımlı Elçin Çingiz oğluQasımov Read Azər oğluMəmmədrzayev Cahangir Cavanşir oğluRzayev Rövşən Ağarza oğluUmudov Elçin Azər oğluYusifov Nizami Rasim oğlu“Dövlət qulluğunda fərqlənməyə görə” medalı iləƏliyeva Gülbəniz Baba qızıƏzizov...
04 Mart 2026, 15:39