Bizə yazın

Baku

-°C

USD

-

Xaricdə təhsil üzrə sənəd qəbulu başlayıb 

Cəmiyyət 15 Aprel 2026, 10:35

298

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026-2027-ci tədris ili üçün dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu 15 aprel 2026-cı il tarixindən açıq elan olunub.

Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyi məlumat verib.

Bildirilib ki, sənəd qəbulu üçün son tarix 5 iyun 2026-cı il saat 18:00-dır.

"Nəzərinizə çatdıraq ki, 12 yanvar 2026-cı il tarixində Dövlət Proqramı çərçivəsində təsdiqlənmiş ali təhsil müəssisələri və təhsil proqramlarının yenilənmiş siyahısı ictimaiyyətə təqdim olunub.

Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən siyahıda yer alan proqramlardan biri üzrə qəbul sənədinin əldə edilməsidir.

Müvafiq siyahıda yer alan təhsil proqramları ilə yanaşı, "Times Higher Education", "QS World University Rankings" və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemində yalnız "universitetlər üzrə top 10"da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat, magistratura və doktorantura proqramlarına qəbul almış şəxslər mövcud istisnalar nəzərə alınmaqla Dövlət Proqramına müraciət edə bilərlər. Bu il “TOP 10” sıralamasında yer alan ali təhsil müəssisələrinə və doktorantura səviyyəsinə münasibətdə dəyişikliklər mövcuddur. Həmin dəyişikliklərlə tanış olmaq üçün müvafiq siyahının üzərindəki qeydlərə nəzər yetirməyiniz tövsiyə olunur.

Dövlət Proqramına seçim meyarları, müraciət üçün tələb olunan sənədlər və sənəd nümunələri ilə yerləşdirilmiş keçidlər vasitəsilə tanış olmaq mümkündür.

Sənəd qəbuluna dair təlimat videosunu izləmək üçün linkə keçid edin.

Dövlət Proqramına müraciət etmək üçün klikləyin", - məlumatda qeyd olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Binəqədidə mebel sexinin fəaliyyəti dayandırılıb

Binəqədi rayonunda yanğın təhlükəli mebel sexinin fəaliyyəti dayandırılıb.Bu barədə Citypost.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, ev 21 ünvanında fəaliyyət göstərən mebel sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Məlum olub ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, yanğın su hovuzu mövcud deyil, istehsalat və anbar otaqlarında yanar materialdan istifadə edilərək otaqlar yaradılıb, obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi...

15 Aprel 2026, 11:47

Azay Quliyev: Zərifə Əliyeva elmi və mənəvi irsi ilə örnək şəxsiyyətdir

Millət vəkili Azay Quliyev Azərbaycanın tibb elminin görkəmli nümayəndəsi, akademik Zərifə Əliyevanin xatirəsini anıb.Citypost.az xəbər verir ki, Deputat bildirib ki, Zərifə Əliyeva yalnız böyük alim deyil, həm də yüksək mənəvi dəyərlərə sahib, insanlara xidmət etməyi həyatının əsas məqsədinə çevirən parlaq şəxsiyyət olub. Onun sözlərinə görə, alim Azərbaycanın tanınmış ziyalısı və dövlət xadimi Əziz Əliyevin ailəsində formalaşaraq bu mühitin dəyərlərini yaşadıb və inkişaf etdirib.A.Quliyev qeyd edib ki, Zərifə Əliyeva ömrünü səhiyyənin inkişafına həsr edib, oftalmologiya sahəsində mühüm elmi nailiyyətlər əldə edib və xüsusilə traxoma xəstəliyinə qarşı apardığı mübarizə ilə minlərlə insanın görmə qabiliyyətinin qorunmasına töhfə verib.Millət vəkili vurğulayıb ki, alim ölkənin...

15 Aprel 2026, 11:39

Qalib Əsədov: Son 50 ildə ailə institutunun zəifləməsi diqqət çəkir

Nevropatoloq Qalib Əsədov son 50 ildə cəmiyyətdə baş verən sosial və ailə dəyişiklikləri ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, həkim bildirib ki, keçmişdə ailə və tayfa institutunun fərd üçün əsas dayaq olduğunu, insanların xəstəlik, qocalıq, ev tikintisi, iş qurmaq və digər sosial ehtiyaclarında bir-birinə daha sıx dəstək göstərdiyini qeyd edib. Onun sözlərinə görə, o dövrlərdə qonşuluq və qohumluq münasibətləri daha güclü olub və insanlar qarşılıqlı yardım prinsipinə daha çox əməl ediblər.Q.Əsədov qeyd edib ki, son 50 ildə ailə institutunun zəifləməsi və fərdiyyətçiliyin artması istiqamətində qlobal miqyasda ciddi dəyişikliklər baş verib. O, bu prosesdə media və ictimai təbliğatın da rol...

15 Aprel 2026, 11:25

Yasamalda yeni aşkarlanmış 31 abidə dövlət mühafizəsinə götürüləcək 

Bakı şəhəri, Yasamal rayonunda yerləşən 31 yeni aşkar edilmiş nümunənin dövlət mühafizəsinə götürülməsi məqsədilə hazırlanmış qərar layihəsi müvafiq qurumlarla razılaşdırılaraq təsdiq olunması üçün aidiyyəti üzrə təqdim olunub.Citypost.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclasında bildirilib.İclasda 4 şəhər və 15 rayon üzrə 70 yeni aşkar edilmiş nümunənin dövlət mühafizəsinə götürülməsi, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən dövlət mühafizəsində olan 10 abidənin məlumatlarına dəyişiklik edilməsi müzakirə olunub.Qeyd edək ki, 2025-ci ildə dövlət mühafizəsində olan 8, 2026-cı ildə isə 87 abidənin məlumatlarına düzəliş olunub, eyni zamanda, ötən il 51 yeni aşkar edilmiş...

15 Aprel 2026, 11:20

Fransada həbsdən azad edilən İran vətəndaşı ölkəsinə qayıdıb 

Fransada həbsdən azad edilən İran vətəndaşı və insan hüquqları fəalı Məhdiyə Esfəndiyari ölkəsinə qayıdıb.Bu barədə İran mediası məlumat yayıb.Qeyd edək ki, Esfəndiyari ötən il sosial şəbəkə hesabında HAMAS-a dəstək verməkdə ittiham olunaraq həbs edilib.Xatırladaq ki, Fransa Məhdiyə Esfəndiyarini İranda saxlanılan iki fransızın azadlığa buraxılması müqabilində azad edib və Paris Beynəlxalq Ədalət Məhkəməsində İrana qarşı şikayətini geri götürüb.İranda həbsdə olan Fransa vətəndaşları Sesil Kohler və Jak Paris isə azad edilərək ölkələrinə qaytarılıblar....

15 Aprel 2026, 11:10

Nizami Səfərov: Zərifə Əliyeva Azərbaycan oftalmologiyasına mühüm töhfələr verib

Millət vəkili Nizami Səfərov görkəmli oftalmoloq-alim Zərifə Əliyevanin elmi fəaliyyəti və həyat yolu ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, Deputat bildirib ki, Zərifə Əliyeva oftalmologiya sahəsində mühüm elmi nailiyyətlər əldə edib, göz xəstəliklərinin diaqnostikası və müalicəsi istiqamətində dəyərli tədqiqatlar aparıb. Onun sözlərinə görə, alim xüsusilə sənaye mühitində çalışan insanlarda yaranan göz xəstəliklərinin araşdırılması sahəsində praktik əhəmiyyətli nəticələr əldə edib.N.Səfərov qeyd edib ki, Zərifə Əliyeva M.İ. Averbax adına mükafata layiq görülmüş ilk azərbaycanlı qadın olub və bu, onun elmi fəaliyyətinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.Millət vəkili əlavə edib ki, Zərifə Əliyeva milli kadr hazırlığı prosesində fəal iştirak edərək gənc həkim və...

15 Aprel 2026, 11:07