Bizə yazın

Baku

-°C

USD

-

Geomaqnit qasırğası gözlənilir  

Cəmiyyət 09 İyun 2025, 15:22

3669

Hazırda iyunun 6-da baş vermiş TKA (Tac Kütlə Atılmalarının) təsiri ilə Yerdə dünəndən başlayaraq G1 (zəif) geomaqnit qasırğası başlayıb.

CityPost.az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, hazırda kosmik hava şəraiti aktivdir.

İyunun 13-dək fasilələrlə aktivliyin G1 səviyyəsinədək yüksəlməsi ehtimalı var.

14-15 iyun tarixlərində isə yenidən TKA və müsbət qütblü Tac Dəliyi Axınlarının təsiri ilə G1(zəif) - G2 (orta) səviyyəli geomaqnit qasırğası gözlənilir, həmçinin 25-26 iyunda da mənfi qütblü Tac Dəliyi Axınlarının təsiri ilə G1(zəif) - G2 (orta) səviyyəli geomaqnit qasırğası olması ehtimalı var.

Qeyd edilib ki, uzunmüddətli proqnozlar Günəşin öz oxu ətrafında fırlanaraq aktiv regionların Yerə tərəf çevrilməsi əsasında hazırlanır və dəqiqliyi aşağıdır. Çünki aktiv Günəş ləkələri və Tac dəliklərinin dinamikası dəyişir və ədətən bir perioda zəifləyir. Günəşdə baş verən alışmalar və TKA-ın təsiri Yerə təxminən 3 gün müddətində çatır. Bu səbəblərdən 3 günlük və ya həftəlik proqnozlara üstünlük verilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinlərinin sayı artırılıb 

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinlərinin sayı artırılıb.Citypost.az xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.Nazirin artıq Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən beş deyil, altı müavini olacaq.

17 Mart 2026, 16:37

202 nömrəli marşrutun avtobusları yenilənir 

Bakının Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti", "Gənclik" və "Nəriman Nərimanov" stansiyaları ilə əlaqələndirən 202 nömrəli müntəzəm marşrutda istismar olunan avtobusların bir qismi yenilənir.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata görə, martın 18-dən sərnişinlərin xidmətinə veriləcək 11 böyüktutumlu "Yutong" markalı müasir avtobus CNG texnologiyası ilə təchiz olunub. Beləliklə, marşrut xəttində fəaliyyət göstərən bütün avtobuslar ekoloji təmiz nəqliyyat vasitələri olacaq.Ümumilikdə 15 avtobus 8 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat təşkil edir....

17 Mart 2026, 16:06

Zahid Oruc: "İnsanların üzləri, səsləri və davranışları sürətlə klonlaşdırılır”..   

Prezident İlham Əliyev müxtəlif platformalarda çıxış edərkən yeni mərhələdə Azərbaycanın inkişaf prioritetlərini belə müəyyənləşdirib:  “Süni intellekt…Biz hər zaman aparıcı xəttin, yəni, "mainstream"in arxasınca gedirik.. ".  Nəticədə ölkəmizdə "Rəqəmsal İnkişaf Konsepsiyası" təsdiq edilib və Süni İntellekt strategiyası hazırlanıb.Bu barədə CityPost.az-a danışan Milli Məclisin deputatı Zahid  Oruc bildirib.Zahid Orucun sözlərinə görə,“Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunan müşavirədə dövlət başçısının Süni intellektin tətbiqinin geniş vüsət almasını vurğulaması, Rəqəmsal İnkişaf Şurasını yaratması və strateji layihələrə bilavasaitə hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etməsi ölkəmizin nəinki regionda, o cümlədən, dünyadakı aparıcı trendlərə sürətlə çatmağa çalışdığını göstərir."Dünyada aparıcı şirkətlərin 90%-i Süni İntellektdən istifadə...

17 Mart 2026, 15:02

Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edilib 

Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edilib.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Bakı-Sumqayıt marşurutu üzrə hərəkət edən sürət qatarı hərəkətdə olan zaman ona daş atılması və şüşəsinin zədələnməsi barədə polisə məlumat daxil olub.Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən dörd yeniyetmə müəyyən edilib. Onlar valideynləri ilə birlikdə polis orqanına dəvət olunublar. Yeniyetmələrlə profilaktik söhbətlər aparılıb və bu hərəkətlərin yarada biləcəyi təhlükə onların diqqətinə çatdırılıb.Bir daha qeyd edək ki, qatara daş atılan zaman bu sərnişinlərin və qatar heyətinin həyatına ciddi təhlükə yaradır. Bir çox hallarda isə qrafikdə gecikmələr yaşanır və...

17 Mart 2026, 14:46

Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib 

Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.Citypost.az-ın məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubunun ünvanlanmasını təklif edib.Deputatlar sədrin təklifinə dəstəklərini ifadə ediblər.

17 Mart 2026, 13:45

Azərbaycanda yeni nömrə nişanlarının verilməsinə başlanıldı 

Artıq 88-lə başlayan nömrə nişanlarının verilməsinə start verilib.Citypost.az xəbər verir ki, son günlər paytaxt ərazisində bir neçə avtomobilin üzərində 88-lə başlayan qeydiyyat nişanlarına rast gəlinib.Hazırda bu nömrənin Bakı qeydiyyatında olan nəqliyyat vasitələrinə verildiyi bildirilir.(Avtosfer.az)

17 Mart 2026, 13:35