Bizə yazın

Baku

-°C

USD

-

Eldəniz Əmirov:İmtahan sistemi yaddaş müsabiqəsinə çevrilib

Cəmiyyət 17 Mart 2026, 11:52

198

İqtisadçı ekspert Eldəniz Əmirov imtahan sistemi ilə bağlı paylaşım edib.

Citypost.az xəbər verir ki, O bildirib ki, hər il Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlardan sonra sualların çətinliyi ilə bağlı müzakirələr yaranır. Ekspertin fikrincə, suallar çətin və ya asan olmasından asılı olmayaraq, nəticə dəyişmir — qəbul yerlərinin sayı qədər ən yüksək nəticə göstərən abituriyentlər seçilir.

Əmirov qeyd edib ki, güclü abituriyent həm çətin, həm də asan suallarda üstün nəticə göstərə bilir. Onun sözlərinə görə, imtahan sisteminin əsas məqsədi məhz fərqləndirməni təmin etməkdir.

Lakin ekspert hesab edir ki, əsas problem sualların səviyyəsi deyil, imtahanların ümumi mahiyyətidir. O bildirib ki, mövcud qəbul sistemi böyük ölçüdə yaddaş və əzbərləmə üzərində qurulub. Bu isə nəticədə daha çox məlumatı yadda saxlayanların yüksək bal toplamasına və prestijli ixtisaslara qəbul olunmasına gətirib çıxarır.

Ekspert vurğulayıb ki, ali təhsil sistemi yaddaşı deyil, düşünmə, analiz, yaradıcılıq və problem həll etmə bacarıqlarını ölçməlidir. Onun fikrincə, əsas müzakirə mövzusu sualların çətinliyi deyil, imtahan sisteminin yanaşması olmalıdır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib 

Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.Citypost.az-ın məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubunun ünvanlanmasını təklif edib.Deputatlar sədrin təklifinə dəstəklərini ifadə ediblər.

17 Mart 2026, 13:45

Azərbaycanda yeni nömrə nişanlarının verilməsinə başlanıldı 

Artıq 88-lə başlayan nömrə nişanlarının verilməsinə start verilib.Citypost.az xəbər verir ki, son günlər paytaxt ərazisində bir neçə avtomobilin üzərində 88-lə başlayan qeydiyyat nişanlarına rast gəlinib.Hazırda bu nömrənin Bakı qeydiyyatında olan nəqliyyat vasitələrinə verildiyi bildirilir.(Avtosfer.az)

17 Mart 2026, 13:35

Zahid Oruc: BTC Rusiya, İran, Hörmüz boğazı və digər marşrutlardan asılılığa son qoydu 

"Ötən həftə qardaş Türkiyənin siyasi hakimiyyətinə müxalif “Sözcü” qəzetində yayılan məqalə-guya ABŞ  planlarında Azərbaycan ərazisinin İran əleyhinə hərbi əməliyyatlar üçün istifadə oluna biləcəyi iddiası tam əsassızdır və heç bir mötəbər fakta söykənməyən dezinformasiyadır.  Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmiz ərazisini üçüncü dövlətlərə qarşı hərbi platsdarma çevirməyib və heç vaxt da verməyəcək.Belə spekulyativ geopolitik ssenarilərin məqsədi  Azərbaycan və İran arasında münasibətləri gərginləşdirmək, Cənubi Qafqazı yenidən hərbiləşdirmək və Yaxın Şərqin bir parçasına döndərməkdir. Halbuki ötən ilin iyulunda İsrail-İran 12 günlük savaşında da  dövlətimiz diplomatik dialoq və regional sabitlik mövqeyi tutdu, savaşın coğrafiyasının  genişlənməməsi üçün əhəmiyyətli  addımlar atdı. Dövlətimizin prinsipial siyasətinə...

17 Mart 2026, 13:29

Millət vəkili Torpaq çərşənbəsi münasibətilə təbrik edib  

Millət vəkili Tamam Cəfərova İlaxır çərşənbələrin sonuncusu olan Torpaq çərşənbəsi münasibətilə xalqı təbrik edib. 🌿Citypost.az xəbər verir ki, Millət vəkili bildirib ki, Torpaq çərşənbəsi həyatın yenilənməsinin, dirçəlişin və bərəkətin rəmzidir. Deputatın sözlərinə görə, bu gündə torpaq oyanır, təbiət canlanır və yeni ümidlər cücərir.Tamam Cəfərova qeyd edib ki, əcdadlardan miras qalan bu dəyərlər xalqın təbiətə bağlılığını, zəhmətə və halal ruziyə verdiyi yüksək qiyməti nümayiş etdirir.Millət vəkili arzu edib ki, bu əziz gün hər bir ailəyə ruzi-bərəkət, süfrələrə bolluq, qəlblərə sevinc və rahatlıq gətirsin, torpağın daim münbit, Vətənin isə güclü və firavan olması təmin edilsin. ...

17 Mart 2026, 12:30

Sabah 17 dərəcə isti olacaq

Azərbaycanda martın 18-də havanın 17 dərəcə isti olacağı gözlənilir.Citypost.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 5-10°...

17 Mart 2026, 12:22

Deputat İlaxır Çərşənbə münasibətilə təbrik edib  

Millət vəkili Mehriban Vəliyeva İlaxır çərşənbə münasibətilə xalqı təbrik edib. Citypost.az xəbər verir ki, xanım deputat, hər kəsə ruzi-bərəkət, süfrələrə bolluq, ailələrə sevinc və firavanlıq arzulayıb.“Bu əziz gündə xalqımızı səmimi qəlbdən təbrik edir, evlərinizə ruzi-bərəkət, süfrələrinizə bolluq, ailələrinizə sevinc və firavanlıq arzulayıram. İlaxır çərşənbəniz mübarək!” – deyə deputat bildirib. Qeyd edək ki, İlaxır çərşənbə Novruz bayramı ərəfəsində qeyd edilən son çərşənbədir və xalq arasında xüsusi mərasim və adətlərlə qarşılanır.Yeganə...

17 Mart 2026, 12:16