Bizə yazın

Baku

-°C

USD

-

Hava məkanından istifadə və uçuş Qaydaları təsdiqlənib 

Cəmiyyət 08 İyul 2025, 14:53

4323

Hava məkanından istifadə və uçuş Qaydaları təsdiqlənib.

CityPost.az-ın   xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Azərbaycan Respublikasında hava məkanının bütün istifadəçiləri (o cümlədən Azərbaycan Respublikasında qeydiyyata alınmış hava gəmisinin istismarçıları) bu Qaydaların tələblərini yerinə yetirməlidirlər. Uçuşların təşkili və yerinə yetirilməsi, hava hərəkətinin idarə olunması ilə məşğul olan subyektlər tərəfindən dərc edilən müvafiq sənədlər (əmr, sərəncam, təlimat və s.) bu Qaydaların tələblərinə uyğun olmalıdır.

Bu Qaydalar Azərbaycan Respublikasının hava məkanında uçuşların yerinə yetirilməsini tənzimləyir. Dövlət eksperimental və dövlət aviasiyasının uçuşları Müdafiə Nazirliyinin müəyyən etdiyi əlavə qaydalarla da tənzimlənir. Azərbaycan Respublikasına mənsub hava gəmisinin xarici dövlətin ərazisi üzərində uçuşları həmin dövlətin müvafiq qaydaları ilə, hər hansı dövlətin qanuni nəzarətindən kənar ərazi üzərindən uçuşları isə beynəlxalq qaydalara əsasən tənzimlənir. Hava gəmisi uçuşda və ya aerodromun hərəkət sahəsində olduqda ümumi qaydalara və əlavə olaraq uçuş zamanı vizual uçuş qaydalarına və ya cihaz üzrə uçuş qaydalarına uyğun idarə edilməlidir. Komanda verən pilot vizual meteoroloji şəraitdə cihaz üzrə uçuş qaydalarına riayət etməklə, uçuşu seçə bilər və ya müvafiq ATS orqanı bunun yerinə yetirilməsini ondan tələb edə bilər.

Komanda verən pilot uçuş zamanı hava gəmisinin bu Qaydalara uyğun idarə edilməsi üçün məsuliyyət daşıyır və müstəsna hallarda təhlükəsizlik baxımından tamamilə zəruri olan şəraitdə bu Qaydalardan kənara çıxa bilər. Komanda verən pilot vəzifə borclarını malik olduğu səlahiyyətə uyğun olaraq yerinə yetirir. Uçuşa başlamazdan əvvəl komanda verən pilot nəzərdə tutulan uçuşa dair bütün mövcud məlumatlarla tanış olmalıdır. Uçuşqabağı hazırlıq aerodrom rayonundan kənarda və bütün IFR uçuşlar üçün mövcud hava haqqında məlumatların və proqnozların diqqətlə öyrənilməsini, uçuşu planlaşdırıldığı kimi yerinə yetirmək mümkün olmadıqda, yanacaq ehtiyatına olan tələbləri nəzərə alaraq alternativ planın təyin edilməsini əhatə etməlidir. Uçuşların təhlükəsizliyi ilə bağlı fəaliyyəti həyata keçirən şəxslərə alkoqollu içki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və ya uçuşların təhlükəsizliyinə təsir göstərə bilən dərman vasitələrinin təsiri altında olan zaman öz vəzifə borcunu yerinə yetirməyə yol verilmir.

Hava gəmisi digər şəxslərin həyatına və ya əmlakına təhlükə törədə biləcək etinasız və ya ehtiyatsız tərzdə idarə edilməməlidir. İcazə verilən hallar və ya uçub-qalxma, yerə enmə istisna olmaqla, hava gəmisinin şəhər, qəsəbə və ya insanların sıx toplaşdığı açıq ərazilər üzərində qəza şəraiti yaranan zaman yerdəki şəxslərə və ya əmlaka təhlükə törətmədən yerə enməsini təmin edən hündürlükdən aşağı uçuşlarına yol verilmir.

Uçuşun və ya uçuşun bir hissəsinin yerinə yetiriləcəyi kreyser hündürlükləri aşağıdakı kimi olmalıdır:

- istifadə oluna bilən ən aşağı uçuş səviyyəsində və ya həmin səviyyədən yuxarıda və ya uyğun olduqda keçid hündürlüyündən yuxarıda uçuşlar üçün uçuş eşelonları;

- istifadə oluna bilən ən aşağı uçuş səviyyəsindən aşağıda və ya mümkün olduqda, keçid səviyyəsi və ya həmin səviyyədən aşağı olan hündürlükdə yerinə yetirilən uçuşlar üçün mütləq hündürlüklər.

- Dövlət, eksperimental və mülki aviasiyaya münasibətdə aşağıdakılar nəzərə alınmalıdır:

- dövlət eksperimental və dövlət aviasiyasına münasibətdə MN, mülki eksperimental və mülki aviasiyaya münasibətdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – RİNN) tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi (Agentlik) tərəfindən qoyulan şərtlər və müvafiq hava hərəkətinə xidmət məntəqəsindən verilən məlumat, məsləhət və (və ya) icazə halları istisna olmaqla, uçuş zamanı hava gəmisindən aşağı heç nə atılmamalı və ya səpilməməlidir;

- dövlət eksperimental və dövlət aviasiyasına münasibətdə MN, mülki eksperimental və mülki aviasiyaya münasibətdə RİNN tərəfindən qoyulan tələblərə uyğun hallar və müvafiq hava hərəkətinə xidmət məntəqəsindən verilən məlumat, məsləhət və (və ya) icazə halları istisna olmaqla, heç bir hava gəmisi və ya digər obyekt hava gəmisi tərəfindən yedəyə alınmamalıdır;

- dövlət eksperimental və dövlət aviasiyasına münasibətdə MN, mülki eksperimental və mülki aviasiyaya münasibətdə RİNN tərəfindən qoyulan şərtlərə əsasən və müvafiq hava hərəkətinə xidmət məntəqəsindən verilən məlumat, məsləhət və (və ya) icazə halları istisna olmaqla, qəza enmələrindən başqa paraşütlə enmələr həyata keçirilməməlidir;

- dövlət eksperimental və dövlət aviasiyasına münasibətdə MN, mülki eksperimental və mülki aviasiyaya münasibətdə RİNN tərəfindən qoyulan şərtlər və müvafiq hava hərəkətinə xidmət məntəqəsindən verilən məlumat, məsləhət və (və ya) icazə halları istisna olmaqla, heç bir hava gəmisi yüksək pilotaj fiqurlu uçuşlar yerinə yetirməməlidir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bayrama görə bu şəxslərə 450 manat AYRILDI 

Azərbaycanda bu şəxslərə bayram münasibəti ilə pul mükafatı verilib.Oxu24.com -un əldə etdiyi məlumata görə,İqtisad Universitetinin rektoru Ədalət Muradov bununla bağlı  əmr imzalayıb.Əmrə əsasən,bütün əməkdaşlara Novruz və Ramazan bayramları münasibətilə 45O AZN mükafat verilib.

15 Mart 2026, 16:05

İmtahanda  4 nəfərdə mobil telefon aşkarlandı 

Martın 15-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.Citypost.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.İlkin məlumatlara əsasən, 4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

15 Mart 2026, 14:40

Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib 

Bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.Bu barədə Citypost.az-ya Dövlət İmtahan Mərkəzindən xəbər verilib.İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 267 imtahan binası, 4645 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 267 ümumi imtahan rəhbəri, 767 imtahan rəhbəri, 5776 nəzarətçi, 807 buraxılışı rejimi əməkdaşı (mühafizə), 267 bina nümayəndəsi ayrılıb.İmtahanda 67 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin...

15 Mart 2026, 14:31

İrandan Azərbaycana daha 6 nəfər təxliyə olunub 

"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının Azərbaycana təxliyəsi davam etdirilir."Report"un bölgə müxbiri xəbər verir ki, 15 mart 00:00-dan 14:00-dək 5 nəfər Azərbaycan və 1 Çin vətəndaşı sərhəd buraxılış məntəqəsindən keçərək ölkə ərazisinə daxil olub.Onların sərhəddən təhlükəsiz keçidi təmin olunub.Təxliyə prosesi müvafiq prosedur qaydalarına və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilir. Sərhəd-keçid məntəqəsində vətəndaşların rahat və təhlükəsiz keçidi üçün bütün zəruri şərait yaradılıb və proses gün ərzində mərhələli şəkildə davam etdirilir.Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran...

15 Mart 2026, 14:29

Lənkəranda yaşayış evlərini soyan şəxs saxlanılıb 

Lənkəran rayonu ərazisində yerləşən evlərdən silsilə oğurluqlar qeydə alınıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, naməlum şəxs 7 evdən ümumi dəyəri 8 min manata yaxın olan məişət əşyalarını talayıb.Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 54 yaşlı Mehman Quliyev müəyyən edilərək saxlanılıb.Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir....

15 Mart 2026, 13:43

Fərid Əkbərli: Bakı qlobal şəhərsalma dialoqunun mərkəzi olacaq

2026-cı ilin may ayında paytaxt Bakı Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına ev sahibliyi edəcək. Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin Gənclər Təşkilatının sədri Fərid Əkbərli bu barədə Citypost.az-a açıqlamasında bildirib.Onun sözlərinə görə, 17–22 may 2026-cı il tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək forum urbanizasiya və şəhər inkişafı sahəsində qlobal miqyasda ən mühüm platformalardan biri hesab olunur. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunacaq tədbirdə dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, şəhərsalma üzrə mütəxəssislər, memarlar və urbanistika sahəsində fəaliyyət göstərən ekspertlər iştirak edəcəklər.Fərid Əkbərli qeyd edib ki, forum çərçivəsində müasir şəhərlərin inkişaf perspektivləri, urbanizasiya...

15 Mart 2026, 12:50