Bizə yazın

Baku

-°C

USD

-

Sabah güclü külək əsəcək, yağış yağacaq 

Cəmiyyət 15 Mart 2026, 12:32

285

Martın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-85 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, düşəcəyi ehtimalı var. Arabir duman olacaq və qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Lənkəranda yaşayış evlərini soyan şəxs saxlanılıb 

Lənkəran rayonu ərazisində yerləşən evlərdən silsilə oğurluqlar qeydə alınıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, naməlum şəxs 7 evdən ümumi dəyəri 8 min manata yaxın olan məişət əşyalarını talayıb.Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 54 yaşlı Mehman Quliyev müəyyən edilərək saxlanılıb.Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir....

15 Mart 2026, 13:43

Fərid Əkbərli: Bakı qlobal şəhərsalma dialoqunun mərkəzi olacaq

2026-cı ilin may ayında paytaxt Bakı Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına ev sahibliyi edəcək. Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin Gənclər Təşkilatının sədri Fərid Əkbərli bu barədə Citypost.az-a açıqlamasında bildirib.Onun sözlərinə görə, 17–22 may 2026-cı il tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək forum urbanizasiya və şəhər inkişafı sahəsində qlobal miqyasda ən mühüm platformalardan biri hesab olunur. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunacaq tədbirdə dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, şəhərsalma üzrə mütəxəssislər, memarlar və urbanistika sahəsində fəaliyyət göstərən ekspertlər iştirak edəcəklər.Fərid Əkbərli qeyd edib ki, forum çərçivəsində müasir şəhərlərin inkişaf perspektivləri, urbanizasiya...

15 Mart 2026, 12:50

Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var 

Ağcabədi rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib."Report"un  xəbərinə görə, hadisə rayonun Rəncbərlər kəndi ərazisində qeydə alınıb.Belə ki, iki avtomobilin toqquşması nəticəsində Rövşən İsmayılov, Eldəniz Əbülfət, Saya Mehralızadə və Gülüm Mehralıyeva xəsarət alıblar.Toqquşmanın təsirindən Rövşən İsmayılovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil yol kənarındakı dərəyə aşıb.Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Faktla bağlı araşdırma aparılır.

15 Mart 2026, 12:05

Şeirlər - Sərvaz HÜSEYNOĞLU 

Mənə gəlsin İlahi, bir qara daşına çevir,Varsa bir bəlası, qoy mənə gəlsin.Məni dünyamızın  başına çevir,Hər qılınc yarası qoy mənə gəlsin. Ən qərib əhvalın, halın yaşayım,Ölüncə qeydinə qalım, yaşayım,Nə ki, ağrısı var, alım, yaşayım,Başına gələsi qoy mənə gəlsin. Lap elə bircə yol, bir anlıq eylə,Çıxart bir tərəfə, biryanlıq eylə,Məni İsmayıltək qurbanlıq eylə,Mübarək sədası qoy mənə gəlsin. Sən məni bir qara daşına çevir,Lap elə bir körpə quşuna çevir,Lap elə bir şəhid başına çevir,Ölümün əlası qoy mənə gəlsin.  Hər gün Hər gün adam olmaq keçir könlümdən,Hər gün özgə səmtə çəkirlər məni.Gah Adəm, gah iblis toxumu kimiYenidən bətnimə əkirlər məni. Özünün yazdığın yazıdı, Tanrım,Mələk də, iblis də məndə yaşayır.Özün də bilmirsən...

15 Mart 2026, 11:56

Zərdabdan Bakıya narkotik gətirən şəxs saxlanılıb 

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə şübhəli bilinən 65 yaşlı Elçin Əliyev saxlanılıb.DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan CityPost.az-a verilən məlumata görə, həmin şəxsdən 8 kiloqram mariuxana, tiryək, metamfetamin və psixotrop tərkibli həblər aşkarlanıb.Araşdırma zamanı E.Əliyevin narkotikləri Bakı şəhərinə apardığı müəyyən edilib.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib....

15 Mart 2026, 11:53

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

Goranboyda minik avtomobilinin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub.CityPost.az-ın xəbərinə görə, ölən şəxs Goranboy rayonunun Zeyvə kənd sakini 1990-cı il təvəllüdlü T.Quliyevdir.Məlumata görə Kəlbəcər rayon sakini 1970-ci il təvəllüdlü İ.Huseynov idarə etdiyi “Mercedes” markalı minik zvtomobili ilə hərəkətdə olan zaman Zeyvə kənd sakini 1990-cı il təvəllüdlü T.Quliyevi vurub .Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

15 Mart 2026, 10:37