Şeirlər - Sərvaz HÜSEYNOĞLU
Cəmiyyət 15 Mart 2026, 11:56
1467
Mənə gəlsin
İlahi, bir qara daşına çevir,
Varsa bir bəlası, qoy mənə gəlsin.
Məni dünyamızın başına çevir,
Hər qılınc yarası qoy mənə gəlsin.
Ən qərib əhvalın, halın yaşayım,
Ölüncə qeydinə qalım, yaşayım,
Nə ki, ağrısı var, alım, yaşayım,
Başına gələsi qoy mənə gəlsin.
Lap elə bircə yol, bir anlıq eylə,
Çıxart bir tərəfə, biryanlıq eylə,
Məni İsmayıltək qurbanlıq eylə,
Mübarək sədası qoy mənə gəlsin.
Sən məni bir qara daşına çevir,
Lap elə bir körpə quşuna çevir,
Lap elə bir şəhid başına çevir,
Ölümün əlası qoy mənə gəlsin.
Hər gün
Hər gün adam olmaq keçir könlümdən,
Hər gün özgə səmtə çəkirlər məni.
Gah Adəm, gah iblis toxumu kimi
Yenidən bətnimə əkirlər məni.
Özünün yazdığın yazıdı, Tanrım,
Mələk də, iblis də məndə yaşayır.
Özün də bilmirsən bu iki xislət
Kimdə unudulub, kimdə yaşayır...
Hər gün ömr edirəm bir ayrı adla,
Səmtini itirmiş gəmi kimiyəm.
Sən orda çaşqınsan, mən burda çaşqın,
Özün de, qınayım axı, kimi mən?..
Nəriman Həsənzadəyə
Ağarmış saçıma kövrəldin, ustad,
Mən yalqız halına kövrələn kimi.
Heç nə əvəz etmir, heç nə həyatda
Yanından çəkilib gedən itkini.
Ömür diləmişdik, qarşılığında
Ömür diləyənin ömrü yoxuymuş.
Həmçinin oxuyun
Biz nələr qazandıq, nələr itirdik?! -
Bütün yaşananlar demə, yuxuymuş.
O gün aramızda sükut yaşadı,
Ağarmış saçıma kövrəldin, ustad.
Dönüb güzgüdəki şəklimə baxdım,
Bir deyən olmadı "ay dadi-bidad"...
Tələbə yoldaşım Nübara
Bu yuxugörmələr canımı alır,
Yuxu görürsənmi sən də, ay Nübar?
Şəhərə gedirəm, səbrim daralır,
Sığışa bilmirəm kəndə, ay Nübar.
Gecəm gündüz kimi, gün gecə keçir,
Yaz görüm, səninçün gün necə keçir?
Canımdan min cürə vicvicə keçir,
Belə yaşayarmı bəndə, ay Nübar?
Dönərmi qayğısız o günlər geri?
Sinif otağımız... hər kəsin yeri...
Mən yuxu görürəm illərdən bəri,
Gözdə yaş, yanaqlar nəmdə, ay Nübar...
Nəsə çatmayır
Getmək istəyim yox işə, bazara,
Çətin məsələdi bazar da, iş də.
Abrını soyunub qoyasan gərək
Nimdaş çəkmə kimi sən o girişdə.
Neynəsən, başında çatlayan çanaq
Sıxılmış paltara çevirir səni.
Ha şax dayansan da, bir qəfil qınaq
Min yerdən sındırıb devirir səni.
Sonuncu manattək xırdalanırsan,
Özünə sıxırsan son hikkəni sən.
Sükut heykəlinə dönüb qalırsan,
Bilinmir ölüsən, yoxsa dirisən...
Şoru üzə çıxır bazar balının,
Heç kim bircə çimdik şəkər qatmayır.
Deyirsən, necə də gözəldi həyat,
Amma bilirsən ki, nəsə çatmayır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yol polisi əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib.BDYPİ-dən verilən məlumata görə, həftəsonu gözlənilən əlverişsiz hava şəraiti yol hərəkəti təhlükəsizliyi baxımından sürücülərdən daha diqqətli olmağı tələb edir.Xüsusilə, gecə və səhər saatlarında ehtimal edilən dumanlı, çiskinli havanın görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdığını, həmçinin küləyin doğura biləcəyi fəsadlara qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyətini nəzərə alaraq, sürücülər, ələlxüsus yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər zəruri ehtiyat tədbirləri görməli, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl olunmalıdır.BDYPİ həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını bir daha diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət...
18 Aprel 2026, 11:55
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib.CityPost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb.İki il baş idarəyə rəhbərlik etmiş general Məmmədov təqaüdə göndərilib.Hələlik onun yerinə təyinat yoxdur.Qeyd edək ki, Müşfiq Məmmədov daha əvvəl uzun müddət Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub.
18 Aprel 2026, 11:46
FHN: Güclü külək zamanı bina və reklam lövhələrindən uzaq durmaq tövsiyə olunur
Güclü külək zamanı bina və reklam lövhələrindən uzaq durmaq tövsiyə olunur.CityPost.az-a Fövqəladə Hallar Naziriliyindən (FHN) verilən məlumata görə, bu barədə nazirliyin qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciətində bildirilib.Məlumata görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.Qeyd olunanları nəzərə alaraq, FHN müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq,...
18 Aprel 2026, 11:39
“Brent” nefti 9%-dən çox ucuzlaşıb
"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin iyun müqaviləsinin dəyəri 9,07% azalaraq 1 barelə görə 90,38 ABŞ dolları təşkil edib.CityPost.az-ın məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin may ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 11,45 azalaraq 83,85 ABŞ dollarına bərabər olub.
18 Aprel 2026, 10:08
Şəmkirdə məktəbdə yanğın olub
Şəmkirdə yanğın hadisəsi baş verib.APA-nın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.Belə ki, rayonda yerləşən Nəriman Nərimanov adına 2 mərtəbəli, ümumi sahəsi 900 kvadratmetr olan məktəbdə yanğın başlayıb.Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.Hadisə nəticəsində məktəbin kompüter otağında 30-a yaxın kompüterin 7 ədədi yanıb.Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb. Araşdırma aparılır....
18 Aprel 2026, 10:07
Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir
Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir.Bu barədə CityPost.az Azertaca-a istinadən xəbər verir.
17 Aprel 2026, 20:38