Ağlın özünə getməsin... - Sərvaz HÜSEYNOĞLU
Cəmiyyət 24 Sentyabr 2025, 11:43
7614
Ömrünün ən müdrik çağlarını yaşayan, eyni zamanda da gənclik həvəsilə yazıb-yaradan qələmdaşım Güləmail Muradı "Ağlın özünə getməsin, Güləmail gül kimidir" misralarıyla tanımışam. Şəxsi tanışlığımızın da təəssüratlarını üstə gəlsəm, mən onun simasında adının mənasıyla şəxsiyyəti, insani dəyərləri üst-üstə düşən sənət dostumu tapmışam. Onun son dərəcə səmimi, duyğusal təbiəti həmişə mənim üçün əziz olub. Zarafatla dediyim "bacılar sırasının əbədi sakini" sözlərimi xoş bacı təbəssümüylə qarşılayıb həmişə. Eyni zamanda da kitablarını dönə-dönə oxumuşam, o kitablar barədə təəssüratlarımı ifadə edən bir neçə məqalələr yazıb çap etdirmişəm. Yaradıcılığını müxtəlif yönlərdən dəyərləndirmişəm. Və mənim üçün xoş olub ki, Xalq yazıçısı Anar, Xalq şairi Fikrət Qoca, Xalq yazıçısı Çingiz Abdullayev, akademik Nizami Cəfərov və başqalarının da Güləmail xanımın sənəti, vətəndaşlıq mövqeyi barədə söylədikləri fikirlərimi tamamlayıb. Yanılmadığımı görmüşəm.
Millət vəkili, Milli Məclisin komitə sədri Fazil Mustafa 75 illik yubileyi münasibətilə Güləmail xanıma ünvanladığı təbrik məktubunda haqlı olaraq qeyd edir ki, siz Vətənə və sözə könül vermiş qələm adamısınız: "Yaradıcılıq yolunuz həm də ictimai şüurun formalaşdırılmasına, vətənpərvərlik təbliğatına, milli kimliyimizin, mənəvi dəyərlərimizin təməl sütunları olan tarix və mədəniyyətin yaşadılmasına xidmət edən ədəbi-vətəndaşlıq missiyası təsiri bağışlayır. Siz müəllim kimi çalışarkən də, nəşr etdirdiyiniz onlarca kitablarınızda da ictimai məsuliyyətinizi unutmamısınız... Əsərlərinizdə milli yaddaşın səsi, ana torpağın harayı, şəhidlik zirvəsinin əzəmətli, lirik duyğuların hayku və vaka bədii jarnlarda yenilənməsi, mədəni irsimizə lətafətli baxış - hər bir özünəxas poetik keyfiyyətlə zəngindir. Özəlliklə, Qarabağ mövzusu, Aprel döyüşləri, tarixi Zəfərimiz və Milli Qəhrəmanlara həsr etdiyiniz, əsərlər gələcək oxucular üçün həm də tarixi önəm daşıyacaqdır... Təmsil olunduğunuz təşkilatlar, layiq görüldüyünüz ödüllər, yaradıcılıq örnəklərinizin müxtəlif dillərə çevrilməsi - bütün bunlar təqdirəlayiqdir. Əminəm ki, öz vətəndaş mövqeyimizlə bundan sonra da milli-mənəvi dəyərlərimizin qorunmasına, gənc nəslin mənəvi tərbiyəsinə və mədəni mühitimizin zənginləşməsinə töhfə verəcəksiniz".
Əlbəttə ki, belə olacaq. Çünki Güləmail xanımın səmimi, duyğulu yaradıcılıq yolu bu dəyərlərə hesablanıb. Öz xalqının mədəniyyətinə, milli dəyərlərinə, tarixinə və ədəbiyyatına xidmət işiylə bağlı olub. Məhz bu baxımdan ədəbiyyatşünas alim Salidə Şərifova Güləmail Muradın "Nuru Paşa dastanı" əsərindən bəhs edərkən yazır ki, bu poema Türk dünyasının birliyini əks etdirən poema nümunəsi kimi dəyər kəsb edir: "O, irəli sürdüyü ideyaların əsas ifadəçisinə Nuru Paşanı çevirə bilir... Poemada maraqlı məqam Güləmail Muradın zəfərin bədii təsvirini təqdim etməsidir. Şair vətən müharibəsində zəfər əldə etməyimizi əks etdirməklə yanaşı, bu məqamı qəhrəmanların xarakteri ilə yanaşı, əsərin əsas ideyası kimi təqdim edilə bilməsinin labüdlüyünü əks etdirir. Qələbənin əldə edilməsini tarixin təkrarlanması kimi əks etdirən müəllif bu fikirlərində haqlı olmasını poetik dillə təsdiq edir".
Tanınmış şair, AYB-nin katibi Səlim Babullaoğlu G.Muradın yaradıcılıq özəlliklərindən bəhs edərkən haqlı olaraq vurğulayır ki, onun kimi vətəndaş şairlərin qələmi və istedadı, ən başlıcası isə, həqiqi vətəndaş sevgisi sayəsində xalqımızın zəfər dolu çağdaş tarixi bədii tarixə çevrilir: "Şairə Güləmail Muradı haqqıyla, ürəklə çağdaş Azərbaycan "vətəndaş şeiri"nin öndərlərindən hesab etmək olar, xüsusən, son illərdə yazdığı əksər şeir və poemaları, publisistik əsərləri məhz millətimizin uzaq və yaxın tarixindən, qəhrəman oğullarımızın saf düşüncə və arzuları, azadlıq duyğusu, ictimai problemlər, doğma yurda, elə-obaya sevgi ilə dolub-daşır".
Xalq yazıçısı Anar G.Muradın yaradıcılığından sonsuz səmimiyyətlə söz açır: "Siz öz mövzusu olan şairsiniz və bunu yazıçı, şair üçün önəmli sayıram. Siz şəhid analarının dilindən yazdığınız şeirlərdə xalqımızın böyük kədəri, eyni zamanda, qüruru, dəyanəti, əyilməzliyinin bədii ifadəsini verirsiniz. Bəzən tədbirlərdə sizə Güləmail Ana deyə müraciət edirlər və haqlıdırlar. Çünki siz şeirlərinizdə bütün Azərbaycan analarının sözçüsü kimi çıxış edirsiniz... Redaktorluğunu unudulmaz Fikrət Qocanın elədiyi yapon hoykularından ibarət kitabınız isə sizin dünya poeziyasına olan marağınızı göstərir..."
Güləmailin şeirlərində məzh onun öz pünhan dünyasına məxsus, onun olan, onunla bir uyuyan, bir oyanan bir Günəş obrazı var. Bu sevdalı günəş eynilə qarabağlı Ağabəyim Ağanın unudulmaz "yarım gecə gəldi, gecə getdi, heç bilmədim ömrüm necə gəldi, necə getdi" misralarında təqdim edilən könül dostunun bənzəri, ekiztayı kimidi. Eyni ovqatı, yaşamı sərgiləyir bu misralar:
O gün Günəş
Həmçinin oxuyun
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Deputat Zaur Şükürov: "Azərbaycan cənub marşrutlarındakı riskləri balanslaşdıran əsas qovşaqdır"
məndə gecələdi.
Dan söküləndə getdi...
Getdi... Ancaq imisti nəvazişini, xatirəsini özüylə aparmadı. Sevən bir könülü, yol gözləyən bir aşiqi ilin hər fəslində, gecəbəgündüz gözləri yol çəkən qəm pəncərəsinə, bir şam işığına çevirib getdi... Bu gedişin ayrılıqlar ünvanına döndərdiyi qəlbin "üstündən karvan yeriməz dağları"nı, "diri olduqca libas, ölüncə kəfən" olan qiyafəsini bir yeni biçimdə göz önünə gətirir Güləmailin poetik təsvirləri. Bu poetik təqdimatlarda olduqca vəfalı, fədakar, ümidli bir aşiq obrazı sərgilənir. Bu aşiq çəkdiyi cəfalardan bezmir, usanmır, Məcnunanə, Fərhad misallı bir tale yaşayır. Dalana dirəndiyi hər bir məqamda vüsala yetməyin yeni yollarını arayır. Gözləri yeni yollar "çəkir". Baxışları yeni ümidləri qonaq eləyir. Eşqin ölməzliyini, dönəriliyini gecə qaranlığından doğulan səhər şəkillənməsilə təqdim edir. Və bu təqdimatlar Güləmailin təsvirində son dərəcə cazibədar, təbii, yaddaqalandı...
Ədəbi tənqidin dəyərləndirməsi bu baxımdan özünü yüzdə-yüz şəkildə doğruldur ki, həqiqətən də Güləmailin hətta yapon şeir tərzində qələmə aldığı haykularında belə "Azərbaycan şeirinin bədii təsvir və bədii ifadə üsulları obrazlı deyim tərzi ilə diqqəti çəkir".
Güləmail öz mövzularına sadiq, bu mövzularda özünü tapa bilən, özünü bu məkanda rahat hiss edən söz adamıdı. Deyək ki, vətənpərvərlik mövzusu, yurd uğrunda savaşmış qəhrəman oğullarımızın əziz xatirəsi onun ən başlıcası öygü yeridi. Bu mənada Güləmailin "Döyüş yolları" kitabında yer alan eyniadlı poeması, "Canını Vətənə sərhəd elədi", "Günküt zəfəri" və s. kitablarına daxil etdiyi poetik nümunələr xüsusi diqqət çəkir. Sözügedən kitablarda yer alan poetik nümunələrdə "Əlində avtomat, çiyin-çiyinə Vətən sərhəddində duran əsgərlər"imizin cəsur, şanlı həyat və zəfər yolu yüksək vətəndaşlıq duyğuları, dərin ehtiram hissilə qələmə alınır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib
Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Cenevrə şəhərində (İsveçrə) Beynəlxalq Əmək Konfransının 114-cü sessiyası keçirilir.Bu barədə Citypost.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.Bildirilib ki, sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev rəqəmsal həllərin genişləndirilməsi, süni intellektdən səmərəli istifadənin ölkəmizin əsas prioritetlərindən olduğunu, bu istiqamətdə görülən işləri qeyd edib. O, Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında son illər Azərbaycanda həyata keçirilən sosial islahatların uğurlarını, sosial ödənişlərdə, əmək müqavilələrinin sayında ciddi artımları diqqətə çatdırıb.Nazir bildirib ki, ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində 150 xidmətin...
03 İyun 2026, 17:52
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edildi
İsrailin Kiryat-Yam şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunan tədbir keçirilib.Bu barədə Citypost.az Diasporla İş üzrə Dövlət Komitəsidən məlumat verilib.“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının rəhbəri, Kiryat-Yam şəhərinin mer müavini Adam Amilovun təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi, Kiryat-Yam bələdiyyəsinin tərəfdaşlığı ilə baş tutan tədbirə Azərbaycan icmasının üzvləri, şəhər sakinləri və ictimai xadimlər də daxil olmaqla çoxsaylı qonaqlar qatılıb.Gecənin aparıcısı “Azİz” Assosiasiyasının icraçı direktoru Şaul Siman-Tov olub.Tədbirdə çıxış edən Kiryat-Yam şəhərinin meri David Even-Tzur iki ölkə arasındakı mövcud dostluq münasibətlərinin əhəmiyyətindən danışıb, Azərbaycandan olan insanların şəhərin ictimai həyatına verdiyi töhfələri yüksək qiymətləndirib.Adam Amilov göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət...
03 İyun 2026, 17:43
BP-nin dəstəyi ilə Naxçıvanda yeni laboratoriya və emalatxanalar yaradılır
BP şirkətinin dəstəyi ilə Naxçıvanda yeni laboratoriya və emalatxanalar yaradılır."Report"un yerli bürosu xəbər verir ki, BP-Azərbaycan şirkəti ilə əməkdaşlıq çərçivəsində Naxçıvanda təhsil müəssisələrində yeni yaradılacaq laboratoriya və emalatxanalar üçün avadanlıqların muxtar respublikaya gətirilməsinə başlanılıb.Qeyd olunub ki, proses Naxçıvan Muxtar Respublikası (MR) Təhsil Nazirliyi ilə BP şirkəti arasında bu il aprelin 10-da imzalanmış əməkdaşlıq sazişi çərçivəsində həyata keçirilir.️Həmin sazişə əsasən, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində 2 yeni istehsalat emalatxanası, Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan Qızlar Liseyində isə müasir kimya laboratoriyaları yaradılacaq. Yaxın günlərdə təhsil müəssisələrində avadanlıqların quraşdırılmasına start veriləcək. Fənn laborotoriyalarının tədris ilinin sonuna qədər hazır olması planlaşdırılır....
03 İyun 2026, 17:38
KOBİA: İnvestisiya Portalında indiyədək 170-dən çox layihə yerləşdirilib
Azərbaycanda yerli və xarici investorları mikro, kiçik və orta sahibkarlıq subyektlərinin layihələrinə, startapların biznes ideyalarına sərmayə qoymağa imkan yaradan İnvestisiya Portalında (invest.smb.gov.az) indiyədək 173 layihə yerləşdirilib.Bu barədə Citypost.az-a İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.Bildirilib ki, bu layihələrdən 147-si investisiyaların cəlb edilməsi, 4-ü investisiya təklifi, 22-si isə hazır biznesin satışı ilə bağlıdır. Sözügedən layihələr kənd təsərrüfatı, sənaye, xidmət, istehsal və digər istiqamətləri əhatə edir.Bugünədək 1300-dən çox sahibkar, investor və startap müvafiq layihələrlə tanış olmaq, layihəsini portalda yerləşdirmək üçün invest.smb.gov.az saytında qeydiyyatdan keçib.Portaldan istifadə edən biznes sahibləri investisiya cəlb etməklə bizneslərini genişləndirə, investorlar isə bu layihələrə...
03 İyun 2026, 17:21
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 6 və 7 iyun tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.ADY-dən Citypost.az-a verilən məlumata görə, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur
03 İyun 2026, 17:00
Adil Kərimli Şuşada vətəndaş qəbulu keçirəcək
Mədəniyyət naziri Adil Kərimli Şuşada vətəndaşları qəbul edəcək.Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Bildirilib ki, qəbul iyunun 19-da həyata keçiriləcək.Qəbulun məkanı və saatı barədə əlavə məlumat veriləcək.
03 İyun 2026, 17:00