Bizə yazın

Baku

-°C

USD

-

Bakıda qayınata gəlinini öldürüb 

Hadisə 01 İyun 2026, 19:40

344

Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub.

Hadisə bu gün “Şuşa şəhərciyi”ndə qeydə alınıb.

Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov gəlini, 1995-ci il təvəllüdlü Gülüzar Məmmədovanı bıçaqlayaraq öldürüb.

Adıgözəl Məmmədov saxlanılıb.(apa)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda 11 yaşlı qız yeddinci mərtəbədən yıxılaraq ölüb

Bakıda 11 yaşlı qız yeddinci mərtəbədən yıxılaraq ölüb.Citypost.az  xəbər verir ki, 2015-ci il təvəllüdlü L.A. Nizami rayonu B.Nuriyev küçəsində yaşadığı evin eyvanından (7-ci mərtəbə) yıxılaraq ölüb.Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

01 İyun 2026, 12:17

Qanunsuz saxlanılan silahlar aşkarlanıb 

Mayın 30-da və 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 5 patron darağı və 79 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

01 İyun 2026, 10:44

İran və ABŞ arasında mümkün anlaşmanın detalları açıqlanıb 

İran dövlət televiziyası Tehran və Vaşinqton arasında imzalanması gözlənilən memorandumun bəzi qeyri-rəsmi detallarını yayıb.Razılaşmanın əsas istiqamətlərindən biri Hörmüz boğazında gəmi keçidi qaydalarının yenidən müəyyənləşdirilməsidir.İran boğazdan keçən gəmilərin statusunu müəyyən edən əsas tərəf olacaq. Yükü təhlükəli hesab edilən və ya son istifadəçisi İranla düşmən münasibətdə olan ölkələrlə əlaqəli gəmilər ticari gəmi kimi tanınmayacaq və müəyyən edilmiş marşrutlardan keçmələrinə icazə verilməyəcək.Məlumata əsasən, gəmilərin hərəkət marşrutlarının və naviqasiya xidmətlərinin qiymətlərinin müəyyənləşdirilməsi də İranın səlahiyyətində olacaq. Bundan əlavə, hər bir gəmi yükü, sahibi və təyinat məntəqəsi ilə bağlı məlumatları İran Hərbi Dəniz Qüvvələrinin aidiyyəti mərkəzinə təqdim etməli olacaq.Yayılan qeyri-rəsmi mətnə görə, İslamabad çərçivə anlaşmasının...

30 May 2026, 22:19

Rusiya Ermənistandan bir sıra tərəvəz və giləmeyvələrin idxalını məhdudlaşdırıb 

Rusiya mayın 30-dan etibarən Ermənistandan bir sıra təzə tərəvəz və giləmeyvələrin idxalına məhdudiyyət tətbiq edib.CityPost.az-ın Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən məlumatına görə, qadağaya pomidor, xiyar, bibər, göyərti məhsulları, eləcə də çiyələk daxil edilib.Qurum məhdudlaşdırıcı tədbirlər barədə hələ mayın 28-də anons vermişdi."Qərar Ermənistan meyvə-tərəvəz məhsullarının tədarükü zamanı pozuntuların artması ilə əlaqədar və fitosanitar təhlükəsizliyin təmin edilməsi məqsədilə qəbul edilib", - "Rosselxoznadzor"dan dəqiqləşdirilmişdi.Qurum rəsmiləri qeyd ediblər ki, mövcud vəziyyət Rusiya ərazisinin fitosanitar rifahına təhlükə yaradır....

30 May 2026, 09:10

Azərbaycanan qanunsuz gətirilmiş külli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb 

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz yolla ölkə ərazisinə gətirilmiş külli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb.Bu barədə Citypost.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.Belə ki, Sumqayıt şəhərində yerləşən aptekin anbarından və yük avtomobilindən dövlət qeydiyyatından keçməyən 251 adda 44335 ədəd (konvolyut, ampul və flakon formasında) dərman vasitələri aşkar edilib....

29 May 2026, 10:23

Beyləqanda fərdi yaşayış evi yanıb 

Beyləqan rayonunda fərdi yaşayış evində yanğın baş verib.Citypost.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Qəhrəmanlı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Bəhmən Kərimova məxsus fərdi yaşayış evində başlayan yanğın anidən güclənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Beyləqan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 160 kvadratmetr olan ev yanaraq yararsız hala düşüb.Faktla bağlı araşdırma aparılır. (Azərtac)...

29 May 2026, 09:28