Bizə yazın

Baku

-°C

USD

-

Bakı Gəmiqayırma Zavodunda indiyədək 170-dən çox gəmi təmir edilib 

Cəmiyyət 03 İyun 2026, 16:34

1205

Bakı Gəmiqayırma Zavodunda indiyədək 170-dən çox gəmi təmir edilib.

"Report" xəbər verir ki, bunu "Bakı Gəmiqayırma Zavodu" MMC-nin İdarə Heyətinin sədri Ruslan Talıbov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, "Bakı Gəmiqayırma Zavodu" MMC-də ümumilikdə 14 gəmi tikinti layihəsi uğurla həyata keçirilib: "Fəaliyyətə başladığı dövrdən etibarən 170-dən çox gəminin təmiri icra olunub. Tikilən gəmilər sırasında "Xankəndi" sualtı tikinti gəmisi, dibdərinləşdirən gəmi, yedək gəmiləri, yarımdalma qazma qurğusunun pontonları və üst göyərtələri, sərnişin və bərə gəmiləri, eləcə də neft və kimyəvi məhsullar daşıyan tankerlər yer alır. Bu göstəricilər zavodun ölkənin sənaye və nəqliyyat sektorunda mühüm rol oynadığını təsdiqləyir".

O əlavə edib ki, zavodun illik istehsal gücü 25 min ton gəmi metal konstruksiyalarının hazırlanmasına imkan verir: "Mövcud potensial hesabına müəssisə ildə 4 ədəd 15 min ton yükgötürmə qabiliyyətinə malik tanker və ya alternativ olaraq 2 ədəd 60–70 min ton yükgötürmə qabiliyyətli "Caspian Max" tipli tanker istehsal edə bilər. Bununla yanaşı, eyni vaxtda müxtəlif təyinatlı 4 gəminin paralel şəkildə tikintisi mümkündür".

R. Talıbov bildirib ki, hazırda zavodun sifariş portfelinə daxil olan 17 gəmidən 11-nin tikintisi davam etdirilir: "6 gəmi isə layihələndirmə mərhələsindədir. Sifarişlər arasında "AD Ports"un sifarişi əsasında inşa olunan 2 ədəd çoxməqsədli quru yük konteyner gəmisi xüsusi əhəmiyyət daşıyır. "AD Ports"un sifarişi əsasında inşa olunan çoxməqsədli quru yük və konteyner gəmilərinin tikintisi təsdiq edilmiş qrafikə uyğun olaraq davam etdirilir. Layihələr üzrə əsas avadanlıq və materialların sifarişi həyata keçirilmiş, gəmi gövdələrinin tikintisinə başlanılıb. H128 layihəsi üzrə 2 blokun istehsalı tamamlanmış, 5 blokun tikintisi isə hazırda davam etdirilir. H129 layihəsi üzrə də gövdə konstruksiyasının tikintisinə başlanılmış və hazırda 2 blokun istehsalı aparılır. Gəmilərin 2028-ci ilədək sifarişçiyə təhvil verilməsi planlaşdırılır".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

AAYDA: Bakıda və 8 rayonda ümumilikdə təmir aparılır 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) mart–aprel aylarında müşahidə olunmuş güclü leysan yağışları və sel suları nəticəsində Bakıda və 8 rayonda zədələnmiş 25 avtomobil yolunda təmir-bərpa işləri aparır.Citypost.az bu barədə agentliyə istinadən xəbər verir.Məlumata görə, işlər çərçivəsində zədələnmiş yol hissələri, körpü və suötürücü qurğular bərpa olunur, riskli ərazilərdə mühafizə tədbirləri gücləndirilir.Məqsəd təhlükəsiz və fasiləsiz hərəkəti təmin etməklə bölgələrarası nəqliyyat əlaqəsini tam bərpa etməkdir....

15 İyun 2026, 17:45

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq 

Azərbaycanın avtomobil yollarında iyunun 16-da müşahidə ediləcək vəziyyət açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ölkə ərazisinin əksər yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

15 İyun 2026, 17:26

İtkin düşən 8 nəfər həftəsonu tapılıb 

İtkin düşən 8 nəfər həftəsonu tapılıb.Bu barədəCitypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, ötən iki gün ərzində yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

15 İyun 2026, 17:05

Zakir Həsənov Pakistana başsağlığı verib 

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.Bu barədə Citypost.az-a nazirliyindən məlumat verilib.Bildirilib ki, başsağlığında deyilir: "Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində qəzaya uğraması nəticəsində iki pilotun həyatını itirməsi barədə xəbər məni dərindən kədərləndirdi.Baş vermiş aviaqəza nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.Allah rəhmət eləsin."...

15 İyun 2026, 16:53

Zakir Həsənov Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib 

Müdafiə naziri Zakir Həsənov Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Təbrikdə deyilir:"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!Sizi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ölkəmizin müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.Azərbaycan rəhbərliyinə yenidən qayıdan Ümummilli Lider Heydər Əliyev respublikamızın müstəqilliyinə, suverenliyinə qarşı yaranan təhlükələrin aradan qaldırılmasında müstəsna xidmətlər göstərərək zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı və doğma Vətənə tükənməz sevgisi ilə ölkəmizi ictimai-siyasi böhrandan, xaosdan xilas etmişdir.Azərbaycanın inkişaf strategiyasının banisi, xalqımızın xilaskarı...

15 İyun 2026, 15:48

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.Citypost.az xəbər verir ki, 7 vaqondan ibarət, çəkisi 490 ton olan buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 414 ton antrasit (daş kömür növü) 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 13 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub....

15 İyun 2026, 15:33