Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib
Cəmiyyət 03 İyun 2026, 17:52
1962
Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Cenevrə şəhərində (İsveçrə) Beynəlxalq Əmək Konfransının 114-cü sessiyası keçirilir.
Bu barədə Citypost.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev rəqəmsal həllərin genişləndirilməsi, süni intellektdən səmərəli istifadənin ölkəmizin əsas prioritetlərindən olduğunu, bu istiqamətdə görülən işləri qeyd edib. O, Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında son illər Azərbaycanda həyata keçirilən sosial islahatların uğurlarını, sosial ödənişlərdə, əmək müqavilələrinin sayında ciddi artımları diqqətə çatdırıb.
Nazir bildirib ki, ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində 150 xidmətin 90 faizdən çoxu rəqəmsallaşdırılıb, 50-dən çoxu proaktiv şəkildə təqdim olunur. “Əmək və Məşğulluq” altsistemi əmək münasibətlərinin vahid rəqəmsal platformasıdır və əmək qanunvericiliyinə əməl olunmasının elektron auditinə də imkan verir. Aktiv əmək müqavilələrinin 97 faizi bu e-sistem üzərində elektron şəkildə bağlanıb.
Həmçinin oxuyun
Anar Əliyev DOST konsepsiyasının üstünlükləri və uğurlarını qeyd edib. O, Azərbaycanın BƏT-in artıq 60 Konvensiyasına qoşulduğunu, Təşkilatın daha 4 Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiya imkanlarının nəzərdən keçirildiyini bildirib. Beynəlxalq standartlara uyğun olaraq ölkəmizin əmək qanunvericiliyində edilən son dəyişiklikləri diqqətə çatdıran nazir bildirib ki, Azərbaycan 2024-cü ildə COP29-a, bu il isə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) kimi əlamətdar beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu da ölkəmizin iqlim, urbanizasiya və əməyin gələcəyi ilə bağlı qlobal gündəliyin formalaşmasında fəal rolunu bir daha təsdiqləyir.
Azərbaycan və BƏT arasında iki Layiqli Əmək Ölkə Proqramı uğurla həyata keçirildiyini deyən Anar Əliyev ötən ilin sonunda növbəti, 2025–2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramının imzalandığını bildirib. O, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı yenidənqurma və inkişaf işlərini, doğma yurdlarına köçürülən sakinlərin layiqli məskunlaşma, məşğulluq və iqtisadi fəallığının təmin edildiyini vurğulayıb.
Sessiya çərçivəsində Anar Əliyev BƏT-in Baş direktoru Jilber Hunqbo ilə görüşüb. Görüşdə BƏT ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Ölkəmizdə əmək münasibətləri sahəsində rəqəmsal həllərin geniş tətbiqindən, son illər əmək qanunvericiliyində aparılmış gender islahatlarından bəhs olunub. Təşkilatın yeni sənədlərinin ratifikasiyası işləri qeyd olunub, gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında iyunun 16-da müşahidə ediləcək vəziyyət açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ölkə ərazisinin əksər yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
15 İyun 2026, 17:26
İtkin düşən 8 nəfər həftəsonu tapılıb
İtkin düşən 8 nəfər həftəsonu tapılıb.Bu barədəCitypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, ötən iki gün ərzində yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
15 İyun 2026, 17:05
Zakir Həsənov Pakistana başsağlığı verib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.Bu barədə Citypost.az-a nazirliyindən məlumat verilib.Bildirilib ki, başsağlığında deyilir: "Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində qəzaya uğraması nəticəsində iki pilotun həyatını itirməsi barədə xəbər məni dərindən kədərləndirdi.Baş vermiş aviaqəza nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.Allah rəhmət eləsin."...
15 İyun 2026, 16:53
Zakir Həsənov Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Müdafiə naziri Zakir Həsənov Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Təbrikdə deyilir:"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!Sizi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ölkəmizin müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.Azərbaycan rəhbərliyinə yenidən qayıdan Ümummilli Lider Heydər Əliyev respublikamızın müstəqilliyinə, suverenliyinə qarşı yaranan təhlükələrin aradan qaldırılmasında müstəsna xidmətlər göstərərək zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı və doğma Vətənə tükənməz sevgisi ilə ölkəmizi ictimai-siyasi böhrandan, xaosdan xilas etmişdir.Azərbaycanın inkişaf strategiyasının banisi, xalqımızın xilaskarı...
15 İyun 2026, 15:48
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.Citypost.az xəbər verir ki, 7 vaqondan ibarət, çəkisi 490 ton olan buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 414 ton antrasit (daş kömür növü) 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 13 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub....
15 İyun 2026, 15:33
Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxsdən marixuana və tiryək aşkarlanıb
Nərimanov rayonunda 9 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.Bu barədə Citypost.az Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 42 yaşlı Samir Mirzəyev saxlanılıb.S.Mirzəyevin sərnişin kimi istifadə etdiyi avtomobildən ona məxsus 5 kiloqram marixuana, 4 kiloqramdan artıq tiryək, həşiş və heroin, eləcə də 1112 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri paytaxt ərazisində qanunsuz dövriyyəyə buraxmaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.Faktla bağlı cinayət işi başlanılıb. S.Mirzəyev barəsində məhkəmənin...
15 İyun 2026, 15:24