Azərbaycanda vahid büdcə təsnifatı yenilənib
Cəmiyyət 03 İyun 2026, 15:35
387
Nazirlər Kabineti "Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edilməsi haqqında 7 noyabr 2025-ci il tarixli qərarında dəyişiklik edib.
Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON), Prezidentin Ehtiyat Fondu, Dövlət büdcəsinin Ehtiyat Fondu, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "Regional Su Meliorasiya" və "İri Şəhərlərin Su Təchizatı" QSC-lər, "Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu, İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC, Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geodeziya və Kartoqrafiya Agentliyi və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, "Media Mükəmməllik Şəbəkəsi" qeyri-kommersiya təşkilatı, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" və , "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" MMC-lər, Maliyyə Nazirliyinə məxsus "Rəqəmsal Maliyyə Mərkəzi" MMC, "Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası" MMC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi, "Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi", Gənclər və İdman Nazirliyinin tabeliyində "Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu", Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" büdcə xərclərinin inzibati təsnifatına daxil edilib.
Həmçinin oxuyun
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Deputat Zaur Şükürov: "Azərbaycan cənub marşrutlarındakı riskləri balanslaşdıran əsas qovşaqdır"
Qərar bu il yanvarın 1-dən tətbiq edilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ramin Məmmədov "İmam Əli" məscidini ziyarət edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şəkidə "Cümə" və "İmam Əli" məscidlərini ziyarət edib.Citypost.az xəbər verir ki, bu barədə Komitədən məlumat verilib.Məscidlərdə yaradılmış şəraitlə tanış olan Dövlət Komitəsinin sədri din xadimləri və dini icmaların nümayəndələri ilə görüşüb.Görüşdə Azərbaycanda dövlət-din münasibətlərinin milli maraqlara, eləcə də insan hüquq və azadlıqlarının təmin olunması prinsiplərinə əsaslandığı diqqətə çatdırılıb.Ramin Məmmədov müasir dövrdə zərərli ideoloji təsirlərin qarşısının alınmasının vacib məsələlərdən biri olduğunu bildirib.Qeyd edib ki, Azərbaycan Respublikasında multikultural və tolerant mühitin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasət ölkədə sabitliyin, qarşılıqlı hörmət və etimadın möhkəmlənməsinə xidmət edir.Komitə sədri vurğulayıb ki, bu sahədə...
03 İyun 2026, 16:43
Bakı Gəmiqayırma Zavodunda indiyədək 170-dən çox gəmi təmir edilib
Bakı Gəmiqayırma Zavodunda indiyədək 170-dən çox gəmi təmir edilib."Report" xəbər verir ki, bunu "Bakı Gəmiqayırma Zavodu" MMC-nin İdarə Heyətinin sədri Ruslan Talıbov jurnalistlərə açıqlamasında deyib.Onun sözlərinə görə, "Bakı Gəmiqayırma Zavodu" MMC-də ümumilikdə 14 gəmi tikinti layihəsi uğurla həyata keçirilib: "Fəaliyyətə başladığı dövrdən etibarən 170-dən çox gəminin təmiri icra olunub. Tikilən gəmilər sırasında "Xankəndi" sualtı tikinti gəmisi, dibdərinləşdirən gəmi, yedək gəmiləri, yarımdalma qazma qurğusunun pontonları və üst göyərtələri, sərnişin və bərə gəmiləri, eləcə də neft və kimyəvi məhsullar daşıyan tankerlər yer alır. Bu göstəricilər zavodun ölkənin sənaye və nəqliyyat sektorunda mühüm rol oynadığını təsdiqləyir".O əlavə edib ki, zavodun illik istehsal gücü...
03 İyun 2026, 16:34
Velosiped oğurlayan qardaşlar saxlanıldı
Paytaxtın Yasamal rayonunda velosiped oğurluqlarında şübhəli bilinən iki qardaş saxlanılıb.Citypost.az xəbər verir ki, polisə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 34 yaşlı N.Mehdizadə və onun qardaşı D.Mehdizadə saxlanılıblar.Araşdırmalar zamanı müəyyən edilib ki, onlar rayon ərazisində yerləşən yaşayış binalarında mənzillərin qarşısından ümumi dəyəri 3500 manat olan 7 ədəd velosiped oğurlayıblar.Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir....
03 İyun 2026, 16:27
Hava ilə bağlı xəbərdarlıq:Dolu düşəcək
İyunun 4-6-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
03 İyun 2026, 16:16
Sahibə Qafarova Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib
Milli Məclisin sədri Sahibə Qafarova Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransı çərçivəsində bir sıra görüşlər keçirib.Citypost.az xəbər verir ki, Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons, Zimbabve Senatının sədri Mabel Memori Çinomona, Parlamentlərarası İttifaqın yeni seçilmiş Baş katibi Anda Filip, təşkilatın vitse-prezidenti Qabriela Moravska-Stanetska, İcraiyyə Komitəsinin üzvü Karen Bredli və Büro sədri Sintia Lopez Kastro, Mərakeş Nümayəndələr Palatasının vitse-spikerləri – Nadia Tuhami və Zaina İd Hali, Mavritaniya parlamentinin sədr müavini Siham Nacem ilə görüşlərdə Qlobal Konfransın qadın parlamentarilər arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.Söhbətlər zamanı çoxtərəfli platformaların önəmi vurğulanıb,...
03 İyun 2026, 16:13
Müəllimlərin işə qəbulu ilə bağlı külli miqdarda dələduzluqda təqsirləndirilən 3 nəfərə hökm oxunub
Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Məlahət Mustafayeva, Tahirə Şamilova və Təranə Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, iş üzrə təqsirləndirilən Məlahət Mustafayeva, Tahirə Şamilova və Təranə Cəfərova barəsində 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb. Hökmə əsasən, Tahirə Şamilova və Təranə Cəfərovanın cəzası şərti sayılıb.Qeyd edək ki, ittihama görə, Binə qəsəbəsində yerləşən 149 saylı orta məktəbin müəllimi Təranə Cəfərova digər təqsirləndirilən şəxslərlə cinayət əlaqəsinə girib, bir qrup müəllimə qarşı dələduzluq edib.İttihama görə, Təranə Cəfərova zərərçəkmiş şəxslərə Tahirə Şamilova və...
03 İyun 2026, 16:06