Boz kardinalın kürəkəninin himayədarlıq etdiyi “Lux Residence”də maxinasiya... Afiq Rəhmanov payçıları necə aldadır?
Cəmiyyət 13 Noyabr 2025, 11:12
5149
Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevin bir sıra iş adamlarına himayədarlıq etdiyi, onlardan bəzilərinin isə “boz kardinal”ın xəyanətkarlıqda ittiham olunması və bu kimi digər əməlləri ifşa edildikdən sonra ondan üz döndərənlərin sayı get-gedə artır. Məsələn: Sabiq millət vəkili İlham Əliyevin təbirincə desək vaxtilə onun qaynatasının başmağını cütləyənlərdən biri, sabiq deputat “Karat” Holdinqin sahibi, nüfuzlu iş adamı Əsabil Qasımov Oxu24.com-un müxbiri ilə söhbət zamanı onları özünə düşmən adlandırmışdır. Əsabil Qasımovun həmkəndlisi Bakıda əmlak maqnatı kimi tanınan “Nizami City”, “28 City”, “Lux Residence” yaşayış komplekslərinin sahibi Afiq Rəhmanov kimi AMEA-nın büdcə vəsaitindən 3 milyon manat israf etdiyi üçün Baş Prokurorluq tərəfindən barəsində cinayət işi təqib edilən Elton Məmməov vasitəsilə R.Mehdiyevin çevrəsinə daxil olanlar da az deyil.
Elton Məmmədov və Afiq Rəhmanova yaxın qaynaq “CityPost.az”ın suallarını cavablandırarkən onların dostluq əlaqələrinin olduğunu gizlətməmiş, lakin biznes ortağı olduqlarını təkzib etmişdilər.
“Boz kardinal”ın çətiri altında yetişib, boya-başa çatmış, əməlli başlı tikinti və əmlak maqnatına çevrilmiş Afiq Rəhmanovun hazırda tikintisini icra etdiyi “Lux Residence”dən təzadlı xəbərlər gəlməkdədir. Özünü həmin komleksin işçisi kimi təqdim edən, adının açıqlanmasını istəməyən mənbənin bildirdiyinə görə “Lux Residence”də mənzil alan şəxslər asan yolla aldadılırlar. Hər kvadratına görə (mərtəbədən asılı olaraq) 4.000-4.500 manatdan az olmayaraq pul ödəyən mənzil sahiblərinə faktiki təqdim edilən mənzil sahələri ilə müqavilədə göstərilən mənzil sahələri arasında hər 50 kvadrat metrə görə ən yaxşı halda 5-6 kvadrat metr fərq yaranır. Belə ki, mənzil alarkən heç kim əlinə metrə götürüb aldığı mənzilin sahəsini ölçmür. Digər yandan bu əməliyyatı həyata keçirmək mənzil alan şəxs istəsə belə fiziki cəhətdən mümkün olmur, çünki adətən bu cür binalarda əsasən mənzillər satılarkən tikinti işləri tamamlanmamış olur. Mənzil alan şəxsə isə binanın bər-bəzəkli eskiz layihəsi təqdim edilir.
Beləliklə, əgər bir göydələndə hər biri ən azı 50 kv.m olmaqla 200 mənzil olursa, Afiq Rəhmanovun adamları ümumi mənzil payçılarından (hər 50 kv.m mənzildən 5 kv.m oğurladıqda) 2000 kv.m oğurlanmış olur. 2000 kv.m mənzil sahəsini isə 4.500 manata vurduqda 1 milyon manat ətrafında zəhmətsiz gəlir gəldiyini demək olar. Belə zəhmətsiz gəlirdən həvəslənən Ramiz Mehdiyevlər, Əli Həsənovlar, Elton və Ziya Məmmədovlar, Nəsib Məhməliyevlər və çörəyi dizinin üstündə olan onlarla xəyanətkarlar Afiq Rəhmanov kimilərin əli ilə cinayət və dələduzluq yolu ilə əldə etdikləri qeyri-leqal pul vəsaitlərini leqallaşdırmaqla Vətənə xəyanət etmək xəyalına düşürlər, Azərbaycanda hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa cəhd edirlər.
Xatrıladaq ki,”Musavat.com” Afiq Rəhmanovun həmkəndlisi sabiq deputat,iş adamı Əsabil Qasımovun (hər ikisi İmişlinin Qaralar kəndindəndilər) Ramiz Mehdiyevin şəbəkəsində adıçəkilən önəmli fiqurlardan biri olduğunu xəbər vermişdi.Sayt onun Rusiyada,xüsusilə Yesuntuki,Stavropol və Kislavodskda olduqca geniş maliyyə fəaliyyətinə malik olduğunu bildirib.
CityPost məsələ ilə bağlı “Lux Residence” ilə əlaqə saxlayıb.
Həmçinin oxuyun
Şirkət nümayəndəsinin məsələ ilə bağlı verdiyi açıqlamada bildirilir:
“Ümumiyyətlə bu iddia əsassızdır. İddiada mənzilllərin satış qiymətinin qeyd olunmasından məlum olur ki, deyilənlər sadəcə həqiqəti əks etdirmir. Hazırda “Lux Residence”-də mənzillər 3300-3400 manatdan satılır.
Satılan mənzillər hər biri akt əsasında satılır və akt mənzillərin sahələri tam dəqiqliklə qeyd olunur. Mənzil təhvil verilərkən aktla təhvil verilir və alıcı tərəfindən mənzil sahəsi ölçülür. Qeyd olunan məlumatlar hansısa şəxslərin xəyal məhsuludur və şirkətin imicinə ziyan vurmaq xarakteri daşıyır”.
CityPost.az
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Abdullayevlər sülaləsinin 4 generalı üzə çıxdı -DOSYE
Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.Prezident İlham Əliyevin Sərəncamı ilə general-mayor Adil Ələsgər oğlu Abdullayevə "general-leytenant" ali hərbi rütbəsi verilib.CityPost.az xəbər verir ki, 48 yaşlı A.Abdullayev ötən il fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini təyin edilib. O son təyinata qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.Abdullayev FHN-dən öncə Dövlət Gömrük Komitəsində Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub.Oxu24.com-un əldə etdiyi məlumata görə,Abdullayevlər nəslində daha 3 general da var.Onlar yeni general rütbəsi almış Adil Abdullayevin əmiləridirlər.Onlardan biri Qüdrət Abdullayev Fövqəladə Hallar Nazirliyində Baş Əməliyyat İdarəsinin rəisi vəzifəsini tutur.2008-ci ildən general-mayor ali rütbəsini...
16 Dekabr 2025, 15:18
Milli Qvardiyanın komandanı vəzifəsindən azad olundu
Azərbaycan Milli Qvardiyasının komandanı, general-mayor Akif Yusifov vəzifəsindən azad olunub.“Yeni Sabah”ın əldə etdiyi xəbər görə, bu barədə müvafiq sərəncam imzalanıb.Sərəncama əsasən, A.Yusifov ehtiyata buraxılıb. Qeyd edək ki, Azərbaycan Prezidentinin 7 fevral 2013-cü ildə sərəncamı ilə Akif İsaxan oğlu Yusifov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini - Milli Qvardiyanın komandanı təyin edilmişdi. Həmin ilin dekabrın 25-də ona general-mayor ali hərbi rütbəsi verilib.
16 Dekabr 2025, 14:35
Son iyirmi ildə FHN üçün 1 134 yeni texnika alınıb
Son iyirmi il ərzində Fövqəladə Hallar Nazirliyi (FHN) üçün 1 134 yeni texnika alınıb.CityPost.az xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov FHN işçilərinin peşə bayramı günü və nazirliyin yaradılmasının 20-ci ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.Nazir xatırladıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildə yaradılan nazirlik ötən 20 il ərzində dövlət başçısının qayğısı nəticəsində müasir texnika ilə təmin olunub:"Nazirlik yaradılanda əksər texnika köhnə idi, qısa zamanda nazirliyin texnika bazası müasir avadanlıqla təmin olunub. Ötən illər ərzində 1 134 yeni texnika alınıb. Qısa müddət ərzində nazirliyin 9 regional mərkəzi istifadəyə verilib. Xüsusi ixtisaslı kadrların hazırlanması məqsədi...
16 Dekabr 2025, 14:27
Vətən müharibəsi və antiterror əməliyyatında iştirak edənlər cəzalarından tam azad ediləcək
Ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, Vətən müharibəsində və antiterror əməliyyatında iştirak etmiş şəxslər və onların yaxın qohumları cəzalarından tam azad ediləcək.CityPost.az-ın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Prezident İlham Əliyevin təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya élan edilməsi haqında parlamentin qərar layihəsində əksini tapıb.Layihəyə əsasən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər:- Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında,...
16 Dekabr 2025, 14:11
Cəmil Həsənli yenə DTX-yə çağırıldı
Milli Şuranın sədri, böyük tarixçi alim Cəmil Həsənli yenə DTX-ya çağırılıb.CityPost.az xəbər verir k, bu barədə Cəmil Həsənli özünün sosial şəbəkə hesabında paylaşım edib.O bildirib ki, bu gün saat 3-də yenidən DTX-yə dəvət edilib.Onun Abbas Abbasovla əlaqələrinə görə çağırıldığı ehtimal edilir. Dəqiq məlumat açıqlanmayıb.Qeyd edək ki, “Ramiz Mehdiyev işi” ilə əlaqədar noyabrın 29-da AXCP sədri Əli Kərimli və bir neçə partiya funksioneri saxlanılıb....
16 Dekabr 2025, 13:37
Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq
Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq.CityPost.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, növbəli iş vaxtı rejimi təşkil edilərkən və gecə növbəsinə işə təyin edilərkən, işçilərin xüsusi, o cümlədən ailə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları, əsaslandırıldıqda və mümkün olduqda nəzərə alınmalıdır.Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib....
16 Dekabr 2025, 13:21