Bizə yazın

Baku

-°C

USD

-

Allahverdi Yolçuyev İlham Əliyevə müraciət etdi

Sənət aləmi 13 Mart 2026, 12:10

183

Allahverdi Yolçuyev maddi çətinliklərlə bağlı müraciət edib

Citypost.az xəbər verir ki, tanınmış aktyor Allahverdi Yolçuyev sosial şəbəkə hesabında paylaşım edərək maddi vəziyyəti ilə bağlı müraciət ünvanlayıb.

O bildirib ki, 50 ilə yaxın Azərbaycan mədəniyyətinə xidmət edib, bir sıra ilklərə imza atıb, uzun illər “Ovçu Pirim” obrazı ilə uşaqlara xidmət göstərib və məşhur aktyor Lui de Fünesin filmlərini dublyaj edib.

Aktyor hazırda aldığı 367 manat təqaüdün dərman xərclərini qarşılamaqda çətinlik yaratdığını qeyd edib. O, bir neçə dəfə aidiyyəti qurumlara müraciət etdiyini, lakin nəticə əldə etmədiyini bildirib.

Parkinson xəstəliyindən əziyyət çəkdiyini deyən Allahverdi Yolçuyev Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və mədəniyyət naziri Adil Kərimliyə müraciət edərək ona dəstək göstərilməsini xahiş edib.

 

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Leyla Əliyeva yeni şeirini təqdim etdi 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva qələmə aldığı şeiri rəsmi "Instagram" hesabında paylaşıb.Citypost.az həmin paylaşımı təqdim edir:İstəyin nə qədər güclü də olsa,Uzatma əlini o çiçəyə sən.Qazandım dediyin hər nəyin varsa,Özün öz əlinlə məhv edəcəksən!Qoparma, izin ver, qoy o yaşasın,Sehrli gözəllik ruhu oxşasın.Əlçatmaz olanda könül sevdası,Qəlbində əbədi arzutək qalsın.Açıq, təmənnasız, tərtəmiz yenə,Ruhun pıçıldayır sirrini mənə.Onunla tək qalmaq bir səadətdir,Yalana bürünməz bir həqiqətdir. Elə rahatam ki, qoynunda sənin…Həsrətin qəlbimə çökdüyü zamanYuxusuz gecəyə nəfəs verirəm,Başqa birisini arzulamadan! Qıyma bu çiçəyə, toxunma ona, Belə kövrəkliyi mən də bilmirdim.Qoy bu sətirlərdən süzülsün zaman,Sevgidir sirr kimi əbədi qalan! Şeir: Leyla Əliyeva Tərcümə: Sevinc Əliyeva...

12 Mart 2026, 17:26

Süleyman Rüstəm haqqında maraqlı bir xatirə - Etibar Əbiliov

Bu gün Süleyman Rüstəmin doğum günüdür. Atam rəhmətlik onun cənub şeirlərini əzbərdən söyləməyi çox xoşlayırdı.Süleyman Rüstəmin həmin mövzuda bir şeiri var idi.Atan həmin şeiri hər deyəndə kövrələrdi.Uzum şeir idi.O şeiri mən də əzbərdən bilirdim.Amma bu səhər nə qədər cəhd etsəm də,həmin şeirdən yalnız dörd misranı xatırlaya bildim:         Ömür keçdi,hicran quşu can evimdən                                           köçmədi,          İki qardaş Arazımdan yan- yana su                              ...

12 Mart 2026, 12:10

Gəncədə kino günləri başlayıb 

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ölkənin müxtəlif bölgələrində milli kinematoqrafiyanın təbliği və tamaşaçı auditoriyasının genişləndirilməsi məqsədilə film nümayişləri təşkil edir. Layihə çərçivəsində Azərbaycanın müasir tanınmış rejissorlarının bədii və sənədli filmləri regionlarda nümayiş olunur, tamaşaçılarla yaradıcı görüşlər keçirilir.AKİ-dən Citypost.az-a bildirilib ki, layihə çərçivəsində növbəti kino günləri Gəncədə təşkil olunub.Bildirilib ki, martın 11-dən 13-dək davam edəcək kino günləri çərçivəsində rejissor Zaur Qasımlının “Tağıyev: Neft”, Mirsadıq Ağazadənin “Eviniz abad” tammetrajlı bədii filmləri, Pərviz Həsənovun “Başlıbel – Mühasirə gündəliyi” tammetrajlı sənədli filmi, Fariz Əhmədovun “Sonuncu”, Tahir Tahiroviçin “O, Xarqo idi” qısametrajlı sənədli filmləri, Elvin Adıgözəlin “Rəna xanımın çəkilişi”, Teymur Qəmbərovun “Quxuroba”, Orxan Ağazadənin “Oturacaqlar”, Emin...

11 Mart 2026, 17:24

Müğənni xiristanlığı qəbul etdi

56 yaşlı məşhur müğənni Qven Stefani xristianlıq səyahətinə üçüncü uşağının dünyaya gəlməsindən sonra başladığını açıqlayıb və bu hadisəni özünün “ilk möcüzəsi” adlandırıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Hallow: Prayer and Meditation” jurnalına verdiyi müsahibədə Stefani mənəvi ilhamın yəhudiliyi qəbul etmiş keçmiş ateistlə söhbətlərdən gəldiyini bildirib. O, bu müzakirələrin ona imanını yenidən nəzərdən keçirməyə və ruhani “oyanmağa” kömək etdiyini deyib.2013-cü ildə böyük oğlu Kinqston başqa bir uşaq istədiyini bildirəndə Stefani hamilə qalmaq imkanını real hesab etmədiyini xatırlayır. Lakin cəmi dörd həftə sonra o, 44 yaşında Apollon adlı üçüncü uşağı dünyaya gətirib və hamiləliyi “tam bir hədiyyə” kimi qiymətləndirib.Stefani həmin dövrdə...

11 Mart 2026, 14:18

Məşhur aktyor kirayə borcu üzündən evdən çıxarıldı

Los-Anceles Şəhər Məhkəməsi aktyor Mikki Rurkun ev sahibi Erik T. Qoldinin Drexel prospektindəki əmlakın ödənilməmiş kirayə haqqı ilə bağlı iddiasını təmin edərək, Rurkun evdən çıxarılması barədə qərar qəbul edib.Ciypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, məhkəmə sənədlərinə görə, Rurk 59.100 dollar kirayə borcunu ödəməyib. Qanuni bildirişə cavab vermədiyi üçün məhkəmə evin dərhal sahibinə qaytarılmasına və icarə müqaviləsinin ləğv olunmasına qərar çıxarıb.Rurkun pərəstişkarları ona borcu ödəmək üçün GoFundMe platformasında təxminən 100.000 dollar toplamağa çalışıblar. Kampaniya Rurkun köməkçi meneceri Kimberli Hayns tərəfindən başlansa da, aktyor vəsait toplamağa qarşı çıxıb və bunu “qəddar bir alçaqlıq” adlandırıb.Qeyd edək ki, məhkəmə qərarı yalnız əmlaka sahib...

11 Mart 2026, 14:15

Səkinə İsmayılovadan maraqlı paylaşım

Xalq artisti, görkəmli xanəndə Səkinə İsmayılova sosial media hesabında paylaşımla diqqət çəkib.Citypost.az-ın məlumatına görə, S. İsmayılova mərhum Xalq artisti Baba Mahmudoğlu ilə birlikdə iştirak etdiyi, görkəmli bəstəkar Zülfüqar Hacıbəylinin operası olan *“Aşıq Qərib”*dən fotoşəkil paylaşıb.Qeyd edək ki, operada Səkinə İsmayılova Şahsənəm, Baba Mahmudoğlu isə Aşıq Qərib obrazını canlandırıb.Həmin maraqlı kadrları təqdim edirik:Turan

11 Mart 2026, 13:35