Bizə yazın

Baku

-°C

USD

-

Rəqsanə İsmayılova boşanıb? - Özü açıqladı

Sənət aləmi 08 Yanvar 2026, 09:51

539

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı ilə yayılan boşanma xəbərlərinə aydınlıq gətirib.

CityPost.az xəbər verir ki, sənətçi “Rəngarəng” verilişində iddialara belə cavab verib:

“Mən demişdim ki, Fazil bəy ilə sevgi hekayəm bağlanıb. Bunlar da səhv anlayıb boşandığımızı yazdılar. Sonra da Fazil bəy yeyib-içdiklərimizi burnumuzdan gətirdi. Mənim artıq 47 yaşım var. Yanlış anlaşılma olub. Biz ailəliklə birlikdəyik. Axşam Aysunu da təbrik etməyə getmişik. Fazil bəy, sən birbaşa ürəksən, Rəqsanənin ürəyisən”.

Qeyd edək ki, Rəqsanə İsmayılova bir müddət əvvəl əri ilə aralarındakı soyuqluğu əks etdirən video paylaşaraq, müzakirələrə səbəb olmuşdu.

Ləman Əliyeva

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əməkdar artistdən qalmaqallı açıqlama: Onları xına məclisinə çağırmaq olmaz!  

“Düzdür, hamı bir parça çörəyin dalınca gedir. İstər sözümdən incisinlər, istər yox. Mənim fikrim budur. Evlənməyən övladım olsa idi, onun məclisinə başıbütöv adam çağırardım ki, övladım yarısın”.CityPost.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva “Öz aramızda” verilişində səsləndirib.Qarmon ifaçısı ailəsi dağılmış, övladı olmayan və subay qızların xına mərasimində nişanlı qızların əlinə xına yaxmasına qarşı çıxıb:“Qədimdən xına mərasimini başıbütöv adam aparır. Başıbütöv o deməkdir ki, həyat yoldaşı, oğlu, qızı, nəvələri olsun. Belə olanda xoşbəxtlik, əmin-amanlıq yaranır, qurulan ailə uzunmüddətli olur. Həmişə belə olub. Bu sözümdən kimsə inciyibsə, onun öz işidir. Əvvəllər evdə böyüyün sözü gedərdi, kimi çağırardısa, onu da məclisə dəvət edərdilər. Deyirdilər ki, məclisi aparan şəxs sanballı, dünyagörmüş...

08 Yanvar 2026, 10:15

Afət Fərmanqızı toyda dalaşdı - VİDEO 

Müğənni Afət Fərmanqızı ilə toyda iştirak edən şəxs arasında gərgin anlar yaşanıb.CityPost.az   Oxu24.com -a istinadən  xəbər verir   ki,hadisə Rusiyanın Kirov vilayətində yerləşən,Kirov şəhərində baş verib.Məlumata görə,toyda iştirak edən qonaqlardan biri müğənni Afət  Fərmanqızına irad bildirib.Həmin şəxs mikrofonu götürərək müğənninin ifasını dayandırmaq istəyib. Qonağın bu hərəkətlərinə müğənni qarşılıq verib. İfaçı   ona  irad  bildirən  şəxsə  "bir lafa baxaram,bir də lafı deyənə" cavabını verərək  həmin  şəxsin    toydan uzaqlaşdırılmasını  istəyib.Bu  zaman  qonaqlardan  bir  neçəsi  həmin  şəxsə  yaxınlaşaraq  mikrofonu  onun  əlindən  alıb.Daha sonra həmin  şəxs  toy  məclisindən uzaqlaşdırılıb.Məsələ ilə bağlı  Oxu24.com-a danışan  müğənni Afət  Fərmanqızı bildirib ki, həmin  şəxs   sərxoş vəziyyətdə olub."O,adam  toya çağrılmamışdı. Mənə irad bildirirdi ki,ifa...

03 Oktyabr 2025, 15:13

Azadənin nakam taleyi: Həmin mahnı ona həsr olunubmuş  -  VİDEO 

Bir müddətdir ki,sosial şəbəkələrdə  vəfat edən rəssam qızın nakam  həyatı  ilə  bağlı  paylaşımlar edilir.İddialara görə,rəssam Azadə  Azad nakam  sevgi  yaşadığı  üçün  dərdə  düşmüş  və  yataqda  çürüyərək  dünyasını  dəyişib.Diggər iddiaya  görə, müğənni  Röya  Ayxanın  "Əlvida,  Gedirəm"  mahnısı  məhz  onun  nakam  həyatına  həsr  olunub. Onun  dünyasını  dəyişən  zaman   başının  altından  məktub  tapıldığı  iddia  olunur.Bəs,bütün bunlar  doğrudurmu? Oxu24.com  xəbər  verir   ki,araşdırmaçı  jurnalist  Etibar  Vəfa  bununla  bağlı  araşdırma  aparıb. Məlum olub ki,deyilənlərin hamısı  yalan  imiş.Araşdırma zamanı məlum olub ki,Azadənin  istədiyi  oğlan olub.Onların  münasibətləri  bəs  necə  olub?Həmin oğlan hazırda hardadır? Azadənin ölümünə səbəb olan  xəstəlik  nə olub?...

11 İyul 2025, 09:49

Şuşada Bülbüloğlunun konserti oldu  

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 25-də Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə görkəmli Azərbaycan müğənnisi, bəstəkarı və aktyoru, Azərbaycanın Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlunun konserti keçirilib.

25 May 2025, 19:00

"Yaprak dökümü"nün tanınmış siması vəfat edib

Türkiyənin məşhur aktrisası Bedia Ener Öztep 70 yaşında vəfat edib. Citypost.az xəbər verir ki, bu barədə aktrisanın yaxınları sosial şəbəkələrdə məlumat yayıb. Xatırladaq ki, B. E. Öztep "Yaprak dökümü" serialı ilə daha da məşhurlaşıb. Qeyd edək ki, o, 1954-cü ildə İstanbulda dünyaya gəlib. İndiyədək bir çox film və teleseriallarda rol alıb.

14 Yanvar 2025, 10:00

Sibel Can Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi Sibel Can Bakıda konsert verəcək. Citypost.az xəbər verir ki, bu barədə İticket.az saytı məlumat yayıb. Məlumata görə, konsert 8 dekabr tarixində Bakı Konqres Mərkəzdə baş tutacaq. Konsert üçün biletlərin qiyməti minimum 55, maksimum isə 395 manatdır.

30 Noyabr 2024, 20:29