Uşaqlarda sağlam yuxu və yuxu pozğunluqları – Mütəxəssis açıqlaması
Tibb 19 Mart 2026, 11:38
238
Uşaqların sağlam inkişafı üçün yuxu rejimi vacib şərtdir. Mütəxəssislər bildirirlər ki, yuxu pozğunluqları çox vaxt düzgün yuxu rejiminin olmamasından qaynaqlanır. Bu, xüsusilə uşaqlar açıq havada az vaxt keçirirsə, kifayət qədər fiziki fəaliyyət göstərmirsə, gec saatlarda yatırsa və səhər gec oyanırsa baş verir.
Citypost.az-ın məlumatına görə, valideynlərə tövsiyə olunur ki, uşaqları hər gün eyni saatda yatızdırsınlar və səhər vaxtında oyandırsınlar. Bu, uşağın bədən saatının tənzimlənməsinə və sağlam yuxu rejiminin formalaşmasına kömək edir. Axşam saatlarında uşaqların aktiv oyunlardan uzaq durması, sakit fəaliyyətlə məşğul olması da yuxu keyfiyyətini artırır.Bəzi hallarda yuxu pozğunluğu nevroloji xəstəliklərin xəbərdarlığı ola bilər. Belə uşaqlarda yuxuda qışqırmaq, ağlama, epileptik və ya qıcıqlanma tutmaları, paroksizmal hallar müşahidə oluna bilər. Eyni zamanda, yuxusuzluq səbəbindən gündüz həddən artıq yorğunluq, baş ağrıları və diqqət pozğunluğu ortaya çıxa bilər.
Ekspertlər vurğulayırlar ki, belə hallar müşahidə olunarsa, gecikmədən nevroloqa müraciət etmək vacibdir. Erkən diaqnoz və müalicə uşağın sağlam inkişafına birbaşa təsir göstərir.
Sağlam yuxu və düzgün yuxu rejimi uşaqların fiziki və zehni inkişafı üçün vacibdir. Valideynlər uşaqların yuxu saatlarına ciddi diqqət yetirməli və hər hansı pozğunluq varsa mütəxəssisə müraciət etməlidirlər.
Həmçinin oxuyun
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Uşaqlarda eşitmə azlığı ciddi risk yaradır – Mütəxəssis xəbərdarlığı
Uşaqlarda eşitmə problemləri erkən yaşlarda aşkar edilmədikdə onların ümumi inkişafına ciddi mənfi təsir göstərə bilər. Qulaq-burun-boğaz mütəxəssisləri bildirirlər ki, xüsusilə 3–15 yaş aralığında olan uşaqlarda Eşitmə azlığı halları daha tez-tez müşahidə olunur.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, vaxtında müdaxilə olunmadıqda bu problem yalnız eşitmə ilə məhdudlaşmır. Uşaqlarda beyin inkişafı, üz quruluşunun formalaşması və ümumi nitq bacarıqları da bundan təsirlənə bilər.Mütəxəssislər qeyd edir ki, uşaqlarda eşitmə azlığının əsas səbəblərindən biri Orta qulaqda maye yığılmasıdir. Müayinə zamanı endoskopik üsullarla təbil pərdəsində dəyişikliklər və deformasiya müşahidə edilə bilər. Eyni zamanda, bir çox hallarda Adenoid (burun-udlaq badamcığının böyüməsi) da bu problemin yaranmasına səbəb...
18 Mart 2026, 17:36
Yabanı qaragilə xroniki xəstəliklərin riskini azalda bilər
Mütəxəssislər bildirirlər ki, yabanı qaragilənin müntəzəm qəbulu ürək-damar və bağırsaq sağlamlığını dəstəkləyə, eyni zamanda xroniki xəstəliklər üçün risk faktorlarını azaltmağa kömək edə bilər.Citypost.az xəbər verir ki, araşdırmalara əsasən, yabanı qaragilə yüksək miqdarda polifenollarla zəngindir. Bu bioloji aktiv maddələr damar sisteminə müsbət təsir göstərir. Mütəxəssislərin sözlərinə görə, yabanı qaragilə becərilən növlərlə müqayisədə təxminən iki dəfə çox antioksidant, 72 faiz daha çox qida lifi və 33 faiz daha çox antosiyanin ehtiva edir. Bu maddələr isə kardiometabolik sağlamlığın yaxşılaşması ilə əlaqələndirilir.Gündəlik optimal qəbul miqdarı yarım stəkan ilə bir stəkan arasında dəyişir. Yabanı qaragilə iltihabı azaltmağa və qan damarlarının funksiyasını yaxşılaşdırmağa kömək edə bilər....
18 Mart 2026, 09:15
Xroniki xəstəliyi olanlara bahar xəbərdarlığı
Mütəxəssislər bildirirlər ki, baharın gəlişi və havaların tez-tez dəyişməsi xroniki xəstəlikləri olan şəxslərin vəziyyətinə təsir göstərə bilər. Citypost.az-ın məlumatına görə, temperatur fərqləri, rütubətin artması və atmosfer təzyiqinin dəyişməsi bəzi insanlarda narahatlıq, halsızlıq və simptomların güclənməsi ilə müşahidə oluna bilər.Həkimlərin sözlərinə görə, xüsusilə ürək-damar, tənəffüs yolları, revmatoloji və allergik xəstəliklərdən əziyyət çəkən şəxslər mövsüm keçidlərində daha diqqətli olmalıdırlar. Havanın dəyişməsi qan təzyiqində tərəddüdlərə, oynaq ağrılarına, allergik reaksiyaların artmasına və ümumi zəiflik hissinə səbəb ola bilər.Mütəxəssislər tövsiyə edirlər ki, xroniki xəstəliyi olan şəxslər bu dövrdə mütəmadi olaraq həkim nəzarətində olsun, təyin olunmuş dərmanları vaxtında qəbul etsin və qəfil hava dəyişikliklərində özlərini qorumağa...
17 Mart 2026, 17:23
Ümumi vərdiş gələcək nəsildə diabet riskini artıra bilər
Yeni elmi araşdırma göstərir ki, gələcək atanın orqanizmində nikotinə məruz qalma övladların maddələr mübadiləsinə təsir edə və onlarda Diabetes Mellitus (şəkərli diabet) riskini artıra bilər.Citypost.az xəbər verir ki, tədqiqat zamanı erkək laboratoriya siçanlarına içməli su vasitəsilə nikotin verilib. Daha sonra onların nəslinin sağlamlıq göstəriciləri izlənilib. Təhlillər nəticəsində balalarda qlükoza mübadiləsində və qaraciyər funksiyasında dəyişikliklər müşahidə olunub. Bu amillər metabolik pozuntuların inkişafı ilə əlaqələndirilir.Dişi balalarda acqarına insulin və qlükoza səviyyəsinin aşağı düşdüyü qeydə alınıb. Erkək balalarda isə nəzarət qrupu ilə müqayisədə qan şəkəri və qaraciyər funksiyasında dəyişikliklər müəyyən edilib. Mütəxəssislərin fikrincə, bu cür dəyişikliklər metabolik xəstəliklərin, o cümlədən şəkərli diabetin yaranma...
17 Mart 2026, 10:33
Smartfon istifadəsi və qidalanma pozuntuları
Aparılan yeni elmi müşahidələr göstərir ki, smartfonlardan həddindən artıq istifadə insanlarda bədən qavrayışının pozulmasına və qeyri-sağlam qidalanma vərdişlərinin formalaşmasına təsir edə bilər. Citypost.az xəbər verir ki, araşdırmalar zamanı müəyyən olunub ki, gün ərzində uzun müddət telefon istifadə edən şəxslərdə bədənindən narazılıq hissi daha güclü olur və onlar emosional həddindən artıq yemə, yaxud qida qəbuluna nəzarəti itirmə kimi davranışlar nümayiş etdirirlər.Tədqiqat çərçivəsində geniş iştirakçı qrupu üzrə gündəlik smartfon istifadəsi ilə psixoloji və davranış göstəriciləri müqayisə edilib. Nəticələr göstərib ki, telefonda keçirilən vaxt artdıqca qida asılılığına bənzər əlamətlərin və digər qidalanma pozuntularının yaranma ehtimalı da yüksəlir. Xüsusilə gündə yeddi saatdan çox telefon...
17 Mart 2026, 10:25
Böyrək kistaları təzyiqə təsir edə bilərmi?
Mütəxəssislərin sözlərinə görə, böyrəkdə aşkarlanan kiçik ölçülü kistalar adətən arterial təzyiqin yüksəlməsinə səbəb olmur. Citypost.az-ın məlumatına görə, bu tip kistalar çox vaxt ultrasəs müayinəsi zamanı təsadüfən müəyyən edilir və belə hallarda pasiyentlərə dinamik müşahidə tövsiyə olunur.Həkimlər bildirirlər ki, iri ölçülü kistalar isə bəzi hallarda böyrək toxumasını sıxaraq qan dövranının azalmasına səbəb ola bilər. Nəticədə orqanizm bunu “qan çatışmazlığı” kimi qəbul edir və renin-angiotenzin sistemi aktivləşir. Bu proses isə arterial təzyiqin yüksəlməsinə gətirib çıxara bilər.Mütəxəssislər həmçinin qeyd edirlər ki, autosom-dominant yolla keçən irsi böyrək polikistoz xəstəliyində böyrəklərdə çoxsaylı xırda kistalar yaranır. Bu zaman böyrək toxumasına qan axınının azalması renin sisteminin aktivləşməsinə...
16 Mart 2026, 16:18