Bizə yazın

Baku

-°C

USD

-

Manana Caparidze: II İliyanın vəfatı bütün Gürcüstan üçün böyük itkidir

Sənət aləmi 19 Mart 2026, 10:18

311

Gürcü əsilli azərbaycanlı müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti Manana Caparidze bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın vəfatı ilə bağlı başsağlığı mesajı paylaşıb.

Citypost.az xəbər verir ki, sənətçi paylaşımında bu itkini bütün Gürcüstan üçün böyük faciə kimi dəyərləndirib və xalqın dərdinə şərik olduğunu bildirib. O qeyd edib ki, bu, heç nə ilə əvəz olunmayacaq bir itkidir:“Bütün Gürcüstana, qardaş və bacılarıma bu böyük ağrı ilə bağlı başsağlığı verirəm. Bu, heç nə ilə doldurula bilməyəcək bir itkidir...”

M. Caparidze vurğulayıb ki, II İliya öz həyatı və nümunəsi ilə insanlara doğru yolu göstərən, sevgi, xeyirxahlıq, mərhəmət və bağışlamağı təbliğ edən bir şəxsiyyət olub. Sənətçi həmçinin mərhum patriarxla şəxsi tanışlığının olduğunu qeyd edərək bunu həyatının ən dəyərli anlarından biri kimi qiymətləndirib:“Şükür edirəm ki, belə böyük ürəyə və xüsusi keyfiyyətlərə malik insanla şəxsi ünsiyyətim olub. Onun baxışları, diqqəti, səmimi və isti dinləmə qabiliyyəti qəlbimdə əbədi qalacaq.”

O əlavə edib ki, belə insanların fiziki olaraq aramızdan getsə də, onların xatirəsi insanların qəlbində, yaddaşında və inancında yaşayır.

Sonda sənətçi mərhumun ruhuna dualar etdiyini bildirib və onunla eyni dövrdə yaşamaq, sözlərini eşitmək və xeyir-duasını almaq fürsətinə görə Allaha minnətdarlığını ifadə edib.

Qeyd edək ki, II İliya 17 martda Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya martın 17-də 93 yaşında vəfat edib.Patriarx mədə qanaxması diaqnozu ilə Qafqaz Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi.II İliya 1977-ci il dekabrın 23-də Bütün Gürcüstanın Katolikos-Patriarxı seçilib. Gürcüstanın dini və ictimai həyatında mühüm rol oynamış görkəmli din xadimi kimi tanınır.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Val Kilmer süni intellekt vasitəsilə yeni filmində rol alacaq  

2025-ci ilin aprel ayında vəfat edən aktyor Val Kilmer, qabaqcıl süni intellekt texnologiyası sayəsində müstəqil film “As Deep as the Grave”də rol alacaq. Rejissor Kurt Vurhiss Kilmer üçün yazdığı rolda onu katolik keşişi və yerli xalqların mənəvi müəllimi kimi təsvir edir.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kilmerin rəqəmsal bənzərliyi və səsi generativ süni intellektdən istifadə olunaraq, arxiv fotoşəkillər və əvvəlki görüntülər əsasında yaradılıb. Rejissor bildirib ki, aktyorun sağlamlıq vəziyyəti çəkilişlərə imkan vermədiyi üçün bu texnologiyaya müraciət ediblər.Kilmerin ailəsi rəsmi icazə verib və bütün kompensasiyalar qaydalara uyğun həyata keçirilib. Kilmerin qızı Mersedes bildirib ki, atasının yeni texnologiyalara marağı və hekayə...

19 Mart 2026, 11:56

Mircəlal Qurbanov mərhum atasından yazdı:"Ömrümün dayağı və qürurumdur"

Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, Prezident təqaüdçüsü və “Fire Land Group”un rəhbəri, polkovnik Mircəlal Qurbanov şəxsi sosial şəbəkə hesabında atası Cavanşir Qurbanovun xatirəsinə duyğusal paylaşım edib.Citypost.az xəbər verir ki, Mircəlal Qurbanov bildirib ki, bu gün ömrünün dayağı və varlığının səbəbi olan atasını yanındakı olmadan ilk dəfə doğum gününü qeyd edir. O, atası Cavanşirin öz həyatında nəfəs, güc və dayaq sütunu olduğunu, addımlarında, qərarlarında və yolunda daima onun təsirinin yaşadığını vurğulayıb.Şair qeyd edib ki, atası təkcə onun deyil, bütün nəslinin və ailəsinin dayaq sütunu və əbədi ağsaqqal olub. O, atasının zəhməti, tərbiyəsi və adı ilə fəxr etdiyini və Cavanşir Qurbanovun övladı...

19 Mart 2026, 11:11

DiKaprio gənc model Vittoria Ceretti ilə ciddi münasibətlər qurmağı düşünür

Hollivud ulduzu Leonardo DiKaprio şəxsi həyatı ilə yenidən gündəmə gəlib.Citypost.az“People” nəşrinə istinadən xəbər verir ki,  aktyor hazırda sevgilisi, model Vittoria Ceretti ilə münasibətlərinə daha ciddi yanaşmağa başlayıb və uzunmüddətli gələcək barədə düşünür.Cütlük Oskar mükafatlandırma mərasiminin 98-ci təqdimat mərasimində diqqət çəkib. Onlar qırmızı xalçada birlikdə poza verməsələr də, tədbirdə yanaşı görünmələri münasibətlərinin ciddiliyinə işarə kimi qiymətləndirilib.Mənbələrin bildirdiyinə görə, bu münasibət DiKaprio üçün əvvəlkilərdən fərqli olaraq daha ciddi xarakter daşıyır. Aktyorun Cerettinin müstəqilliyinə və həyat tərzinə xüsusi önəm verdiyi qeyd olunur.Qeyd edək ki, DiKaprio və Cerettinin münasibətlərinin 2023-cü ilin avqustunda başladığı, cütlüyün ilk dəfə Santa Barbarada birlikdə görüntüləndiyi bildirilir. O vaxtdan bəri...

18 Mart 2026, 14:48

İlham Əziz televiziya proqramlarının efirdən yığışdırılmasını tənqid etdi

Şair İlham Əziz sosial şəbəkədə televiziya proqramlarının efirdən yığışdırılması ilə bağlı status paylaşıb.Citypost.az xəbər verir ki, O qeyd edib ki, bəzi televiziya verilişlərinin birdən-birə yayımının dayandırılması suallar doğurur və bu qərarların səbəbləri barədə ictimaiyyətə aydınlıq gətirilməsinin vacib olduğunu bildirib. Müəllif proqramların geniş auditoriya topladığını və reklam gəlirləri gətirdiyini vurğulayıb.Statusda həmçinin televiziya kanallarının müstəqilliyi, qərarların eyni vaxtda qəbul olunması və media qurumlarının öz layihələrini müdafiə edə bilməməsi ilə bağlı suallar yer alıb. İlham Əziz bildirib ki, qanun pozuntusu varsa, bunun hüquqi əsasla izah edilməli olduğunu düşünür.O, ümumilikdə rəqəmsal dövrdə televiziyanın funksiyası, media azadlığı və tənzimləmə mexanizmləri barədə fikirlərini bölüşərək, televiziya fəaliyyətinin...

18 Mart 2026, 10:30

Tanınmış sənətçilər 43 İL ƏVVƏL

Tanınmış sənətçilər Əməkdar artist Ayşad Məmmədov və aktrisa Zemfira Əbülsəmədovanın 43 il əvvələ aid fotoları yayılıb.Citypost.az xəbər verir ki, fotolar hər iki sənətçinin Şəki Dövlət Dram Teatrında çalışdığı dövrə aiddir.Belə ki, onlar V.Şekspirin məşhur Romeo və Cülyetta əsəri əsasında hazırlanmış eyniadlı tamaşada tərəf müqabili kimi çıxış ediblər. Tamaşada Ayşad Məmmədov Romeo, Zemfira Əbülsəmədova isə Cülyetta obrazını canlandırıb. Paylaşılan fotolar da məhz həmin tamaşadan səhnə anlarını əks etdirir.Məlumat üçün bildirək ki,  həmin tamaşanın quruluşçu rejissoru mərhum rejissor,əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyev olub.Hazırda Ayşad Məmmədov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Zemfira Əbülsəmədova isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirir.Turan...

16 Mart 2026, 10:40

Allahverdi Yolçuyev İlham Əliyevə müraciət etdi

Allahverdi Yolçuyev maddi çətinliklərlə bağlı müraciət edibCitypost.az xəbər verir ki, tanınmış aktyor Allahverdi Yolçuyev sosial şəbəkə hesabında paylaşım edərək maddi vəziyyəti ilə bağlı müraciət ünvanlayıb.O bildirib ki, 50 ilə yaxın Azərbaycan mədəniyyətinə xidmət edib, bir sıra ilklərə imza atıb, uzun illər “Ovçu Pirim” obrazı ilə uşaqlara xidmət göstərib və məşhur aktyor Lui de Fünesin filmlərini dublyaj edib.Aktyor hazırda aldığı 367 manat təqaüdün dərman xərclərini qarşılamaqda çətinlik yaratdığını qeyd edib. O, bir neçə dəfə aidiyyəti qurumlara müraciət etdiyini, lakin nəticə əldə etmədiyini bildirib.Parkinson xəstəliyindən əziyyət çəkdiyini deyən Allahverdi Yolçuyev Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və mədəniyyət naziri Adil Kərimliyə...

13 Mart 2026, 12:10