Bizə yazın

Baku

-°C

USD

-

DİN bayramla bağlı Qarabağa səfər edənlərə müraciət edib

Dünya 19 Mart 2026, 12:15

321

Daxili İşlər Nazirliyi Novruz və Ramazan bayramlarını Qarabağda qeyd edənlərə müraciət edib.

DİN-dən Citypost.az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Novruz və müqəddəs Ramazan bayramlarını Qarabağda qeyd edən, tətil günlərində işğaldan azad olunmuş ərazilərə səfər edən əziz soydaşlarımız və ölkəmizin xarici qonaqları! Bayram günlərinin şən əhval-ruhiyyədə və əmin-amanlıq şəraitində keçməsi üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır, təhlükəsizliyin təmin edilməsi məqsədilə bütün zəruri tədbirləri həyata keçirirlər. Vətəndaşlar isə məsuliyyətli davranışları ilə bu sabitliyi daha da möhkəmləndirə bilərlər. Qarabağa sərbəst və maneəsiz səfər etmək üçün əvvəlcədən müvafiq portalda qeydiyyatdan keçmək vacibdir. Şəxsi minik avtomobili ilə səfər edən şəxslər müəyyən olunmuş marşrutlardan kənara çıxmamalıdırlar. Bundan əlavə, əraziyə tez alışan və partlayıcı maddələrin aparılması qəti qadağandır. Vətəndaşlara yalnız istirahət üçün nəzərdə tutulmuş məkanlara üz tutmaları tövsiyə olunur. Beləliklə, Qarabağın dilbər guşələrində ictimai narahatlıq yarada biləcək ən xırda hallardan belə çəkinmək, nümunəvi davranış nümayiş etdirmək hər birimizin vətəndaşlıq borcudur".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tramp İranın ən böyük qaz yatağını məhv etməklə hədələyir 

Tramp İranın Cənubi Pars qaz yatağını partlatmaqla hədələdiCitypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranı, Qətərdəki enerji obyektlərinə zərbələri dayandırmasa, Cənubi Pars qaz yatağını kütləvi şəkildə partlatmaqla hədələyib. Qeyd edək ki, Tehran son həftələr İsrailin hücumlarına cavab olaraq Körfəz enerji obyektlərinə raket və dron hücumları həyata keçirib.Əli

19 Mart 2026, 12:08

İraq silahlı qruplaşması ABŞ səfirliyinə hücumlara 5 günlük fasilə verib

“Kətaib Hizbullah” ABŞ səfirliyinə hücumları beş gün dayandıracağını açıqladıCitypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, İraqda fəaliyyət göstərən “Kətaib Hizbullah” qrupunun üzvləri 19 mart səhərindən etibarən ABŞ-ın Bağdaddakı səfirliyinə hücumları beş gün müddətinə dayandıracaqlarını bəyan ediblər. “Əl-Cəzirə”nin məlumatına görə, qrupun təhlükəsizlik rəisi Əbu Mücahid əl-Əsəf bildirib ki, fasilə müəyyən şərtlərə bağlıdır.Bəyanatda qeyd olunub ki, Sionist təşkilatı Beyrutun cənub ətrafında bombardmanları dayandırmalı, Bağdadda və digər əyalətlərdə yaşayış məntəqələrini hədəfə almamalıdır, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri isə vəzifələrindən geri çəkilməməlidir. Əl-Əsəf tələblərin yerinə yetirilməməsi halında beş günlük müddətdən sonra hücumların artacağını vurğulayıb.Son günlərdə ABŞ-ın Bağdaddakı səfirliyi və Beynəlxalq Hava Limanındakı logistika mərkəzi...

19 Mart 2026, 12:01

Avstriyalı qadının diri-diri basdırıldığı məlum oldu

Avstriyada 32 yaşlı Stefani Payperin ölümü ilə bağlı şok detallar üzə çıxıb. Səlahiyyətlilər bildirirlər ki, Payperin keçmiş sevgilisi Patrik M. onu öldürəndən sonra cəsədini çamadana qoyub basdırmağa çalışıb, lakin qadının hələ də sağ ola biləcəyi ehtimalı var.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Müstəntiqlər qeyd edirlər ki, Payper çamadandan qaçmağa çalışarkən üzündə xəsarətlər alıb və tabut kimi istifadə olunan çamadanın içində boğularaq öldürülmüş ola bilər. Onun cəsədi təxminən bir həftə sonra Sloveniyadakı meşəlik ərazidə tapılıb.Payper sonuncu dəfə 23 noyabrda Milad şənliyində görülüb və dostuna binadakı qorxunc bir şəxsdən həyəcan verici mesajlar göndərib. Patrik M. cinayəti etiraf edib, hadisə zamanı kokain...

19 Mart 2026, 11:59

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq! 

SEPAH donanmasının komandanı Əlirza Təngsiri bildirib ki, ABŞ-la bağlı neft təsisatları Amerika bazaları hesab olunacaq və həmin təsisatlara zərbə vuracaqlar. O, sözügedən obyektlərdə çalışanları və digər mülki şəxsləri həmin ərazilərdən uzaqlaşmağa çağırıb. Bununla SEPAH komandanı ölkəsinin rəsmilərinin “biz ancaq hərbi mərkəzlərə zərbə vururuq” və ya “biz neft və qaz mərkəzlərinə zərbə vurmamışıq” kimi tezislərinin üstündən xətt çəkdi.Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.O qeyd edib ki, SEPAH “Körfəz ölkələrinin neft və qaz təsisatlarına zərbəni biz vurmuşuq və vurmaqda davam edəcəyik” yanaşmasıyla məsələyə nöqtə qoydu:“Bu, bir növ Türkiyənin xarici işlər naziri Hakan Fidanın İranın mühafizəkar hakimiyyəti barədə söylədiyi kimi, “mən batıramsa, bölgəni...

18 Mart 2026, 21:34

II İlya 22 martda dəfn olunacaq

Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlya 22 martda Tbilisidəki Sioni Katedralında dəfn olunacaq.Modern.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.Sioni Katedralında dəfn edilmək II İlyanın şəxsi arzusu olub. Dəfn mərasimində xarici nümayəndə heyətlərinin iştirakı da gözlənilir.II İlya 17 mart axşamı mədə qanaması səbəbindən bir gecə əvvəl yerləşdirildiyi Tbilisi klinikasında vəfat edib. Ölkənin ən yaxşı mütəxəssislərindən ibarət həkimlər qrupu onu xilas edə bilməyiblər.Patriarxın ölümü ilə əlaqədar Gürcüstanda matəm günü elan edilib.II İliya 1977-ci ildə Bütün Gürcüstanın Katolikos-Patriarxı seçilib....

18 Mart 2026, 18:00

NATO Adanada əlavə "Patriot" zenit-raket kompleksi yerləşdirir 

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) "İncirlik" hərbi bazasının yerləşdiyi Adana əyalətində Türkiyənin ərazisini potensial hava təhlükəsindən qorumaq üçün "Patriot" zenit-raket kompleksi (ZRK) yerləşdirir.Citypost.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilib ki, "Patriot" ZRK NATO-nun Almaniyadakı Müttəfiqlərin Hava Komandanlığı (AİRCOM) tərəfindən Adanada əlavə olaraq yerləşdirilir.Qeyd edək ki, NATO bundan əvvəl Malatyada Türkiyənin ərazisini potensial hava təhlükəsindən qorumaq üçün "Patriot" zenit-raket kompleksi yerləşdirib.Xatırladaq ki, İrandan müxtəlif vaxtlarda Türkiyə hava məkanına daxil olan üç raket NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və...

18 Mart 2026, 17:56