Sovet dövrü stajı və indiki pensiya hesablamaları
Hüquq 19 Mart 2026, 11:06
267
Mütəxəssislər bildirirlər ki, Sovet dövründə işləyib müəyyən kapital yığmış şəxslərin indiki pensiya hesablamalarında problemlər yarana bilər. Belə ki, əvvəlki maaşlar və ödədiyi sosial sığorta ödənişləri elektron sistemdə tam görünmür. Nəticədə həmin dövrdə toplanmış kapitalın bugünkü limit və pensiya hesablamalarına daxil edilməsi mümkün olmur.
Citypost.az xəbər verir ki, skspertlər qeyd edirlər ki, pensiya hesablaması əsasən qanunvericilik dəyişikliklərindən sonra yaranan dövrlər üçün həyata keçirilir. Yəni, Sovet dövründəki əmək haqqı və staj avtomatik indeksləşdirilə və bugünkü məbləğə çevrilə bilmir. Bu səbəbdən kifayət qədər əmək stajı olan bəzi şəxslər indiki vaxtda gözlədikləri pensiyanı ala bilmirlər.Məhkəmə müraciəti mümkündür, lakin ekspertlərin təcrübəsinə görə perspektivi aşağıdır. Əvvəlki dövrlərə aid məlumatların qeyri-dəqiqliyi, əmək kitabçılarının olmaması və elektronlaşmanın o zaman mövcud olmaması səbəbindən məhkəmə qərarları çox vaxt müsbət nəticə vermir.
Ekspertlər vurğulayırlar ki, bu sahədə qanunvericilik və sosial siyasət təkmilləşdirilməlidir. Əmək və Sosial Müdafiə Nazirliyinin də elektron sistemlərin inkişafı və hesablamaların dəqiqləşdirilməsi istiqamətində addımlar atması vacibdir.
Sovet dövrü əmək stajına əsaslanan pensiya hesablamaları hələ də çətinliklərlə üzləşir və tam indeksləşdirilməmiş kapital bugünkü hesablamalara daxil edilmir. Məhkəmə müraciəti mümkündür, amma uğur ehtimalı aşağıdır. Qanunvericilik və sistemdə təkmilləşdirmələr tələb olunur.
Həmçinin oxuyun
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Övladlığa vermə: rəsmi və qeyri-rəsmi vəziyyətlər
Övladlığa vermə prosesi rəsmi və qeyri-rəsmi şəkildə fərqlənir və uşağın hüquqları buna görə dəyişir. Əgər övladlığa vermə qeyri-rəsmi şəkildə həyata keçirilibsə, valideyn uşağı istənilən vaxt geri tələb edə bilər. Belə halda qarşı tərəf uşağı vermirsə, məhkəməyə müraciət etmək mümkündür və bu hallar qanunsuz tutulma və ya “adam oğurluğu” kimi qiymətləndirilə bilər.Citypost.az xəbər verir ki, əgər övladlığa vermə rəsmi prosedurla və məhkəmə qərarı ilə həyata keçirilibsə, əvvəlki valideyn uşağı artıq geri tələb edə bilməz. Bu qərar hüquqi baxımdan yekun sayılır və uşağın yeni valideynlərə uyğunlaşması, psixoloji vəziyyəti nəzərə alınır. Məhkəmə yalnız uşağın xeyrinə ciddi risklər, məsələn, zorakılıq və ya psixoloji zərər...
19 Mart 2026, 11:43
99 illik etibarnamə ilə alınan ev boşanma zamanı necə bölünür?
99 illik etibarnamə ilə alınan ev boşanma zamanı necə bölünür?Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, nikah dövründə 99 illik istifadə hüququ ilə alınan torpaq və onun üzərində tikilən evlə bağlı hüquqi vəziyyət torpağın statusundan asılıdır. Belə hallarda çox vaxt söhbət bələdiyyə torpaqlarından gedir.Ekspertlər bildirirlər ki, bələdiyyə torpaqları üzərində 99 illik istifadə hüququ verildikdə torpaq tam mülkiyyət sayılmır. Yəni torpaq bələdiyyəyə məxsus qalır, vətəndaş isə həmin torpaqdan müəyyən müddət ərzində istifadə etmək hüququ əldə edir. Bu müddətdə torpaq üzərində tikilən tikili və istifadə hüququ vətəndaşa məxsus olur.Boşanma zamanı belə əmlakın bölünməsi məsələsinə gəldikdə isə, mütəxəssislər qeyd edirlər ki, tərəflər arasında...
16 Mart 2026, 17:30
Soyadı dəyişən şəxsin diplomu yeni soyadla verilə bilərmi? – Hüquqi izah
Soyadın dəyişdirilməsi hallarında təhsil sənədlərinin yenilənməsi məsələsi qanunvericiliklə tənzimlənir və bu, mümkündür, lakin prosedur qaydalarına uyğun şəkildə həyata keçirilir.Citypost.az-ın məlumatına görə, hüquqşünasların izahına görə, diplomun özü dəyişdirilmir və yenidən “yeni diplom” verilmir. Əksər hallarda ali təhsil müəssisələri diplomu ləğv etmir, lakin soyad dəyişikliyi ilə bağlı arxiv qeydi aparılır və şəxsin müraciəti əsasında sənədlərə müvafiq düzəliş edilir. Bu zaman adətən təhsil müəssisəsinə rəsmi ərizə təqdim olunur və soyadın dəyişməsini təsdiq edən hüquqi sənəd (məsələn, nikah haqqında şəhadətnamə və ya soyadın dəyişdirilməsi barədə rəsmi qərar) əlavə edilir.Praktikada iki əsas yanaşma mövcuddur:Arxivdə düzəliş və məlumatın yenilənməsi – Diplomun üzərində dəyişiklik edilmir, lakin universitetin...
16 Mart 2026, 12:23
Evdə gizli səs yazmaq qanuni sayılırmı?
Əgər bir şəxs digər şəxslərin razılığı olmadan evdə gizli şəkildə diktafon və ya digər qurğu ilə səs yazırsa, bu, vəziyyətdən asılı olaraq hüquqi məsuliyyət yarada bilər. Məsələ əsasən niyyətə və səs yazısının necə istifadə olunmasına bağlıdır.Citypost.az-ın məlumatına görə, Azərbaycan qanunvericiliyinə görə şəxsi və ailə həyatının toxunulmazlığı qorunur. Bu məsələ Azərbaycan Respublikasının Konstitusiyası və müvafiq cinayət və mülki qanunvericilik normaları ilə tənzimlənir.Əgər səs yazısı:şəxsi həyatı pozmaq,şantaj etmək,təhdid və ya hədə-qorxu məqsədilə istifadə olunarsa,bu halda cinayət və ya inzibati məsuliyyət yarana bilər.Lakin bəzi hallarda səs yazısı hüquqların müdafiəsi üçün sübut kimi istifadə oluna bilər (məsələn, ailə mübahisələri, əmlak bölgüsü, qızıl və ya...
13 Mart 2026, 13:58
Bağışlama müqaviləsi nə vaxt mübahisələndirilə bilər?
Mütəxəssislərin sözlərinə görə, əgər əmlak bağışlama müqaviləsi (hədiyyə) əsasında yaxın qohumlardan birinə verilibsə, digər maraqlı şəxslər bu müqaviləni qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisələndirə bilərlər.Bu məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Qanuna əsasən, belə iddialar üçün ümumi iddia müddəti tətbiq olunur və tərəf müqavilə barədə məlumat aldığı andan etibarən müəyyən müddət ərzində məhkəməyə müraciət edə bilər.Əgər şəxs bağışlama müqaviləsi barədə məlumat aldığı vaxtdan etibarən qanunla müəyyən edilmiş müddət keçməyibsə, o zaman:məhkəməyə müraciət etməklə müqaviləni mübahisələndirə,qanunvericilikdə əsaslar olduqda müqavilənin etibarsız sayılmasını tələb edə bilər.Ekspertlər vurğulayırlar ki, hər bir konkret halda sübutlar, müqavilənin şərtləri və tərəflərin hüquqları məhkəmə tərəfindən qiymətləndirilir və qərar...
13 Mart 2026, 13:56
Həkim səhvi və hüquqi məsuliyyət: Ekspert açıqladı
Həkimlərin fəaliyyəti Azərbaycanda əsasən Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş kliniki protokollara əsaslanır. Əgər müvafiq protokol mövcuddursa, həkim həmin protokolda göstərilmiş bütün addımları icra etməlidir. Əks halda, hüquqi məsuliyyət yaranır.Cityost.az xəbər verir ki, məsələn, bir şəxs hündürlükdən yıxılır və zədə alırsa, həkim onu dərhal müayinə etməli, ehtiyac varsa əlavə testlər və müalicə tədbirləri görməlidir. Həkim protokolda nəzərdə tutulmuş addımları atlamış və xəstəni təhlükəli vəziyyətdə evə göndərmişsə, baş verəcək ağırlaşmalara görə məsuliyyət daşıyır.Bu barədə praktiki nümunələr mövcuddur. Yol nəqliyyat hadisəsi zamanı xəstə dövlət xəstəxanasına müraciət etmiş, həkim onu sadəcə baxışdan keçirərək evə göndərmişdi. Qısa müddət sonra xəstənin vəziyyəti pisləşmiş və sonrakı müayinələrdə artıq...
09 Mart 2026, 16:32