Hikmət Rəhimov “Səkkiz” serialının dayandırılmasına münasibət bildirdi
Sənət aləmi 17 Yanvar 2026, 14:26
976
Tanınmış aktyor və rejissor Hikmət Rəhimov baş rolda oynadığı “Səkkiz” çoxseriyalı filmin kinoteatrlarda yayımının dayandırılması və sosial şəbəkələrdə tənqid olunmasına münasibət bildirib.
Citypost.az xəbər verir ki, Hikmət Rəhimov Facebook səhifəsində açıqlamasında qeyd edib ki,çoxsaylı suallara və zənglərə cavab vermək məcburiyyətində qalıb:“Ən əvvəl bütün Azərbaycanlılara, həm burada, həm də xaricdə yaşayan həmyerlilərimizə ‘Səkkiz’ serialına göstərdikləri diqqət və marağa görə təşəkkür edirəm. Dünən dövlət qurumuna serial ilə bağlı görüşə dəvət edildim. Orada keçən söhbət haqqında açıqlama vermək düzgün olmadığından, məlumat məxfi saxlanılıb. Mənə və gördüyümüz işə çox hörmətlə yanaşdılar, sağ olsunlar.”
O bildirib ki, “Səkkiz” serialı yaş həddi +18 olan tamaşalara aiddir və ARB televiziyasında 23:00-da yayımlanıb. 10 yanvar 2025-ci il tarixində efirdə söyüş səhnəsinin yayımlanması səbəbindən, məsul şəxs televiziya rəhbərliyi tərəfindən cəzalandırılıb.
“Lakin yalnız bu səbəbə görə serialın həm televiziyada, həm də YouTube üzərindən yayımının dayandırılmasını heç cür anlaya bilmirəm. Ümid edirəm ki, dövlət həm bizə, həm də tamaşaçıların istəyinə hörmətlə yanaşaraq, yaxın həftə serialın yayımını bərpa edəcək. Səxsən mən bunu səbirsizliklə gözləyirəm. Hamı maraqla gözləyir, hətta aidiyyatı qurumlar da serialı izləyir ki, bu, müsbət haldır,” – deyə Hikmət Rəhimov əlavə edib.
Həmçinin oxuyun
"Baş verənlər regionda humanitar vəziyyətə və ictimai sabitliyə də təsirsiz ötüşməyəcək”
Kiberpolis qanunsuz onlayn qumar oyunları təşkil etməkdə şübhəli bilinən şəxsləri saxlayıb
İranı xaricdən qızıdıranlar var? - Millət vəkili ilə MÜZAKİRƏ
İrandakı hadisələr Rusiyanın mövqeyini daha da zəiflədə bilərmi? – Ekspert şərhi
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Səninlə qürur duyuruq” – aktrisadan həyat yoldaşına yubiley təbriki
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədova həyat yoldaşı, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Ədalət Əbdülsəmədovun yubileyi münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.Citypost.az xəbər verir ki, aktrisa paylaşımında Ədalət Əbdülsəmədovu təbrik edərək ona möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıb. Zemfira Əbdülsəmədova statusunda “Ədalət Əbdülsəmədov, yubileyin mübarək! Sənə möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq. Nə ki arzuların var, həyata keçsin. Başımızın üstündən əskik olmayasan. Biz səninlə qürur duyuruq”, – deyə qeyd edib.Qeyd edək ki, Ədalət Əbdülsəmədov 17 yanvar 1966-cı ildə Bakı şəhərində anadan olub. O, M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Teatr və kino sənəti” fakültəsini...
17 Yanvar 2026, 11:26
Samir Piriyev: “Toydan əvvəl 2 boşqab makaron...”
Tanınmış müğənni Samir Piriyev Xəzər TV-nin “Qonaq canlı” proqramında maraqlı açıqlama verib. Citypost.az xəbər verir ki, sənətçi bildirib ki, hər dəfə toya getməzdən 2–3 saat əvvəl iki boşqab makaron yeyir.Piriyev qeyd edib ki, bu ona güc və enerji verir:“Bu mənə o qədər güc, enerji verir ki, hətta toyda içdiyim kokteyllər belə mənim gümrah olmağıma mane olmur. Təbii ki, toya gedəndə bu iki şey mənə o qədər enerji verir ki, heç toyda yorulmuram.”Müğənni əlavə edib ki, bu üsulu ona görkəmli sənətçi Samir Cəfərov məsləhət görüb:“Əgər Samir müəllim bunu zarafatla deyibsə də, mən özümü ona inandırmışam.”Yeganə ...
16 Yanvar 2026, 19:56
Xalq artisti ov edərkən – fotolar yayıldı
Görkəmli Xalq artisti Nurəddin Mehdixanlı və yazıçı, AYB sədrinin müşaviri Sayman Aruz ov zamanı çəkilən fotolarını sosial şəbəkədə paylaşıblar.Citypost.az xəbər verir ki, kadrlar sənətçi və yazıçının təbiət qoynunda istirahət anlarını əks etdirir. Fotolarda həm ov fəaliyyəti, həm də birlikdə keçirdikləri zamanın zövqlü anları diqqət çəkir. Paylaşım qısa müddətdə izləyicilər arasında geniş maraq doğurub və müxtəlif şərhlərə səbəb olub.Əli
16 Yanvar 2026, 19:30
Nura Suri həmkarlarını TƏNQİD etdi
Müğənni Nuri Suri sosial şəbəkə hesabında həmkarlarının yaradıcılığına ironik münasibət bildirib. O, şəxsi sosial şəbəkə hesabında müğənnilərin repertuar seçimləri ilə bağlı diqqətçəkən və istehzalı paylaşım edib.Citypost.az-ın məlumatına görə, Nuri Suri bəzi müğənnilərin yaradıcılığının əsasən şəxsi sevgi münasibətləri üzərində qurulduğunu qeyd edib. Onun sözlərinə görə, bu kateqoriyaya aid olan ifaçılar ayrılıq yaşadıqda ayrılıqdan, barışıq dövründə qovuşmaqdan oxuyur, yeni sevgi axtarışına çıxdıqda isə bunu mahnıları vasitəsilə dinləyicilərə mesaj kimi ötürürlər.Müğənni bu yanaşmaya ironik münasibət bildirərək, dinləyicilərin də bəzən bu mahnıları məhz özlərinə ünvanlanmış hesab etdiklərini vurğulayıb. O, statusunda bu fikri istehza ilə belə ifadə edib:“Siz də elə bilirsiniz ki, bütün bunları sizin...
16 Yanvar 2026, 16:51
Türkiyədə daha bir HƏBS dalğası - 5 sənətçi SAXLANILDI
Türkiyədə tanınmış şəxslərə qarşı aparılan narkotik maddələrlə bağlı istintaq çərçivəsində yeni əməliyyat keçirilib. Son məlumata görə, əməliyyat zamanı daha 5 şübhəli saxlanılıb.Citypost.az xəbər verir ki, saxlanılanlar arasında aktyorlar Çağla Boz və Melis Sabah, eləcə də Emre Yalçın, Ahmet Şaşmaz və Nazlıcan Taşkının olduğu bildirilir.Xatırladaq ki, daha əvvəl Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlarda sabiq futbolçu Ümit Karanın da daxil olduğu 18 nəfər saxlanılmışdı. Ümumilikdə iş üzrə saxlanılan şübhəlilərin sayı 23 nəfərə çatıb.Şübhəlilərin polis idarəsindəki ifadələri tamamlanıb və onlar səhər saatlarında İstanbul Ədliyyəsinə göndəriliblər. İstintaq davam etdirilir.Turan...
16 Yanvar 2026, 12:45
Kuryer Emin Əfəndinin sifarişini YEDİ
Prodüser Emin Əfəndi sosial şəbəkə hesabında “Wolt” şirkəti ilə bağlı narazılığını ifadə edib. Citypost.az xəbər verir ki, Prodüser paylaşımında sifarişinin kuryer tərəfindən yeyildiyini iddia edərək şirkətə müraciət edib. Emin Əfəndi bildirib ki, əgər belə bir hal yenidən baş verərsə, ona əvvəlcədən məlumat verilməsini istəyir və əlavə edib ki, ehtimal ki, növbəti dəfə bu cür vəziyyət yaşanmayacaq.
15 Yanvar 2026, 10:36