Bizə yazın

Baku

-°C

USD

-

Tovuzda 49 yaşlı kişi su kanalına düşərək ölüb 

Hadisə 17 Yanvar 2026, 14:29

181

Tovuzda 1976-cı il təvəllüdlü Ç.Axundov yaşadığı Aşağı Öysüzlü kəndindəki su kanalına düşüb.

49 yaşlı kişi hadisə yerində həyatını itirib.

Məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Maaşların verilmə müddəti dəyişdirildi - YENİ QAYDA 

Əmək haqqının verilməsi müddətləri qaydalarında dəyişiklik edilib. CityPost.az-ın  məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Daha əvvəl aylıq əmək haqqı işçilərə bir qayda olaraq iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməli idi. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməli idi. Qanuna əsasən, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi...

17 Yanvar 2026, 15:35

Metroda vəfat edən sərnişinin kimliyi MƏLUM OLDU

Xəbər verdiyimiz kimi, bu gün saat 11:30 radələrində “20 Yanvar” stansiyasının platformasında bir kişi sərnişinin halı pisləşərək vəfat edib.Bakı Metropoliteni QSC-dən bildirilib ki, əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, sərnişinin həyatını xilas etmək mümkün olmayıbAilə üzvlərinin Citypost.az verdiyi məlumata görə, vəfat edən şəxs 1985-ci il təvəllüdlü, əslən Cəlilabad rayonundan olan, Nəsimi rayonuda yaşayan Həsənov Cavid Yaşar oğludur.Bildirilir ki, mərhum bir neçə gün öncə evdə ürəyində göynəmə hiss etdiyini bildirərək şikayət etmişdi.Yeganə...

17 Yanvar 2026, 14:30

DİN məlumat yaydı

Ötən gün axtarışda olan 126 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Bu barədə CityPost.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, yanvarın 16-da borclu qismində axtarışda olan 100 nəfər də saxlanılıb.

17 Yanvar 2026, 13:57

Bakıda maşın oğrusu SAXLANILDI

Binəqədi rayonu ərazisində zərərçəkən polisə müraciət edərək “VAZ-2107” markalı avtomobilinin yaşadığı ünvanın yaxınlığından qaçırıldığını bildirib.DİN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi RPİ 6-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Hüseynov müəyyən olunaraq saxlanılıb.Araşdırma zamanı məlum olub ki, o, nəqliyyat vasitəsini qaçırandan sonra yolda olarkən nasazlıq yaranması səbəbilə avtomobili yaxınlıqdakı parklanma yerində saxlayaraq oradan uzaqlaşıb.Araşdırma davam etdirilir.

17 Yanvar 2026, 12:39

Metroda sərnişin VƏFAT ETDİ

Bu gün saat 11:30 radələrində “20 Yanvar” stansiyasının palatformasında bir nəfər kişi cinsli sərnişinin halı pisləşib.Bu barədə Citypost.az-a Bakı Metropoliteni QSC-dən məlumat verilib.Bildirilib ki, əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.Hadisə qatarların hərəkət intervalına təsir etməyib,  yubanma baş verməyib.

17 Yanvar 2026, 12:37

Kadırovun ən ağır anı – Oğlunun yanında  AĞLADI

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırovun ağır yol-nəqliyyat hadisəsindən sonra Moskvaya aparılması zamanı çəkilən görüntülər yayılıb.Citypost.az qəzada xəsarət alan 18 yaşlı Adam Kadırov tibbi təyyarə ilə paytaxta çatdırılıb. Təyyarə gecə saatlarında Moskvanın “Vnukovo” hava limanına enib. Ardınca Ramzan Kadırovun olduğu təyyarənin də hava limanına endiyi qeyd olunur.Yayılan fotolarda Ramzan Kadırovun hava limanında oğlu ilə birlikdə olduğu, emosional anlar yaşadığı görünür. Kadrlarda Çeçenistan rəhbərinin göz yaşlarını saxlaya bilmədiyi diqqət çəkir.Xatırladaq ki, Adam Kadırovun korteji Qroznı şəhərində qəzaya uğrayıb. Hadisə nəticəsində yaralanan Adam Kadırov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun müalicəsinin Moskva şəhərində davam etdiriləcəyi bildirilir.Turan...

17 Yanvar 2026, 11:42