Mütəxəssislərdən 5 ssenari: 2050-ci ilə qədər həyatı dəyişəcək texnologiyalar
Maraqlı 17 Yanvar 2026, 12:20
959
Robot “ev yoldaşlarından” laboratoriyada yetişdirilən ətə qədər bir sıra texnologiyalar mütəxəssislərin fikrincə 2050-ci ilə qədər gündəlik həyatın ayrılmaz hissəsinə çevriləcək. Araşdırmalar gələcəklə bağlı narahatlıqların artdığını göstərsə də, bəzi alimlər və futuristlər bu transformasiyanın eyni zamanda böyük imkanlar yaratdığını bildirirlər.
Citypost.az-ın məlumatın görə texnologiya və süni intellekt mövzusu gündəmə gələndə bir çox insanın ağlına ilk olaraq iş yerlərinin itirilməsi, nəzarətin itməsi və “distopik gələcək” anlayışı gəlir. Lakin mütəxəssislərin fikrincə, qarşıdakı 25 il bəşəriyyət tarixinin ən böyük irəliləyiş dövrlərindən birinə çevrilə bilər. Futurist Tom Çizrayt və astrofizik doktor Alastair Reynolds 2050-ci ilə qədər həyatımızı dəyişdirəcəyi gözlənilən beş əsas texnoloji dönüşümü sıralayıb.
“BƏDBİNLİYİ ÜSTƏLƏYƏCƏK QƏDƏR İNKİŞAF POTENSİALIMIZ VAR”
Futurist Tom Çizrayt gələcəyə yalnız qorxu ssenariləri prizmasından baxılmamalı olduğunu vurğulayır. Onun sözlərinə görə, süni intellekt, robot texnologiyaları və ümumi texnoloji dəyişikliklərlə bağlı bədbinlik “dəbdə” olsa da, insanlığın inkişaf potensialı bu qorxuları geridə qoya bilər.
Çizrayt xatırladır ki, XXI əsrdə insan genomunun deşifrə edilməsi, bərpa olunan enerjinin ən sürətlə inkişaf edən enerji mənbələrinə çevrilməsi kimi mühüm mərhələlər artıq keçilib. Onun fikrincə, qarşıdakı 24 il “insanlıq tarixinin ən böyük irəliləyiş dövrü” ola bilər. Bu yanaşmadan çıxış edən Çizrayt və doktor Reynolds 2050-ci ilə qədər gündəlik həyata daxil olması gözlənilən texnologiyaları belə sıralayırlar:
1. Bio-çap olunmuş orqanlar: gözləmə siyahıları tarixə qarışa bilər
Mütəxəssislərin proqnozlarına görə, 2050-ci ilə qədər bio-printerlər xəstənin öz hüceyrələrindən istifadə etməklə böyrək, qaraciyər, hətta göz kimi mürəkkəb orqanları istehsal edə biləcək. Bu texnologiyanın əsas üstünlüyü orqan köçürülməsində iki böyük problemin – toxuma uyğunsuzluğu və uyğun donor üçün uzun gözləmə müddətinin – azalmasıdır.
Qeyd olunur ki, bu sahədə artıq ciddi irəliləyişlər var. Ötən il ABŞ-ın UC San Francisco və Cedars-Sinai tədqiqatçıları orqanların “sıfırdan yetişdirilməsi” istiqamətində ilkin mərhələlərin tamamlandığını açıqlayıblar. Mövcud inkişaf tempi nəzərə alınarsa, 2050-ci ildə bu texnologiyanın səhiyyədə yeni bir dövr aça biləcəyi bildirilir.
2. Kosmik liftlər: orbitə çıxışda inqilab ssenarisi
İlk baxışdan elmi-fantastika kimi görünsə də, mütəxəssislər 2050-ci ilə qədər dünyanın ilk kosmik liftinin inşa edilə biləcəyini istisna etmirlər. Bu sistem yüklərin və sərnişinlərin orbitə daha “rutin” şəkildə daşınmasını hədəfləyən nəhəng qurğu kimi təsvir olunur.
Yaponiyanın Obayashi tikinti şirkəti də 2050 hədəfini real hesab edir. Şirkətin açıqlamasına görə, planlaşdırılan kosmik lift 96 min kilometrlik karbon nanotüp kabeldən, 400 metr diametrində üzən “Yer Limanı”ndan və 12 min 500 tonluq qarşı ağırlıqdan ibarət olacaq. Belə bir sistem reallaşarsa, kosmosa çıxış xərclərinin azalacağı və kosmik daşımaların yeni iqtisadi sahə yaradacağı gözlənilir.
Həmçinin oxuyun
3. Robot ev yoldaşları: lüksdən gündəlik həyata
2050 ssenarilərinin ən diqqətçəkən mövzularından biri də insansı robotların yayılmasıdır. Mütəxəssislərə görə, qarşıdakı illərdə robotlar adi məişət əşyası qədər sıradanlaşa və “demək olar ki, hər yerdə” görünə bilər.
Bu dəyişikliyin ilkin əlamətləri artıq mövcuddur. Məlumata görə, Tesla şirkətinin Optimus adlı robotunun bu il ümumi satışa çıxarılması gözlənilir və onun qiymətinin təxminən 20 min dollar olacağı bildirilir. Norveçin 1X Technologies şirkətinin Neo adlı robotu da oxşar qiymət aralığında erkən istifadə üçün təqdim olunub. Qiymətlər aşağı düşdükcə robotların ev daxili işlərdən gündəlik rutinlərə qədər bir çox sahədə insan həyatına inteqrasiya edəcəyi proqnozlaşdırılır.
4. Laboratoriya əti: alternativlər genişlənir
Mütəxəssislərin fikrincə, ənənəvi ət istehlakı tədricən azalacaq. Bunun əsas səbəbi alternativ protein mənbələrinin artması və ət yeyən insanların “miqdardan çox keyfiyyətə” üstünlük verməsidir.
Bu ssenariyə əsasən, laboratoriyada yetişdirilən ət 2050-ci ilə qədər həm qiymət, həm də dad baxımından rəqabətədavamlı olacaq. Xüsusilə etik səbəblərlə ət istehlakını azaltmaq istəyənlər üçün laboratoriya əti cəlbedici alternativ kimi önə çıxır. Hazırda bu məhsullara qarşı tərəddüdlər olsa da, mütəxəssislər gələcəkdə ictimai münasibətin əhəmiyyətli dərəcədə dəyişəcəyini bildirirlər.
5. Smartfonların sonu? Onları ağıllı eynəklər əvəz edə bilər
Mütəxəssislərə görə, bu gün həyatımızın mərkəzində olan smartfonlar 2050-ci ilə qədər yerini ağıllı eynəklərə verə bilər. Bu dəyişiklik texnologiya ilə münasibətin “ekran mərkəzli” modeldən daha inteqrə olunmuş, geyilə bilən formaya keçidi deməkdir.
Ağıllı eynəklərin geniş yayılması mesajlaşma, naviqasiya, video əlaqə və məlumat əldə etmə kimi funksiyaların telefona ehtiyac olmadan həyata keçirildiyi yeni dövrü ifadə edə bilər. Bu ssenaridə istifadəçilərin cibindən telefon çıxarmadan rəqəmsal dünyaya qoşulması əsas hədəf kimi göstərilir.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Taxta kömürün həşəratlara təsiri
Taxta kömürün sadə bir xüsusiyyəti həşəratların davranışına təsir göstərə bilər.Citypost.az xəbər verir ki, kömürün məsamələri isti havada genəlir, gecə soyuduqda isə yenidən yığılır və bu zaman “çırt-çırt” səslər əmələ gəlir. Bu səs həşəratlarda təbii bir qorxu yaratmağa qadirdir — onlar yanğın təhlükəsi olduğunu düşünərək oradan qaçırlar.Mütəxəssislər bildirir ki, bunun üçün dahi olmaq və ya xüsusi texnika bilmək lazım deyil. Sadəcə, müşahidə və düzgün yanaşma ilə belə bir təbii metoddan istifadə etmək mümkündür. Praktikada, məsələn, danadışı kimi heyvanları qorumaq və yönləndirmək üçün kömürdən gələn səsin yaratdığı təbii qorxudan faydalanmaq olar. Bu, həm təhlükəsiz, həm də ekoloji üsuldur.Əli...
04 Mart 2026, 13:10
Bu kənddə cəmi 3 nəfər yaşayırmış
Neftçala rayonunun Sarıqamış kənd inzibati ərazi dairəsində yerləşən Qızqayıtdı kəndi ölkədə nadir kəndlərdən biridir. Kənddə cəmi 3 nəfər yaşayır. Citypost.az xəbər verir ki, əhali sayının bu qədər az olması səbəbindən kənddə həyat demək olar ki, dayanıb. Yeganə
04 Mart 2026, 12:23
Qrız kəndində möcüzəvi Qurqur şəlaləsi
Qrız kəndindən cəmi 2,8 km məsafədə yerləşən Qurqur şəlaləsi, yerli əhali arasında Qrız şəlaləsi kimi də tanınır. Qrız-Qalaxudat haykinq marşrutunun üzərində yerləşən şəlalə dəniz səviyyəsindən 2190 metr hündürlükdədir və 6 metr hündürlüyə malikdir.Citypost.az xəbər veirr ki, Şəlalə su mənbəyini Qızılqaya dağından və Babbey şəlaləsi ilə Bərkdərə bölgəsindən alır. Qış aylarında isə şaxtanın təsiri ilə şəlalə donaraq buz bağlayır və bu, ona nağıl aləminə bənzər sehrli bir görünüş qazandırır. Bu səbəbdən qış mövsümündə Qurqur şəlaləsi turistlər və foto həvəskarları üçün daha maraqlı bir məkan halına gəlir.Şəlalənin unikal təbii mənzərəsi və qrız mədəniyyəti ilə zəngin ətraf mühiti, bölgəni ziyarət edənlər üçün unudulmaz...
04 Mart 2026, 12:14
Axan çaylarda balıqçılıq: mövsümlərə görə növlər və ən çox tutulan balıqlar
Azərbaycanın axan çayları həm ekosistem baxımından, həm də balıqçılıq üçün böyük əhəmiyyət kəsb edir. Kür, Araz, Qanıx və digər çaylarda müxtəlif balıq növləri yayılıb və hər mövsüm fərqli imkanlar təqdim edir. Balıqçılar yazdan qışa qədər çayların müxtəlif sahələrində fərqli növləri tuturlar.Citypost.az xəbər verir ki, ən çox rast gəlinən balıq növlərinə alabalıq (Salmo trutta fario), sazan (Cyprinus carpio), qızılbalıq (Carassius auratus), sudak (Sander lucioperca) və kiçik çay balığı növləri (Barbus spp.) daxildir. Alabalıq əsasən dağ çaylarında yaşayır və yaz-payız aylarında aktiv olur. Sazan çayın dərin və geniş sahələrində rast gəlinir və yazın sonu ilə payız aylarında tutulur. Sudak daha çox Kür...
03 Mart 2026, 11:55
Vəli Axundov Cəfər Cabbarlının ailəsinə necə yardım edib?
Azərbaycanın o zamankı rəhbəri Vəli Axundov görkəmli yazıçı Cəfər Cabbarlının çətin vəziyyətdə olan həyat yoldaşına necə kömək edib?Citypost.az xəbər verir ki, Sona xanım 60 yaşında ölkə rəhbərliyinə məktub göndərərək ərinin vəfatından sonra ona Azərbaycan hökuməti tərəfindən 120 manat təqaüd ayrıldığını bildirib. Məktubunda xəstəliyini, qocalığını və işləyə bilmədiyini qeyd edən Sona Cabbarlı əlavə təqaüd verilməsi və ya ərinə görə aldığı təqaüdün artırılmasını xahiş edib.Bu müraciətə cavab olaraq 1967-ci il noyabrın 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosu Sona Cabbarlıya ittifaq dərəcəli fərdi təqaüd ayırıb və beləliklə onun təqaüdü artırılıb. Qərarın qəbul olunmasında isə Azərbaycanın o zamankı rəhbəri Vəli Axundovın rolu olub.Əli...
03 Mart 2026, 10:32
Giləmeyvələr yaddaşı yaxşılaşdıra bilər
Tədqiqatçılar bildirirlər ki, giləmeyvələrin müntəzəm istehlakı erkən yaddaş pozuntuları olan insanlarda yaddaşı müəyyən qədər yaxşılaşdıra bilər. Eyni zamanda, bu məhsullar piylənmə ilə bağlı iltihabın azalmasına və insulin həssaslığının yaxşılaşmasına kömək edir.Citypost.az-ın xəbərinə görə, son 20 ildə aparılmış klinik tədqiqatların analizi göstərir ki, giləmeyvələrin yaddaş, diqqət və digər kognitiv funksiyalar üzərində müsbət təsiri müşahidə olunub. Eyni zamanda, bu məhsullar iltihab, insulin müqaviməti, toxluq hormonları və bağırsaq-beyin əlaqəsi kimi piylənmə ilə bağlı göstəricilərə də təsir göstərir.Ən ardıcıl nəticələr yaddaş sahəsində olub. Təsir nisbətən az olsa da, müxtəlif tədqiqatlarda təkrarlanıb, xüsusilə yüngül kognitiv pozuntuları olan insanlarda – bu, demensiyaya yol açan mərhələlərdən biri...
02 Mart 2026, 11:56