Litva Rusiyanı öz ərazisində iki yanğının törədilməsində ittiham edib
Hadisə 17 Yanvar 2026, 08:42
1017
Litva hakimiyyəti Rusiyanın Baş Kəşfiyyat İdarəsini Ukraynaya hərbi yardım çatdırılması ilə əlaqəli infrastrukturu yandırmaq cəhdində ittiham edib.
CityPost.az xəbər verir ki, bu barədə Litva polisi və prokurorluğunun birgə bəyanatında bildirilib.
Məhkəməyə təqdim edilən cinayət işində Rusiya, Belarus, Kuba və İspaniya vətəndaşları da daxil olmaqla altı əcnəbinin iştirak etdiyi bildirilib.
"Litvada aparılan məhkəməyəqədər istintaqın məlumatları bizə kifayət qədər ehtimal dərəcəsi ilə Şaulyaydakı təxribat cəhdlərinin Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) təlimatı və maraqları çərçivəsində həyata keçirildiyini güman etməyə imkan verir", - sənəddə qeyd olunub.
Həmçinin oxuyun
Litva cinayət polisinin rəis müavini Saulyus Briginas bildirib ki, yanğın hücumları Rusiyada yaşayan və ordu ilə əlaqəli bir qrup şəxs tərəfindən koordinasiya və təşkil edilib. O əlavə edib ki, onlar həmçinin Polşa, Rumıniya və Çexiyadakı yanğın cəhdləri ilə də əlaqəli ola bilərlər. Müstəntiqlər iddia edirlər ki, iş üzrə təqsirləndirilən şəxslər tapşırıqlarını yerinə yetirdiklərinə görə 10.000 avroya qədər mükafat alıblar.
Litva cinayət polisinin rəis müavini həmçinin bildirib ki, hakimiyyət daha üç şübhəli üçün həbs qərarı verib. Bundan əlavə, Vilnüs Kolumbiyadan iş üzrə başqa bir təqsirləndirilən şəxsin ekstradisiyasını tələb edir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Gəncədə avtomobil mənzilə çırpılıb
Gəncədə "Chevrolet" markalı avtomobil idarəetmədən çıxaraq 5 mərtəbəli binanın birinci mərtəbəsində olan mənzillərin birinə çırpılıb."Report"un Qərb bürosunun məlumatına görə, qəza nəticəsində xəsarət alan olmasa da, mənzilə və avtomobilə zərər dəyib.Faktla bağlı araşdırma aparılır.
05 Mart 2026, 13:49
Dövlət məmuruna mükafat verən şəxs həbs olundu
Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə "jurnalist" kimi bəzi qurumların adı ilə mükafat verən Fəqani Hüseynov həbs olunub.Citypost.az xəbər verir ki, rayon məhkəməsinin qərarı ilə adıçəkilən şəxs barədə 10 sutka həbs qərarı verilib.Məlumat üçün bildirək ki, bir müddət öncə sosial şəbəkələrdə Fəqani Hüseynov adlı şəxs "Milli Məclisin informasiya portalı"nın direktoru, həmçinin ölkə başçısının adından Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə "fəxri diplom" təqdim edib.Təqdimetmə ilə bağlı görüntülər sosial şəbəkələrdə rezonans doğurub. (Teleqraf)...
04 Mart 2026, 16:38
Beynəlxalq axtarışda olan 2 nəfər Azərbaycana gətirildi
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Musayev Əbdül Ruslam oğlu və Hüseynov Rüstəm Əhməd oğlunun ekstradisiyası haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.Bu barədə Citypost.az Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Məlumatda deyilir:"Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Musayev Əbdül Ruslam oğlunun, Bakı şəhəri Pirallahı rayon prokurorluğunda aparılan ibtidai istintaq üzrə isə Hüseynov Rüstəm Əhməd oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrində göstərilən cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən...
04 Mart 2026, 11:39
Haqverdiyevin məhkəməsində gözlənilməz ifadələr - Rüşvət kimə çatıb?
Külli miqdarda rüşvət almaqda ittiham olunan Müdafiə Nazirliyinin istirahət evinin sabiq rəisi İlham Haqverdiyevin məhkəməsi maraqlı anlarla yadda qalıb. “Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində baxılan işdə hazırda şahidlər ifadə verir.Prokurorluq İlham Haqverdiyevi rəis işlədiyi müddətdə bir neçə nəfərin işə düzəlməsi üçün ümumilikdə 4 min 800 manat rüşvət almaqda ittiham edir. Bu əsasla ona qarşı sanksiyasında 8 ildən 12 ilə kimi həbs cəzası nəzərdə tutulan külli miqdarda rüşvət alma maddəsi ilə cinayət işi başlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.Hazırda cinayət işini Fikrət Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası araşdırır. Amma məhkəmə prosesində ittihamda yazılanlardan tam fərqli mənzərə var. Çünki iş üçün əhəmiyyət...
03 Mart 2026, 18:03
Bakıda maşın velosipedçini vurub öldürdü
Bakıda avtomobil velosipedçini vuraraq öldürüb.Modern.az xəbər verir ki, Yasamal rayonu Şərifzadə küçəsində 2000-ci il təvəllüdlü Ağayev Elnur Elşən oğlu "BYD" markalı avtomobil ilə hərəkətdə olarkən piyada keçidi üzərində velosiped idarə edən 1975-ci il təvəllüdlü Vahabov Natiq Vəli oğlunu vurub.Nəticədə N.Vahabov hadisə yerində ölüb.Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
03 Mart 2026, 09:47
Ukraynada yaşayan tanınmış azərbaycanlı vəfat edib
Ukraynada yaşayan tanınmış azərbaycanlı vəfat edib.Citypost.az xəbər verir ki, Ukraynanın Əməkdar bədən tərbiyəsi və idman işçisi, boks üzrə Odessa vilayət yığmasının baş məşqçisi Azər Mustafayev dünyasını dəyişib.Odessada yaşayan azərbaycanlı fəal Anar Natiqoğlu bildirib ki, mərhum Qərb qəbiristanlığının müsəlmanlar bölümündə dəfn olunacaq.Allah rəhmət eləsin! (Modern.az)
02 Mart 2026, 13:13