Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan elminə AĞIR itki üz verib.

Cəmiyyət 19 Yanvar 2026, 10:38

179

Azərbaycan kimya elminin inkişafında mühüm xidmətləri olmuş görkəmli alim, “Şöhrət” ordeni laureatı, AMEA-nın müxbir üzvü Mustafa Səttar oğlu Salahov 95 yaşında vəfat edib.

Citypost.az  xəbər verir ki, M.Salahov ötən gün yanvarın 18-də dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, M.S. Salahov 1931-ci ildə Bakı şəhərində anadan olub. Qorki Dövlət Universitetinin kimya fakültəsində fiziki-kimya ixtisası üzrə təhsil alıb. 1955-ci ildən Sumqayıtda Sintetik Kauçuk zavodunda işləyib, daha sonra AMEA-nın Neft İnstitutunun aspiranturasında təhsilini davam etdirib və Rezin laboratoriyasına rəhbərlik edib.

Kimya elmləri doktoru, professor olan M.S. Salahov 2001-ci ildən AMEA-nın müxbir üzvü, Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür. O, Azərbaycan Respublikasının əməkdar ixtiraçısı, Memarlar İttifaqının fəxri üzvüdür. Hazırda AMEA-nın Polimer Materiallar İnstitutunda laboratoriya müdiridir və Bakı Dövlət Universitetində professor kimi fəaliyyət göstərir.

Onun rəhbərliyi ilə 31 elmlər namizədi və 2 elmlər doktoru hazırlanıb. M.S. Salahov bir neçə kitabın, həmçinin poema və şeirlərin müəllifidir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Diplomatlar Şəhidlər xiyabanını ziyarət edib  

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri bu gün Şəhidlər xiyabanını ziyarət edib.APA xəbər verir ki, diplomatlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər.Qeyd edək ki, 20 Yanvar faciəsindən 36 il ötür.

19 Yanvar 2026, 12:04

Uşaqlar qrip olur, dərslər necə davam edəcək? Ekspert İZAH edir

Ölkədə qrip dalğasının yayılması təhsil sistemində də öz təsirini göstərir. Uşaqlar arasında xəstəliyin kütləvi yayılması valideynləri və təhsil ictimaiyyətini məktəblərin bağlanması və təhsilin onlayn formata keçirilməsi mövzusunda narahat edir.Təhsil eksperti Məzahir Məmmədli Citypost.az-a bildirib ki, onlayn tədrisə keçmək üçün konkret zərurət yaranarsa, Azərbaycan artıq bu təcrübəni 2020–2021-ci tədris ilində tətbiq edib. Əgər yayılmış qrip tədrisin davamiyyətinə ciddi təsir göstərsə, müvafiq qərar verildikdə məktəblər onlayn tədrisə keçə bilər.Ekspert əlavə edib ki, bu proses üçün müəllimlər artıq həm təcrübəyə malikdir, həm də xüsusi proqramlar üzərindən dərs keçmək bacarıqları formalaşıb. Ona görə də, belə bir qərar qəbul edilsə, məktəblər və müəllimlər bu keçidi...

19 Yanvar 2026, 11:40

Xankəndiyə güclü QAR YAĞIB

Yanvarın 18-i axşam saatlarından etibarən Xankəndi şəhərinə 10–15 santimetr hündürlüyündə qar yağıb.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən məlumata görə, hazırda müvafiq qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında kommunal xidmət sahəsində hər hansı bir problem yoxdur. İstehlakçıların dayanıqlı qaz, elektrik enerjisi, su ilə ilə təmin olunması üçün işlər görülüb.Yağan qar şəhərdə nəqliyyatın hərəkətində də hər hansı ciddi problem yaratmayıb. Yollar qardan təmizlənib, avtomobillərin hərəkəti normal qaydada davam edir.Qurumlar sakinləri ehtiyatlı olmağa və hava şəraitinə uyğun hərəkət etməyə çağırıb. Onu da qeyd edək ki, bu dəqiqələrdə də...

19 Yanvar 2026, 11:20

20 Yanvardan Zəfərə: milli iradənin tarixi yolu

XX əsrin sonlarında Azərbaycan xalqının üzləşdiyi ən ağır və sarsıdıcı sınaqlardan biri 1990-cı ilin yanvar hadisələri oldu. Totalitar sovet rejimi süquta uğradığı bir mərhələdə xalqımızın azadlıq arzularını silah gücü ilə boğmağı hədəfləyərək ağır cinayət törətməkdən çəkinmədi. Lakin bu qanlı müdaxilə, əksinə, Azərbaycan cəmiyyətində milli özünüdərki daha da gücləndirdi, azadlıq ideyasını geri dönməz bir iradəyə çevirdi və xalqın tarix qarşısında verdiyi ən ağır, lakin ən şərəfli qərarlardan birinin rəmzi oldu.Yanvar faciəsinə aparan proseslərin əsası 1987-ci ildən etibarən qoyulmuşdu. Həmin dövrdə hazırkı Ermənistan ərazisindən azərbaycanlıların növbəti dəfə kütləvi şəkildə deportasiyası həyata keçirilmiş, eyni zamanda Qarabağın Ermənistana birləşdirilməsi istiqamətində açıq və məqsədli cəhdlər...

19 Yanvar 2026, 11:00

Azərbaycanda vəkillərin sayı açıqlanıb 

2025-ci ildə vəkillərin ümumi sayı artaraq 2 836 nəfərə çatıb.Citypost.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2025-ci il hesabatıənda qeyd edilib.Bildirilib ki, hazırda fəaliyyət göstərən 2 836 vəkildən 2 203 nəfəri kişi, 633 nəfəri isə qadındır. Onlardan 2 314 nəfəri Bakıda, 522 nəfəri isə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir.Həmçinin kollegiyada 400-dən artıq vəkil köməkçiləri fəaliyyət göstərir.

19 Yanvar 2026, 10:26

Ağır tıxac var

Bakının bir sıra yollarında tıxac yaranıb.CityPost.az  xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;10. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov...

19 Yanvar 2026, 09:05