Bizə yazın

Baku

-°C

USD

-

20 Yanvardan Zəfərə: milli iradənin tarixi yolu

Cəmiyyət 19 Yanvar 2026, 11:00

1579

XX əsrin sonlarında Azərbaycan xalqının üzləşdiyi ən ağır və sarsıdıcı sınaqlardan biri 1990-cı ilin yanvar hadisələri oldu. Totalitar sovet rejimi süquta uğradığı bir mərhələdə xalqımızın azadlıq arzularını silah gücü ilə boğmağı hədəfləyərək ağır cinayət törətməkdən çəkinmədi. Lakin bu qanlı müdaxilə, əksinə, Azərbaycan cəmiyyətində milli özünüdərki daha da gücləndirdi, azadlıq ideyasını geri dönməz bir iradəyə çevirdi və xalqın tarix qarşısında verdiyi ən ağır, lakin ən şərəfli qərarlardan birinin rəmzi oldu.

Yanvar faciəsinə aparan proseslərin əsası 1987-ci ildən etibarən qoyulmuşdu. Həmin dövrdə hazırkı Ermənistan ərazisindən azərbaycanlıların növbəti dəfə kütləvi şəkildə deportasiyası həyata keçirilmiş, eyni zamanda Qarabağın Ermənistana birləşdirilməsi istiqamətində açıq və məqsədli cəhdlər güclənmişdi. Ermənistanın separatçı və işğalçı niyyətlərinin qarşısını almaq əvəzinə, Mixail Qorbaçovun rəhbərlik etdiyi sovet hakimiyyəti Azərbaycan xalqının haqlı tələblərinə laqeyd yanaşmış, terror və separatizmi təşviq edən qüvvələrə dolayısı dəstək göstərərək xalqımıza qarşı bu cinayətin törədilməsinə şərait yaratmışdı.

Mövcud təhlükələrə baxmayaraq, Sovet hakimiyyətinin bu qanlı əməlinə açıq etiraz edən Ümummilli Lider Heydər Əliyev faciədən bir gün sonra - yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla həmrəy olduğunu bəyan etdi. O, 20 Yanvar hadisələrinə siyasi qiymət verərək bu faciənin hüquq, demokratiya və humanizm prinsiplərinə tam zidd olduğunu, mərkəzi hakimiyyətin və o dövrdəki respublika rəhbərliyinin xəyanəti nəticəsində baş vermiş ciddi siyasi səhv olduğunu açıq şəkildə ifadə etdi.

Ulu Öndərin vurğuladığı kimi, bu təcavüz xalqımızı mənəvi baxımdan sarsıtsa da, ağır itkilərə səbəb olsa da, onun iradəsini qıra bilmədi. Azərbaycan xalqının qüruru tapdanmadı, əksinə, bu hadisə qəhrəmanlıq salnaməmizə yeni və əbədi bir səhifə kimi yazıldı, müstəqilliyə aparan yolda keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Məhz Ümummilli Liderin təşəbbüsü və qətiyyətli mövqeyi nəticəsində 1994-cü il martın 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Mürəkkəb və ziddiyyətli tarixi şəraitə baxmayaraq, Heydər Əliyevin siyasi iradəsi və ardıcıl fəaliyyəti sayəsində 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarları ilə bağlı obyektiv həqiqətlər üzə çıxarıldı.

Bütün bu proseslər fonunda aydın görünürdü ki, 20 Yanvar hadisələri təkcə konkret bir gecə ilə məhdudlaşan faciə deyildi. Sözügedən hadisələr illərlə yığılan siyasi ədalətsizliyin, milli hüquqların sistemli şəkildə tapdanmasının və Azərbaycan xalqının iradəsinə qarşı yönəlmiş təzyiqlərin məntiqi nəticəsi idi. Qanlı Yanvar sovet hakimiyyətinin əsl mahiyyətini aydın şəkildə ortaya qoyaraq, imperiya idarəçiliyinin Azərbaycan cəmiyyəti üçün qəbuledilməz olduğunu nümayiş etdirdi və azadlıq yolunun artıq geri dönüşü olmayan mərhələyə daxil olduğunu göstərdi. 

Şübhəsiz ki, 20 Yanvar günü Azərbaycanın yenidən müstəqilliyə qovuşması yolunda həlledici mərhələnin başlanğıcı oldu. Bu tarix ləyaqətini qorumaq üçün qurbanlar verməyə hazır olan bir millətin şərəfli tarix səhifəsidir. Vətəninin azadlığını, xalqının şərəf və namusunu hər şeydən üstün tutan igid Azərbaycan övladları həmin qanlı gecədə canlarını fəda edərək şəhidlik zirvəsinə ucaldılar.

Azərbaycan xalqı 1990-cı ilin yanvarında azadlıq uğrunda zirehli texnikaların qarşısına əliyalın çıxan, müstəqillik naminə həyatını qurban verən oğul və qızlarını heç vaxt unutmur. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, adlarının daim uca tutulması, onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən ardıcıl və mühüm tədbirlər həyata keçirilib.

Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan dövləti öz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, onların xatirəsini dərin ehtiramla yad edir və ruhlarına hörmət nümayiş etdirir.

Dövlət başçısının müdrik və qətiyyətli liderliyi, düşünülmüş iqtisadi, hərbi, siyasi və diplomatik strategiyası, eləcə də şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş, hər bir qarış torpağımızda müqəddəs üçrəngli bayrağımız dalğalanmaqdadır. Bu tarixi qələbə Vətənini sevən, milli maraqları hər zaman uca tutan hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir. Qəhrəman şəhidlərimizin qanı bahasına əldə edilmiş müstəqilliyimizi, suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq hər birimizin müqəddəs mənəvi borcudur.

 Zaur Şükürov

Milli  Məclisin deputatı

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hava limanlarının inşası üçün torpaqların alınması dövlət ehtiyacları siyahısına daxil edilib 

Hava limanlarının inşası üçün torpaqların alınması dövlət ehtiyacları siyahısına daxil edilib.CityPost.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin Mülki Məcəllə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunda dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.Dəyişikliyə əsasən, bundan sonra dəniz və hava limanlarının (aeroportların), aerodromların ərazisinin genişləndirilməsi və yaxud bu tipli yeni obyektlərin inşası məqsədi ilə də torpaq alınacaq.Yenilik beynəlxalq aviasiya təşkilatlarının hava limanlarına dair tələblərinin həyata keçirilməsi, uçuşların təhlükəsizliyinin təmin edilməsinin təkmilləşdirilməsi, hava limanları ətrafında mühafizə olunan təhlükəsizlik zonalarının yaradılması (genişləndirilməsi), yeni uçuş-enmə zolaqlarının tikilməsi, uçuş-enmə zolaqlarının genişləndirilməsi çərçivəsində bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların alınması zərurəti ortaya çıxır. Lakin, sadalanan məqsədlər...

13 Mart 2026, 19:08

Zelenski azərbaycanlı döyüşçünü təltif etdi 

Ukrayina prezidenti Volodimir Zelenski daha bir soydaşımızı təltif edib.Modern.az-ın məlumatına görə, azərbaycanlı döyüşçü Emin Həsənov "İgidliyə görə" ordeniylə təltif olunub. Məlumata görə, Emin Həsənov 2015-ci ildən könüllü olaraq Ukrayna ordusunda xidmət edir. 2022-ci il Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi təcavüzdən sonra əlində silah ön cəbhədədir. Döyüşçü yoldaşlarının “Türk" ləqəbi verdikləri soydaşımız Kyevin müdafiəsi, həmçinin Donbass, Zaporojye, Xarkov istiqamətlərində qəhrəmanlıqlar göstərib. O, bir neçə dəfə ağır yaralanmasına baxmayaraq müalicə aldıqdan sonra cəbhə xəttinə, komandiri olduğu birliyinə qayıdıb....

13 Mart 2026, 17:42

Məktəblərdə 7 milyon manatlıq işlər görüləcək   

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ölkə daxilində təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə genişmiqyaslı satınalma elan edib.Citypost.az  xəbər verir ki, tender müsabiqəsi ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində tədrisin təşkil olunması üçün zəruri olan mal-materialların və digər ləvazimatların tədarükünü nəzərdə tutur.Təşkilat layihənin icrası üçün 7 867 307,43 azn müəyyən edib.  

13 Mart 2026, 17:36

Müharibədən sonra  419 azərbaycanlı mina qurbanı olub 

2020-ci il Vətən müharibəsinin başa çatmasından sonra 419 azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 72-si həlak olub, 347-si isə ağır yaralanıb.Citypost.az  xəbər verir ki, bu, XİN-in “X” hesabında ötən gün Xocavənddə baş verən mina hadisəsi ilə bağlı paylaşımında qeyd olunub.Bildirilib ki, Azərbaycan vətəndaşlarının azad edilmiş torpaqlara təhlükəsiz və davamlı qayıdışını təmin etmək üçün minatəmizləmə işlərinə sadiqdir və beynəlxalq tərəfdaşların səfərbər olunmuş səylərlə dəstək göstərməsini gözləyir.“Minalar mülki insanların həyatı üçün ciddi təhlükə yaratmağa davam edir və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışına, həmçinin davam edən yenidənqurma işlərinə mane olur”, – deyə əlavə olunub....

13 Mart 2026, 17:32

Cəbrayılda Novruz festivalı keçiriləcək

Şərqi Zəngəzurda bayram ab-havalı Novruz festivalı keçiriləcək.Bu barədə Citypost.az Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.Bildirilib ki, 16 mart tarixində Cəbrayıl rayonunun Horovlu kəndində Novruz şənliyi keçiriləcək. Tədbir çərçivəsində Səməni festivalı, sərgi-satış yarmarkası, milli adət-ənənələri əks etdirən təqdimatlar, Novruz personajlarının iştirakı ilə əyləncəli proqramlar təqdim olunacaq. Tədbirdə müğənnilərin, xanəndələrin, aşıqların, xor kollektivlərinin və rəqs qruplarının iştirakı ilə konsert proqramı nəzərdə tutulub. Uşaqlar üçün xüsusi zonada kukla teatrı, interaktiv oyunlar və viktorinalar keçiriləcək. Festival zamanı ustad aşpazların iştirakı ilə səməni halvasının hazırlanması üzrə master-klass, həmçinin sacda lavaş, fəsəli və kətə hazırlanacaq.Novruz festivalı Şərqi Zəngəzurun zəngin mədəni...

13 Mart 2026, 17:23

İlber hoca vəfat edib 

Türkiyənin tanınmış tarixçi-alimi İlber Ortaylı müalicə aldığı xəstəxanada həyatını itirib.Citypost.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.Bildirilib ki, səhhəti pisləşən 78 yaşı alim bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilərək süni tənəffüs aparatına qoşulmuşdu.

13 Mart 2026, 16:55