Təhqir ve böhtan zarafat deyil – Qanun nə deyir?
Hüquq 19 Yanvar 2026, 11:35
2914
Məni təhqir edən şəxsdən təzminat ala bilərəm?
Sosial şəbəkələrin və rəqəmsal medianın həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə söz azadlığı ilə məsuliyyət arasındakı sərhəd getdikcə daha çox pozulur. Bir çox hallarda şəxsi münasibətlər, emosional çıxışlar və ya qərəzli yanaşmalar ictimai məkana daşınaraq insanların şərəf və ləyaqətinə zərbə vurur. Halbuki, ifadə azadlığı heç vaxt başqasının nüfuzunu ləkələmək, şəxsiyyətini alçaltmaq və ya cəmiyyətdə hörmətdən salmaq hüququ anlamına gəlmir. Məhz bu nöqtədə qanun işə düşür və şərəf, ləyaqət və nüfuzun müdafiəsini təmin edir.
Citypost.az-ın məlumatına görə, şərəf, ləyaqət və nüfuz insanın cəmiyyətdəki mənəvi dəyərini müəyyən edən əsas anlayışlardır və Azərbaycan Respublikasında bu dəyərlər dövlət tərəfindən qorunur. Konstitusiyanın 46-cı maddəsinə əsasən hər kəs öz şərəf və ləyaqətini müdafiə etmək hüququna malikdir və insan ləyaqətinin alçaldılmasına, təhqirə və qeyri-insani rəftara yol verilə bilməz.
Qanunvericiliyə görə şərəf və ləyaqətə qarşı yönəlmiş əməllər cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir — kütləvi çıxışlarda, mediada və ya sosial şəbəkələrdə şəxsin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılmasıdır. Bu əmələ görə 500 manatdan 1 000 manatadək cərimə, 240 saata qədər ictimai işlər, 1 ilədək islah işləri və ya 1 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Təhqir kütləvi informasiya vasitələri və internet resursları vasitəsilə törədildikdə isə azadlıqdan məhrumetmə müddəti 3 ilədək arta bilər.
Cinayət Məcəlləsinin 147-ci maddəsinə görə böhtan — yalan olduğunu bilə-bilə şəxsin şərəf və ləyaqətini ləkələyən və ya nüfuzdan salan məlumatların yayılmasıdır və bu daha ağır cinayət hesab olunur. Böhtana görə 1 000 manatdan 1 500 manatadək cərimə, 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Əgər böhtan media və sosial şəbəkələr vasitəsilə kütləvi şəkildə yayılarsa, təqsirli şəxs 5 ilədək həbs cəzası ilə üzləşə bilər.
Həmçinin oxuyun
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Deputat Zaur Şükürov: "Azərbaycan cənub marşrutlarındakı riskləri balanslaşdıran əsas qovşaqdır"
Bu cinayətlərə görə məsuliyyət 16 yaşdan başlayır. Sosial şəbəkələrdə saxta profillərdən istifadə etməklə təhqir və böhtan yayılması istintaq zamanı ağırlaşdırıcı hal kimi qiymətləndirilir. Şərəfi, ləyaqəti və nüfuzu zədələnən şəxs xüsusi ittiham qaydasında məhkəməyə müraciət edə, eyni zamanda ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb edə bilər.
Nəticə etibarilə, şərəf və ləyaqət toxunulmaz hüquqlardandır və bu dəyərlərə qarşı yönəlmiş istənilən təhqir və böhtan xarakterli əməllər qanunla qadağandır. Media və sosial şəbəkələrdə edilən bu cür hərəkətlər ciddi cinayət məsuliyyəti yaradır və ağır hüquqi nəticələrə səbəb olur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Borc müqavilələri ilə bağlı vacib hüquqi məqamlar
Borc münasibətləri həm şifahi, həm də yazılı formada bağlana bilən hüquqi münasibətlərdən biridir. Lakin hüquqşünasların fikrincə, borc verərkən yazılı müqavilənin tərtib olunması daha məqsədəuyğundur. Çünki yazılı sənəd sonradan yaranan mübahisələr zamanı əsas sübut kimi çıxış edir.Yazılı müqavilə olmadığı hallarda borcun verilməsi, məbləği, tərəflər və digər şərtlərin sübut olunması daha çətin olur. Bu isə hüquqi mübahisələr zamanı tərəflər üçün ciddi problemlər yarada bilər.Citypost.az xəbər verir ki, qanunvericiliyə əsasən, borc məbləği 3000 manatdan çox olduqda və ya tərəflərdən biri hüquqi şəxs olduqda, borc müqaviləsi mütləq yazılı formada bağlanmalıdır. Bu tələb hüquqi münasibətlərin şəffaflığını təmin etmək və gələcək mübahisələrin qarşısını almaq məqsədi daşıyır.Mütəxəssislər...
29 May 2026, 11:12
İşəgötürən işçini kamera ilə izləyə bilərmi?
Müasir dövrdə bir çox iş yerlərində təhlükəsizlik, nəzarət və daxili intizam məqsədilə videomüşahidə kameralarından istifadə olunur. Lakin işçilərin tez-tez verdiyi əsas suallardan biri budur: işəgötürən əməkdaşı kamera ilə izləyə bilərmi və bunun hüquqi çərçivəsi necə tənzimlənir?Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, iş yerlərində videomüşahidənin aparılması tamamilə qadağan deyil. Ancaq bu proses qanunvericiliyin müəyyən etdiyi qaydalara uyğun şəkildə həyata keçirilməlidir. Əks halda işçinin şəxsi həyat hüququnun pozulması və qanunsuz məlumat toplama halları hüquqi məsuliyyət yarada bilər.Mütəxəssislər bildirirlər ki, iş yerində quraşdırılan kameraların əsas məqsədi təhlükəsizlik, əmlakın qorunması, istehsalat prosesinin idarə olunması və əmək intizamına nəzarət ola bilər. Lakin bu nəzarət...
28 May 2026, 10:24
Şantaj halları və hüquqi məsuliyyət – Vəkillərdən xəbərdarlıq
Son dövrlər vətəndaşlardan daxil olan müraciətlər arasında şantaj və hədə-qorxu ilə tələb etmə halları xüsusi yer tutur. Hüquqşünasların bildirdiyinə görə, xüsusilə münasibətlərin bitməsindən sonra bəzi şəxslərin qarşı tərəfi şəxsi görüntülərlə hədələməsi ciddi cinayət tərkibli əməl sayılır.Citypost.az-ın məlumatına görə, mütəxəssislər qeyd edir ki, bu tip hallarda əsas məqsəd qarşı tərəfi psixoloji təzyiq altında saxlayaraq müəyyən tələbləri qəbul etdirmək olur. Şantaj edən şəxslər çox vaxt şəxsi foto və videoları yaymaqla hədələyir, pul tələb edir və ya münasibətlərin davam etdirilməsini şərt kimi irəli sürürlər.Hüquqşünasların sözlərinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bu kimi əməllər cinayət məsuliyyəti yaradır və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsi...
28 May 2026, 09:26
Sosial şəbəkələrdə təhqir cinayət məsuliyyəti yaradırmı?
Sosial şəbəkələrdə yazılan təhqiramiz ifadələr bir çox hallarda hüquqi məsuliyyətə səbəb ola bilər. Citypost.az-ın məlumatına görə, hüquqşünasların bildirdiyinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təhqir şəxsin şərəf və ləyaqətini alçaldan ifadələrin işlədilməsidir və bu əməl hüquqi nəticələr doğurur.Qeyd olunur ki, bu məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, şəxsin açıq şəkildə – o cümlədən sosial şəbəkələrdə, internet platformalarında, Facebook, Instagram və digər onlayn mühitlərdə təhqir edilməsi cinayət məsuliyyəti yarada bilər.Mütəxəssislər bildirirlər ki, cəmiyyətdə tez-tez “sadəcə şərh yazdım”, “zarafat etdim” kimi yanaşmalar olsa da, bu, hüquqi məsuliyyəti aradan qaldırmır. Əgər yazılan ifadələr şəxsin ləyaqətini alçaldırsa, bu artıq hüquqi...
28 May 2026, 09:25
WhatsApp yazışması kişini atalıq hüququndan məhrum edə bilərmi?
Son dövrlər ailə mübahisələri zamanı sosial şəbəkə və mesajlaşma tətbiqlərindəki yazışmaların məhkəmədə sübut kimi istifadə olunması ilə bağlı suallar artır. Xüsusilə bir çox şəxsi narahat edən əsas məsələlərdən biri də “WhatsApp yazışmaları üzə çıxarsa, bu, atalıq hüququndan məhrum edilməyə səbəb ola bilərmi?” sualıdır.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, təkcə başqa bir qadınla yazışmaq və ya şəxsi mesajların mövcudluğu şəxsin atalıq hüququndan məhrum olunması üçün əsas hesab edilmir. Azərbaycan qanunvericiliyində valideynlik hüququndan məhrumetmə üçün konkret hüquqi əsaslar müəyyən olunub və həmin əsaslar sırasında sadəcə yazışma faktı yer almır.Mütəxəssislər bildirirlər ki, mülki işlərdə WhatsApp yazışmalarının təqdim olunması və sübut kimi qiymətləndirilməsi...
27 May 2026, 11:21
Məhkumluq arayışı işə qəbulda problem yarada bilərmi?
Son illər bir çox vətəndaş işə qəbul zamanı “məhkumluq haqqında arayış” tələb olunması ilə qarşılaşır. Xüsusilə əvvəllər məhkum olunmuş, lakin cəzasını çəkərək hüquqi baxımdan məhkumluğu ödənilmiş şəxslər üçün bu məsələ ciddi narahatlıq yaradır. Bəzən vətəndaşlar bildirirlər ki, illər əvvəl baş vermiş hüquqi hadisə bu gün onların iş tapmasına mane olur.Belə hallardan biri də 2013-cü ildə müəyyən müddətə məhkum olunmuş şəxsin yaşadığı vəziyyətdir. O, işə qəbul üçün müraciət etdiyi şirkətin tələbi ilə “ASAN xidmət”dən məhkumluq barədə arayış alıb. Arayışda əvvəllər məhkum olunması qeyd edildiyi üçün şirkət onu işə qəbul etməkdən imtina edib. Bu isə vətəndaşda haqlı sual yaradıb: “Əgər məhkumluğum ödənilibsə,...
27 May 2026, 10:27