İnsan gözyaşı: Niyə ağlayırıq? - ALİMLƏR AÇIQLADI
Maraqlı 19 Yanvar 2026, 20:51
210
Alimlər müəyyən ediblər ki, insanın ağlaması təkcə kədər ifadəsi deyil, həm də sosial bağları gücləndirən və bədəni sakitləşdirən mürəkkəb bioloji siqnaldır.
Gözyaşı üç növdən ibarətdir: bazal (gözün daim nəm qalmasını təmin edir), refleks (toz və ya yad cisimə reaksiya olaraq) və duygusal. Duygusal gözyaşı beyindəki emosional bölgələr tərəfindən idarə olunur və tək bir duyğu əks etdirmir — çox vaxt bir neçə hissin qarışığıdır.
Araşdırmalar göstərir ki, ağlama bəzən insanı rahatladır. ABŞ-da aparılan tədqiqatlar göstərib ki, ağlamadan əvvəl simpatik sinir sistemi aktivləşir, ağlamadan sonra isə parasimpatik sistem sakitləşdirici təsir göstərir. Lakin depressiya və ya tükenmişlik hallarında bu rahatlama hissi görünməyə bilər.
Sosial aspekt də mühümdür: gözyaşı başqalarının davranışını təsir edə, dəstək göstərməyə sövq edə bilər. Məsələn, İsraildə aparılan tədqiqatda qadınların duygusal gözyaşlarını qoxlayan kişilər daha az aqressiv olublar.
Həmçinin oxuyun
Maraqlıdır ki, qadınlar kişilərə nisbətən daha çox ağlayır. Bu fərq hormonal, nevroloji və mədəni amillərlə bağlı ola bilər. Həmçinin, empati səviyyəsi yüksək olan insanlar başqalarının əzablarını görüb daha çox ağlaya bilirlər.
Nəticə olaraq, ağlama yalnız emosiyaları ifadə etmir, həm də sosial əlaqələri möhkəmləndirən və diqqət çəkən bir siqnal rolunu oynayır.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Türkiyədə nəsli kəsilməkdə olan su samuru göründü
Türkiyədə nadir görüntü: nəsli təhlükə altında olan su samuru qeydə alındıCitypost.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Bolu vilayətində yerləşən Yedigöller Milli Parkında nəsli kəsilmə təhlükəsi altında olan su samuru görüntülənib. Məlumatı Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı sosial şəbəkə hesabında paylaşıb.Nazir bildirib ki, qorunan ərazilərdə vəhşi təbiətin təhlükəsiz və sərbəst yaşaması üçün görülən tədbirlər davam etdiriləcək.Yeganə
19 Yanvar 2026, 17:05
Belçikada siqaret qadağasını pozanlara AĞIR cəza veriləcək
Belçikada ictimai yerlərdə siqaret çəkmə qadağasını pozan şəxslərə 8 min (15820 AZN) avroya qədər cərimə tətbiq olunur. Keçən il qüvvəyə minən qanunun icrasına nəzarət bu ildən daha da sərtləşdirilib.Rəsmilərin məlumatına görə, əvvəlki dövrdə pozuntulara əsasən xəbərdarlıq edilirdisə, hazırda qaydalara əməl etməyənlər barəsində maliyyə sanksiyaları tətbiq olunur. Bu tədbirlərin məqsədi cəmiyyəti məlumatlandırmaq və qanuna uyğunlaşmanı təmin etməkdir.Qadağa xüsusilə uşaqlar və ailələrin sıx olduğu əraziləri əhatə edir. Əyləncə parkları, zooparklar, oyun və idman meydançaları, eləcə də uşaq bağçaları, məktəblər, kitabxanalar və xəstəxanaların girişindən 10 metr məsafədə siqaret çəkmək qadağandır. Bu ərazilərdə xəbərdaredici lövhələrin yerləşdirilməsi məcburidir....
19 Yanvar 2026, 16:11
Qışda evdə qalmayın! : Gün işığının gözlənilməz faydası ÜZƏ ÇIXDI
Qış aylarında günlərin qısa, havanın qapalı olması bir çox insanın evdə daha çox vaxt keçirməsinə və təbii işıqla təmasın azalmasına səbəb olur. Lakin yeni bir araşdırma göstərib ki, gün işığı xüsusilə 2-ci tip diabet xəstələrində qan şəkərinin daha stabil qalmasına kömək edə bilər.Citypost.az-ın məlumatına görə İsveçrə və Avropadan olan alimlərin apardığı və Cell Metabolism jurnalında dərc olunan tədqiqatda 2-ci tip diabetli yaşlı iştirakçılar eyni şəraitdə əvvəl təbii gün işığına, daha sonra isə süni işığa məruz qoyulub. Nəticələrə görə, təbii işıq zamanı iştirakçılar gün ərzində daha uzun müddət normal qan şəkəri diapazonunda qalıblar, ani yüksəliş və enişlər isə daha az müşahidə...
18 Yanvar 2026, 12:44
Bir neçə sadə addımla daha az elektrik pulu: Enerjiyə qənaət yolları
Artan elektrik xərcləri bir çox ailə üçün problemə çevrilib. Halbuki gündəlik həyatda edilən kiçik dəyişikliklər həm büdcəni qorumağa, həm də enerji sərfiyyatını azaltmağa kömək edir.Citypost.az-ın məlumatına görə elektrik istehlakı çox vaxt fərqinə varmadan artır. Ştepseldə unudulan cihazlar, lazımsız yanan işıqlar və məişət texnikasının düzgün istifadə olunmaması hesabların yüksəlməsinə səbəb olur. Şüurlu istifadə isə bu prosesi tərsinə çevirə bilər.İşıqlandırmadan düzgün istifadə edinGün ərzində pərdələri açaraq təbii işıqdan maksimum yararlanın, istifadə olunmayan otaqlarda işıqları söndürün. Adi lampalar əvəzinə LED lampalardan istifadə işıqlandırma xərclərini 70 faizə qədər azalda bilər.Gizli sərfiyyata diqqət yetirinTelevizor, kompüter, modem kimi cihazlar söndürülü olsa da, ştepseldə qaldıqda enerji sərf...
17 Yanvar 2026, 18:50
Alimlər “daha sağlam şəkər” istehsal edib
Alimlər genetik dəyişdirilmiş bakteriyalar və selikli kifdən əldə edilən ferment vasitəsilə qlükozadan taqatoz istehsalında səmərəliliyi 95 faizə çatdırıblar. Yeni üsul taqatozun daha ucuz və əlçatan istehsalına imkan verə bilər.Citypost.az-ın məlumatına görə araşdırmaya görə, aşağı kalorili olan taqatozun qan şəkəri və insulin səviyyələrinə təsiri məhduddur. Maddə nazik bağırsaqda qismən sorulur, əsas hissəsi isə bağırsaq bakteriyaları tərəfindən fermentləşdirilir. Bu xüsusiyyət onu diabet və insulin müqaviməti olan şəxslər üçün perspektivli edir.Alimlər bildirir ki, taqatoz ağızda kariyes yaradan bakteriyaların çoxalmasını zəiflədə, bağırsaq florasına müsbət təsir göstərə bilər. Bundan başqa, taqatoz şəkər kimi həcm və tekstura yaradır, bişirmə zamanı qaralır və dad baxımından adi şəkərə...
17 Yanvar 2026, 18:45
Video oyunlarında kritik HƏDD: Həftədə 10 saatdan...
Yeni aparılan araşdırmaya görə, video oyunlarına həftədə 10 saatdan artıq vaxt ayırmaq gənclərin qidalanma rejimi, yuxu keyfiyyəti və bədən çəkisi göstəricilərinə mənfi təsir göstərə bilər.Citypost.az xəbər verir ki, tədqiqatda aşağı (0–5 saat) və orta (5–10 saat) səviyyədə oyun oynayan gənclərin sağlamlıq göstəricilərinin bir-birinə yaxın olduğu, əsas fərqin isə 10 saat həddi keçildikdən sonra ortaya çıxdığı qeyd olunur.Avstraliyanın Curtin Universitetinin alimləri beş universitetdən 317 tələbə üzərində apardıqları sorğuda oyun müddəti artdıqca yuxu rejiminin pozulduğunu, sağlam gündəlik vərdişlərin arxa plana keçdiyini müəyyən ediblər. Xüsusilə gecə saatlarında oyun oynamağın yuxu keyfiyyətini daha da pisləşdirdiyi vurğulanır.Araşdırmaya əsasən, həftədə 10 saatdan çox oyun oynayanların qidalanma...
17 Yanvar 2026, 18:02