Əməkdar artist Mövsüm Hüseynovun məzarı ziyarət olunub
Siyasət 19 Yanvar 2026, 21:07
238
Yanvarın 19-da Əməkdar artist Mövsüm Hüseynovun vəfatının birinci ildönümü münasibətilə Sumqayıt Dövlət Dram Teatrının kollektivi və sənət dostları Sumqayıt qəbiristanlığında mərhum sənətkarın məzarını ziyarət ediblər.
Citypost.az xəbər verir ki, ziyarət zamanı teatrın direktoru Samir Şəfiyev, direktor müavini, əməkdar artist Vidadi Məmmədov,baş rejissoru Xalq artisti Firudin Məhərrəmov və aktyor İlham Səfərli Mövsüm Hüseynovun həyat və yaradıcılıq yolundan söz açıb, onunla bağlı xatirələrini bölüşüblər. Daha sonra Fatihə surəsi oxunub, mərhumun ruhuna dualar edilib.
Qeyd edək ki, Hüseynov Mövsüm Türbəndə oğlu 1958-ci il iyunun 13-də Laçın rayonunda anadan olub. O, 1980–1985-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda təhsil alıb. 1982–1995-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında, 1995–1997-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1997–2008-ci illərdə Bakı Bələdiyyə Teatrında çalışıb. 2010-cu ildən etibarən yenidən Sumqayıt Dövlət Dram Teatrında fəaliyyətini davam etdirib.
16 oktyabr 2018-ci ildə Mövsüm Hüseynov Azərbaycan Respublikasının “Əməkdar artist” fəxri adına layiq görülüb.
Əməkdar artist Mövsüm Hüseynov 20 yanvar 2025-ci ildə vəfat edib.
Həmçinin oxuyun
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Baş nazirdən YENİ QƏRAR
Nazirlər Kabineti 13 aprel 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları"na dəyişiklik edib.CityPost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.Qərara əsasən, bundan sonra, dövlət reyesterində qurumun hər bir benefisiar mülkiyyətçisinin soyadı, adı, atasının adı, doğum tarixi, vətəndaşlığı, yaşayış yeri, benefisiar mülkiyyətçinin "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olub-olmaması barədə məlumatlar əks olunacaq...
19 Yanvar 2026, 09:52
İmamoğlu həbsxanadan xalqa SƏSLƏNDİ
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri və CHP-nin prezidentliyə namizədi Ekrem İmamoğlu Silivridəki Marmara Həbsxanasından təqaüdçülərə müraciət edib.Citypost.az xəbər verir ki,bu barədə "X" platformasından açıqlama yayıb. İmamoğlu bildirib ki, hakimiyyətləri dövründə təqaüdçülər rahat həyat sürəcək: “Təqaüd sistemində edəcəyimiz islahatlarla vaxtında ödədiyiniz sosial sığorta haqlarının qarşılığını alacaqsınız. Aylıq bağlama məbləğləri artırılacaq, ölkənin inkişafından haqqınız olan payı əldə edəcəksiniz. Ölkə üzrə təmin olunacaq pulsuz xidmətlər sosial həyata qatılmağınızı asanlaşdıracaq. Təqaüdçülərin geçim dərdini bitirəcəyik.”Turan...
16 Yanvar 2026, 20:24
İlber Ortaylıdan Trampa sərt XƏBƏRDARLIQ: “Amerikalılar cahildir!"
Tanınmış tarixçi, professor İlber Ortaylı ABŞ Prezidenti Donald Trampın İranla bağlı mümkün hərbi müdaxiləsini kəskin tənqid edib. Sözcü Televiziyasında çıxış edən Ortaylı “amerikalılar cahildir” ifadəsini işlədərək, İranın etnik və tarixi reallıqlarının ABŞ tərəfindən düzgün qiymətləndirilmədiyini bildirib.Citypost.az xəbər verir ki, Ortaylı qeyd edib ki, İran əhalisinin təxminən yarısı türkcə danışan türk mənşəlilərdən ibarətdir və xüsusilə Təbriz kimi şəhərlərə hərbi zərbə böyük faciəyə yol aça bilər. O, Trampın bu məsələdə məsuliyyətsiz davranmasının bölgəni daha da xaosa sürükləyəcəyini vurğulayıb.Tarixçi xatırladıb ki, İran uzun illər Səfəvi, Əfşar və Qacar kimi türk mənşəli sülalələr tərəfindən idarə olunub və bu ölkənin türk tarixi ilə sıx bağlı...
16 Yanvar 2026, 10:21
Parlamentdə DAVA düşdü: deputatlar arasında GƏRGİNLİK
Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında DEM Partiya ilə İYİ Partiya deputatları arasında gərginlik yaşanıb. Gərginliyə DEM Partiyanın Ağrıdan olan deputatı Sırrı Sakıkın çıxışı səbəb olub.Citypost.az xəbər verir ki, S.Sakık Yaxın Şərqdəki proseslər və kürd məsələsi ilə bağlı səsləndirdiyi fikirlər zamanı İYİ Partiya sıralarından etirazlarla üzləşib. Qarşılıqlı ittihamlar və sərt ifadələrdən sonra tərəflər arasında mübahisə böyüyüb.TBMM sədrinin müavini Pərvin Buldan dəfələrlə müdaxilə edərək deputatları sakitləşdirməyə çalışsa da, gərginlik azalmayıb. Nəticədə Buldan Baş Assambleyanın iclasına beş dəqiqəlik fasilə elan edib....
15 Yanvar 2026, 11:13
İranın Ermənistandakı səfiri: “Tramp gedəcək, amma..”
İranın Ermənistandakı səfiri: “Tramp gedəcək, amma ölkələrimiz arasındakı dostluq qalacaq”Citypost.az xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqolami bu gün keçirdiyi mətbuat konfransında deyib. Səfir ABŞ prezidentinin İrandan benzin alan ölkələrə qarşı tarifləri artırmaq niyyətini şərh edərkən qeyd edib ki, Tramp bu cür bəyanatları ilk dəfə vermir.Şirqolami əlavə edib ki, İran güclü iqtisadiyyata malikdir və çətin şəraitdə işləməyi öyrənib. O bildirib:"Biz hələ də Trampın əvvəlki dövrdə tətbiq etdiyi sərt sanksiyalar şəraitində tərəfdaşlarımızla əməkdaşlıq edirik. Onu bu uzaqgörüşsüz yanaşmadan imtina etməyə çağırırıq. Biz qarşılıqlı marağa əsaslanan tərəfdaşlıq münasibətlərimizi davam etdirəcəyik. Əsas məsələ tərəflərin əməkdaşlığı inkişaf etdirmək üçün siyasi...
14 Yanvar 2026, 16:20
Millət vəkili:Bakı və Abşeron üçün su məsələsində yeni mərhələ başlayır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirə təkcə kommunal təsərrüfatın növbəti yenilənməsi kimi deyil, ölkənin su təhlükəsizliyi və şəhər dayanıqlığı baxımından yeni mərhələnin başlanğıcıdır. Təəssüf ki, uzun illərdir ki, Bakı və Abşeron yarımadasının içməli su problemləri ciddi problemə çevrilib. Bu da genişmiqyaslı və müfəssəl Dövlət Proqramının qəbul edilməsini tələb edirdi.Citypost.az saytı xəbər verir ki, bu sözləri Milli Məclisin üzvü Tənzilə Rüstəmxanlı ötən gün İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət...
14 Yanvar 2026, 13:50