Sahibkar satdığı məhsulun pulunu ala bilmirsə, nə etməlidir?
Hüquq 19 Yanvar 2026, 20:53
168
Sahibkarlıq fəaliyyəti zamanı satılan malın və ya göstərilən xidmətin ödənişinin edilməməsi tez-tez rast gəlinən kommersiya mübahisələrindəndir. Belə hallarda sahibkarın hüquqlarını qorumaq üçün qanunvericilik konkret mexanizmlər müəyyən edib.
İlk mərhələdə qarşı tərəfə pretenziya (xəbərdarlıq) məktubu göndərilməlidir. Bu məktubda borcun məbləği, ödənişin hansı müqavilə və ya razılaşmaya əsasən tələb edildiyi və könüllü ödəmə üçün verilən müddət göstərilir. Pretenziya göndərilmədən məhkəməyə müraciət edildikdə iddia ərizəsi geri qaytarıla bilər.
Əgər qarşı tərəf xəbərdarlığa baxmayaraq ödənişi etmirsə, sahibkar kommersiya məhkəməsinə müraciət edə bilər. Kommersiya məhkəmələri sahibkarlıq fəaliyyəti ilə bağlı yaranan əmlak və iqtisadi mübahisələrə baxır. İddia ərizəsi yalnız “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə, cavabdehin hüquqi ünvanı üzrə təqdim edilir.
Pul tələbinə dair iddia qaldırılarkən dövlət rüsumu ödənilir. Rüsumun məbləği tələb olunan pulun həcminə görə dəyişir. Məhkəmə işə baxdıqdan sonra qətnamə çıxarır və qərar icra olunmaq üçün icra orqanlarına yönləndirilə bilər.
Həmçinin oxuyun
Əgər sahibkar məhkəmə qərarı ilə razı qalmazsa, qanunla müəyyən edilmiş müddətdə apellyasiya, daha sonra isə kassasiya şikayəti vermək hüququna malikdir.
Mütəxəssislər bildirirlər ki, kommersiya mübahisələrində düzgün tərtib edilmiş pretenziya və iddia ərizəsi işin nəticəsinə birbaşa təsir edir. Buna görə də hüquqi məsləhət və vəkil dəstəyindən istifadə etmək sahibkar üçün daha təhlükəsiz və effektiv yol sayılır.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ana uşaqla görüşə icazə vermir: Ata nə etməlidir?
Boşanma və ya ayrı yaşama valideynlik hüquqlarını ləğv etmir. Uşaqla ünsiyyət həm ana, həm də atanın qanunla qorunan əsas hüquqlarından biridir. Təəssüf ki, praktikada bu hüquq tez-tez pozulur, uşaqlar valideynlər arasında mübahisənin alətinə çevrilir. Qanunvericilik isə bu cür hallara kifayət qədər sərt yanaşma ortaya qoyur. Valideynlər uşaqla görüş və ünsiyyət qaydaları ilə bağlı razılığa gələ bilmədikdə, qanuna əsasən ilk mərhələ mediasiyadır. Mediasiya prosesində razılıq əldə olunmazsa, uşaqla ünsiyyət hüququnu tələb edən tərəf məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Məhkəmə uşağın mənafeyini əsas götürərək görüş günlərini, saatlarını, müddətini və şərtlərini müəyyən edir. Qərar qəbul edilərkən uşağın yaşı, psixoloji vəziyyəti, valideynlərə bağlılığı...
19 Yanvar 2026, 15:38
Xarici diplom tələsi: 5 il həbs, minlərlə manat cərimə
Son illər xaricdə təhsil alıb diplomunu Azərbaycanda tanıtmaq istəyənlərin sayı artdıqca, bu sahədə həm hüquqi suallar, həm də sui-istifadə halları gündəmə gəlir. Xüsusilə qiyabi və distant təhsil əsasında əldə olunmuş diplomların tanınması cəmiyyət üçün həssas mövzuya çevrilib. Məhz bu səbəbdən Azərbaycan Respublikası Ali Məhkəməsi xarici diplomların tanınması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən mühüm hüquqi mövqe ortaya qoyub.Citypost.az-ın məlumatına görə, Ali Məhkəmənin mövqeyinə əsasən, xaricdə əldə edilmiş bakalavriat və magistratura diplomlarının tanınması avtomatik xarakter daşımır. Həlledici amil təhsilin forması, tədris yükü, auditoriya dərslərində faktiki iştirak və bu göstəricilərin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğudur. Qiyabi təhsil üzrə əsas...
19 Yanvar 2026, 14:30
Təhqir ve böhtan zarafat deyil – Qanun nə deyir?
Məni təhqir edən şəxsdən təzminat ala bilərəm?Sosial şəbəkələrin və rəqəmsal medianın həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə söz azadlığı ilə məsuliyyət arasındakı sərhəd getdikcə daha çox pozulur. Bir çox hallarda şəxsi münasibətlər, emosional çıxışlar və ya qərəzli yanaşmalar ictimai məkana daşınaraq insanların şərəf və ləyaqətinə zərbə vurur. Halbuki, ifadə azadlığı heç vaxt başqasının nüfuzunu ləkələmək, şəxsiyyətini alçaltmaq və ya cəmiyyətdə hörmətdən salmaq hüququ anlamına gəlmir. Məhz bu nöqtədə qanun işə düşür və şərəf, ləyaqət və nüfuzun müdafiəsini təmin edir.Citypost.az-ın məlumatına görə, şərəf, ləyaqət və nüfuz insanın cəmiyyətdəki mənəvi dəyərini müəyyən edən əsas anlayışlardır və Azərbaycan Respublikasında bu dəyərlər dövlət tərəfindən...
19 Yanvar 2026, 11:35
Alimenti artırmaq olar? - Qanun nə deyir
Son dövrlər aliment alan valideynləri və uşaqların maraqlarını birbaşa əhatə edən mühüm dəyişiklik qüvvəyə minib. Artan yaşayış xərcləri və minimum dolanışıq səviyyəsi nəzərə alınaraq alimentin minimum məbləği yenidən müəyyənləşdirilib. Bu dəyişiklik aliment alan şəxslərə ödənişin artırılması üçün real hüquqi imkan yaradır.Citypost.az xəbər veri rki, alimentin minimum məbləği 246 manatdan 260 manata qaldırılıb.Alimentin artırılması üçün mediasiya proseduruna müraciət etməyə ehtiyac yoxdur. Bunun üçün alimentlə bağlı qətnamə çıxarmış məhkəməyə ərizə ilə müraciət etməyiniz kifayətdir.Qeyd edək ki, alimentin artırılması ilə bağlı məhkəməyə müraciət zamanı dövlət rüsumu ödənilmir.Ərizənin qanunvericiliyin tələblərinə uyğun, düzgün və əsaslandırılmış şəkildə hazırlanması vacibdir. Bu məqsədlə məhkəməyə ərizələrin hazırlanması üçün bizə...
18 Yanvar 2026, 12:36
Etibarnamə aldadıcıdır: Avtomobil alarkən nələri bilməliyik
Son illər avtomobil bazarında etibarnamə ilə maşın alqı-satqısına üstünlük verənlərin sayı az deyil. Bir çox vətəndaş bu üsulu daha sürətli və rahat hesab etsə də, hüquqşünaslar xəbərdarlıq edirlər ki, etibarnamə əsasında avtomobil almaq gələcəkdə ciddi hüquqi problemlərə yol aça bilər. Çünki bu cür alqı-satqı real mülkiyyət hüququ yaratmır və alıcını risk qarşısında qoyur.Citypost.az-məlumatına görə etibarnamə avtomobilə mülkiyyət hüququ verən sənəd deyil. Bu sənəd yalnız nəqliyyat vasitəsinin sahibinin müəyyən səlahiyyətlərini başqa şəxsə ötürməsini təsdiqləyir. Yəni avtomobilin faktiki sahibi hüquqi baxımdan etibarnamədə göstərilən şəxs olaraq qalır. Etibarnamə alan şəxs isə yalnız avtomobili idarə etmək, sahibin adından bəzi hüquqi və texniki əməliyyatları aparmaq...
17 Yanvar 2026, 18:36
Bu şəxsləri işdən çıxaranlar cərimələnəcək - QANUN
Hamilə qadına işdən çıxarmaq qanunsuzdur.CityPost.az xəbər verir ki,cəmiyyətdə qadınların sosial müdafiəsi və əmək hüquqlarının qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Xüsusilə hamilə qadınların, eləcə də 3 yaşınadək uşağı olan anaların iş həyatında üzləşə biləcəyi ayrı-seçkilik halları qanunvericilikdə qəti şəkildə yolverilməz sayılır. Bu kateqoriyadan olan şəxslərin əmək münasibətlərində hüquqlarının pozulması təkcə etik deyil, eyni zamanda hüquqi məsuliyyət yaradan əməldir.Qanuna əsasən, qadının hamilə olmasına və ya 3 yaşınadək uşağının olmasına görə əmək müqaviləsinə əsassız xitam verilməsi cinayət məsuliyyəti yaradır. Belə hallara yol verən şəxslər qanunvericiliyə uyğun olaraq 3000 manatadək cərimə edilə bilər. Bu norma qadınların əmək bazarında hüquqlarının təmin edilməsinə, ailə və...
17 Yanvar 2026, 15:47